Nizami Gəncəvinin dil – kəlam haqqındaki mulahizələri



Yüklə 14,79 Kb.
tarix27.05.2018
ölçüsü14,79 Kb.
#51859

Nizami Gəncəvinin dil – kəlam haqqındaki mulahizələri

Dahi Azərbaycan şairin Nizami Gəncəvi (Nizami əbu Məhəmməd Nizaməddin İlyas ibn Yusif ibn Müəyyəd Gəncəvi) təkcə ədəbiyyatımızın deyil, eləcə də elmimizin bir sıra sahələri üçün çox maraqlı və zəngin irs qoyub getmişdir. Vaxtilə dahi şairin farsca yazmasından dolayı onu fars hesab edirdilər. İndi isə onun əsərlərindəki çoxlu faktlardan çıxış edərək şairin türk-azərbaycanlı olmasına heçkəs şubhə etmir. Bundan əlavə, şairin əsərlərindəki türk-Azərbaycan atalar sözləri və zərbül-məsəllərin işlədilməsi ounun türk oğlu olub , bu dili hədsiz sevdiyinə inkaredilməz dəlildir. Onun ana dilinə sonsuz məhəbbəti , bu dilin nüfuzunu kiçicik şəkildə aşağı salma təşəbbüsü şairi qəzəbləndirmişdi . Məsələn, Şirvanşah Əbülmüzəffər Əxistanın şairə “Leyli və Məcnun ” – u başqa dildə yad etməsini götürək. Şirvanşahlar özlərini İran-fars taxt səltənətinin nümayəndələri hesab etdikləri üçün Azərbaycan xalqına həqarətlə baxır və onun dilini də sevmirdilər. Bu səbəbdən də Nizamiyə Şərqin bu böyük məhəbbət dastanını ərəb və fars dili ilə zinətləndirməyi xahiş edir.



Ey söz dünyasına hakim, Nizami,

Qulluğa məhrəmsən ,tut iltiçamı…

İstərəm Məcnunun böyük eşqinə,

Bir söz xəzinəsi açasan yenə…

Bakirə Leylitək, ey böyük ustad,

Şeirdə iki-üç bakir söz yarat…

Bu təzə gəlinə çəkəndə zəhmət,

Fars, ərəb diliylə vur ona ziynət.

Sözün sərrafıyam, sən ki bilirsən,

Təzəni köhnədən tez seçərəm mən .

Türk dili yaramaz şah nəslimizə,

Əskiklik gətirər Türk dili bizə.

Yüksək olmalıdır bizim dilimiz,

Yüksək yer almışdır bizim nəslimiz.

Bu parçada Şirvanşah açıqca fars dili ilə Azərbaycan dilini müqayisə edərək birincini daha üstün tutur.

Nizami sözü-nitq-dili insanın daxili aləmi hesab etməkdən əlavə, onu başqa canlılardan fərqləndirən bütün yaranmışların əşrəfi edən, hətta onun varlığına , canına bərabər bir anlayış hesab edir. “ Sirlər xəzinəsi ”-ndə oxuyur:

Söz eşqin lüğətində öz canımızdır bizim,



Biz-sözük, görkəmimiz-eyvanımızdır bizim.

“ Xosrov və Şirin ”-də buna bənzər fikri şair belə ifadə edir:

Söz Ruhdur, can üçün ruh bir dərmandır,

Cantək əzizliyi bəlkə bundandır.

Nizaminin dilə münasibəti məsələsini aydınlaşdırmaq bizim tədqiqatın əsas məqsədi olmadığı üçün kiçik bir icmalla kifayətlənməli oluruq. Bu problem müstəqil tədqiqat obyekti olmalıdır.

Nizami yaradıcılığı bir ümmandır ki, onda elmin bütün sahələrinə aid istənilən fikri tapmaq olar. Nizaminin dil haqqında fikirləri bir də ona görə qiymətlidir ki, özündən sonrakı şair və mütəfəkkirlər onun fikirlərinə istinad etmişdir.Məsələn

Nəsiminin söz haqqında fikirləri.

Nəsiminin söz kəlam haqqındakı fikirləri bir cox halda Nizamiyə söykənsə də, dövrünə , etiqadına görə ondan fərqlənir. Bundan əlavə, Nəsimi ana dilində yazdığı üçün onda müxtəliflik ola bilməz. Nəsimi yaradıcılığı ədəbi dilimizin inkişafında xüsusi bir mərhələ, əvəzsiz bir baza olduğu kimi, dilçiliyimizin inkişafında da xüsusi roloynamışdır. Ədəbi dilimizin inkişafında Nəsimi əsərlərindən bəhs edildiyi halda, Nəsiminin dilçilik baxışları, söz haqqındakı fikirləri haqqında, demək olar ki, heç bəhs edilməmişdir. Nəsimi hürufi təriqəti ilə bağlı fikirlərini çox vaxt yalnız bu təriqətin üzvlərinin başa düşə biləcəyi dildə ifadə edir. Yəni Nəsiminin bir çox fikir və müəmmalarının mənasını bilmək üçün mütləq hürufilərin ünsiyyət üçün istifadə etdikləri elementlərin mahiyyətini anlamaq lazımdır. Nəsimi bağdadda Vətən deyəndə Azərbaycanı, ana dili deyəndə dogma türkcəsin - Azərbaycan dilini nəzərdə tuturdu.

Ey dəvət eyləyən bizi firdovsə, -eylə bil,

Cənnətdən özgə vardurur əla məkanımız

Burda şair öz vətəninin firdovsdən-behiştdən daha “əla” olduğunu göstərir.

Sən bu Nisiminin dilini anla, bil sözün

Kim var bu dildən özgə birim bir lisanımız

Məhəmməd Füzulinin söz-nitq-dil haqqında fikirləri.

Böyük Azərbaycan şairi Məhəmməd Füzuli (1494-1556) də sözün fəziləti və qüdrəti haqqında danışmış, onu insan ağlının, zəkasının gövhəri hesab etmişdik. O, da öz böyük səfəri kimi – Nizami, Nəsimi, sözün az, mənanın geniş və dərin olmasını tələb etmiş, insan zəkasının bu nadir incisini qum dənələrikimi bol-bol səpməyi məsləhət görmüşdür.

Dahi şair orjinal sözü yüksək qiymətləndirir. Başqasının dediyi sözləri təkrar etməyi qüsur hesab edir. Yəni deyilmiş söz maraqsız olduğu kimi, deyilməmiş söz də , rəribə qarşılanır. “Söylənmiş bir sözü söylənildiyinə görə, söylənməmiş bir sözü isə əvvəlcə söylənilmədiyinə görə işlətmək olmur”.

Şair sözü bəzən şeir sənəti mənasında işlədir ki, bu da sözə onun verdiyi yüksək qiymətdən irəli gəlir.

Şair sözə o qədər qiymət verir ki, özünün də onu qiymətləndirməyə gücü çatmadığını, başqa sözlə, bu sahədə həmin anlayışı ifadə edəcək “Söz yoxdur”, - deyir.

Sözün vəsfi mənim hünərim deyil,



Sözün qiymətinə söz yox, yəqin bil.
Yüklə 14,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin