Mühazirə 75 saat; laboratoriya 30 saat. Cəmi 105 saat. Kredit : 7 Auditoriya : №



Yüklə 106,53 Kb.
tarix14.01.2017
ölçüsü106,53 Kb.
#223
növüMühazirə
AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCANMEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Dekan_____________

Dos.T.A.Haqverdiyeva

“___”____________2015-ci il


Fənn proqramı (sillabusu)
Kafedra: Yapışdırıcı materiallar və betonlar texnologiyası.

Fənnin adı: Betonşünaslıq

1. Fənn haqqında məlumat:

Kodu : 050638

Tədris ili: 2014/2015 semestr: VIII

Fakültə: İnşaat-texnalogiya.

Qrup: 652 a1a2

Mühazirə - 75 saat; laboratoriya - 30 saat. Cəmi - 105 saat.

Kredit: 7

Auditoriya: № ________

Saat: ________

2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi : prof. Sərdarov Bünyat Sərdar oğlu

E-mail ünvanı:

İş telefonu: 055 786 60 48; 538 30 91.



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. B.S.S.rdarov, Ə.B.Həsənzadə, T.A.Haqverdiyeva. Beton və dəmir-beton müəssələrinin layihələndirilməsi. Bakı 2013.

2. İ.M.Yusubov. Beton və dəmir-beton məmulatlarının texnologiyası. Bakı 1998.

3. B.S.Sərdarov, Ə.B.Həsənzadə, T.A.Haqverdiyeva, S.M.Əkbərova. Betonqarışdırıcı sexin layihələndirilməsi. Bakı 2005.
4. Fənnin təsviri və məqsədi:

«Betonşunaslıq» fənni 050638 «Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi» təhsil ixtisasının «Tikinti materialları, məmulatları və konstruksiyaların istehsalı» ixtisaslaşması üzrə inşaatçı-mühəndis texnoloq hazırlığı üçün nəzərdə tutulmuşdur.

Kursun tədris olunmasında məqsəd tələbələrə müxtəlif təyinatlı beton qarışıqlarının tikinti sahəsində və sənaye müəssisələrdə hazırlanma ardıcılığının, istehsal proseslərinin səmərəliliyininin yüksəldilməsi üçün tətbiq olunan texnoloji prosesesləri öyrətmək və bacarıq və biliklərini bu proseslərin təkmilləşdirilməsinə və inkişafına yönəltməkdir.

Proqramın əsas xüsusiyyəti odur ki, baxılan məsələlər müasir elmi-texniki tərəqqinin əsas istiqamətləri nəzərə alınmaqla beton və dəmir-beton məmulatlarının və konstruksiyalarının istehsalı nəzərə alınmaqla yerinə yetirilməsinin mənimsənilməsidir.

Fənnin əsas xüsusiyyəti odur ki, baxılan məsələlər müasir elmi-texniki tərəqqinin müasir inkişaf istiqamətləri nəzərə alınmaqla, gələcək mütəxəsislərə betonşunaslıq elminin ən son nailiyyətlərinin öyrənilməsi planlaşdırılməsıdır.
5. Fənnin təqvim planı:
Betonşünaslıq, fənni aşağıda tədris olunan on bölmədə əks olunur:

1. Betonların növləri və istifadə olunan materiallar

2. Beton qarışığı və xassələri

3. Betonun və sementin bərkimə prosesi və strukturunun formalaşması

4. Betonun xassələri

5. Sıx dolduruculu sement betonlar (adi ağır betonlar)

6. Monolit beton

7. Məsaməli dolduruculu sement betonlar (yüngül beton)

8. Sıx və məsaməli dolduruculu sementsiz betonlar

(klinkersiz yapışdırıcılı betonlar)

9. Çoxməsaməli betonlar

10. Xüsusi növ betonlar

11. Texnoloji istehsal prosesinin ümumi əsasları
5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1.

Mövzu № 1. Beton və dəmir-beton sənayesinin inkişafı tarixi. Betonun tətbiqinin tarixi haqqında qısa məlumat.Tikintidə Müasir dövürdə tikintidə beton və dəmir-beton məmulatları və konstruksiyalarının yeri və rolu. Betonun tətbiq sahələri. Betonun tikintidə geniş tətbiq olunmasının səbəbləri. Beton qarışığının zavod şəraitində hazırlanmasının üstünlükləri. Müasir elmi-texniki tərəqqinin betonşunaslıqda əksi.

