Novruz bayramının ssenarisi Himin ifa olunur



Yüklə 29,71 Kb.
səhifə1/4
tarix04.06.2022
ölçüsü29,71 Kb.
#116626
  1   2   3   4
Novruz bayram senaria S Zülfüqarova-1


Novruz bayramının ssenarisi
1.Himin ifa olunur.
1-ci aparıcı Q.Günay: Salam əziz uşaqlar. Hörmətli müəllimlər və valideyinlər 4a sinif şagirdlərinin Novruz şənliyinə xoş gəlmisiniz.
2-ci aparıcı X.Günay: Bu gün onlar sizi gözəl şeirlərlə, şən mahnılarla, məzəli səhnəciklərlə şənləndirəcək.
1-ci aparıcı Q.Günay: Novruz adlı əbədiyaşar kitabın müəllifi Azərbaycan xalqının yaratdığı “Qobustan rəsmləri”, “Kitabi Dədə Qorqud” adlı möhtəşəm söz abidələridir.
2-ci aparıcı X.Günay: Tarixi minilliklərə qədər gedib çıxan bu bayramın nə bir sözü nə bir adət-ənənəsi yazıya alınıb. Ağızdan-ağıza yaşayaraq bu bayramın öz nəğmələri, adət-ənənələri, mərasimləri, oyunları bu günümüzə qədər gəlib çatmışdır. Bu örnəklərdən əkin nəğmələri, sayaçı sözlər, sağın nəğmələri, xıdır nəğmələri və s. bu gün də sevilərək yaşamaqdadır.
1-ci aparıcı Q.Günay: Bahar bayramının əsas atributları çərşənbələrdir. Bu çərşənbələr 7 olmaqla ilk 3 çərşənbə yalançı sayılır. İndi isə gəlin çərşənbələrimizi dinləyək (hər bir çərşənbəni - su, od, yel, torpaq çərşənbəsini bir oxucu təmsil edir).
I oxucu Bahar (Su çərşənbəsi): Üç oğru çərşənbədən sonra özünü yetirən su çərşənbəsi sanki yazın tumurcuğudur. Həm inama, həmdə təbii əsasa görə yazın ilk oyanışı sudan başlayır. Dağları, dərələri bürüyən qarın canına isinti gəlir. Bu çərşənbədə sübh tezdən suyun qırağına gəlib dua edən, qəlbində niyyət tutan, dərdini suya danışan insan yüngülləşir. Su elə müqəddəsdir ki, axır çərşənbə çaylar dayanıb axmır, ağaclar baş əyib alnını suya söykəyir.
Bulaqların gözü açıq,
Ormanların üzü açıq;
Durnalardır uçub gələn
Qaqqıldaşa-qaqqıldaşa!
Çaylar axır dəryalara
Şaqqıldaşa-şaqqıldaşa...
(Əhməd Cavad)

II oxucu Güldən (Od çərşənbəsi): Novruzun ikinci çərşənbəsi Od-atəş çərşənbəsi sayılır. Od yerə nəfəs verir,isidir,qışda donmuş torpaqların donunu açır. Od çərşənbəsindədə su çərşənbəsindəki kimi tonqal qalayar, məşəllər alışdırar, şamlar yandırarlar. Uşaqlar, böyüklər, qızlar, oğlanlar tonqal ətrafında halay vuraraq, rəqs edər, mahnı oxuyar, “ağırlığım uğurluğum odda yansın” deyərək tonqal ətrafından tullanarlar. Su kimi od da insanları təmizə çıxarıb, şaxtadan qorumuş, ölməyə qoymamışdır.


Mən oddan yaranmışam,
Oddur südüm, nəfəsim.
Od rənginə boyanmışam,
Oddur gücüm, oddur səsim!..
...Babam oddur, anam oddur
Odur ki, mən od kimiyəm!..
(Əhməd Cavad)

III oxucu Pərvanə (Yel çərşənbəsi): su, od və torpağın bir-biri ilə dil tapması havanı yaratdı. Bu həyat amillərindəndir. İnsan bir neçə gün susuz yaşaya bilər, torpaqdan ayrılıb təyyarələrdə havaya qalxa bilər, lakin 1 neçə dəqiqə havasız yaşaya bilməz. İnanclara görə Yel baba ilə Əkinçi baba qardaş imişlər. Bahar gələndə onlar tarlanı birlikdə əkərmişlər. Bundan sonra tarladakı bütün işlərə Əkinçi baba cavabdeh imiş. O, məhsula su verər, ot-alaqdan təmizləyər, becərər, yetişəndə də biçib xırmana gətirərmiş. Arpa buğdanın dənini küləşdən ayırmaq isə Yel babanın işi imiş. Bir kərə yenə adamlar arpa buğdanı döyüb gözləyirlər ki, Yel baba gəlib onu sovursun. Amma Yel baba gəlib çıxmır ki, çıxmır. Səbri tükənmiş adamlar taxılı özləri sovurmağa başlayır və


Yel baba, amana gəl,
Dolanıb xırmana gəl,
Bir bəhanə yoxdursa
Xəlbirə, samana gəl
A Yel baba, Yel baba
Saman sənin, dən mənim
Ləçəyi mindər-mindər
Yonunu döndərmirsən
Mehini bizə göndər
A Yel baba,
Yel baba deyə
oxuyarmışlar. Elə bu vaxt gəlib xırmana yetişən Yel baba eşitdiyi sözlərdən inciyib geri dönür. Adamlar öz əməllərindən peşman olurlar. Hamı Yel babanı səsləyir və oxuyurlar:
A Yel baba,Yel baba
Qurban sənə gəl baba!
Taxılımız yerdə qaldı
A Yel baba,Yel baba...
Bu nəğmə Yel babanın xoşuna gəlir. Geri qayıdıb xırmandakı buğdanı arpanı sovurub, samandan ayırır.
IV oxucu Nərmin (Torpaq çərşənbəsi): Torpaq çərşənbəsində inanca görə su ilə odun torpağa qovuşması torpağın canını açır, torpağı yumşaldır. İnsanın, bütün canlı varlıqların həyatında su və odla yanaşı, torpağın da çox böyük əhəmiyyəti danılmazdır. Su ana, od atadırsa torpaq varlığın özüdür.
Torpağa bax, torpağa,
Sanki qalxır ayağa.
Buxarlanır nəfəsi,
Oyanıbdır həvəsi...
2-ci aparıcı X.Günay: Novruz çərşənbəsinə aid sınamaları dinləyək.
1. Axar çərşənbənin axşamə pis danışmaq, heysiz olmaq, naylaiq hərəkət etmək olmaz. Deyərlər ki, insan bu çərşənbə axşamı hər əməli, istəyi, fkri, davranışı təzələnir.
2. Axır çərşənbə gecəsində təbiətdə hər nə varsa hamısı təzələnər- deyərlər.
3. Axır çərşənbə günü şişi ocağa qoyub heyvanı dağlayıb qorxutsan südlü olar-deyərlər.
4. Deyərlər odun üstünə su tökməzlər. Od sönsə ocaq sönər - deyərlər.
5. Düyünü yerə, ayaq altına salmazlar, bərəkəti qaçar.
1-ci aparıcı Q.Günay: İndi isə Novruza aid haxıştalar deyək.
Mən aşiqəm üzülər, haxışda
Qara gözlər süzülər haxışda
Novruzun süfrəsinə, haxışda
Yeddi nemət düzülər haxışda

****
Mən aşiqəm halı var, haxışda


Dəymişi var, kalı var, haxışda
Novruzda uşaqların haxışda
Hamıdan çox payı var, haxışda

****
Novruzum ay Novruzum, haxışta,


Sən gəl, çin olsun arzum haxışta,
Sənin xoş gəlişinlə haxışta
Bol olsun çörək, duzum haxışta

********
Səməni ay səməni haxışta,


Lalə bəzər çəməni haxışta
Küsənlər tez barışsın haxışta
Novruz sevməz küsəni haxışta

****
Xonçamızı bəzəyək haxışta


Süfrəmizə tez düzək haxışta
Səsləyin uşaqları haxışta
Deyək, gülək, şənlənək haxışta

****

Yaz gəlib ay yaz gəlib haxışta
Durna gəlib, qaz gəlib haxışta
Ağaclar açmış çiçək haxışta
Aşıq əldə saz gəlib haxışta...
*****

Ağ at gəlir enişdən, haxışta,


Sinəbəndi gümüşdən,haxışta.
Sizə də qismət olsun, haxışta,
Xurcundakı yemişdən, haxışta. salam.

“Mən baharın qızıyam” musiqi sədaları altında Bahar qız (Bahar) səhnəyə gəlir.


Bahar qız:
-Uşaqların dostuyam
Hamıya mehribanam
Dondurmaz şaxta məni
Sanki bir ağ çiçəyəm
Şənlikləri bəzərəm
Həm gözəl həm göyçəyəm

Uğur olsun gözəl bahar!


Səni ellərə çox arzular
Ayaq basdın ölkəmizə
Şənlik, sağlıq gətir bizə
Qoy sel kimi yağsın yağış
İnəyini sağsın yağış

Sellər axsın çaylar daşsın


Sevincimiz başdan aşsın
Çatır-çatır yansın ocaq
Qoy şənlənsin oğul uşaq.
Çöllər sünbül saçlı əkin
Parıldasın qızıl təkin

Dağlar bəzək vursun yenə


Dağda bağda axşam səhər
Ətir saçsın bənövşələr.
Həvəs maraq gəlsin bizə
Çalışaq öz dərsimizə
1-ci aparıcı Q.Günay: Uşaqlar nəsə məclisimiz elə bil ki, boşdur. Şənliyimizi daha şən, daha maraqlı və əyləncəli keçməsi üçün kimlər çatışmır?

Yüklə 29,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin