Mövzu 1. Qədim Misir erkən və orta səltənət dövründe.
Plan:
1. Misir tarixine giriş.
2. E.e. 3100-2800-cü illəri əhatə edən qədim səltənət dövründe Misirdə dövlatin
formalaşması.
3. Qədim seltenet dövründə Misirdə baş veran ictimai-siyasi ve iqtisadi
proseslərin xarakterik xüsusiyyətləri.
4. Qədim saltanat dövründə Misirin parçalanması.
Afrikanın Şimal-şərqində yerləşən Misir üçün Nil çayı mühüm önəm kasb
edir. Yunanlar bu çayı "Neylos", Misirlilər isə "Böyük çay" adlandırırdılar. Ölkenin
heyatında oynadığı rola gör yerli ehali onu ilahileşdirib qadın döşlü kişi allahı kimi
tesvir edirdilər. Ilda bir dəfə, əsasən yay aylarında Nil daşırdı. Avqust-sentyabr
aylarında çayda suyun səviyyəsi ən yüksək həddə çatırdı. Noyabr ayında isa su
çəkilirdi. Daşqın zamanı çayın getirdiyi mineral maddələr və lil bütün vadini
örtürdü. Buna göre torpaq çox məhsuldar olurdu. Qədim misirliler öz ölkesini "Ta
kemet" - qara torpaq adlandırırdı. Ərazini əhatə edən səhralıq hissə isə "Ta
deşret' - qırmızı torpaq adlandirilirdi. Ehtimal edilir ki, qədim misirlilər mənşə
baxımından protoafrasiya etnik qruplarının bir qolunu teşkil etmişlər. Onlar hami dil
ailesinə mənsub olmuşlar. Protoafrasiya dil qrupundan sonralar sami dil ailəsi
ayrılmışdır. Adəten qedim Misir dilini Sami-hami dil ailəsinə mensub edirler.
Qedim Misir tarixi yazılı, arxeoloji mənbelər esasında öyrənirlər. Yazılı
abidələr İçərisində Siciliyanın Polermo şəhəri yaxınlığında tapılmiş "Palermo daşı"
üzərində olan yazılar mühüm əhəmiyyətə malikdir. Bu daşın üzerində ilk Misir
sülale hökmdarlarının ta V sülaləyə kimi adları ve herbi yürüşləri aks olunmuşdur.
Bu siyahi esasında 19 sülalə hökmdarının adını öyrənmək mümkün olmuşdur.
E.ə.lll esrde Misir tarixini qələme almış kahin Manefonun əsəri də yazılı
mənbə kimi olduqca ehemiyyətlidir. Əserin özü yox, yunan müəlliflərinin bu
mənbədən iqtibas etdikləri parçalar bize gəlib çatmışdır. Müellif Misir tarixini 30
Dostları ilə paylaş: |