Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "



Yüklə 108,91 Kb.
səhifə1/2
tarix01.01.2022
ölçüsü108,91 Kb.
#103022
növüMühazirə
  1   2

Ədəbiyyat fənnindən mühazirələr

DƏDƏ QORQUD” EPOSU

Azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı “Kitabi-Dədə Qorqud” I minilliyin ikinci yarısında Azərbaycan ərazisində formalaşan və xalqımızın tarixi-qəhrəmanlıq keçmişini əks etdirən bir qəhrəmanlıq eposudur. Eposda xalqımızın qədim düşüncə tərzini əks etdirən motivlərlə bərabər, I minilliyin II yarısına aid olan torpaq, vətən sevgisi, dövlətçilik ənənələri, islam dinini yaymaq uğrunda mübarizə də öz əksini tapmışdır.

I minilliyin sonu, II minilliyin əvvəlində epos Azərbaycandan və Anadolunun şərqində ozanlar tərəfindən qopuzun müşayiəti ilə şifahi söylənilsə də, II minilliyin əvvəllərində türk-müsəlman katibləri, tarixçiləri tarixi zərurətdən onu yazıya almğa və onun əsasında “Dədə Qorqud” kitablarını yaratmağa başlamışlar.

Əsl nüsxəsi bziə gəlib çatmasa da, hazırda eposun iki əlyazma nüsxəsi məlumdur. Hər iki əlyazması XV əsrdə daha əvvəlki əlyazmalardan köçürülmüşdür. Bunların heç biri “Dədə Qorqud” eposunun bütün boylarını əhatə etmir. Bu əlyazma nüsxələrindən daha mükəmməli bir müqəddimə, on iki boydan ibarət olmaqla Almaniyanın Drezden, digəri isə bir müqəddimə və altı boydan ibarət olmaqla Vatikan muzeyində saxlanılır.

“Kitabi-Dədə Qorqud” abidəsi ana dilimizdə yazıya alınmış ilk qədim və möhtəşəm sənət əsəridir.

Datanın elm aləmində məşhurlaşması Alman alimi Fridrix fon Ditsin 1815-ci ildə verdiyi məlumatdan sonra başlamışdır. XX əsrdən etibarən türk alimləri də eposla maraqlanmağa başlayırlar. Qorqudşünaslardan Orxan Şaiq Gökyay, Məhərrəm Ergin Türkiyədə; Həmid Araslı isə Azərbaycanda “Dədə Qorqud” u dəfələrlə nəşr etdirilmişlər.

Kamil Vəli Nərimanoğlunun baş redaktorluğu ilə “Kitabi Dədə Qorqud” un 2 cildlik ensiklopediyası nəşr olunmuşdur. Xalq yaxıçısı Anarın ssenarisi ilə “Dədə Qorqud” filmi çəkilmişdir. 1999-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə dastanın 1300 iliyinin YUNESKO tərəfindən dünya miqyasında keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün tarixi hadisə olunmuşdur.

Dədə Qorqud haqqında. Eposun Qorqud atanın adı ilə adlandırılması heç təsdüfü deyil. O, eposda oğuz elinin ağsaqqalı, gələcəkdən xəbər verən bilicisi,müqəddəs şəxsiyyəti kimi təsvir olunur.

Oğuzun qəhrəmanlıq tarixinin itib-batmaması üçün soy soylayır, boy boylayır. Dövlət qurmaq, vətəni Düşməndən qorumaq barədə söhbət açır.

Qorqud Atanın özü kimi, qopuzu da müqəddəs sayılmışdır. Hətta əsirlikdə olan Əgrək onu xilas etməyə gələn qardaşı Səgrəyi düşmən bildikdə belə, əlində qopuz gördükdə onu öldürmür, Dədə Qorqud hörmətinə bağışlayır.

Eposun ümumi məzmunu. Bitkin süjetə malik 12 boyun hər biri dastanın ümumi məzmunu və ideyasına bağlıdır.Təsvir olunan hadisələr Oğuzda cərəyan edir.Oğuzun sahibi müsəlman türklərdir.On ikinci boya qədər Oğuzun birliyindən danışılır.Oğuzun başçısı Bayandır xandır.

Dastanda qadınlar fəaldırlar. Qızlar həyat quracaqları igidi sınayırlar.

Eposun quruluşu. Orta əsr Azərbaycan dastanlarından fərqli olaraq ,”Dədə-Qorqud” eposu ustadnamə ilə deyil , müqəddimə ilə başlayır. Müqəddimədə eposun əsas məllifi Dədə Qorqud haqqında məlumat , onun dilindən deyilən atalar sözləri verilir.

On iki boyun hər birinin özünün bitkin süjet xətti vardır.Əksər boylarda Oğuz xanına”xanım , hey” müraciəti ilə başlayır. Dastanı söyləyən ozan yeri gəldikcə eposun ilk yaradıcısını- Dədə Qorqudu yada salır. Boylar mövzuca rəngarəngdir. Hər boyda bir igidin qəhrəmanlığından bəhs edilir. Bütün boyların finalı Dədə Qorqudun yum deməsi- xeyir-duası ilə tamamlanır: “Dədə Qorqud gəlibən boy boylayladı, soy soyladı... Məndən sonra alp ozanlar söyləsin, alnıaçıq, comərd ərənlər dinləsin,- dedi,- yum verməyim, xanım, yerli qara dağların yıxılmasın, kölgəlicə qaba ağacın kəsilməsin...”

Eposda işlənmiş sözlərin böyük əksəriyyəti türk mənşəli sözlərdir.Bu da bizə gəlib çatan boyların yazıldığı vaxt dilimizin hələ ərəb , fars dillərinin təsirinə elə də məruz qalmaması ilə bağlıdır. Sonrakı dövrlərdə abidənin üzünü köçürən katiblər onun dilini müəyyən dərəcədə

Dəyişsələr də Azərbaycan ədəbi dilinin qədim nümunələri saxlanılmışdır.

Ədəbiyyat söz sənətidir.

Ədəbiyyat həyatı, insanın hislərini düşüncələrini , arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir.

Həyatı əks etdirmək ədəbiyyatın əsas məqsədidir.

Ədəbiyyat sözü ədəb sözündən götürülmüşdür. Ədəbiyyatın qarşısında duran vəzifələrindən biri insanlara zövq verməkdir. Digər tərəfdən ədəbiyyatın bir vəzifəsi isə insanları tərbiyə etməkdir.

Ədəbiyyat insanda müxtəlif hislər oyadır, onu duyğulandırır, həyəcanlandırır.Bu cəhətdən ədəbiyyat incəsənətin bir növü sayılır. Ədəbiyyatı öyrənən elmə ədəbiyyatşünaslıq deyilir. Ədəbiyyatşünaslıq elminin üç əsas sahəsi var. 1.Ədəbiyyat tarixi, 2.Ədəbiyyat nəzəriyyəsi 3. Ədəbi tənqid

Ədəbiyyat tarixi ədəbiyyatın keçdiyi tarixi inkişaf mərhələlərini, o cümlədən həmin mərhələlərdə yaşayıb fəaliyyət göstərmiş ayrı-ayrı sənətkarların həyat və yaradıcılığını öyrənir.

Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatın ümumi qanunauyğunluqlarını, ədəbi növ və janları, yaradıcılıq metodlarını, bədii əsərin məzmun və forma cəhətlərini , dil-üslub xüsusiyyətlərini və s. öyrənir.

Ədəbi tənqid müasir ədəbi prosesə, bədii əsərə qiymət verir , onun müsbət və mənfi cəhətlərini meydana çıxarır.

Ədəbi tənqid müasir ədəbi prosesi araşdırıb öyrənməklə yaşayıb-yaradan sənətkarlara istiqamət verir.

F. b.Köçərli, Salman Mümtaz, H. Araslı, M.Arif, M.Cəfər, F. Qasımzadə, B. Nəbiyev, Y. Qarayev və başqaları Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamışlar.

Azərbaycan ədəbiyyatı tarixi aşağıdakı dövrlərə bölünür:

1.Qədim dövr (ən qədim zamanlardan XIII əsrə qədər)

2.Orta dövr (XIII ƏSRDƏN XVII əsrə qədər)

3.Yeni dövr (XVII əsrdən XX əsrin əvvəllərinə qədər)

4. Ən yeni dövr( XX əsrin əvvəllərindən bu günə qədər)

Azərbaycan ədəbiyyatının ümumi ideya-bədii istiqaməti və aparıcı prinsipləri türkçülük, islamçılıq, müasirliklə bağlıdır.

Bədii ədəbiyyatın iki qolu vardır:

1.Şifahi xalq ədəbiyyatı

2.Yazılı ədəbiyyat


Azərbaycan şifahi xalq ədəbiyyatı

Şifahi xalq ədəbiyyatına folklor da deyilir. “Folklor” ingilis sözüdür, “ mənası xalq” hikməti deməkdir.

Azərbaycan şifahi xalq ədəbiyyatı həyatı əks etdirmə-ifadə üsullarına göre üç ədəbi növə ayrılır: lirik növ, epik növ, dramatik növ. Lirik növdə tərənnüm, epik növdə təsvir –təhkiyə, dramatik növdə isə əyani göstərmə üsulu əsasdır.

Şifahi xalq ədəbiyyatının(folklorun) lirik növünün janrları, əsasən, bunlardır: nəğmələr, mahnılar, bayatılar və s. Aşıq şeirinin qoşma, gəraylı, təcnis və s. kimi janırları da, təbii ki, lirik növə daxilidir. Siz bu baradə ədəbiyyat nəzəriyyəsini keçərkən müvafiq məlumat alırsınız.

Azərbaycan şifahi xalq ədəbiyyatının lirik növə daxil olan janırlarından biri nəğmələrdir.Nəğmələr məzmununa görə bir neçə yerə bölünür: əmək nəğməri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri, məişət nəğmələri.

Əmək prosesində yaranan və oxunan nəğmələr əmək nəğmələri adlanır. Əmək nəğmələri şifahi xalq ədəbiyyatının ən qədim nümunələri hesab olunur. Əmək nəğmələri içərisində holavarlar və sayaçı sözləri geniş yayılmışdır. Holavarlar əkinçilik və cütçülüklə bağlı nəğmələrdir. Bu nəğmələrdə öküz, kəl kimi qoşqu heyvanlarına müraciət olunur, kotan, mac kimi istehsal alətlərinin adı çəkilir:

Sayaçı sözləri qoyunçuluqla bağlı nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu, keçi kimi heyvanların adı çəkilir:

Nəğmələrin bir qismi müxtəlif mərasimlərlə bağlı yaranmışdır və buna görə mərasim nəğmələri adlanır. Mərasim nəğmələri də çox qədim nəğmələrdən sayılır. Bu nəğmələrin içərisndə daha geniş yayılanı toy nəğmələri və yas nəğmələridir. Toy nəğmələri toy mərasimlərində oxunur:

Yas mərsimlərində oxunan nəğmələr ağı adlanır. Ağılar ölümlə, fəlakətlə bağlı olan qəmli nəğmələrdir:

Mövsüm nəğmələri ilin ayrı-ayrı fəsilləri ilə əlaqədar olur:

Tapmaca xarakterli bu nəğmədə qış, yaz, yay, və yaz fəsillərinə işarə olunmuşdur.

“Yel baba” , “Duman. Qaç”, “Günəş çıx”, “ Yağmur, gəl” kimi nümunələr də mövsüm nəğmələridir.

Qəhrəmanlıq nəğmələri Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qatır Məmməd kimi xalq qəhrəmanları ilə bağlı oxunan və döyüşə səsləyən nəğmğlğrdir.

Məişət nəğmələrinin ən geniş yayılan nümunələri laylalar və oxşamalardır.Laylalar anaların , nənələrin körpə uşağı yatırtmaq istəyərkən oxuduğu nəğmələrdir. Laylalardan fərqli olaraq oxşamalar uşaq yuxudan oyandıqdan sonra onu əzizləmək məqsıdilə oxunur.

Lirik növün geniş yayılmış janrlarından biri də mahnılardır. Lirik növün digər janrlarından fərqli olaraq , mahnıların özünəməxsus melodiyası olur.

Lirik növün ən geniş yayılmış janrı bayatıdır. Bayatıların misraları yeddi hecalıdır.Şəkli xüsusiyyətlərinə görə bayatı yazılı ədəbiyyatın rübai , tuyuq kimi klassik janrlarına yaxındır. Bayatıların böyük bir qismi məhəbbət mövzusundadır. Sarı Aşıq, Ş. İ. Xətai, M. Əmani və başqa sənətkarlar bayatının gözəl nümunələrini yaratmışlar.

Azərbaycan şifahi xalq ədəbiyyatının epik növünə əfsanələr, rəvayətlər , lətifələr , qaravəllilər , nağıllar, dastanlar, atalar sözləri və məsəllər , həmçinin tapmacalar və yanıltmaclar daxildir. Əfsanələrdə insan quşa , heyvana , səma cisimlərinə çevrilir, dağlar,çaylar, güllər dil açıb danışır.

Əfsanələr mövzu etibarilə aşağıdakı qrupları var:



  1. Zoonomik əfsanələr: Maral, Qu quşu, Şanapipik və s.

  2. Toponomik əfsanələr: Beşbarmaq dağı , Səngəçal , Siyəzən və s.

  3. Etnonimik əfsanələr : Oğuz , Bayat

  4. Kosmoqonik əfsanələr : Günəşlə Ay

Rəvayətlər əfsanələrdən fərqli olaraq reallığa daha yaxındır. Rəvayətlər mövzu etibarilə iki qrupa bölünür : 1.Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər 2.Coğrafi ərazilərlə bağlı rəvayətlər.

Epik növün əsas janrlarından olan lətifələlr içtimai həyatdakı və məiçətdəki qüsurlardan bəhs edən yığcam və gülməli əhvalatlardır. Gülüş lətifələrin ayrılmaz xüsusiyyəti olub, daha çox islahedici səciyyə daşıyır. Azərbaycan şifahi xalq ədbiyyatında Bəhlul Danəndə, Molla Nəsrəddin, Abdal Qasım, Ayrım Tağı, Mirzə Bağı, hacı dayı kimi lətifə qəhrəmanları vardır. Bunlardan Molla Nəsrəddin daha daha məşhurdur.

Epik növün əsas janrlarından olan nağıllar həcm etibarilə böyük olur. Nağıllar “biri varmış, biri yoxmuş” ifadəsi ilə başlayır. Mövzusuna görə nağıllar dörd qrupa bölünür: 1.Sehrli nağıllar: “Məlikməmməd”, “Vur, çomağım , vur”, “Şəms və Qəmər” və s.

2.Heyvanlar haqqında nağıllar: “Qoca aslan”, “Axmaq canavar”, “Tülkünün kələyi” və s.

3. Tarixi nağıllar: “Baftaçı Şah Abbas”, “Şah Abbasın doğulması”, “Üç bacı” və s.

4. Ailə-məişət nağılları: “Usta Abdulla”, “Yetim İbrahim”, “Qazanılmış manat” və s.

Epik növün aparıcı janri olan dastanlar əsasən aşıq yaradıcılığı ilə bağlıdır. Dastanlar

Mövzusuna görə iki yerə bölünür: Məhəbbət və qəhrəmanlıq dastanları.