2


28.01.15

2.

Mövzu № 2. Betonların növüləri. Betonun texniki və inşaat göstərijiləri. Mineral yapışdırıjılı betonlar. Orta sıxlığına görə betonlar. Tətbiq sahəsindən asılı olaraq betonun növləri və fərqli xüsusiyyətləri.

2


29.01.15

3.

Mövzu № 3. Beton üçün materiallar. Yapışdırıjı materiallar, doldurujular, su və əlavələr. Beton texnologiyasında kimyəvi əlavələrin rolu, onların təsnifatı və tətbiqinin əsas qaydaları.

2


04.02.15

4.

Mövzu № 4. Beton qarışığının əsas göstəriciləri. Beton qarışığı, onun struktur xüsusiyyətləri və xassələri. Müxtəlif texnoloji faktorların beton qarışığının realoji xassələrinə təsiri.

2


05.02.15

5.

Mövzu № 5. Beton qarışığının texniki göstərijilərinin və keyfiyyətinin təyini metodları. Beton qarışığının növləri və xassələri. Beton qarışığına texniki tələblər.

2


05.02.15

6.

Mövzu № 6. Beton qarışığının növləri və xassələri. Beton qarışığına texniki tələblər. Beton qarışığının texnoloji xassələrinə təsir edən faktorlar. Beton qarışığının su tələbatı və onun azaldılması yolları. Su tələbatının azalması üçün səthi aktiv əlavənin və vibroemalın effekti.

2


11.02.15

7.

Mövzu № 7. Betonun və sementin bərkimə prosesi və strukturunun formalaşması. Betonun möhkəmliyinin artması. Betonun bərkimə prosesinə təsir edən mühim amillər və tərkibin təsiri. Sementin ekzotermiyası. Betonun bərkiməsi zamanı deformasiyası. Betonun bərkiməsinin sürətləndirilməsinin mexaniki, kimyəvi və istilik üsulları, fiziki və fiziki-kimyəvi proseslər.

2



12.02.15

8.

Mövzu № 8. Atmosfer təzyiqində və yüksək temperatur şəraitində betonun bərkiməsi, strukturəmələgəlmə və destruksiya prosesi. Yüksək təzyiqdə və doymuş buxar mühitində sement və silikat betonun bərkiməsi. Betonda avtoklav emalı zamanı baş verən fiziki-kimyəvi proseslər. Müxtəlif temperatur-nəmlik şəraitində həcmi deformasiyalar.

2


18.02.15

9.

Mövzu № 9. Betonun strukturası. Struktura ilə xassə arasında əlaqə. Betonun strukturuna görə təsnifatı. Betonun fiziki, mexaniki, deformativ, istismar xassələri. Betonun fiziki xassələri. Suyun təsiri ilə əlaqədar xassələri. İstilik-fiziki xassələri.

2


19.02.15

10.

Mövzu № 10. Betonun mexaniki xassələri. Betonun müasir möhkəmlik nəzəriyyəsi. Betonun sınaq metodları. Betonun markası və sinfi. Möhkəmliyə görə eyniçinslilik və onun istehsalatda nəzərə alınması. Betonun dartılmada və əyilmədə möhkəmliyi, təyini metodları.

2


19.02.15

11.

Mövzu № 11. Betonun armaturla ilişməsi, elastik və plastik deformasiya, sürüşkənliyi, həddi sıxılması və dartılması. Beton tərkibinin deformativ xassələrinə təsiri. Betonun zamandan asılı dayanıqlığı. Nəmliyin və qurumanın qarşılıqlı dəyişməsinin betona təsiri.

2


25.02.16

12.

