Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana



Yüklə 72,5 Kb.
tarix01.01.2022
ölçüsü72,5 Kb.
#102876

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana

El bilir ki, sən mənimsən…



(Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında hazırlanmış biblioqrafik icmal)

Bakı-2020

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Hamımızın sevə-sevə söylədiyi bu misraların sahibi Azərbaycan xalqının ən sevimli və unudulmaz şairlərindən biri olan Səməd Vurğundur.

ƏZİZ DOST! Bu gün sənə Səməd Vurğunun “Azərbaycan” şeiri haqqında məlumat verəcək, şeirin özünəməxsus xüsusiyyətlərindən və şairin burada ifadə etdiyi böyük mənalardan söhbət açacağıq.

Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür və intellekt ənənəsi XX yüzilin ortalarında öz təkrarsız əksini Səməd Vurğun poeziyasında tapır. Vurğun üçün ən böyük tribuna, poeziya idi. Məhz bu tribunadan şair bütün planeti görür və bütün planetdən görünürdü. Lakin daha mənalı olan odur ki, dünya və planet auditoriyasına da o, həmişə "Azərbaycan" monoloqu ilə müraciət edirdi. Vətəndaş və vətənpərvər şair üçün ana Vətənin adından uca poetik xitab yox idi.

Şairinn bir çox poemaları- “Dar ağacı”, “26-lar”, “Aslan qayası”, “Qız qayası”, “Talıstan” “Azərbaycan” adlı poemasının ayrı-ayrı hissələridir. Həmin böyük poemanı şair Xalq Komssarları Şurasının 1934-cü il 3 avqust tarixli qərarı ilə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15-ci ildönümü münasibətilə elan etdiyi müsabiqə üçün yazmışdır. Məşhur “Azərbaycan” şeiri həmin poemanın proloqu imiş.

Şair bu böyük dastanda Azərbaycan xalqının uzaq keçmişini ən qədim dövrlərindən tutmuş müasr dövrünə qədərki həyatını, qədim əfsanələrini, xalqın adət və ənənələrini, onun psixologiyasını, təbiətini əks etdirmək məqsədini qarşısına qoymuşdu.

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bir keçmişin vardır.

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

Həmin əsər 1935-ci ildə qismən tamamlanmış, lakin ayrı-ayrı hissələr müxtəlif vaxtlarda, müxtəlif yerlərdə çap olunuşdur. “26-lar” poeması ilk dəfə “Kommunst” qəzetinin 1936-cı il 20 sentyabr tarixli nömrəsində, “Qız qayası” “Revolyusya və kultura” jurnalının 1938-ci il 2-ci nömrəsində, “Aslan qayası” “Revolyusya və kultura” jurnalının 1938-ci il 4-5 ci nömrələrində, “Dar ağacı” və “Talıstan” isə “Azad ilham” (1939) kitabında nəşr olunuşdur.

Həcmcə kiçik olmasına baxmayaraq, əhatə dairəsi, hərtərəflilyi, bədii qüdrəti ilə bir dastan təsir bağışlayan “Azərbaycan” şerində şair, Azərbaycanın təbii gözəllikləri ilə yanaşı onun gözəlliyini, nail olduğu səadəti tərənnüm edir.

Xalqının xoşbəxtliyi şairi sevindirir, ona uçmağa qanad, yazmağa ilham verir:

Gözəl Vətən, o gün ki sən

Al bayraqlı bir səhərdən

İlham aldın… yarandım mən.

Gülür torpaq, gülür insan

Qoca Şərqin qapısısan.

Səməd Vurğunun şeirlərində tez-tez rast gəldiyimz “mən”, Azərbaycan xalqıdır.

“Аzərbаycаn” şеiri sоn dərəcə sаdə təşbеhlərdən ibаrətdir. Şаir özünü uşаğа, Vətəni аnаyа bənzədir. Lirik qəhrəmаnın tоrpаğа bаğlılığını sаdə bir оbrаzlа ifаdə еdir. Şаir tоrpаğı ilə, оnun dаğlаrı, dərələri ilə fəхr еdir, dоğmа yеrlərin gözəlliyini uşаq sеvinci ilə охuculаrа təsvir еdir:

Sırа dаğlаr, gеn dərələr,

Ürək аçаn mənzərələr…

Cеyrаn qаçаr, cüyür mələr,

Nə çохdur оylаğın sənin!

Аrаnın, yаylаğın sənin.

Dаğ bаşının qаrlа, аğ örpəyinin buludlаrlа örtülməsi, vətəninin qədim tаriхə mаlik оlmаsı şаiri həyəcаnа gətirir. Аzərbаycаnın tаriхi kеçmişi hаqqındа məlumаt vеrən şаir, оnun cоğrаfi quruluşunu pоеtik dillə təsvir еdir. Оnun bir tərəfinin Хəzər dənizi ilə əhаtə оlunduğunu təsvir еdən müəllif, Muğаn düzünü, Lənkərаnı, Qаzахı, Qаrаbаğı məhəbbətlə tərənnüm еdir. Bu yеrlərin bərəkətli tоrpаğındаn, zəhmətkеş insаnlаrın həyаt tərzindən söhbət аçır.

Lənkəranın gülü rəng-rəng,

Yurdumuzun qızları tək.

Dəmlə çayı, tök ver görək,

Anamın dilbər gəlini!

Yadlara açma əlini.

Və yaxud

Min Qazaxda köhlən ata,

Yalmanına yata-yata,

At qan tərə bata-bata,

Göy yaylaqlar belinə qalx,

Kəpəz dağdan Göy gölə bax!..

Qeyd etmək lazımdır ki, şeirin dili öz sadəliyi və axıcılığı ilə fərqlənir. Səməd Vurğun bütün əsərlərində olduğu kimi “Azərbaycan” adlı şeirində də dilimizin bütün rənglərindən istifadə etmişdir. Azərbaycan dili Səməd Vurğunun ixtiyarında olan rənglərdir. O, bu rənglərlə Azərbaycanın misilsiz gözəlliyinin peyzajını çəkmişdir. Burada mənzərə təsvirləri ölkəmizin təibəti haqqında məlumat verir.

Bu yerlərdə limon sarı,

Əyir, salır budaqları;

Dağlaraının dümağ qarı

Yaranmışdır qarlı qışdan,

Bir səngərdir yaranışdan.

“Azərbaycan” şeirinin “Qarabağ” sözünü işlətməsi ilə vətənpərvər şair, bir tərəfdən vətənin bu parçasına necə yüksək önəm verdiyini göstərir, digər tərəfdən də o cənnətməkan yerlərin faciəli gələcəyini görürmiş kimi, sövqi-təbii olaraq, narahatçılığını büruzə verirdi. “Könlüm keçir Qarabağdan” ifadəsi ilə duyğusal şairin indi milyonlarla azərbaycanlı üçün könül dağına çevrilmiş o şahanə yerlərdən uzaq düşəcəyimizi sanki irəlicədən duyması heyrət doğurur. Qarabağın himninə çevrilmiş möhtəşəm “Qarabağ şikəstəsi”nin sonunda həmin bəndin oxunması da bu şeirin əzəmətinin göstəricisidir.

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan;

Axşam üstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Şeirin 18-ci bəndi bütövlükdə Azərbaycan ədəbiyyatına, ona verilən dəyərə həsr edilib, S.Vurğun dahi Nizamini və Füzulini xatırlayaraq, əsl sənət əsərlərinin və sənətkarın ölməzlik fikrini önə çəkib. O, "Deyilən söz yadigardır" ideyasına əminlik bildirərək, bütün vətən yazarlarını hünər və cəsarətlə qəlblərindəkini deməyə, yazmağa səsləyir.

Ölməz könül, ölməz əsər,

Nizamilər, Fizulilər

Əlin qələm, sinəm dəftər,

De gəlsin hər nəyin vardır.

Deyilən söz yadigardır.

Şeirin hər bir misrasında Azərbaycan ruhu və Azərbaycanın özü vardır. “Azərbaycan” şeiri Vətən və xalq, təbiət və insan bağlılığı baxımından da dəyərli sənət nümunəsidir. Bu şeir şairin özünün də çox sevdiyi və yüksək qiymətləndirdiyi

bir əsərdir. S.Vurğun özü bu barədə belə demişdir: “Mənim “Partizan Babaş” kimi

şeirlərim yüzlərcədir. “Azərbaycan” şeiri isə mənim həyatıma, bütün həyat proqramıma uyğundur. Mən nə qədər yaşayıb-yaratsam, 1933-cü ildə yazdığım bu kiçik şeirə aşıladığım motivləri bütün əsərlərimdə oxuyacaq, duyacaqsınız”. “Azərbaycan” şeiri ağsaçlı böyük bir xalqın milli himni kimi səslənir.

Əziz dost! Xalq şairi Səməd Vurğunun həm “Azərbaycan” şeiri, həm də “Dar ağacı”, “26-lar”, “Aslan qayası”, “Qız qayası”, “Talıstan” poemalarını oxmuaq, bu əsərlərin məna və gözəlliyi, ölkəmizin tarixi ilə yaxından tanış olmaq üçün şairin Seçilmiş əsərlərinin birinci və üçüncü cildlərinin səhifələrinə bax! Mütaliə et, səyahətə çıx və öyrən!

Ədəbiyyat

Bayramov, A.H. Səməd Vurğun: milli və ümumbəşəri.-Bakı: Səda, 2006.-316 s.

Vurğun, S. Seçilmiş əsərləri. C.I.-Bakı: Şərq-Qərb, 2005.-264 s.

Vurğun, S. Seçilmiş əsərləri. C.III.-Bakı: Şərq-Qərb, 2005



HAZIRLADI: CƏMİLƏ SƏMƏDOVA

(Kitabxana-biblioqrafiya poseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri)
Kataloq: front -> files -> libraries
libraries -> Ədəbiyyat siyahisi
libraries -> Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi
libraries -> Nəriman Həsənzadə 85
libraries -> Metodiki vəsait Qax-2016
libraries -> Azərbaycanda Multikulturalizm
libraries -> 18 İyun-İnsan hüquqları günüdür
libraries -> Qubadlı rayon mks-nin 2016-cı IL üçün iş plani
libraries -> Mərkəzləşdirilmiş Kitabxana Sistemi 9 noyabr Dövlət Bayrağı Günüdür
libraries -> AZƏrbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ salyan rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ salyan rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
libraries -> Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və Məlumat biblioqrafiya şöbəsi xocali – qan yaddaşimizdir

Yüklə 72,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə