Riskdən yayınma, riski dayandırma və modelləşdirmə Plan :
Əsas növ kommersiya risklərinin
səviyyəsinin təhlili
Risklere tesiretme
Əsas növ kommersiya risklərinin səviyyəsinin
qiymətləndirilməsi
Əsas növ kommersiya risklərinin
səviyyəsinin təhlili
Riskin təhlili prosesində onun amili, səbəbi, səviyyəsi və səviyyəsinin göstəricisi kimi anlayışlar fərqləndirilir. Riskin səbəbi dedikdə işlərin nəzərdə tutulmuş gedişinə yayındırıcı təsir göstərən planlaşdırılmamış hadisələr başa düşülür. Bu hadisələri qabaqcadan görmək və duymaq mümkün və qeyri- mümkün ola bilər.
Risk amili isə konkret layihədə hər hansı bir riskin yaranma səbəbinin aşkar olunması şərtidir. Risk amilinin təhlili üçün riskin özü müqayisə oluna bilən göstərici ilə ifadə olunmalıdır. Layihənin məqsədindən yayınma imkanının miqdar göstəriciləri buna misal ola bilər.
Risklərin təhlili çox mürəkkəb və əməktutumlu iş olduğundan çox vaxt tədqiqatçılar keyfyyət təhlili ilə kifayətlənirlər. Buna görə də, indi əsas güc mürəkkəb modellərin qurulmasına deyil, risk amillərinin dəqiq təsvirinə, onların axtarışına, sisemləşdirilməsinə, təhlilinə və idarə edilməsinə yönəldilir.
Risklərin təhlilinin məğzi layihənin həyata keçirildiyi müddətdə qeyri-müəyyənlikləri tapmaq və onları qiymətləndirməkdir. Risklərin təhlili zamanı lazım olan xərc maddələri, qiymətlər, məhsulun satış həcmi qeyri-müəyyən göstəricilərin sırasına daxildir. Lakin qabaqcadan gözlənilən nəticələrin həm müsbət, həm də mənfi tərəfə meyil etməsini proqnozlaşdırmaq mümkündür.
Risklərin təhlili əsasən iki istiqamətdə aparılır. Birinci - keyfiyyət təhlilində əsas məqsəd amilləri, sahələri və riskin növlərini aşkar edib onların dəyərini qiymətləndirməkdir. Bu ənənəvi olmayan və yüksək risklərlə əlaqədardır ki, onların səthi qiymətləndirilməsi ağır nəticələrə gətirib çıxara bilər. Əsas vacib olan şərt risklərin sistemləşdirilməsi və dərəcələri üzrə sıralanmasıdır.
Risklərin təhlilinin ikinci istiqaməti - miqdar təhlili bir sıra üsullarla həyata keçirilir. Rsiklərin miqdar təhlilində əsas problem etibarlı statistik informasiya ilə təmin olunmaq, əsas məsələ isə, modelin düzgün qurulmasıdır. Model bütün reallığı düzgün əks etdirməlidir ki, risklərin layihəyə təsiri düzgün qiymətləndirilsin.
İnvestisiya layihələri həyata keçirildiyi müddətdə xammalın qiyməti, komplekslə şdirmə elementləri, investisiya qoyuluşu, xidmətin, məhsulun satış qiyməti və s. giriş parametrləri kimi dəyişilə biləndir. Çıxış parametrləri isə həmişə olduğu kimi gəlirdir və o təsadüfi parametrdir. Risk ehtimal paylanmasını və ehtimalı əsas tutur. Layihədəki göstəricilər nə qədər böyük dəyişmə hüduduna malikdirsə, risk də bir o qədər böyükdür.
Bəzən risklərin təhlili prosesində ümumi halda aşağıdakı addımlar atılır:
investisiya layihəsinin parametrlərinin ən çox dəyişilə bilən qiymətləri götürülür;
səmərəliliyin təhlili hər bir parametrin iki qiyməti üçün aparılır;
əsas ssenari - baza, ən pis və ən yaxşı ssenarilər.
Adətən nəticə çıxarmaq üçün ən pis ssenari götürülür və sonda investisiya layihələri biznes-plan şəklində işlənir. Biznes-planda yuxarıda sadalanan bütün suallara cavab verilir.
Layihə risklərinin təhlil edilməsinin məqsədi yalnız layihənin daha optimal idarə edilməsinə, bu sahədə təcrübə qazanmağa nail olmaq deyil, həm də onun səmərəliliyinin yüksəldilməsinə səbəb olmaqdır.
Risklərin təhlilinin əsas vəzifələri aşağıdakılardır:
risk hadisənin yaxınlaşmasını və başlanmasını müəyyən dərəcədə proqnozlaşdırmaq;
risk amillərini seçmək;
layihənin reallaşma prosesini modelləşdirmək, xoşagəlməz hadisələrin başvermə ehtimalını qiymətləndirmək;
onların təsirini minimumlaşdıran üsulları seçmək və ya müvazinətlə şdirici tədbirlər təklif etmək;
risk amillərinin dinamikasını izləmək və onları lazımi istiqamətdə dəyişmək;
risk dərəcələrini azaltmağa imkan verən tədbirlər görmək və s.
Bütün gedişlərin baş icraçısı layihənin meneceri və onun başçılıq etdiyi komandadır.
Risklərin təhlili üzrə işlərin yerinə yetirilməsi ardıcıllığı aşağıdakı kimidir:
təcrübəli ekspertlər komandasının təşkil olunması;
ekspertlərlə görüşlər və xüsusi sualların hazırlanması;
risklərin təhlili texnikasının seçilməsi;
risk amillərinin və onların təsirinin qiymətləndirilməsi;
risklərin təsir mexanizminin modelinin qurulması, onlar arasında əlaqənin müəyyənləşdirilməsi;
risklərin layihənin iştirakçıları arasında bölüşdürülməsi;
hesabat formasında risklərin təhlilinin nəticələrinə baxılması.
Risklərin təhlilinin nəticələrinin keyfiyyətli olmasın təmin etmək üçün əsas şərt etibarlı informasiya mənbələrinin olmasıdır. Risklərin təhlilində istifadə olunan informasiya mənbələri aşağıdakılradır:
layihələrin biznes-planı;
mühasibat balansı;
maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat;
balansa əlavə (5№-li forma);
debitor və kreditor borclarının inventarlaşdırma siyahısı;
müxtəlif normativ sənədlər və layihələrin sxemləri;
müəssisənin əmlakının qiymətləndirilməsinə dair sənədlər və s.
Biznes-planda risklərin təhlilinin nəticələrini əks etdirən bölmə olmalıdır və hər hansı bir bölmənin təkrarı yolverilməzdir. Digər tərəfdən də biznes-planda vahid bir standart yoxdur. O, investoru cəlb etmək üçün imkan daxilində bank tərəfindən maliyyələşdirilir. Adətən layihənin maliyyələşdirilməsi kombinəolunmuş şəkildə həyata keçirilir.
Risklere tesiretme
Risk qiymətləndirmələri maraqlı tərəflərin bilik və baxışlarına əsaslanaraq sistematik, təkrarən və işbirliyi ilə aparılmalıdır. Qiymətləndirmə, lazım olduqda əlavə tədqiqat məlumatları ilə tamamlayaraq mövcud olan ən yaxşı məlumatdan istifadə etməlidir. Riskin qiymətləndirməsində məqsəd qərar verməyi asanlaşdırmaqdır.
Riskin qiymətləndirilməsi əlavə bir tədbirə ehtiyac olub olmadığını müəyyən etmək üçün bir risk təhlilinin nəticələri ilə müəyyən olunmuş risk meyarları ilə müqayisə etməyi əhatə edir.
Bu proses həll yoluna səbəb ola bilər:
1) başqa bir şey etməmək;
2) riski təsir etmək üçün mümkün variantları nəzərdən keçirmək;
3) riski daha yaxşı başa düşmək üçün əlavə təhlillər aparmaq;
4) mövcud nəzarəti təmin etmək;
5) hədəfləri yenidən nəzərdən keçirin.
Qərarlar daha geniş kontekst və xarici və daxili maraqlı tərəflər üçün obyektiv və subyektiv təsirləri nəzərə almalıdır. Risk qiymətləndirməsinin nəticələri sənədləşdirilməli, maraqlı tərəflərə çatdırılmalı və daha sonra şirkətin müvafiq səviyyələrində təsdiqlənməlidir.
Risklərə təsiretmə Risklərə təsiretmənin məqsədi riski cavablandırmaq üçün düzgün variantı seçmək və tətbiq etməkdir.
Risklərə təsiretmə aşağıdakıları ehtiva edən təkrarlanan bir prosesdir:
a) risklərə təsir etmək üçün düzgün variantın müəyyən edilməsi və seçilməsi;
b) lazımi təsirin planlaşdırılması və həyata keçirilməsi;
c) bu cür təsirin effektivliyinin qiymətləndirilməsi;
d) qalıq riskin məqbulluğu barədə qərar qəbul edilməsi;
e) qalıq risk səviyyəsi məqbul deyilsə, təsiri davam etmək.