Mövzu № 12. Betonun şaxtayadavamlılığı. Betonun odadavamlılığı. Betonun xassələrinin yaxşılışdırılması, dəmir-beton konstruksiyalarının material tutumunun azaldılması keyfiyyətin və iqtisadi göstəricilərin ehtiyat şəbəkəsidir.

2


26.02.15

13.

Mövzu № 13. Adi ağır betonların əsas göstəriciləri. Beton hazırlamaq üçün əsas materiallar: yapışdırıcı materiallar, doldurucular. Növləri və texniki göstəriciləri.

2


04.03.15

14.

Mövzu № 14. Ağır beton tərkibinin layihələndirilməsi prinsipləri. Təcrübi hesablama metodu ilə beton tərkibinin seçilməsi. Riyazi metodun tətbiqi ilə beton tərkibinin layihələndirilməsi.

2


05.03.15

15.

Mövzu № 15. Ağır betonun növləri. Yüksəkmöhkəmlikli beton. Səthi-aktiv əlavəli və kompleks əlavəli betonlar.

2

05.03.15

16.

Mövzu № 16. Hidrotexniki beton. Xırdadənəli beton. Yol və aerodrom örtük betonları.

2

11.03.15

17.

Mövzu № 17. Dekorativ beton. Fibrobeton və meton (metal-beton). İriməsaməli beton. Sənaye tullantılarından alınmış doldurucular əsasında betonlar.

2


12.03.15

18.

Mövzu № 18. Monolit beton konstruksiyalar. Monolit betonların tətbiqi, tərkibinin seçilməsinin xüsusiyyətləri. Monolit konstruksiyaların betonlanması. Betonun bərkiməsinə temperaturun və nəmliyin təsiri. Sürüşən qəliblərdə betonlama. Betona qulluq.

2


18.03.15

19.

Mövzu № 19. Konstruksiyaların mənfi temperatur şəraitinda betonlanması. Quru isti iqlim və nəm isti iqlim şəraitində konstruksiyaların betonlaması. Yığma dəmir-beton konstruksiyaların monolitləşdirilməsi.

2


19.03.15

20.

Mövzu № 20. Təyinatına, quruluşuna və doldurujuların növünə görə yüngül betonların təsnifatı. Əsas texniki göstəricilər. Yüngül betonlar üçün məsaməli doldurucular və onlara olan tələblər. Yüngül betonun struktur xassələri və texnologiyasının xüsusiyyətləri. Məsaməli doldurucunun betonun strukturunun formalaşmasına təsiri.

2


19.03.15

21.

Mövzu № 21. Yüngül betonun orta sıxlığına və sıxılmada möhkəmlik həddinə təsir edən amillər. Deformatik xassələri. Çatadayanıqlıq. Yüngül betonların şaxtayadavamlılığı.

2


25.03.15

22.

Mövzu № 22. Məsaməli dolduruculu yüngül beton tərkibinin layihələndirilməsi. Kimyəvi əlavələrlin yüngül beton xassələrinə təsiri.

2

26.03.15

23.

Mövzu № 23. Yüngül beton texnologiyasının xüsusiyyətləri. Qatılaşmadan qorunma, beton qarışığının hazırlanma rejimi və betonun istilik emalı.

2


01.04.15

24.

Mövzu № 24. Məsaməli dolduruculu yüngül betonun növləri. Yüksəkmöhkəmlikli keramzitbeton, məsamələşdirilmiş yüngül betonlar. Məsamələşdirmə üsulları, betonun tərkibinə və texnologiyasına olan tələblər. Xırdadənəli yüngül betonlar. İriməsaməli yüngül betonlar.

2


02.04.15

25.

Mövzu № 25. Sıx və məsaməli dolduruculu sementsiz betonlar (klinkersiz yapışdırıcılı betonlar). Xammal bazası və klinkersiz yapışdırıcılı betonların tikintidə əhəmiyyəti. Əhəng-silisumlu yapışdırıcısı əsasında silikat betonlar. Avtoklavda bərkiyən silikat betonların əsas xassələri və texniki göstəriciləri.

2


02.04.15

26.

Mövzu № 26. Silikat betonlar üçün materiallar, əhəng-silisiumlu yapışdırıcılar və doldurucular, onlara olan texniki tələblər. Silikat betonların xassələrinə təsir edən amillər. Avtoklav şəraitində narın üyüdülmüş silisiumlu komponentin rolu. Silikat betonların tərkibinin seçilməsi. Silikat betonların hazırlanmasının əsas texnoloji sxemi.

2


08.04.15

27.

Mövzu № 27. Silikat betonların növləri. Yüksəkmöhkəmlikli beton, məsaməli dolduruculu silikat betonlar. Posa yapışdırıcılı betonlar. Posa yapışdırıcıların növləri, texniki göstəriciləri, xassələri. Posa yapışdırıcılı beton qarışığı tərkibləri. Avtoklav şəraitində bərkiyən posa yapışdırıcılı betonların xassələri və texniki göstəriciləri.

2


09.04.15

28.

Mövzu № 28. Qələvi-posa yapışdırıcılı betonların texnologiyasının xüsusiyyətləri. Gips, gips-sement, pussolan yapışdırıcılı betonlar, əsas növləri və texniki göstəriciləri. Gips, gips-sement, pussolan yapışdırıcılı betonların doldurucuları, beton tərkibinin seçilməsi, texnologiyasının xüsusiyyətləri.

2


15.04.15

29.

Mövzu № 29. Çoxməsaməli betonlar. Konstruktiv-istilik-izolyasiya betonların növləri, onların texniki göstəriciləri. Çoxməsaməli betonlar üçün materiallar, qazlı və köpüklü betonlarda məsaməəmələgətirmə prosesi. Məsaməəmələgətiricilər. Çoxməsaməli beton tərkibinin seçilmə metodu. Çoxməsaməli betonların texnologiyası.

2


16.04.15

30.

Mövzu № 30. Xüsusi növ betonlar. Odadavamlı betonlar. Duza, turşuya və qələviyə dayanıqlı betonlar.

2

16.04.15

31.

Mövzu № 31. Polimer betonlar. Polimersement betonlar və betonpolimerlər. Radioaktiv şüalardan mühafizə qurğularında işlədilən betonlar.

2


22.04.15

32.

Mövzu № 32. Texnoloji istehsal prosesinin ümumi əsasları. Beton qarışığının hazırlanması.

2

23.04.15

33.

Mövzu № 33. Yapışdırıcı və doldurucular anbarı. Zavod anbarlarına materialların qəbulu, saxlanması və nəqli. Anbarların növləri, oradakı əməliyyatların kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələri.

2


29.04.15

34.

Mövzu № 34. Beton üçün materialların hazırlanması. Sementin aktivləşdirilməsi, qarışıq yapışdırıcı üçün kimyəvi əlavələrin üyüdülməsi.

2

30.04.15

35.

Mövzu № 35. Doldurucuların zənginləşdirilməsi: qış vaxtı qızdırılması və donunun açılması.

2

30.04.15

36.

Mövzu № 36. Materialların dozalanması və qarışdırılması. Dozalama üsulları və dəqiqliyi. Dozatorların növləri. Müxtəlif beton qarışıqlarının qarışdırılmasının fiziki-mexaniki əsasları.

2


06.05.15

37.

Mövzu № 37. Sərbəstdüşmə və məjburi qarışdırıjılar. Qarışdırma rejimləri. Beton qarışığının elektrik və ya buxarla qızdırılması. Klinkersiz yapışdırıcılı və çoxməsaməli beton qarışıqlarının qarışdırma xüsusiyyətləri.

2


07.05.15

38.

Mövzu № 38. Beton qarışığının hazırlanmasının axınlı texnoloji xətti. Betonqarışdırıcı sexlərinin tipləri. Texnoloji avadanlıqların komponovkası. Beton qarışığının nəqli. Betonqarışdırıcı sexin və materiallar anbarlarının avtomatlaşdırma prinsipləri.

2



13.05.15

5.2. Laboratoriya dərslərinin mövzuları və qısa icmaları

Laboratoriya işləri elmi-tədqiqat işləri xarakterində yerinə yetirilir və onun əsas məqsədi tələbələrdə nəzəri bilikləri möhkəmləndirmək, tədqiqat təjrübələrinin aparılma qaydalarını öyrətmək, alınan nətijələri analiz etmək, elmi axtarış vərdişlərini aşılamaqdır. Kursda aşağıdakı laboratoriya işlərinin icrası nəzərdə tutulur.



Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1.

Mövzu № 1. Beton qarışığının axarlığının təyini.

2

28.01.15

2.

Mövzu № 2. Beton qarışığının sərtliyinin təyini.

2

04.02.15

3.

Mövzu № 3. Beton qarışığının orta sıxlığının təyini.

2

11.02.15

4.

Mövzu № 4. Beton qarışığının və betonun xassələrinə qarışdırma müddətinin təsirinin tədqiqi.

4

18.02.15

25.02.15


5.

Mövzu № 5. Beton qarışığının və betonun xassələrinə sıxlaşdırma rejiminin təsirinin öyrənilməsi.

4

04.03.15

11.03.15


6.

Mövzu № 6. Hesablama təcrübə yolu ilə ağır beton tərkibinin layihələndirilməsi.

2

18.03.15

7.

Mövzu 7. Beton sıxılmada möhkəmlik həddinin təyini.

2

25.03.15

8.

Mövzu № 8. Məsaməli dolduruculu yüngül beton qarışıgının tərkibinin layihələndirilməsi.

4

01.04.15

08.04.15


9.

Mövzu № 9. Silikat beton tərkibinin layihələndirilməsi.

4

15.04.15

22.04.15


10.

Mövzu № 10. Beton qarışığının qarışdırılma effektliliyinin tədqiqi.

4

29.04.15

06.05.15




5.3.Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Mövzu № 1. Beton qarışığının növləri. Betonun tətbiq sahələri.

2.

Mövzu № 2. Ağır beton qarışıgı hazırlayanmasının texnoloji xüsusiyyətləri.

3.

Mövzu № 3. Yüngül beton qarışıgı hazırlayanmasının texnoloji xüsusiyyətləri.

4.

Mövzu № 4. Silikat beton qarışıgı hazırlayanmasının texnoloji xüsusiyyətləri.

5.

Mövzu № 5. Qələvili beton qarışıglarının hazırlayanmasının texnoloji xüsusiyyətləri.

6.

Mövzu № 6. Çoxməsaməli betonlar qarışıglarının beton qarışıgı hazırlayanmasının texnoloji xüsusiyyətləri.

7.

Mövzu 7. Gips yapışdırıcılı betonlar qarışıglarının hazırlayanmasının texnoloji xüsusiyyətləri.

8.

Mövzu № 8. Gips-sement yapışdırıcılı betonlar qarışıglarının hazırlayanmasının texnoloji xüsusiyyətləri.

9.

Mövzu № 9. Pussolan yapışdırıcılı betonlar qarışıglarının hazırlayanmasının texnoloji xüsusiyyətləri.

10.

Mövzu № 10. Öz-özünə yerləşən betonlar qarışıglarının hazırlayanmasının texnoloji xüsusiyyətləri.

11.

Mövzu № 11. Korbanat dolduruculu betonlar qarışıglarının hazırlayanmasının texnoloji xüsusiyyətləri.

12.

Mövzu № 12. Beton hazırlamaq üçün əsas materiallar: yapışdırıcı materiallar, doldurucular. Növləri və texniki göstəriciləri.

13.

Mövzu № 13. Müasir beton qarışığı hazırlayan zavodların növləri.


6. Davamiyyətə verilən tələblər.
Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.

7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş” – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı” – C

81 - 90 – “çox Yaxşı – B

91 - 100 – “əla” – A


8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________ _______________________________________

Müəllim: ____________ B.S.SƏRDAROV

Laboratoriya işləri rəhbəri: __________ V.Ü.Şahmarov
_____”________________ 2015-ci il
Yüklə 106,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin