Mühazirə otağı/ cədvəl 11, Məhsəti küç. (Neftçilər Kampusu). Məsləhət saatları



Yüklə 71,15 Kb.
tarix21.10.2017
ölçüsü71,15 Kb.
#7469
növüMühazirə

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

BIO204Zoology, 3 credits

Departament

Biolojielmlər

Proqram

Bakalavr

Tədrissemestri

Yaz, 2014/2015

Fənnitədrisedənmüəllim

CəfərovHüseyn

E-mail

huseyncafarov@gmail.com

Telefon

070-738-33-66

Mühazirə otağı/ cədvəl

11, Məhsəti küç. (Neftçilər Kampusu).

Məsləhət saatları




Prerekvizitlər

-

Tədris dili

Azərbaycan dili

Fənnin növü

Məcburiseçmə

Dərsliklər və əlavə ədəbiyyat

ƏSAS DƏRSLİKLƏR

  1. Onurğasızlar zoologiyası: F.Q. Ağamalıyev, H.F. Quliyeva. “Bakı universiteti” nəşriyyatı-2012

  2. Onurğalılar Zoologiyası:H.S.Abbasov , Q.T.Mustafayev , S.Ə.Məmmədova, R.Ə.İsmayılov. Təhsil nəşriyyatı-1999.

  3. Zoology: Maria-Dolores Garcia. Publisher: InTech, Chapters published March 23, 2012

  4. Общая зоология:Э. Хадорн, Р. Венер. русский перевод: Москва-“МИР”-1989

ƏLAVƏ DƏRSLİKLƏR

  1. Təkamül təlimi: R.Ə. Quliyev, M.Ş. Babayev, E.M. Axundova

  2. General zoology: Mary J. Guthrie, John M. Anderson

  3. Zoology: S.A. Miller, J.P. Harley

  4. Early modern zoology: Karl A.E. Enenkel, Paul J. Smit

  5. Основные идеи зоологии в их историческом развитии: Эдмон Перье

  6. Основы зоологии. Том 1: К. Клаус

Kurs üçün faydalı website’lar

http://www.iaszoology.com/

http://courses.independent.co.uk/training/zoology-course-193199

http://ww2.free-books-zoology.allfreee.com/

http://evoldar.com/

http://e-book.az/aboutbook?id=262

https://archive.org/details/generalzoology00guth

http://kniga-bez-zhanra.books-reader.ru/37440-osnovy-zoologii-tom-1.html

http://www.newlibrary.ru/book/hadorn_ye___vener_r_/obshaja_zoologija.html

https://archive.org/stream/generalzoology00guth#page/n5/mode/2up

https://books.google.az/books?id=GI0SBQY1cb0C&pg=PA73&lpg=PA73&dq=nachdruck+1971+zoology&source=bl&ots=0awXL8RQiV&sig=Ay5qgX9ZZejmclYJcY7Zy9snYkI&hl=ru&sa=X&ei=l966VL7ULobZ7Abvk4CQCA&ved=0CBIQ6AEwAA#v=onepage&q=nachdruck%201971%20zoology&f=false



Tədris metodları

Mühazirə

x

Seminar; qrup müzakirəsi

x

Video-materiallara baxış, onların təhlili

x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Davamiyyət

Semestri sonunda

5

Fəallıq

Hər dərs

5

Yoxlama işi (quiz)

Semestr ərzində

10

Prezentasiya

Semestri sonunda

10

Aralıq imtahan

Cədvəl üzrə

30

Son imtahan

Cədvəl üzrə

40

Yekun




100

Kursun təsviri

Zoologiya kursu canlı orqanizimlərin bir sıra xüsusiyyətlərini (funksiyonal quruluşunu, sitologiyasını, genetikasını, fiziologiyasını, inkişaf prossesini və s.) özündə əks etdirir.

Bu kursda ilk öncə heyvan hüceyrəsinin (öyrəniləcək hər bir canlının struktur vahidi) təhlili önəmlidir. Sonradan həmin hüceyrə modeli əsasında biz orqanizimlərdə genetik məlumatın yerləşdirilməsi, ötürülməsi, eləcə də bu proses zamanı baş verən mutasiyalar və onun müxtəlifliyin yaranmasına təsiri haqqında bəhs ediləcəkdir.

Digər tərəfdən tək hüceyrəlilər ilə çox hüceyrəlilərin çoxalmasında mövcud olan oxşər və fərqli cəhətlər, bir sözlə inkişaf prossesi. Ontogenezin öyrənilməsi qeyd olunana inkişaf zamanı hər bir fərd üçün təbiyyətin ən optimal çoxalmaq prossesini seçməsini müşahidə ediləcəkdir.

Eləcə də orqanizimdə mövcud olan fizioloji faktorlara da nəzər yetiriləcəkdir: maddələr mübadiləsi, enerji, tənəffüs, sisnr sistemini fəaliyyəti, humoral tənzim etmə və s.

