Qeyri-maddi aktivlər tərifi



Yüklə 47,85 Kb.
səhifə1/8
tarix22.08.2023
ölçüsü47,85 Kb.
#128729
  1   2   3   4   5   6   7   8
QMA


Qeyri-maddi aktivlər - tərifi
Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən aşağıdakı aktivləri aid etmək olar:

  • elm, ədəbiyyat və incəsənət əsərləri;

  • ixtira, sənaye nümunələri, bazar haqqında bilik, müştəri siyahısı, faydalı modellər, proqram təminatı və ya məlumat bazaları, kinematoqrafik filmlər, ticarət markaları və əmtəə nişanları(brend və nəşr adları daxil olmaqla), seleksiya nailiyyətləri, inteqral sxemlərin topologiyası, məxfi düstur, istehsal sirləri (nou-hau);

  • torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, françayz, lisenziyalar, inhisar və imtiyaz (üstünlük) hüququ (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla);

  • şirkətin işgüzar nüfuzu, yəni satın alma qiyməti (bütövlükdə əmlak kompleksi kimi) ilə balansda şirkətin bütün aktiv və öhdəlikləri arasındakı fərq (qudvil).

Bəzi terminlərin tərifi:
Patent– ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən mühafizə sənədi.
İxtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər.
Faydalı model - qurğuya aid olan texniki həllər.
Sənaye nümunəsi – məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həll.
Əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
Coğrafi göstərici - əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir.
Seleksiya nailiyyətləri — seleksiya işi nəticəsində yaradılmış, cəmiyyət üçün faydalı bitki sortları, heyvan cinsləri, onların hibridləri, xəttləri, krossları və klonları.
Lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəd




Yüklə 47,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin