Transformator dəyişən cərəyanın tezliyini dəyişmədən, gərginlik və cərəyanı bir qiymətdən digər qiymətli kəmiyyətlərə çevirən statik elektromaqnit qurğudur. Gərginliyin yüksəldilməsi yüksəldici transformatorların köməyilə, azaldılması alçaldıcı transformatorlar vasitəsilə həyata keçirilir. Transformatorlar energetikada, radiotexnikada, rabitə sistemlərində, avtomakida, ölçmə texnikasında və. s sahələrdə tətbiq edilir. Transformatorlar vəzifəsinnə görə aşağıdakılara bölünürlər: energetik sistemlər- də böyük güclərin ötürülməsi və paylaşdırılmasında, gərginliyin tənzimləndirilməsi qurğularında, dəyişən cərəyan elektrik mühərriklərini, işıqlandırma şəbəkələrini qidalandıran güc transformatorları, qaynaq aparatlarını, elektrik sobalarını və s . işlədiciləri qidalandıran xüsusi transformatorlar, ölcmə texnikasında istifadə olunan ölçü transformatorları, radiocihazlarda istifadə olunan radio transformatorlar. Fazaların sayına görə transformatorlar birfazalı və çoxfazalı (adətən üçfazalı) olurlar. Rabitə texnikasında istifadə edilən transformatorlar alçaq və yüksək tezlikli olurlar. Dolaqların sayına görə transformatorlar bir dolaqlı (avtotransformator), iki dolaqlı və çox dolaqlı olurlar.
Transformatorlar müxtəlif səbəblərə görə aşağıdakı qruplara bölünür:
Dolaqlardan birinin gərginliyinə görə - alçaq gərginlikli və yüksək gərginlikli transformatorlar (1000- 1500V-dan yüksək)
Nüvələrin konstruksiya növünə görə - zirehli, çubuqşəkilli və toroidal şəkilli transformatorlar. Zirehli transformatorun nüvəsi Ш- şəkillidir və dolağı bir sarğacdan ibarətdir. Cubuqşəkilli transformatorun nüvəsi П- şəkillidir və iki sarğaclıdır. Torodial şəkilli transformatorun nüvəsi halqavaridir.
Soyudulma şərtlərinə görə - təbii hava vasitəsi ilə, məcburi hava vasitəsilə, mayelər vasitəsi ilə və s. soyudulan transformatorlar. Hava ilə soyudulan transformatorlar quru, mayelər (yağ) vasitəsi ilə soyudulan transformatorlar yağ transformatorları adlanır.
Gücün qiymətinə görə - kiçik güclü (bir neçə kVt), orta və böyük gücə malik transformatorlar.
İş müddətinə görə - çox müddətli (10000-20000 saat), az müddətli (1san-10 dəq ) və s. olan transformatorlar.