Dastanlar epik növə aid edilsə də qəhrəmanlar hiss- həyəcanlarını ifadə etmək üçün aşıq yaradıcılığının janrlarından istifadə edir ki, elə bu cəhətdən epik-lirik janr hesab olunur.

Qəhhrəmanlıq dastanlarıına “Koroğlu”, “Qaçaq Kərəm”, Qaçaq Nəbi” və s.

Məhəbbət dastanları ustadnamə ilə başlayır, duvaqqapma ilə başlayır. “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Əsli və Kərəm” və s.

Epik növün janrlarından biri də atalar sözləridir. Atalar sözləri dərin mənalı və yığcam olur.

Məsəllər də atalar sözləri kimi hikmətamiz olur.

Epik növün janrlarından biri də tapmacalardır. Tapmacada müəyyən bir əşyanın əlaməti üstüörtülü şəkildəgöstərilir və onun tapılması tələb olunur.

Azərbaycan şifahi xalq ədəbiyyatının dramatik növünün əsas janrları xalq oyunları xalq tamaşaları və şəbihlərdir. Bunlara misal olaraq “Xan oyunu”, “Bic nökər”, “Motal-motal” və s.

AŞIQ yaradıcılığı

Şifahi xalq ədəbiyyatın ana xəttini aşıq yaradıcılığı təşkil edir. Aşıq yaradıcılığı janr etibarilə zəngin və rəngarəngdir.Bu janrlardan qoşma,gəraylı,təcnis,bayatı,divani,müxəmməs və sairə.

Yaradıcı aşıqlardan A.Tufarqanlı, X.Qasım,S.Aşıq, A.Alı A.Ələsgər,A.Şəmşir,A.Mikayıl və başqaları Azərbaycan aşıq sənətinin inkişafında mühüm xidmətləri olmuşdur.


Qədim dövr Azərbaycan ədəbiyyatı

Ən qədim zamanlardan Azərbaycanda məskunlaşan Qafqaz, İran , türk mənşəli tayfalar zəngin xalq yaradıcılığı nümunələri ilə yanaşı ,abidələr də yaratmışdır. Həmin abidələrin ən mükəmməli e. ə İ minilliyyin ortalarında yaşamış Zərdüşt peyğəmbərə məxsus olan “Avesta”dır. Bu kitab atəşpərəstlik dininin əsaslarını təbliğ etmək məqsədilə qələmə alınmışdır.Sasanilərin hakimiyyətdə olduqları III-V əsrlərdə Zərdüşt bir peyğəmbər , “Avesta” isə atəşpərəstlərin müqəddəs kitabı kimi tanınmışdır. “Avestanın əsasını xeyirlə şərin , işıqla qaranlığın ,doğru ilə yalanın mübarizəsi barədəki dini-fəlsəfi fikirlər təşkil edir.

Qədim dövr Azərbaycan ədəbiyyatının əsasında bir neçə minillik tarixə malik qədim türk , yaxud ümumtürk ədəbiyyatı dayanır. Bir kökdən ,bir mənbədən zyarandıqlarına görə türk ədbiyyatları yeni dövrə (XVI-XVII) qədər bütöv bir sistem təşkil edirdi.

I minilliyin sonu II minilliyin əvvəllərində fars dili ,demək olar ki, bütün müsəlman Şərqində əsas şeir-sənət dili kimi yer tutur. Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələri olan Q.Təbrizi, M. Gəncəvi, Ə. Xaqani, N. Gəncəvi öz əsərlərini farsa yazsalar da ,onların əsərləri ifadə-üslub baxımından türk -Azərbaycan ədəbiyyatı hadisəsi olduğunu nümayiş etdirir.

Q.Təbrizi(1012-1088)

1012-ci ildə Təbriz yaxınlığında Şadiabad kəndindəanadan olmuşdur.Gənc yaşlarında Gəncəyə köçmüş və burada Şəddadilər sarayında qüdrətli şair kimi tanınmışdır. Sonradan Təbrizə qayıtmış və Rəvvadilər sarayında böyük hörmət qazanmışdır.

Q.Təbrizinin ədəbi irsi fars dilində yazdığı “Divan”dan və fars sözlərinin izahını verən “Ət-Təfasir” adlı lüğətdən ibarət

Olmuştur.

Onun “Divan”ı tam şəkildə bizə gəlib çatmış ilk divandır. Azərbaycan dilinə tərcümə olunaraq nəşr olunmuşdur.

M.Gəncəvi(XII)
XII əsrin birinci yarısında yaşayıb yaratmış Məhsəti Gəncəvi ədəbiyyat tariximizdə gözəl rübailər ustadı kimi tanınır. Onun iki yüzə yaxın rübaisi günümüzədək gəlib çatmışdır. Şairənin farsca yazdığı rübailərdə humanizim, səmimi hislər, dərin frəlsəfi mühakimələr, gözəl təbiət təsvirləri oz əksini tapmışdır.
Məhəbbət lirikası onun yaradıcılığında əsas yer tutur. Şairənin məhəbbət mövzusunda olan rübailərində lirik qəhrəmanın şikayətləri- dövrdən, cəmiyyətdəki vəziyyətdən narazılığı da öz əksini tapmışdır.

Məhsətinin bəzi rübailərində ayrı-ayrı peşə sahiblərinin tərənnümünə də yer verilmişdir ki, onun belə rübailəri şəhrəşublar(şəhrəngizlər) kimi tanınır.

Məhsəti Gəncəvi Gəncə sarayında böyük nüfuz sahibi olmuşdur.Şairənin müasiri olan Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı qeydinə görə, Gəncə sarayında Məhsətiyə bir qəzəli üçün xəzinə bağışlanmışdır.

Məhsəti rübailəri gözəl və rəngarəng təbiət təsvirləri, mükəmməl təbiət obrazları ilə də zənginidir:

Gülə mənzil olmuş yenə də çəmən,

Köynəyi yırtılmış ta ətəyindən.

Dedim: “Kim yırtmışdır səbir pərdəni?”

Qalxib səhər yeli söylədi ki: “Mən”

Məhsəti Gəncəvinin həyatı ilə bağlı “Əmir Əhməd və Məhsəti” adlı dastan da vardır.

Ə.Xaqani(1126-1199)

Əxaqani 1126-cı ildə Şamaxıda dülgər ailəsində anadan olmuşdur. Gənc yaşlarında məliküş-şüəra Əbül-üla onu Şirvanşahlar sarayına dəvət etmiş, xüsusi istedadına görə ona “Xaqani” təxəllüsünü vermişdir. Sarayda hörmət sahibi olmasına baxmayaraq , bir müddət sonra sarayın iç-üzünü görüb oradan getmək istəmiş, lakin həbs edilərək zindana salınmışdır.

Xaqani həbsxanada olduğu vaxtlarda “Həbsiyyə” adlı şeirlər silsiləsini yaratmışdır.1176-cı ildə Kəbə ziyarəti adı ilə Şirvanı həmişəlik tərk edir.Məkkəni ziyarətdən sonra Təbrizdə məskən salır və 1199-cu ildə orada vəfat edir.X. Şirvani Azərbaycan ədəbiyyatı tarixində ilk nəsr nümunəsinin , ilk poemanın , ilk məsnəvi şeir şəklinin yaradıcısıdır.

Ə.Xaqaninin “Mədain xərabələri” qəsidəsi dərin ictimai-məzmunu

Ilə diqqəti cəlb edir.



Ə.Xaqani ədəbiyyatımızda qəsidə janrının ustadı kimi tanınır.


Yüklə 108,91 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin