Mövzu 1 Turizm resursları anlayışı



Yüklə 23,38 Kb.
səhifə1/2
tarix22.04.2022
ölçüsü23,38 Kb.
#115469
  1   2
1-Turizm resursları anlayışı


Mövzu 1

Turizm resursları anlayışı

Rekreasiya-turizm potensialı tükənməyən təbii, anropogen, sosial-iqtisadi resurslara əsaslanır. Turizm resursları – təbii, iqlim, tarixi-arxitektur, dini, sosial-mədəni, mənəvi-irsi nümunələri özündə birləşdirir. Funksional xüsusiyyətlərinə görə turizm ehtiyatları sağlamlıq-müalicə, dərketmə, idman, istirahət məqsədilə istifadə olunur. Turizm ehtiyatı dedikdə: təbii, iqtisadi, tarixi, mədəni, irsi, milli, etnoqrafik kompanentlər nəzərdə tutulur. Turizm ehtiyatlarına landşaft ekzotikliyi, iqlim komfortluluğu, təbiət abidələri, milli parklar da daxildir. Turizm ehtiyatlarının təsnifatında təbii və antropogen resurslarla yanaşı, onun ərazi təşkili üçün vacib olan sosial-iqtisadi amillər də əsas götürülür. Bu baxımdan turizm ehtiyatlarının kompanentlərinə ərazinin infrastruktur səviyyəsi, mənimsənilmə xüsusiyyəti, bölgələr üzrə paylanması, müəyyən olunmaqla daxil edilir.

Turizm ehtiyatları - səfər edilən ölkənin (yerin) təbii, mədəni, tarixi, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası və inkişafına kömək edə bilən digər obyektlər məcmusudur.

Turizm fəaliyyətində mövcud ehtiyatlardan istifadə fənnin əsas məqsədi sayılır. Bu baxımdan turizm ehtiyatlarının məqsədinə görə qruplaşdırılması onun istifadə dərəcəsində asılıdır. Belə ki, təbii rekreasiya ehtiyatlarının istifadəsi 3 qrupda aparılır.



1. İntensiv mənimsənilmə. Buraya təbii komplekslərin atraktivliyi, istifadə səviyyəsi yüksək olan turizm baxımdan daha çox mənimsənilən ərazilər aid edilir. Bu növ mənimsənilmə turizm ehtiyatlarından istifadənin yüksək dərəcədə yüklənməsinə səbəb olur. Turizm ehtiyatlarından bu növ intensiv mənimsənilmə dəniz sahili bölgələr və ondan 50-100 km daxilə doğru olan ərazilər üçün səciyyəvidir. Intensiv mənimsənilən bölgələrdə turizm – istirahətin əksər sahələri inkişaf etdiyinə görə bəzi tədqiqatçılar belə yaşayış məntəqələrini turizm aqlomerasiyaları adlandırırlar.

2. Ekstensiv mənimsənilmə. Belə ərazilər turizmin istifadəsinə zəif cəlb olunmuş təbii ekzotikliyin turizmin inkişafına az təsir göstərən və ya müxtəlif təbii antropogen komponentlərdən birgə istifadənin mümkün olmadığı ərazilər üçün səciyyəvidir. Bununla yanaşı müxtəlif növ turizm hərəkatında istifadə edilən ekstremal ərazilər də turizm ehtiyatlarının mənimsənildiyi bölgələrə aid ola bilər.

3. Az mənimsənilən ərazilər. Turizm baxımdan az mənimsənilən bölgələrə daha çox ekstremal şəraitə malik olan ərazilər daxildir. Belə bölgələrə yarımsəhra və səhralar, komfort şəraiti az olan regionlar daxildir. Bununla yanaşı turizm baxımdan mənmsənilməyən regionlardə əlavə abadlaşdırıcı işlər aparmaqla perspektiv bölgə kimi mənimsəmək mümkündür. Bu növ mənimsənilmədə ehtiyatlarının azlığı və ya bir turizm komponentinin üstün olması turist marşurutlarının təşkilinə və turizm sənayesinin yaradılmasına imkan vermir.

Turizm ehtiyatlarının qruplaşdırılmasında antropogen amillər iqtisadi, sosial şəraitlə yanaşı tarixi-mədəni abidələrin, milli irsi nümunələrinin istifadəsindən ibarət olur. Belə ki, tirizm ehtiyatlarına daxil olan milli irs nümunələri və etnoqrafik abidələr, antropogen ehtiyatlara aid olub cəlbediciliyi ilə seçilir.

Turizm ehtiyatlarının öyrənilməsinin əsas vəzifəsi mövcud resursları təfərrüatın dövriyyəsinə cəlb etmək, onların qiymətləndirilməsini aparmaqdan ibarətdir. Hər bir təbii və antropogen komponentlərdən istifadənin məqsədi turisti cəlb etmək imkanlarını öyrənməkdən ibarətdir. Turizm ehtiyatlarının təsnifatında təbii resursdan istifadənin aşağıdakı xüsusiyyətləri vardır:

1. Təbii resurslar və onun ayrı – ayrı komponentləri turizm istehlakçısına yönəldilmiş əsas ehtiyat olduğuna görə onun təbii mühitlə əlaqəsini birbaşa təmin etmiş olur.

2. Turizm bir çox hallarda təbii resurslardan istifadənin təşəbbüsçüsü kimi çıxış edir. Yəni onun elementlərinin mənimsənilməsi fəaliyyətində üstün istiqaməti təşkil edir. Belə ki, təbii turizm ehtiyatları turizm və istirahətin bütün növlərinin təşkili üçün baza rolunu oynayır.

3. Turizm təbiətdən şox məqsədli istifadə etdiyinə görə turizmin ərazi təşkilində mövsümlük problemi yaratmır. Belə ki, komfort və ya diskomfort şərait,ekstermal ərazilər turizm resursuna çevrilir və istifadəni məqsədindən asılı olaraq dəyişir. Bu baxımdan təbii turizm resursları turizm və istirahətin təşkilində məqsədindən asılı olaraq mövsümlük yaradır. Yəni turizmdə intensiv dövürlər olan qış və yay mövsümü istirahətin təşkili və nəqsədilə bağlı olur.

4. Turizm təbiətdən istifadə edən bir çox sahələrlə qarşılıqlı təsirə və marağa malikdir. Bunlara misal olaraq kənd təsərrüfatı və aqro turizmi, milli parklar və ekoturizm, hətta filiz mədənlənlərinə də ekskursiya təşkil olunduğuna görə turizm ehtiyatı sayıla bilir. Turizmin təbiətdən çox tərəfli istifadə etdiyinə görə insanlar asudə vaxtlrının əsas hissəsini ətraf mühitlə bağlı olan turizm sahəsinə ayırır.

5. Turizmdə təbiətdən istifadənin əsas xüsusiyyətlərindən biri də ətraf mühitin qorunması turizm yükünün müəyyən olunması və onun istehsal sahələri ilə əlaqələndirilməsidir. Turizm sənayesi birbaşa ətraf mühitlə əlaqəli olduğuna görə onun təsiri və ərazi yüklənməsi müəyyən edilməlidir. Turizmin ərazi təşkilinin reallaşmasında təbii komponentlərə dəyən ziyan onun deqradasiyasına səbəb olur ki, bu da gələcəkdə ərazirekreasiya komplekslərinin təşkilinə mənfi təsir edir. Bu baxımdan ətraf mühitin qorunması turizm üçün daha çox əhəmiyyət kəsb edir. Turizm vasitəsilə ətraf mühitin qorunmasına ekoturizm, ekoloji maarifləndirmə, təmizliyə əməl olunması və s. xidmət edən əsas amillərdən sayılır. Beynəlxalq təcrübədə turizm vasitəsilə ətraf mühitin qorunmasında əsas vasitə-ekskursiya və turist yürüşlərinin sayını artırmaqla ekoloji maarifləndirmənin effektiv üsulla həyata keçirilməsindən ibarət olur.



Turizm ehtiyatlarının qruplaşdırılmasında sosial amillər aşağıdakı təsirə malikdir:


Yüklə 23,38 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin