Müasir dövrün tələblərinə uyğun şəxsiyyət yetişdirilməsi müəllimin başlıca vəzifələrindən biridir



Yüklə 17,54 Kb.
tarix01.01.2022
ölçüsü17,54 Kb.
#106917
növüDərs
Tarix dərslərində sinifdənxaric və dərsdənkənar işlərin təşkili


Müasir dövrün tələblərinə uyğun şəxsiyyət yetişdirilməsi müəllimin başlıca vəzifələrindən biridir.Şagirdlərdə bilik,bacarıq və vərdişlərin formalaşmasında dərs əsas vasitə olsa da,sinifdənxaric və dərsdənkənar işlər də bu işin davamı olub, böyük əhəmiyyətə malikdir. Sinifdənxaric və dərsdənkənar işlər şagirdlərin asudə vaxtlarının mənalı təşkilini təmin edir,həmçinin onların maraq,meyl ,bacarıq və dünya görüşlərinin inkişaf etdirir.Sinifdənxaric işlərdə əsas diqqət şagirdlərin bilik,bacarıq,vərdişlərinin dərinləşməsinə və nəticədə fənnə marağı artırıb, qavramanı daha sürətli və maraqlı etməyə yönəlir.Bu müddətdə şagirdlər dərsdə olduğu kimi təkcə dərsliklə deyl,həmçinin lüğət,müxtəlif ədəbiyatlarla işləmə vərdişinə də yiyələnmiş olur və onların görüş dairəsi genişlənir.Sinifdənxaric iş dərsin davamı rolunu oynayıb,bununla bağlı bir çox metodiki vəsaitlər vardır.iSnifdənxaric və məktəbdənkənar iş formaları yalnız dərs saatı bitdikdən sonra,şagirdlərin asudə vaxtında keçirilir.Dərs dövlət proqramı əsasında keçirildiyi halda, sinifdənxaric iş zamanı mövzu seçimində müəllim azaddır.Məlum olduğu kimi dərs təlimin əsas təşkili formasıdır.Sinifdənxaric və dərsdənkənar işlər isə könüllü xarakter daşıyır.Tarix üzrə sinifdənxaric işlərin təşkili ilə bağlı təsnifatı keçən əsrin 40 cı illərində Bernadski vermiş,dərnəkləri sinifdənxaric işin əsas təşkilat forması kimi qeyd etmişdir.Həmçinin onun təsnifatında idrak əsas meyar götürülmüşdür.Bernadskinin təsnifatına əsasən 4 istiqamət müəyyənləşdirilmişdir: 1) dərsdənkənar mühazirə 2) sinifdənxaric oxu 3) təsviri əyanilik 4) referat,disput, oyun .Həmçinin sinifdənxaric işin nəzəriyyəsinin hazırlanmasında A.F.Rodin və sonralar A.A Vagində böyük töhvə vermişdir.Vagin tarix üzrə sinifdənxaric işlərdən dərnəkləri,ekskursiya işi,tarix muzeyləri,diyarşünaslıq,sinifdənxaric oxunu geniş təhlil etmişdir.



Tərbiyənləndirici məqsədlə keçirilən bu kimi işlər şagirdlərdə tarix dərsinə marağ yaradır.Bu kimi işlərin təşkili zamanı müəllimin nəzarəti böyük rol oynayır.Sinifdənxaric işlərin gedişi bir qayda olaraq şagirdlərin tarix dərsində öyrəndiklərini,tarixi hadisələrin müstəqil təhlil etməsi və öz düşüncələri ilə nəticə çıxartmalı və tarixi öz düşüncələri ilə anlamaları yolu ilə aparılır.Sinifdənxaric işlər həm müstəqil verilir həmdə kollektiv formada aparılır.Bu kimi işlərin aparılması şagirdin öz düşüncəsini formalaşdırılması,müstəqil qərar vermə qabiliyyəti kimi işləri sürətləndirir.Ümumi olaraq sinifdənxaric və məktəbdənkənar işlər 2 istiqamətdə tətbiq edilir.Şagirdlərə tarix dərsində təlimin məqsədi kimi və tərbiyələndirmə məqsədi daşıyır.İlk öncə,şagirdlərin tərbiyələndirici işləri məktəbdənkənar onların fəaliyyətləri tarix müəlliminin və məktəb rəhbərlərinin maraq dairəsi olmalıdır.Sinifdənkənar dərslər sinif xaricində aparılan fəaliyyətlərə aiddir.Bununla birlikdə, şagirdlər başa düşməlidirlər ki, bütün hobbilər dərsdənkənar hesab olunmur. Ümumiyyətlə, film izləmək və ya video oyun oynamaq kimi istirahət fəaliyyətlərini daxil etməmək yaxşıdır. Bunun səbəbi dərsdənkənar dərslərdə müəyyən bir səy göstərməli və şəxsi inkişafınıza kömək etməlidir.Bütün bu kimi fəaliyyətlər şagirdlərin tərbiyə baxımından və dünya görüşünün artırılması kimi işlərdə onların gələcəyə baxışının düzgün qurulmasına böyük təsiri vardır.Tarix dərsində sinifdənxaric işlər bəzi yollarla aparıla bilər.Bu kimi amillər şagirdlərin tarixi və tarixi şəxsiyyətləri daha yaxından tanımaq imkanları olur,bundan başqa onlara öz qərarlarını düzgün verməyə şərait yaradır.Lakin bu işlər seçilərkən tarix müəlliminin böyük nəzarəti vacibdir.Şagirdlər qərarlarını verərkən düzgün qərarın seçilməsinə əmin olunmalıdırlar.Aşağıdakı bəzi yollar ilə tarix dərsində sinifdənxaric işlər aparıla bilər.

  1. Mətnlər oxutdurmağ ilə,bədii kitabların oxunub mütaliə edilməsi yolu ilə

  2. Kiçik rollara malik tarixi oyunların təşkili yolu ilə

  3. Bəzi tarix əhəmiyyətli səyahətlərin təşkili yolu ilə

  4. Əlamətdar tarixi bayramlarımızda bayram tədbirlərinin,şənliklərinin keçirilməsi yolu ilə

  5. Azərbaycan tarixində baş vermiş hüzünlü tarixi hadisələrin anılması yolu ilə

Bu və bu kimi tədbirlər şagirdlərin tarix dərsində olan aktivliyini artırmaqdan əlavə,onların tariximizdə baş vermiş hadisələri daha yaxından mənimsəmək və dünya görüşlərini düzgün formalaşdırır. Bundan əlavə şagirdlərin soykökümüzə bağlılıq prosesi,tariximizi və ölkəmizin bu günə qədər keçdiyi tarixi yolları daha yaxından aşılanır.Dövrümüz texnologiyaların inkişaf dövrü olduğundan şagirdlər üçün sinifdənxaric işlərin planlanmasında çoxda çətinlik yaşanmır.Lakin tarix dərsində bu kimi işlərin təşkil edilməsi zamanı şagirdlərin maraq dairəsini düzgün seçmək onların bu işə ürəklə yanaşmalarına diqqət yetirmək vacibdir.Şagirdlər dərslikdən oxumaqdan və yazmaqdansa dərsləri ilə qarşılıqlı əlaqədə olmağı üstün tuturlar. Ayağa qalxmaq və aktiv olmaq və şagirdlərə dərsdə rol vermək onları daha da diqqət mərkəzində və öyrənmək üçün həyəcanlı olmağa kömək edə biləcək daha çox həvəsləndirəcəkdir.Şagirdlərə tarixi bir mühitdən canlandırmağa və ya bir ssenari yaratmağa məcbur etmək, insanların və rəqəmlərin müəyyən bir zamanda hiss etdiklərini, hərəkət etdiklərini və danışdıqlarını anlamalarına və araşdırmalarına kömək edə bilər. Bu texnika şagirdlərdən öyrəndikləri insanları və ya vaxtlarını araşdırmağı və təhlil etmələrini tələb edəcəkdir. Həm də araşdırmalarından təfsir etdikləri şeylərə əsasən fərdi fikirlərinə görə gerçəklərə əsaslanan bir xarakter yaratmalarına imkan verərdi. Fəal öyrənmə, standart nəzəriyyə dərsi ilə müqayisədə daha praktik və psixi olduğu üçün dərsi başa düşməyi yaxşılaşdırmağa kömək edə bilər.Bir film və ya televiziya proqramına baxmaq çox faydalı ola bilər. Bir çox uyğunlaşma faktiki hekayə üçün tamamilə dəqiq olsa da, bu dövrlərin necə keçdiyini izah edir. Həm də bu hekayələrdəki personajlara şəxsiyyət verir, onları öyrənməyi daha maraqlı və bəzi hallarda tələbə auditoriyanızla daha çox əlaqələndirir.Bütün bu kimi işlərin tək bir məqsədi vardır şagirdlərin tarix dərsinə olan maraq dairələrini genişlətmək və onların dünya görüşlərini düzgün formada inkişaf eletdirməkdir.Tarixi öyrənməyin məqsədini və ehtiyacını izah etmək, tələbələrin onu səmərəli öyrənməsinə kömək etmək üçün olduqca vacibdir. Dərslərin daha interaktiv və maraqlı keçməsi üçün müəllimlərin çiyinlərinə daha böyük məsuliyyət düşür. Yalnız bundan sonra şagirdlər məqsədi bilə və anlayışları maraqla öyrənə biləcəklər.

Məktəbdənkənar işlər isə məktəbdən sonra şagirdlərin asudə zamanını əlverişli keçirmək üçün təçkil olunan məqsədyönlü təlimdir.Bu təhsil adından məlum olduğu kimi məktəbdənkənar təhsil müəssisələrində keçirilir.Məktəbdənkənar dərslər şagirdlərin asudə vaxtlarında oların fizik cəhətdən sağlam böyümələrini ,intellektual səviyyələrini,bacarıqlarının inkişafına yol açır.Bu zaman şagirdlərin meyl və bacarıqlarının nəzərə alınması olduqca vacib məsələdir.Məktəbdənkənar dərslərə şahmat məktəbləri,klublar,idman məktəbləri,yaradıcılıq saraylar ,texniki,estetik, bədii,diyarşünaslıq və turizm mərkəzləri və s. daixildir.Şagirdlər məktəbdənkənar təhsil müəssisələrindən güzşətli və pulsuz istifadə edə bilirlər.Həmçinin burada təhsilin məzmun və məqsədi müəssisə şurası tərəfindən müəyyən olunur.Məkdəndən fərqli olaraq məktəbdənkənar təhsil zamanı istirahət günlər və bayram günlərində də dərs prosesi davam edir. Məktəbdənkənar dərslər aşağıdakı fəaliyyətlər üzrə istiqamətlənmiş olur:

1.Təlimati-metodiki işlər

2.Dərnək məşğələləri

3.İdman yarışları,mənəvi-kütləvi tədbirlər,müsabiqələr.

Sinifdənxaric və məktəbdənkənar işlər aşağıdakı vəzifələri yerinə yetirir;

1.Şəxsiyyət formalaşdırmaq,təlim və tərbiyənin keyfiyyətini yüksəltmək;

2.Məktəbdə təlim zamanı əldə olunan bilik,bacarıq və vərdişlərin təkmilləşdirilməsi ,əldə olunan bilik və bacarıqların həyatda tətbiqi;

3.Şagirdlərin maraq və qabiliyyətlərinin həmçinin fəallıqlarının inkişaf etdirilməsi;

4.Dostluq və yoldaşlıq kimi əxlaqi keyfiyyətlərin formalaşdırılması;

5.Şagird sağlamlığının möhkəmləndirilməsi;

6.Şagirdlərdə əmək vərdişi və ictimai fəaliyyət formalaşdırmaq;



7.Ədəbiyyat,texnika, incəsənət üzrə əlavə məlumatlar əldə etmək imkanı .

Bəzən müəllimlər sinifdənxaric işlərə səthi yanaşırlar.Bu halda heç bir təlim,tərbiyə və inkişafetdirici məsələlərin tam həllindən söhbət gedə bilməz.Bu tədbirlər təkcə şagirdə deyl,həmçinin müəllim üçün də müsbət nəticələr verir. Tarix müəllimi yüksək şüurlu şəxsiyyət yetişdirməklə yanaşı, sinifdənxaric işi dəqiq forma və məzmunlu şəkildə təşkil etməli,tarix fənninə qarşı şagirdlərdə maraq,düzgün tarixi təsəvvür və anlayışları formalaşdırmalıdırlar.Tarix müəllimi iş forması seçərkən ilk öncə şagirdlərin yaş və fərdi xüsusiyyətlərni mütləq nəzərə almalıdır,əks halda sinifdənxaric işin heç bir forması nəticə verə bilməz.Əgər tarix müəllimi dəyirmi masa formalı müzakirəni aşağı siniflərə tətbiq etsə bu şagirdlərin yaşına və təfəkkürünün inkşafına uyğun olmaz.Həmçinin də əyləncəli tarix gecələrinin təşkili aşağı siniflərdə daha effektiv iş formasıdır.Tarix müəlliminin istər sinifdənxaric,istərsə də məktəbdənkənar işlərdə qarşıya çıxan vəzifələri bir proses kimi birləşir.Məsələn şagirdlərdə vətənə,torpağa,adət ənənəyə, dövlət atributlarına hörməti aşılamaq,milli tərbiyə ilə bağlı ədədbiyyatlara maraq,nitqin,intelektual səviyyə,təfəkkürün inkişafı,düşmənə nifrət,şəxsiyyətin hərtərəfli inkişafı və s..Sinifdənxaric işlər fərdi,qrup halında,kollektiv və kütləvi halda təşkil oluna bilər.Fərdi halda görülən sinifdənxaric işlər zamanı şagirdin öz maraq və arzuları əsas tutulur və şəxsi qabiliyyətləri inkişaf etdirilir.Fərdi halda təşkil olunan işlərə hər hansı bir musiqi alətində ifa etmək,rəsmlə,idmanla məşğul olmaq,divar qəzeti hazırlamaq,hər hansı bir məruzə üçün material toplamağı misal olaraq göstərmək olar.Sinifdənxaric işlər zamanı şagird qabiliyyətləri üzə çıxır və gəlcəkdə bu qabiliyyətləri daha da inkişaf etdirmək üçün əlverişli şərait yaranır.Qrup halında təşkil olunan sinifdənxaric işlərdə isə şagirdlər eyni bir maraq dairəsinə görə qruplar yaradaraq birləşdirilir,onlarda bilik,bacarıq və vərdişlər,yaradıcılıq qabiliyyətləri daha da inkişaf etdirilir.Kollektiv şəkildə sinifdənxaric işlər isə xüsusi pedaqoji ustalıq tələb edib,buraya olimpiadalar,oyunlar,konfranslar,iməcliklər, teatr,disputlar,kitab müzakirələri və s.daxildir.Kollektiv şəkildə təşkil olunan tədbirlər zamanı ya ümumi məktəb miqyasında ya da,bir neçə məktəb şagirdlərinin iştirakı ilə keçiriən birgə tədbirlər nəzərdə tutulur.
Yüklə 17,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin