P R E S S – R E L E A S E
Gənc İnsan hüquq müdafiəçiləri İctiami Birliyi Amerika Hüquqşünaslar Assosiasiyasının Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsü təşkilatının vasitəsilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə «GƏNCLƏR HƏRƏKƏTDƏ» (Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyası və insan haqlarının Avropa Məhkəməsində müdafiəsi haqqında informasiyanın geniş yayılması məqsədilə Azərbaycanın müxtəlif regionlarından təşviqatçı-həmyaşıdların hazırlanması) adlı layihəni həyata keçirir.
Dünya üzündə geniş yayılmış təşviqatçı-həmyaşıdlar hərəkatı Azərbaycanda ilk dəfə yaranacaq.
Elə layihənin məqsədi Azərbaycanın regionlarında Avropa İnsan hüquqlarının və azadlıqları müdafiəsi haqqında Konvensiyası və insan haqlarının Avropa Məhkəməsində müdafiəsi haqqında informasiyanın geniş yayılması məqsədilə təşviqatçı-həmyaşıdların hazırlanmasıdır.
Hüquq müdafiə fəaliyyəti və təbliğat, sui-istifadənin və qanun pozulmalarının aradan qaldırılması və gənclərin insan haqlarını tanıyan qanunlara, dövlət siyasətinə və ictimai təcrübəyə dəstək olmaq üçün qüvvəli alətdir. Təbliğatın ən səmərəli vasitələrindən biri də təhsil, vəziyyət, mənsubiyyət və ya yaşla eyni (bərabər) insanlar vasitəsilə maarifləndirmədir. Həmyaşıdlar vasitəsilə maarifləndirmə – bərabərlər arasında dialoqdur. Belə dialoq vasitəsilə müəyyən qrupun bir üzvləri elə öz qruplarının digər üzvlərini maarifləndirirlər. Bu, adətən, qeyri-formal yığıncaq formasında keçirilir. Təşviqatçı-həmyaşıdların köməyi ilə, eyni sosial qrupa mənsub insanlar birlikdə müəyyən mövzunu öyrənib, müzakirə edirlər. Sonra, bu informasiyanı digər həmyaşıdları arasında yayırlar. Həmyaşıdlar vasitəsilə maarifləndirmə tələbə və gənclər arasında daha effektiv işləyir. Belə maarifləndirmə insanlar arasında diskussiyalar və birlikdə işləmək üzərində qurulduğuna görə effktivdir. Elə layihənin məqsədi Avropa İnsan hüquqlarının və azadlıqları müdafiəsi haqqında Konvensiyası və insan haqlarının Avropa Məhkəməsində müdafiəsi haqqında informasiyanın geniş yayılması məqsədilə təşviqatçı-həmyaşıdların hazırlanmasıdır. 15 nəfər gənc təşviqatçı-həmyaşıd kimi hazırlanacaq və sonra öz regionunda, öz icmasında aldığı bilikləri yayacaq və təbliğ edəcək, yəni tələbələr təhsil müəssisələrində, QHT nümayəndələri – cəmiyyətdə, digər gənclər isə öz sosial qruplarında aldıqları məlumatları yayacaqlar.
İnformasiyanın yayılması görüşlər, yığıncaqlar, yürüşlər, sorğular və müvafiq materialların paylanması vasitəsilə keçiriləcək.
Təşviqatçı-həmyaşıdlar öz sosial qrupu daxilində informasiyanı iki istiqamətdə aparılacaq. Birinci istiqamət – Avropa İnsan hüquqlarının və azadlıqları müdafiəsi haqqında Konvensiyası haqqında məlumatlandırma. Əsas məqsədlərdən biri, insan hüquqlarının müdafiəsinin cəmiyyət tərəfindən dəstək edilməsinə nail olmaqdır. Bu işdə cəmiyyətin məlumatlandırılma, maarifləndirilmə və kommunikasiya səviyyəsini qaldırmaq, qorxu və xürafatların aradan götürmək əhəmiyyətli yer tutur. İkinci istiqamət – insan haqlarının Avropa Məhkəməsində müdafiəsi haqqında informasiyanın yayılmasıdır, yəni məhkəməyə müraciət qaydaları və s.
Təşviqatçı-həmyaşıdlar kütləyə həmçinin hər kəsin bərabər eyni həcmli hüquqlara malik olmasını izah edəcəklər. Həmyaşıdlar arasında maarifləndirmə insan haqları haqqında məlumatlandırmanın və gəncləri praktiki hərəkətlərə ruhlandırmanın çox uyğun üsuludur. Kütlə arasında insan haqlarının müdafiəsi və Avropa Məhkəməsinə müraciət haqqında məlumatın yayılmasının belə üsulu, informasiya aksiyaları və digər kütləvi tədbirlərdən daha artıq xeyir gətirə bilər.
Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanda təşviqatçı-həmyaşıdlar hərəkatı – təşviqatçı-həmyaşıdların şəbəkəsi yaradılacaq. Şəbəkə İnternet vasitəsi ilə əlaqələndiriləcək. Təşviqatçılar kütlə arasında insan haqlarının müdafiəsi, Avropa İnsan hüquqlarının və azadlıqları müdafiəsi haqqında Konvensiya və insan haqlarının Avropa məhkəməsində müdafiəsi və vətəndaş cəmiyyəti barədə fikir formalaşdıracaq, mövcud problemin bu üsulla həll edilməsi barədə inam yaradacaqlar.
«Gənc İnsan Hüquq Müdafiəçiləri»
İctimai Birliyinin Mətbuat Xidməti
21, Bulbul ave., Baku, Az 1000, Azerbaijan
Tel. + 994 50 3772951 Email. yhrd@baku.az
Dostları ilə paylaş: |