Canlı orqanizimlərin hərəkətinin həyat fəaliyyətinin əsasında durmağı onu fərqli şəkildə diqqətə layiq edir. Bu səbədən müxtəlif canlı orqanizimlərin hərəkət formalarının öyrənilməsi, sinir və sensor sistemlərinin bu hərəkətə nəzarət edici təsiriöyrəniləcəkdir.

Əlbətdə ki, canlı orqanizimlərin müxtəlifliyi fərdi şəkildə öyrənilməklə yanaşı, müqayisəli morfologiyada bəhsində müqayisəyə məruz qoyulacaqdır.

Təkamül bəhsində: təbii sistemlər, morfoloji təhlil, ontogeneztik məlumatlar, rudiment orqanlar, molekulyar struktur, qazıntılar sayəsində tapılan qalıntılar, təkamülün faktorları təhlil edilərək təkamülə bir reallıq kimi baxılacaqdır.


Kursun məqsədi

Zoologiya kursunun məqsədi tələbələrə canlı orqanizimlərin struktur vahidi olan hüceyrəni, ontogenez prossesini, fizioloji quruluşu və onun müqayisəli morfoloji təhlilini aşılamaqla bilik bazasının qurulmasıdır. Eyni zamanda məqsəd bu baza əsasında tələbələrdə canlılar sisteminin müxtəlifliyi və eyni zamanda vahidliyi anlamı əsasında dünya görüşünün yaradılmasıdır.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr nəyi bilməlidirlər:

  • Bütün canlı orqanizimlərin struktur vahidi olan hüceyrənin qruluşunu.

  • Canlı orqanizimlərdə genlərin rolunu.

  • Mutasiyaların canlı orqanizimlərə təsirini.

  • İnkişaf prossesini (ontogenez).

  • Canlı sistemlərin fiziologiyasını.

  • Müqayisəli morfologiya əsasında bu və ya digər canlı orqanizimlərin oxşar və fərqli cəhətlərini.

  • Təkamül və onun faktorlarını.

Qaydalar (tədris siyasəti və davranış)

Dərsin təşkili

Fənnə aid ümumi xarakterli məlumatlar mühazirə zamanı tələbələrə çatdırılacaqdır. Dərsin ümumi təhlili zamanı video, şəkil, slaytlar və digər vizual görüntülər vasitəsi ilə mövzu müzakirə edilərək tələbələrə daha səlis şəkildə izah olunacaqdır. Eləcə də, hər bir dərsdə tələbələr ilə müzakirələr sual cavab xarakterli olacaq və semestrin sonunda tələbələrin fəallığı müvafiq qiymətləndiriləcəqdir. Aralıq və final imtahanları öncəsi tələbələrin mənimsəmə səviyyələri quizlər vasitəsilə yoxlanılacaqdır. Semestr ərzində tələbələrə prezentasiya şəkilində təqdim etmək şərti ilə fənnin müxtəlif bölmələrinə aid mövzular tapşırılacaqdır. Tələbələr müvafiq zamanda hazırladıqları prezentasiyanə təqdim etməlidirlər.



Ümumi qaydalar

Davamiyyət tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Yalnız üzürlü səbəb olduqda dekanlığa və müəllimə xəbərdarlıq etməklə dərs buraxıla bilər. 25%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.

Gecikmə Tələbə dərsə 15 dəqiqədən artıq gecikmişdirsə ,onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.

İmtahanlar İmtahanda iştirak və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər müvafiq fakültə rəhbərliyi tərəfindən həll olunur. İmtahanda iştirak etməmək yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir. İmtahanlar kumulyativ xarakterli olmalıdır. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.

Tələbənin kursu başa vurması 60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.

Pozuntu halları Aralıq və son imtahanlarda mövcud qayadaların pozulması ( köçürmə cəhdləri və digər mövcud qaydalardan kənar hərəkətlər) hallarında tələbənin imtahan işi ləğv olunur.

Dərslərdə davranış Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri-etik davranışa qətiyyən yol verilmir.Tələbə dərsdə ən fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.

Dərs zamanı mobil telefonlardan istifadə qadağandır!

Həftə

Tarix

Mövzular

Saatlar

İstinadlar

Mühazirə

seminar

1



Zoologiyaya giriş. Heyvan hüceyrəsinin funksiyonal quruluşu. Hüceyrə membranı, sitoplazmanın diferensasiyası, orqanellalar, nüvə, toxuma daxilində hüceyrə.

2










Irsiyyət maddəsinin təbiyyəti və strukturu. Xromosom, mitoz və meyoz prossesi, qamet əmələ gətirmə, mayalanma prossesi.

2








2




Genlərin lokalizasiyası, genlərin kombinasiya olunması və paylanması, genlərdə ilişikliliy xüsusiyyəti, ilişiklilik qruplarındakı rekombinasiya, gen balansı, mutasiyalar və onun tipləri, allelizim, genlərin ilkin təsiri, genetik kod.

2










Heyvan hüceyrəsinin funksiyonal quruluşu. Hüceyrə membranı, sitoplazmanın diferensasiyası, orqanellalar, nüvə, toxuma daxilində hüceyrə. Irsiyyət maddəsinin təbiyyəti və strukturu. Xromosom, mitoz və meyoz prossesi, qamet əmələ gətirmə, mayalanma prossesi.




2




3




İkişaf prossesi: tək və çox hüceyrəlilərin ontogenezi, yumurta hüceyrənin əmələ gəlməsi, blastulanın əmələ gəlməsi, qastrulasiya prossesi, orqanogenez.

2










Genlərin lokalizasiyası, genlərin kombinasiya olunması və paylanması, genlərdə ilişikliliy xüsusiyyəti, ilişiklilik qruplarındakı rekombinasiya, gen balansı, mutasiyalar və onun tipləri, allelizim, genlərin ilkin təsiri, genetik kod.




2




4




İkişaf prossesi: determinasiya və induksiyon sistemlər. İnduksiyon təsirin mexanizimləri. Metamorfoz, regenerasiya, hüceyrənin qocalması və ölüm.

2










İkişaf prossesi: tək və çox hüceyrəlilərin ontogenezi, yumurta hüceyrənin əmələ gəlməsi, blastulanın əmələ gəlməsi, qastrulasiya prossesi, orqanogenez.




2




5




Fiziologiya: qidalanma, qan dövranı, tənəffüs, ekskresiya, istilik hasili, humoral tənzim etmə, maddələr mübadiləsi və enerji.

2










İkişaf prossesi: determinasiya və induksiyon sistemlər. İnduksiyon təsirin mexanizimləri. Metamorfoz, regenerasiya, hüceyrənin qocalması və ölüm.




2




6




Fiziologiya: hərəkət və onun formaları.

2











Fiziologiya:qidalanma, qan dövranı, tənəffüs, ekskresiya, istilik hasili, humoral tənzim etmə, maddələr mübadiləsi və enerji.(Quiz)




2




7




Fiziologiya: Sinir sisteminin kordinasiyası.

2










Fiziologiya: hərəkət və onun formaları.




2




8




Fiziologiya: sensor sistemləri.

2









Fiziologiya: Sinir sisteminin kordinasiyası.




2










Aralıq imtahan










9




Müqayisəli morfologiya: ibtidayilər,sporlular, infuzorlar, çox hüceyrəlilər, süngərlər, bağırsaq boşluqlular, yastı qurdlar, dəyirmi qurdlar, yarım xordalılar.

2










Fiziologiya: sensor sistemləri.




2




10




Müqayisəli morfologiya: həlqəvi qurdlar, xeliserlilər, xərçəngkimilər, traxeyalılar, moluskalar, dərisi tikanlılar, xordalılar.

2










Müqayisəli morfologiya: ibtidailər, sporlular, infuzorlar, çox hüceyrəlilər, süngərlər, bağırsaq boşluqlular, yastı qurdlar, dəyirmi qurdlar, yarım xordalılar.




2




11




Müqayisəli morfologiya: onurğalılar, çənəsizlər, qığırdağlı balıq, sümüklü balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər.

2










Müqayisəli morfologiya: həlqəvi qurdlar, xeliserlilər, xərçəngkimilər, traxeyalılar, moluskalar, dərisi tikanlılar, xordalılar.




2




12




Müqayisəli morfologiyanın ikinci hissəsi:orqanlar sisteminin müqayisəli təhlili; dəri, dişlər, skelet, sinir sistemi, qan dövranı sistemi, sidik-cinsiyyət sistemi.

2










Müqayisəli morfologiya: onurğalılar, çənəsizlər, qığırdağlı balıq, sümüklü balığlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər.




2




13




Təkamül bir reallıq kimi: müqayisəli morfologiya və homologiya, ontogonostik məlumatlar, molekulyar struktur, rudimenta orqanlar, qazıntılar nəticəsində tapılmış qalıqlar.

2










Müqayisəli morfologiyanın ikinci hissəsi: orqanlar sisteminin müqayisəli təhlili; dəri, dişlər, skelet, sinir sistemi, qan dövranı sistemi, sidik-cinsiyyət sistemi.




2




14




Təkamülün faktorları: təkamülün tarixi, mutasiyalar, rekombinasiya, təbii seçim, təcrid olunma, genlərin axıcılığı (dreyf).(Quiz)

2










Evalusiya bir reallıq kimi: müqayisəli morfologiya və homologiya, ontogonostik məlumatlar, molekulyar struktur, rudimenta orqanlar, qazıntılar nəticəsində tapılmış qalıqlar.




2




15




Təkamülün faktorları: təkamülün tarixi, mutasiyalar, rekombinasiya faktoru, təbii seçim, təcrid olunma, genlərin axıcılığı (dreyf).




2




Ümum seminar.




2




Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 71,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin