Şəhidlər unudulmur



Yüklə 18,38 Kb.
tarix10.01.2022
ölçüsü18,38 Kb.
#108600

Şəhidlər unudulmur” layihəsi çərçivəsində 72 nömrəli məktəb-liseyin sinif otaqlarına Aprel şəhidlərinin adları verilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin reallaşdırdığı “Şəhidlər unudulmur” layihəsi çərçivəsində ilk tədbir yanvarın 16-da paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə təşkil olunub.

Azərbaycan Ordusunun zabiti mayor Anar Rzayev şagirdlərlə görüşdə bildirib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsi icra olunur. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir. Bu siniflərdə yaradılacaq guşələrdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılmaları barədə davamlı və genişmiqyaslı iş aparılacaq. Bildirilib ki, layihə çərçivəsində 72 nömrəli məktəb-liseyin də dörd sinif otağına şəhidlərimizin adları verilib.

Sonra Aprel döyüşlərinin iştirakçıları və məktəbin əlaçı şagirdləri 7A sinfinə şəhid Vüqar Süleymanovun, 7B sinfinə şəhid Cabbarxan Hacıağayevin, 7C sinfinə şəhid Raquf Orucovun, 6Ç sinfinə şəhid Rasim Məmmədovun adlarının verilməsinə dair xatirə lövhələrini sinif otaqlarının qapıları üzərinə həkk ediblər.



Bakıda bir məhəlləyə Lələ Təpə adı verilib. GUNDEMİNFO.AZ "Azərbaycan 24"-ə istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində aprel şəhidlərinin xatirəsi əbədiləşdirilib.

Hələ bir neçə ay əvvəl sakinlərin təşəbbüsü ilə məhəllənin girişində üzərində Lələ Təpə məhəlləsi yazılmış xüsusi lövhə yerləşdirilib və Azərbaycan bayrağı asılıb.

Bu gün isə ərazidə asılan bayraq dəyişidirilib və daha böyüyü ilə əvəz olunub. 3-01-2017

Tərtərdə aprel şəhidi Nicat İsgəndərovun adına küçə verildi

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Aprel şəhidlərinin xatirəsini əbədiləşdirmək istiqamətində daha bir addım atılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərindəki küçələrdən birinə şəhid Nicat İsgəndərovun adı verilib. Küçənin girişində şəhidin barelyefinin açılışı olub.

Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq kompleksi inşa edilmişdir.

Aprel döyüşləri-2016. Lələtəpə” adlı poçt markaları və birinci gün zərflərinin təqdimatına həsr olunmuş tədbir keçirilib. 100 ədəd birinci gün zərfi hazırlanıb xatirə ştempeli ilə möhürlənərək satışa çıxarılıb. Markalar işğal olunmuş Dağlıq Qarabağ ərazisində 2016-cı ilin 1-5 aprel tarixlərində təmas xəttində baş vermiş döyüşlərin 3 illiyinə həsr edilib.

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.

2016-cı il aprel döyüşlərimizdə qəhrəmancasına şəhid olan əsgər Nürəddin Etimad oğlu Mirzəyevin adına doğulduğu kənddə tikilmiş bulağın açılışı olub.

Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

Şəmkir rayonun Tatarlı kəndində aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Nurlan Qasımovun adını daşıyan küçədə xatirə lövhəsinin açılış mərasimi keçirilib.

2017-ci il Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib. Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub. Muzeyin açılışında AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu universitetin məzunu olmuş 10 nəfər Milli Qəhrəman var. Onların fəaliyyətinin, döyüş yolunun, qəhrəmanlıqlarının hər zaman tələbələr üçün örnək göstərildiyini qeyd edən prorektor deyib ki, xatirə muzeyində, AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlarla yanaşı, universitetin 1990-cı illərin əvvəllərində Vətənin bütövlüyü, suverenliyi uğrunda canını fəda edən şəhid məzunları, o cümlədən ötən ilin aprel ayında Azərbaycan xalqına şanlı zəfər bəxş edən igidlərin xatirə lövhələri, onlar haqqında məlumatlar var. Şəhidlərdən ikisi - Əbdülməcid Axundov və Elvin Mirzəyev Elektrotexnika və energetika, Müşfiq Orucov Avtomatika və kompüter texnikası, Mahir Quliyev isə Radiotexnika və rabitə fakültəsinin məzunudur.

16/01/2020 18:54 



Biləsuvar rayonunda 2016-cı il Aprel şəhidlərinin əziz xatirəsinə ucaldılmış “Zəfərə aparan yol” abidə kompleksinin açılış mərasimi keçirilib. Yanvarın 16-da Biləsuvar rayon Mərkəzi Parkında keçirilən açılış mərasimində Biəsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, N saylı hərbi hissənin zabit və şəxsi heyəti, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, gənclər, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və KİV nümayəndələri iştirak edib.

Füzuli rayonunun Horadiz şəhərində ötən ilin aprel ayında Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərin xatirəsinə ucaldılan abidənin açılışı olub
Yüklə 18,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin