Mühazirə 10-12. Milli kimlik və millətçilik. Post-müstəmləkə dövrü etnik millətçiliyi. Yugoslaviyada etnik münaqişələr etnik millətçiliyin nümunəsi kimi.
Tarix münaqişələrlə doludur. Çox zaman bu münaqişələr torpaq, təbii sərvətlər, hakimiyyət, ticarət bazarları üzərində baş verib. Müasir dövrdə ən çox diqqəti cəlb edən münaqişələrdən biri etnik zəmində baş verən toqquşmalardır. Etnik münaqişələr etnik kimliyi və dili fərqli olan sosial qruplar arasında baş verən münaqişələrdir Bu münaqişələrdə millətlər bir-birini vəhşiləşdirir və bir-birləri haqqında humanist olmayan təsəvvür yaradırlar. Nəticədə millətlərin bir-biri ilə hərbi münaqişəsi və etnik təmizləmələr başlayır. Etnik münaqişlərləin yaranma səbəbini araşdırmaq üçün ilk növbədə milli kimlik hissinin necə formalaşdığını müəyyən etməliyik. Müasir dövrdə eyni dildə danışan, eyni mədəniyyəti, tarixi və coğrafi məkanı bölüşən sosial qrupları millət adlandırırlar. Bir milli dövlətin sərhədləri daxilində yaşamaq və özünü həmin dövlətin daxilində yaşayan millətə aid etmək millətçilk adlanır. Etnik və ya milli kimlik olduqca böyük gücə malikdir və özünü hər hansı bir millətin nümayəndəsi adlandırmaq digər millətin nümayəndəsini sıxışdırmaq və ya özünü həmin millətdən üstün tutmaq kimi bir hissi möhkəmləndirir. Bu hiss eyni zamanda millətlər arasında rəqabətin yaranmasına və sonunda münaqişələrə səbəb olur. ABŞ-da millətçilik siyasi xarakter daşıyır, ABŞ-da yaşayanlar vətəndaş olmaq üçün dövlətin qanunlarına hörmətlə yanaşmalı və qanunlara riayət etməlidirlər. Lakin dünya dövlətlərində belə bir təcrübəyə rast gəlmək o qədər də asan deyil. Çünki ABŞ hər hansı bir etnik qrup tərəfəindən qurulmayıb. Lakin dünya dövlətlərinin əksəriyyəti, xüsusilə də Avropa dövlətlərində dövlətçilik konkret milli qruplara aiddir, yəni dövlətlər konkret etnik mənsubiyyətə məxsus insanlar tərəfindən yaradılıb. Almanlar Almaniyanı, fransızlar Fransanı, ingilislər İngiltərəni yaradıb. Etnik azlıqlar bu qrupa, yənu quranların qrupuna aid olmadıqlarından onlar bərabərhüquqlu deyillər və onlara qarşı zorakılıq bu faktla əsaslandırılır. Onları “sonradan gəlmişlər”, “kənardan olanlar”, “başqaları” və ya “digərləri” hesab edirlər. ABŞ-da və Latın Amerikası ölkələrində yerli hindulara, Nasist Almaniyasında yəhudilərə, Çində Han Çin kimiliyinə malik olmayanlara, Şərqi Avropa ölkələrindən Rumıniyada macarlara, Polşada almanlara və s. qarşı siyasiət bu prinsip üzərində qurulmuşdu.
Soyuq müharibə bitdikdən sonra tədqiqatçıları iki sual maraqlandırırdı: 1) etnik münaqişələr artacaqmı? 2) zorakılıqlara çevrilən münaqişələrin hansı izahı və həll yolları mövcuddur? Soyuq müharibənin son mərhələsində alimlərdən Huntington və Kaplan münaqişələrin sivilizasiyalar arasında toqquşmaya, tayfa münaqişlərinə çevriləcəyini iddia edirdilər. Soyuq müharibənin son mərhələsində dünya post-kommunist ərazisində yaranmış dövlətlərdə torpaq iddialarına söykənən bir neçə münaqişənin şahidinə çevrildi. Moldovada Transnistriya (Pridnestroviye), Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Ukraynada Donbas və Luhansk, dünyanın digər hissəsində isə Bask, Cənubi Sudan, Şri Lanka, Papuanın Qərbi və s. belə münaqişələr peyda oldu. XX əsrin sonu-XXI əsrin əvvəllərində Rusiyanın Çeçenistanda müharibəsi, İraq və Türkiyədə kürdlərin muxtariyyət ugrunda mübarizəsi, El Salvador və Nikaraquada partizan hərəkatı, Somalidə vətəndaş müharibəsi, Ruandad Tutsi və Hutu qarşıdurması etnik kimlik və torpaq iddiaları, siyasi hüquqlar uğrunda mübarizə zəminində baş verən münaqişələrdir.
Bir milli dövlət daxilində etnik münaqişəni mümkün edən nədir? Etnik kimlik problemi və etnik münaqişələrin səbəbini anladan çoxlu sayda nəzəriyyə və konsepsiyalar mövcuddur. Onların 3-ü xüsusilə məşhurdur. İlkinlik (Primordial) nəzəriyyəsi etnik kimliyin psixoloji faktor olaraq qohumluq, xüsusilə də qan qohumluğu prinsipinə əsaslanır. Bu nəzəriyyəni dəstəkləyən alimlər hesab edir ki, qohumluq müxtəlif insanları bir-birinə yaxın olmağa və eyni etnik mənsubiyyətə malik olmalarını hiss etməyə səbəb olur. Bu mənsubiyyət insanların bioloji oxşarlığı, bölüşdükləri məkan, oxşar inamları, adət-ənənləri ilə möhkəmlənir. Bu qrupa daxil olan alimlər iddia edir ki, etnik kimlik və etnik münaqişələr siyasi, institusional və iqtisadi faktorlarla möhkəmlənir. Onlar iddia edir ki, etnik kimlik və etnik münaqişələr siyasi hakimiyyət və qruplar tərəfindən daha çox güc, hakimiyyət, var-dövlət əldə etmək üçün istifadə oluna bilər. Alimlər qeyd edirlər ki, əksər halda etnik münaqişə əslində etnik qruplar arasında deyil, vuruşmaq qərarına gəlmiş siyasi qruplar arasında gedir. Münaqişə vəziyyətində olan siyasi qruplar siyasi mübarizəni etnik qarşıdurma kimi təqdim edə, siyasi niyyətlərini gizli saxlaya bilirlər. İnstrumentalist nəzəriyyənin tərəfdarları etnik kimlik və millətçiliyin yeni dövrün məhsulu olduğunu düşünür. Onlar hesab edirlər ki, icma başçıları etnik kimlik və ya mənsubiyyəti rəhbəri olduqları millətin səfərbər edilməsi üçün istifadə edirlər. Bu səfərbərlik onlara siyasi hakimiyyət uğrunda mübarizədə qalibiyyət və var-dövlət mənbələrinin ələ keçirilməsi üçün lazımdır. Konstruktivist (Constructivist) nəzəriyyənin tərəfdarları iddia edirlər ki, etnik kimliyin formalaşmasında icmaların sosial strukturu mühüm əhəmiyyət kəsb edir. Alimlər hesab edir ki, etnik kimlik zəminində etnik münaqişələr siyasi proseslərlə sıx əlaqədardır. Sənayeləşmə, milli dillərdə ədəbiyyat, mətbuat və sərhədlər etnik kimliyin formalaşmasında mühüm rol oynayıb. Alimlər hesab edir ki, etnik kimlik dəyişən sosial faktordur və ona görə də bioloji deyil, siyasi mənşəyə malikdir.
S iyasi diskriminasiya
Sosial-mədəni diskriminasiya
Mədəni diskriminasiya
İ qtisad Sosial Siyasi
Etnik kimlik
Dostları ilə paylaş: |