“praksis” Sosial İnkişafa Dəstək İctimai Birliyi



Yüklə 9,43 Kb.
tarix27.06.2018
ölçüsü9,43 Kb.
#54976

PRAKSİS” Sosial İnkişafa Dəstək İctimai Birliyi

Bakı şəh. Zahid Xəlilov küç.26, 554-cü məhəllə. AZ-1141. URL:www.praxis.az; E-mail: office@praxis.az


_____________________________________________________________________________

23 Aprel 2007


PRESS RELİZ

11 Aprel 2007-сi il tarixdə Fizuli rayonu Əhmədbəyli, Böyük Bəhmənli, Aşağı Kürdmahmudlu və Qayıdış-2 bələdiyyələri ilə PRAXİS-Sosial İnkişafa Dəstək İB region nümayəndiliyində görüş keçirilmişdir. Görüşdə PRAXİS-in Fizuli rayonu üzrə əlaqələndiricisi Mahirə Alxazova, Əhmədbəyli bələdiyyə sədri Hüseynov Yusif, Böyük Bəhmənli bələdiyyə sədri Kərimov Behbud, Aşağı Kürdmahmudlu bələdiyyə sədri Rüstəmov Mircavan, Qayıdış-2 bələdiyyə sədri Əsədov Eldar, bələdiyyə işçiləri, yerli icma nümayəndələri və könüllülər iştirak etmişdir. Görüşün əsas müzakirə məsələlərinə daxil idi:


1. “ Praxis ” təşkilatının fəaliyyətinin təqdimatı;

2. Bələdiyyə sədrlərinin öz fəaliyyətləri və ərazidəki mövcud vəziyyət



haqqında məlumatları;

  1. “ Praxis” təşkilatının gələcək fəaliyyət planları və Füzulidə

yerliözünüidarə qurumları ilə əməkdaşlıq imkanları haqqında.
İlk olaraq Mahirə Alxazova – “ Praxis” Sosial İnkişafa Dəstək İctimai Birliyi haqqında, onun fəaliyyəti və xüsusən də, regiondakı həyata keçirdikləri layihələr haqqında geniş məlumat verdi. Təşkilatın missiyası, məqsəd və vəzifələrini izah etdi.
Daha sonra Aşağı Kürdmahmudlu bələdiyyə sədri M.Rüstəmov, Böyük Bəhmənli bələdiyyə sədri B.Kərimov, Əhmədbəyli bələdiyyə sədri Y.Hüseynov, Aşağı Kürdmahmudlu icma lideri K.Mirzəyev və Qayıdış-2 yeni qəsəbəsinin icma lideri Q.Muradov öz bələdiyyələri barədə məlumat verərək qeyd etdi ki, onların bələdiyyəsi II çağırış seçilir. Bələdiyyələrə daxil olan ərazilərdə rastlaşdıqları çətinliklərin büdcənin formalaşdırması, suvarma suyunun çatışmaması, elektrik xətləri 1960 –cı illərdə çəkilməsi səbəbilə yaranan vəziyyətin, sərhəd rayonu olduğu üçün kredit ala bilməmək imkanlarının olmaması, öz məhsullarını sata bilməmələri, kənddə kənd təsərrüfat məhsullarının emalı üzrə sexlər, müəsssisələrin olmamamsı, Yun tədarükü, pendir sexi, ət məhsullarının konservləşdirilməsi sexi, meyvə- tərəvəz konserv sexi və s. yaradilmaması, öz binalarının olmaması, özünün gəlir gətirən sahəsi, icarəyə verə biləcək kənd təsərrüfat texnikasının yoxluğu və digər problemlərin mövcudluğundan danışıblar.
Qeyd edilmişdir ki, bu işlərin hər biri ilə məşğul olmağa hazırıq, biznes struktur yaradılarsa onun gəlirindən daxili ehtiyaclara xərclənə bilər. Problemləri dinləyən Praxis əməkdaşları adından sonda çıxış edən M.Alxazova görüşün əsas məqsədinin regionda yerliözünüidarə qurumlarının mövcud vəziyyətini öyrənmək, gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olduğunu söylədi. Göruş Praxis təşkilatının regionda işləmək və onlara işlərində yardımçı olmaq istəyini qeyd edən M. Alxazovanın çıxışından sonra səmimi şəraitdə başa çatdı.


İctimayyətlə Əlaqələr Xidməti
Yüklə 9,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin