MühaziRƏ 9: “VİtamiNLƏr və Vİtam



Yüklə 172,68 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix24.01.2023
ölçüsü172,68 Kb.
#122529
  1   2   3   4   5   6
Mühazirə 9


MÜHAZİRƏ 9: “VİTAMİNLƏR VƏ VİTAMİNLİ PREPARATLARIN 
ALINMA BİOTEXNOLOGİYASI” 
PLAN:
1.Suda və yağda həll olan vitaminlərin alınması və tətbiqi.
2. B6 vitamininin produsentləri, onun alınması və tətbiqi.
3. Riboflavinin produsentləri, onun alınması və tətbiqi.
4. Flavanoidlərin alınması.
5. Ергостеринляриналынмасы.
6. Mikroorqanizmlər tərəfindən karotinoidlərin sintezi və onların sənayedə
alınması. 
Ə
dəbiyyat 
1.Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın əsasları”, 
Bakı-1994,-284s. 
2.БекерМ.Е., 
ЛиепиньшГ
.К., 
РайпулисЕ
.П. 
Биотехнология

– 
М
.: 
Агропромиздат
, 1990 
3.Варфоломеев С.Д., Калюжный С.В. Биотехнология: Кинетические основы 
микробиологических
процессов. – М.: Высшая школа, 1990. – 296 с. 
4.Голубев В.Н., Жиганов И.Н. Пищевая биотехнология. М.: ДеЛи принт, 2001 
г
.
5. Елинов Н.П. Основы биотехнологии. – С.-Пб.: Наука, 1995.
Təbiətdə vitaminləri əsasən bitki və mikroorqanizmlər sintez etmək 
qabiliyyətinə malikdirlər. Bu xassə mikroorqanizmlər arasında daha geniş 
yayılmışdır. İnsan və heyvanlar isə adətən vitaminləri hazır qidalardan alırlar. 
Heyvanlar bəzi vitaminlərlə mədə-bağırsaq sistemlərində fəaliyyət göstərən 
mikroblar vasitəsilə təmin olunurlar. 


Həyat üçün vacib olan maddələri ilk dəfə 1881-ci ildə rus alimi Lunin kəşf 
etmiş, sonralar isə Polşa alimi Funk bu maddələrə vitamin (“həyat amini”) adını 
vermişdir. Elmi cəhətdən bu ad özünü doğrultmasa da (vitaminlərin çoxunda amin 
qrupu yoxdur) indiyə qədər öz əhəmiyyətini itirməmişdir. 
Vitaminlər orqanizmdə aşağıdakı funksiyaları daşıyırlar: 
1.katalitik və ya koferment funksiya; 
2.antimutagen funksiya; 
3.qeyri-koferment funksiya. 
Vitaminlər bir çox fermentlərin kofermentləri olub, müxtəlif reaksiyaların 
gedişində iştirak edirlər ki, bu da onların katalitik funksiyasını müəyyən edir. 
Qeyri-koferment funksiya isə vitaminlərin bir çox zülallar və nuklein turşuları 
sintezinin tənzim olunması, müxtəlif maddələrin hüceyrəyə daxil olmasında böyük 
rol oynamalıdır. Bəzi vitaminlər (vitamin C, α-tokoferol, β-karotin) canlılar üçün 
antimutagen funksiya daşıyırlar. 
Mikroorqanizmlər tərəfindən vitaminlər iki: passiv və aktiv yolla əmələ 
gəlir. Passiv yol mikrobların torpaq və su hövzələri, insan və heyvanların mədə-
bağırsaq sistemlərində vitaminlər sintez etməlidirlər. Bununla yanaşı çoxlu 
miqdarda vitaminlər mikrob hüceyrəsinin avtolizi nəticəsində ətraf mühitə yayılır. 
Aktiv yol isə vitaminlərin laboratoriya və zavodlarda müəyyən məqsədlə 
alınmasıdır. Bu halda xüsusi şərait yaratmaq və mutant formalar almaqla 
mikrobları çoxlu miqdarda vitamin sintez etməyə “məcbur” edirlər. Məhz ona görə 
də belə vitamin sintezinə aktiv sintez deyilir. 
Mikroorqanizmlər təbii halda vitaminləri amin turşuları, antibiotik və s. 
metabolitlərə nisbətən 1000 dəfə az sintez edirlər. Demək olar ki, mikrob hüceyrəsi 
tərəfindən vitaminlərin sintezi minor (əlavə və ya qeyri-əsas) sintez kateqoriyasına 
daxil olaraq onun həyat fəaliyyətinin mütləq məhsulu sayılmır. Laboratoriya 
şə
raitində mikrob hüceyrəsindən çoxlu miqdarda vitamin alınması, ilk növbədə, 


vitamin sintezi tənziminin mikrob hüceyrəsi üçün faydalığının pozulması hesabına 
başa gəlir. 
Vitaminlər 2 böyük qrupa bölünürlər: 1) suda və 2) yağda həll olanlar. 

Yüklə 172,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə