Sərbəst iş baki 2022 plan



Yüklə 0,5 Mb.
tarix17.12.2022
ölçüsü0,5 Mb.
#121320
Vergi tutma


A zərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec


Sərbəst iş


BAKI 2022
PLAN
1. Fiziki şəxslərin gəlir vergisinin obyekti və predmenti
2. Fiziki şəxslərin gəlir vergisinin tutulma dərəcələri
3. Fiziki şəxslərin gəlir vergisinin azaldılması və güzəştlər

1. Fiziki şəxslərin ödədikləri vergilər arasında gəlir vergisi xüsusi yer tutur. Gəlir vergisi ölkəmizdə vergi sisteminin praktiki olaraq mövcud olmadığı sovet hakimiyyəti dövründə belə olmuşdur.


Azərbaycanın da daxil olduğu Rusiya İmperiyasında gəlir vergisi haqqında qanun 06.04.1916-cı il tarixdə qəbul edilmişdi və 01.01.1917-ci il tarixdən qüvvəyə minməli idi. Lakin əvvəlcə fevral burjua-demokratik inqilabı, sonra isə oktyabr inqilabı buna imkan vermədi.
1917-ci ildən sonra əhalinin əsas təbəqələrinin gəlirləri həddən artıq az olduğundan fiziki şəxslərdən tutulan gəlir vergisi dövlət büdcəsi üçün həlledici əhəmiyyət kəsb etmirdi. Sonralar əhalinin gəlir səviyyəsinin yüksəldiyi dövrlərdə belə, fiziki şəxslərdən tutulan gəlir vergisi elə bir fiskal əhəmiyyət kəsb etmirdi. Hətta ötən əsrin 60-cı illərinin əvvəllərində bu verginin ləğv edilməsinə cəhd göstərilmiş, lakin həyata keçirilməmişdir.
Sovet hakimiyyəti illərində büdcə daxilolmalarının əsas kütləsini müəssisə və təşkilatların mənfəətindən ciddi surətdə reqlamentləşdirilən ayırmalar təşkil edirdi. Dövlət büdcəsinin gəlirlərində gəlir vergisinin payı cəmi 6-8 faiz təşkil edirdi. O dövrdə gəlir vergisinin yeganə təyinatı fəhlə və qulluqçu kateqoriyasına aid olmayan şəxslərin gəlirlərinin bölüşdürülməsi olmuşdur. Zəhmətkeşlərin əsas kütləsi üçün gəlir vergisi demək olar ki, proqressiv xarakter daşımırdı və onun dərəjəsi 8,2-13 faiz intervalında dəyişirdi. Fəhlə və qulluqçuların ayrı-ayrı kaieqoriyaları, kolxozçular və hərbi qulluqçular gəlir vergisi ödəməkdən tamamilə azad edilmişdilər.
Fərdi əmək fəaliyyəti adlanan fəaliyətlə məşğul olan və dövlətin fikrincə yüksək gəlir əldə edən fiziki şəxslərin gəlirləri xüsusilə yüksək dərəcə ilə vergiyə cəlb olunurdu. Məsələn, sənətkarların gəlirləri 81 faiz, elm və incəsənət əsərlərinin müəlliflərinin qonorarları isə 69 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunurdu.Beləliklə, həmin dövrdə gəlir vergisinin tutulması zamanı vergitutmanın əsas prinsipi olan vergi ödəyicilərinin bərabərliyi prinsipi gözlənilmirdi.
1992-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisinin prinsipcə yeni sistemi yaradıldı. Hal-hazırda fəaliyyətdə olan fiziki şəxslərin gəlir vergisi sisteminin əsas prinsipi sosial və digər mənşəyindən asılı olmayaraq vergi ödəyicilərinin bərabərliyi prinsipidir. Bu o deməkdir ki, vergi ödəyiciləri qanun qarşısında bərabərdirlər, müəyyən səviyyəli gəlir əldə edən vergi ödəyiciləri üçün vergi dərəcəsi eynidir.
Sovet İttifaqında fəaliyyətdə olan aylıq gəlirin məcmu illik gəlirin həcmindən asılı olmayaraq vergiyə cəlb edilməsi prinsipindən fərqli olaraq, Azərbaycanın vergi qanunvericiliyində məcmu illik gəlirin də vergiyə cəlb edilməsi nəzərdə tutulur.
2.Müstəqil Azərbayjan Respublikasında 1992-ci ildən fiziki şəxslərdən gəlir vergisi tutulması praktikasına daha bir yeni prinsip illik məcmu gəlirin vergi tutulmayan minimumunun müəyyən edilməsi əlavə olundu. Bu prinsipə əsasən illik gəlirin vergi tutulan məbləği həmin minimum həcmində azaldılır.
Respublikanın vergi ödəyiciləri üçün illik məcmu gəlirləri barədə vergi bəyannamələrini tərtib etməyin nəzərdə tutulması da daha bir yenilik oldu.
Fiziki şəxslərdən gəlir vergisinin tutulmasının daha bir mühüm prinsipi bu verginin vergi ödəyicisi əvəzinə ödənilməsinin yolverilməzliyidir. Başqa sözlə, vergi vətəndaşların yalnız şəxsi gəlirləri əsasında hesablanmalı və bu gəlir hesabına ödənilməlidir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq fiziki şəxslərə gəlir ödəyən müəssisə və təşkilatlar öz vəsaitləri hesabına gəlir vergisini ödəmək hüququna malik deyildirlər.
Fiziki şəxslərdən gəlir vergisinin tutulmasının bir prinsipi də vətəndaşların ayrı-ayrı kateqoriyalarına verilən və mühüm sosial məsələlərin həllinə yönəldilən məqsədli vergi güzəştləridir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsi demək olar ki, elə bu prinsiplər əsasında qurulmuşdur.
Dünyanın bütün ölkələrində bu vergi növünün geniş yayılması bir sıra amillərlə bağlıdır. Bu verginin əsas üstünlüyü ölkənin əmək qabiliyyətli bütün əhalisinin onun potensial ödəyicisi olmasındadır. Digər tərəfdən isə büiün bərabər şərtlər daxilində vergi orqanları tərəfindən ona nəzarət edilməsi daha asandır və ondan yayınma halları xeyli mürəkkəbdir. Gəlir vergisinin bu xüsusiyyətləri onun şkalasının qurulması, vergiyə cəlb edilməyən minimumun məbləğinin və vergi güzəştlərinin təyin edilməsi məsələlərində ölkənin qanunvericilik və icra orqanlarının üzərinə böyük iqtisadi və sosial məsuliyyət qoyur.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin büdcə gəlirlərinin böyük hissəsi gəlir vergisi hesabına formalaşdığı halda, bizim ölkəmizdə bu vergi hakim mövqe tutmur. Son illərdə respublika büdjəsinə vergi daxilolmalarında bu verginin xüsusi çəkisi təqribən 16-17 faiz təşkil edir.
Ölkəmizdə büdcə gəlirlərinin formalaşmasında fiziki şəxslərin gəlir vergisinin payının iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə nisbətən aşağı olmasının iki əsas səbəbi vardır. Birincisi, ölkə əhalisinin böyük əksəriyyətinin gəlirlərinin səviyyəsi inkişaf etmiş ölkələrin əhalisinin gəlirlərinə nisbətən xeyli aşağıdır. İkinci əsas səbəb isə yüksək gəlirlərin vergidən gizlədilməsidir.
3.Rezident və qeyri-rezident fiziki şəxslər Azərbaycan Respublikasında gəlir vergisinin ödəyiciləri hesab olunurlar.Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün onların gəlirləri ilə Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılan xərcləri arasındakı fərqdən ibarət olan məbləğdir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.Azərbayjan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir. Vergiyə cəlb edilən gəlir, konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə, həmin dövrdə bu gəlirin əldə edilməsinə çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərqdir.
Azərbaycan Respublikasında qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi onun istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst- üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir.
Qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir.
Misal 1. Qeyri-rezident Azərbaycan Respublikasında yerləşən A şirkətinin yükünü onun tapşarığı ilə Türkiyədən Azərbaycana gətirir. Onlar arasında bağlanmış müqaviləyə əsasən bunun müqabilində A şirkəti ona 3000 ABŞ dolları ödəməlidir. Bu halda 3000 ABŞ dolları həjmində məbləğ vergitutma obyekti hesab olunur.
Məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri- rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin Vergi Məcəlləsində müəyyənləşdirilən, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.
Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirlərdən ibarətdir.
Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Gəlirlərə aşağıdakılar aiddir:
- muzdlu işlə əlaqədar əldə edilən gəlir;
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər.
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alman gəlir əmək haqqı, bu işdən alman hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alman gəlirdir.
Göstərilən gəlirlərə, xüsusi olaraq bütün növlərdə əmək haqqı, mükafatlar, əmək haqqına üstəliklərlər, qonorarlar, təqaüd və muzdlu əmək müqavilələrinə (saziş, razılaşma) müvafiq olaraq fiziki şəxslər tərəfindən yerinə yetirilən işlərlə (xidmətlərlə) əlaqədar digər ödənişlər daxildir.
Bu zaman gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərç çıxıldıqdan sonra qalan məbləğə bərabərdir:
-fiziki şəxsə banklararası kredit hərrajmda olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərrajmda olan faiz dərəjəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq.
Misal 2. Müəssisə işçisinə mənzil alması məqsədilə bir il müddətinə illik 6 faiz dərəcəsi ilə bankdan 50,0 mln. manat ssuda alıb vermişdir. Ssudanın verildiyi tarixdə banklararası kredit hərracmda ssuda faizinin dərəjəsi illik olaraq 14 faiz təşkil etmişdir. Bu halda kredit hərrajmda olan faiz dərəjəsinə uyğun ödənilməli məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənilməli məbləğ arasındakı 4 mln. manat (50000000x(14-6):100) işçinin gəlirində nəzərə alınıb vergiyə jəlb edilməlidir.
-işə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu jür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri.
Misal 3. Müəssisə Novruz bayramı münasibətilə hər bir işçisinə 100,0 min manatlıq ərzaq məhsulları paylamışdir. Bu halda 100,0 min manat hər bir işçinin ümumi gəlirində nəzərə alınmalı və gəlir vergisinə cəlb olunmalıdır.
Misal 4. Təşkilat öz işçisinin mənzilini tə'mir etmiş və tə'mirin faktiki maya dəyəri 2,5 mln. manat olduğu halda işçi 1,5 mln. manat ödəmişdir. Bu halda 1,0 mln. manatlıq fərq məbləği işçinin gəlirinə daxil edilməli və gəlir vergisinə çəlb olunmalıdır.
-işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği.
Misal 5. Müəssisə öz işçisinin uşağının məktəbəqədər tədris müəssisəsində saxlanılması üçün ona ayda 50000 manat pul ödəyir. Bu halda 50000 manat işçinin gəlirinə daxil edilməli və vergiyə cəlb olunmalıdır.
-işçinin işə götürənə olan borçunun və ya öhdəliyinin bağışlanıldığı halda - həmin borçun və ya öhdəliyin məbləği;
Bu növ gəlirə işçinin ödənilməmiş kredit məbləğlərinin və ya qaytarılmalı ssudasmm, kreditlər və ya ssudalar üzrə faiz məbləğlərinin, işçinin maddi xarakterli borclarmm silinməsi və s. aid ola bilər.
-bütün növ icbari sığortalar və könüllü tibbi sığorta üzrə, habelə 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyat yığım sığortası və pensiya sığortası üzrə işə götürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyat yığım sığortası və pensiya sığortası üzrə həmin müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər, o cümlədən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq istisna olmaqla, işə götürən tərəfindən sığortaçıya ödənilən bütün sığorta haqları;
Misal 6. Müəssisə öz işçisini 10 il müddətinə həyat yığım sığortası üzrə sığortalamış və bunun müqabilində hər ay sığorta şirkətinə 100000 manat pul ödəmişdir. Sığorta ödənişi aparıldıqda sığorta olunmuş işçiyə ödənilən məbləğ onun gəlirinə daxil edilməli və gəlir vergisinə cəlb olunmalıdır.
-hər hansı digər halda - normativ aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, Azərbayçan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları"na uyğun olaraq müəyyən edilən dəyər.
Misal 7. Müəssisə öz vəsaiti hesabına məzuniyyətə çıxmış işçinin istirahət məqsədilə xarijə getməsi üçün təyyarə bileti almış və onun dəyərinə əsasən büdcəyə gəlir vergisi ödəmişdir. Bu halda işçinin ümumi gəlirinə ancaq biletin dəyəri deyil, həm də müəssisə tərəfindən büdcəyə keçirilən gəlir vergisinin məbləği də daxil edilir.
Müəyyən olunmuş normalar daxilində ezamiyyə xərclərinin və ya digər işgüzar xərjlərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.
İşə götürən tərəfindən əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir.
Misal 8. Tutaq ki, müəssisə öz vəsaiti hesabına işçilərinə nahar yeməyi verir. Bu halda nahar yeməyinin dəyəri işçilərin vergi tutulan gəlirinin tərkibinə daxil edilmir. Çünki bu xərj müəssisənin gəlirdən çıxılan xərjlərinin tərkibinə daxil edilmir.
Vergiyə cəlb edilməsi məqsədləri üçün fiziki şəxslərin muzdlu işlə bağlı olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə bölünür.Sahibkarlıq fəaliyyətindən gəlirə aşağıdakılar aiddir:
-sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
Məhsul satışından, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər belə gəlirlərə daxildir.
-sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasma və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alman gəlir;
Misal 9. Sahibkar boya istehsalını təşkil edir. Bu regionda artıq həmin məhsulun istehsalçısı vardır (yaxud, bazar başqa regiondan gətirilən bu məhsullarla təchiz olunur) və yeni təşkil olunmuş istehsal ona rəqabət yarada bilər. Bu halda əvvəlki istehsalçı (və ya təchizatçı) yeni istehsalçıya müəyyən məbləğ əvəzinə istehsalı tamamilə dayandırmaq haqqında təklif edir. Razılıq olduğu halda bu məbləğ yeni sahibkarın gəliri olur və onun illik gəlirinə daxil edilməlidir.
-əsas vəsaitlərin təqdim edilməsindən alman və gəlirə daxil edilən məbləğlər;
Belə gəlirlərə əsas vəsaitlərin, o cümlədən binaların, tikililərin, qurğuların, maşınların, avadanlıqların, hesablama texnikasının və sahibkarlıq fəaliyyətində istifadə olunan digər əsas vəsaitlərin, həmçinin amortizasiya olunmayan aktivlərin satışı zamanı dəyərlərin artmasından gəlirlər daxil edilir.
Misal 10. Sahibkar vergi ilinin əvvəlində 1000,0 min manata tikiş maşını alır, ilin axırında isə onu 1500,0 min manata satır. Həmin tikiş maşınına il ərzində 100,0 min manat amortizasiya hesablanmışdır. İlin sonuna tikiş maşınının qalıq dəyəri 900000 manat təşkil edir.Bu halda sahibkarın ümumi gəlirinə 600,0 min manat (1500000 - 900000) əlavə olunmalıdır.
-gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.
Kompensasiya olunan çıxılmalara sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin əvvəllər gəlirindən çıxılmış xərclərinin, zərərlərinin və şübhəli borclarmm sonradan ödənilməsi aiddir. Bu məbləğlər, onların alındığı vergi ilində sahibkarın gəlirləri hesab edilir.
Misal 11. 2001-ci ildə sahibkar şübhəli borc kimi ona olan 5000000 manat məbləğində borcu öz gəlirindən çıxmışdır. 2003-jü ildə borclu ona olan borjunu tamamilə ödəmişdir. Bu zaman həmin məbləğ 2003-cü ildə sahibkarın gəlirinə daxil edilir və gəlir vergisinə cəlb olunur.
Qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə faiz gəliri və dividend daxildir.
Dividend - hüquqi şəxsin öz tə'sisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürüllməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
-əmlakın icarəyə verilməsindən gəlir;
-royalti;
Royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, tijarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi tcjrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.
Misal 12. Fiziki şəxs hər hansı bir patentin, «nou-hau»nun və ya videofilmin sahibidir və müəyyən haqq əvəzində onlardan istifadə hüququnu başqa subyektə verir. Bu halda alınmış haqq - royalti şəklində gəlirdir.
-işçinin işə götürənə olan borjunun və ya öhdəliyinin bağışlanıldığı hallar istisna olmaqla, vergi ödəyijisinə bağışlanmış borcun məbləği;
-sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
-işə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hallar istisna olmaqla, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği;
-vergi ödəyijisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya amortizasiya hesablandığı təqdirdə) - əmək haqqından başqa;
-həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.
Fiziki şəxslərə rezident müəssisə tərəfindən ödənilən dividendlərdən və rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi, yaxud bü cür nümayəndəliyin adından ödənilən faizlərdən ödəniş mənbəyində vergi tutulduğundan, bu dividend və faizlər gəlirdən çıxılır.
Əksər ölkələrin qanunverijiliy ində olduğu kimi Azərbaycan Respublikasında da fiziki şəxslərin gəlir vergisi proqressiv şkala üzrə tutulur. Fiziki şəxslərin aylıq gəlirlərindən aşağıdakı dərəcələrlə vergi tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği Vergi məbləği


2500 manatadək 14%
2500 manatdan cox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin
3000000 manatdan çox olduqda 399000 manat + 3000000 manatdan çox olan məbləğin 35 faizi

Göstərilən dərəjələrlə gəlir vergisi fiziki şəxslərin muzdlu işlə əlaqədar aldıqları bütün gəlirlərindən ödəniş yerində tutulur.


Misal 13. Tutaq ki, işçinin aylıq əmək haqqı 900 manatdır. Onda həmin şəxsdən tutulan gəlir vergisinin məbləği aşağıdakı kimi hesablanır:
900x 14% = 136 manat.
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən yuxarıdakı cədvələ uyğun olaraq ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Fiziki şəxslərin illik gəlirlərindən aşağıdakı dərəcələrlə vergi tutulur:
Vergi tutlan illik gəlirin məbləği Vergi məbləği
30000 manatadək 14%
30000 manatdan çox olduqda 4200 manat + 30000 manatdan çox olan məbləğin 25%

Göründüyü kimi Azərbaycan Respublikasında gəlir vergisinin maksimal dərəcəsi 25 faiz, minimal dərəcəsi isə 14 faizdir.


Fiziki şəxslərin ümumi gəlirlərindən qanunveriçiliyə müvafiq olaraq gəlirdən çıxılmayan xərçlərdən başqa, gəlirlərin əldə edilməsi ilə əlaqədar bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxılır.
Fiziki şəxslərin gəlirlərindən çıxılmayan xərclərə aşağıdakılar daxildir:
-əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər və kapital xarakterli digər xərclər;
Bu xərclərə əsas vəsaitlərin alınması, gətirilməsi, tikilməsi, quraşdırılması üçün çəkilən xərçlər, habelə vergi ödəyijisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.
-qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər;
-əyləncə və yemək xərjləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərjləri;
Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu çür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.
-fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərçləri.
Faktiki ezamiyyə xərclərinin qanunvericiliyə müvafiq qaydada müəyyən olunmuş normadan artıq olan hissəsi gəlirdən çıxılmır.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin ümumi gəlirindən sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları gəlirdən çıxılır.
Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular və köhnələməyə məruz qalmayan aşağıdakı aktivlər amortizasiya olunmur:
-elmi-tədqiqat, tədris və təjrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;
-məhsuldar heyvanlar;
-heyvanxanalarda və digər analoci müəssisələrdə olan heyvanat aləminin eksponatları;
-istismar vaxtı çatmayan çoxillik əkmələr;
-kitabxana fondları, kinofondlar, səhnə rekvizitləri, muzey sərvətləri;
-istismara yaralı olmasına baxmayaraq tam amortizasiya olunmuş əsas vəsaitlər;
-konservasiya edilmiş əsas vəsaitlər;
-ümumi istifadədə olan avtomobil yolları;
-istismara verilməmiş anbarda olan əsas vəsaitlər.
Amortizasiya olunana aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilmişdir:
1.binalar, tikililər və qurğular - 7 faizədək;
2.maşınlar, avadanlıq və hesablama texnikası - 25 faizədək;
3.nəqliyyat vasitələri - 25 faizədək;
4.iş heyvanları - 20 faizədək;
5.geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25 faizədək;
6.qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
7.digər əsas vəsaitlə - 20 faizədək;
8.cari ildə faktiki dəyəri ödənilmiş istehsal təyinatlı kapital qoyuluşları üçün 1- 3 və 7-ci bəndlərdə nəzərdə tutulmuş illik amortizasiya normalarını 2 dəfəyədək artırmaqla.
İstehsal təyinatlı kapital qoyuluşdan dedikdə bilavasitə mal istehsal prosesində iştirak edən binaların - sexlərin yeni tikinti formasında əsaslı tikintisi, yenidən qurulması, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi və texniki cəhətdən yenidən təchizi, habelə qurğuların, avadanlıqların, istehsaldaxili nəqliyyat vasitələrinin və əsas vəsaitlərin, digər obyektlərin və ya onun hissələrinin satın alınması başa düşülür.
8-ci bənddə göstərilən qaydalar qanunvericiliyə əsasən bilavasitə istehsal fəaliyyəti ilə məşğul olması qadağan edilmiş müəssisə və təşkilatlara və sponsorların maliyyə yardımı və digər əvəzsiz verilmiş yardım hesabına kapital qoyuluşlarına tətbiq olunmur.
Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Misal 16. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri aşağıdakı kimidir:
Binalar - 60000000 manat;
Dəzgahlar - 40000000 manat;
Digər əsas vəsaitlər - 20000000 manat;
Cari ildə alınmış və dəyəri tam ödənilmiş hesablama texnikası - 10000000 manat.
Bu fiziki şəxsin amortizasiya ayırmalarının məbləği aşağıdakı kimi təyin olunacaq:
60000000x7% + 40000000x25% + 20000000x20% + 10000000x(25x2)% = 4200000 + 10000000 + 4000000 + 5000000 = 23200000 manat.
Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.
Misal 17. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin 2002-ci ildə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi avadanlıqlarının qalıq dəyəri 10000000 manat təşkil etmişdir. O, həmin il amortizasiya normasını 15 faiz dərəcəsi ilə hesablamış və 1500000 manatı öz gəlirindən çıxmışdır. Qanunverijiliyə əsasən onun amortizasiya normasını 25 faiz dərəjəsi ilə hesablamaq və öz gəlirini 2500000 manat azaltmaq hüququ vardır. O, 2002-ci ildə yaranmış 1000000 manat məbləğində fərqi 2003-cü ildə amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə edə bilər.
Amortizasiyanın hesablanması üçün əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı kimi müəyyənləşdirilir:
Əsas vəsaitlərin ilin sonuna qalıq dəyərinə, yəni həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyərinə cari ildə daxil olmuş əsas vəsaitlərin dəyəri və təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri şərti maliyyə vahidinin 100 mislindən və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.
Misal 18. 2002-ji ildə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi əsas vəsaitlərinin qalıq dəyəri 50000000 manat təşkil etmişdir. 2003-cü ildə o, 10000000 manatlıq avadanlıq alınmış, təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi isə 5000000 manat təşkil etmişdir. Bir dəzgahın qalıq dəyəri 400000 manat, ilkin dəyəri 50000000 manat olan digər dəzgahın qalıq dəyəri isə 2000000 manat, yəni onun ilkin dəyərinin 5 faizindən az olmuşdur. Bu zaman həmin şəxsin amortizasiya məqsədləri üçün əsas vəsaitlərinin 2003-cü ilin sonuna qalıq dəyəri aşağıdakı kimi hesablanır:
50000000 + 10000000 + 5000000 - 400000 - 2000000 = 62600000 manat
Əsas vəsaitlərin təqdim edilməsindən əldə olunan məbləğ onun qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir.
Misal 19. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi və qalıq dəyəri 2000000 manat olan bir dəzgahı 3000000 manata satmışdır. Bu halda o, 1000000 (3000000 - 2000000) manatlıq fərqi öz gəlirinə daxil etməlidir.
İlin sonuna əsas vəsaitin qalıq dəyəri şərti maliyyə vahidinin 100 mislindən və ya ilkin dəyərin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır. Əsas vəsaitlərin təqdim edilməsindən əldə olunan məbləğ onların qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.
Misal 20. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi bir dəzgahın qalıq dəyəri 300000 manat, ilkin dəyəri 20000000 manat olan digər dəzgahın qalıq dəyəri 800000 manatdır. O, qalıq dəyəri 1200000 manat olan bir dəzgahı isə digər şəxsə 1000000 manata satmışdır. Onda bu şəxs aşağıdakı qaydada təyin olunan məbləği öz gəlirindən çıxmaq hüququna malikdir:
300000 + 800000 + (1200000 - 1000000) = 1300000 manat
Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə binalar, tikintilər və qurğuların ilin sonuna qalıq dəyərinin 2 faizi, maşınlar, avadanlıqlar və hesablama texnikasının ilin sonuna qalıq dəyərinin 5 faizi digər əsas vəsaitlərin ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə hesablanmayan əsas vəsaitlər üzrə 0 faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən tə'mir xərclərinin faktiki məbləği çıxılır.
Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Müəyyən edilən məndudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir.
Misal 21. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi binanın ilin sonuna qalıq dəyəri 50000000 manat, hesablama texnikasının ilin sonuna qalıq dəyəri isə 4000000 manat təşkil etmişdir. Həmin şəxs binanın təmirinə 2000000 manat, hesablama texnikasının təmirinə isə 100000 manat xərc çəkmişdir. Binanın təmir xərclərinin məhdudlaşdırılan məbləği 1000000 manat təşkil etdiyindən o, bu məqsədlə çəkdiyi xərcin 1000000 manatını gəlirindən çıxmalı, qalan 1000000 manat isə cari ilin sonuna binanın qalıq dəyərinin üzərinə əlavə edilməlidir. Hesablama iexnikasının təmir xərclərinin məhdudlaşdırılan məbləği 200000 manat təşkil etdiyindən o, faktiki olaraq çəkdiyi 100000 manat xərci gəlirindən çıxır, gələn il üçün təmir xərclərinin məhdudlaşdırılan məbləğini isə 100000 manat artırır.
İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin yuxarıdakı qayda ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır.
Təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəyə götürənin hesabına aparılaraq icarə haqqı ilə əvəzləşdirildikdə icarəyə götürənin təmir xərclərini gəlirdən çıxmaq hüququ olmur.
Əsas vəsaitlərin hər bir kateqoriyasının ilin sonuna qalıq dəyəri sıfra bərabər olduqda, təmir xərclərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyərinə aid edilir və onlara amortizasiya hesablanır.
Misal 22. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi dəzgahın ilin sonuna qalıq dəyəri 0 manatdır. Şəxs, həmin dəzgahın təmirinə 500000 manat xərc çəkmişdir. Bu halda həmin şəxsin 500000 manat məbləğində təmir xərjini gəlirdən çıxmaq hüququ yoxdur, bu xərc dəzgahın qalıq dəyərinə əlavə edilir və 500000 manatdan amortizasiya hesablanır.
Fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi aktivlərə çəkilən xərcləri qeyri-maddi aktivlərə aid edilir.
Qeyri-maddi aktivlərə çəkilən xərclər müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərjlər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir.
Misal 23. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ticarət nişanının alınmasına 1000000 manat xərc çəkmişdir. əgər o bu məbləği gəlirinin hesablanması zamanı öz gəlirindən çıxmışdırsa, onda onun bu qeyri-maddi aktiv üzrə amortizasiya aparmaq hüququ yoxdur. Əgər bu xərci gəlirindən çıxmamışdırsa, onda həmin xərjcamortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
Fiziki şəxsin - sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün beş ilədək davam edən sonrakı dövrə keçirilə bilər.
Rezident müəssisə tərəfindən fiziki şəxslərə ödənilən dividendlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və dividendi alan fiziki şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
Göstərilən gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.
Misal 24. Fiziki şəxs səhmdarı olduğu səhmdar cəmiyyətdən 2003-cü ilin yekunlarına əsasən 500000 manat dividend almışdır. Həmin dividend ödənilərkən ödəmə mənbəyində vergi tutulduğundan, fiziki şəxs 2003-cü il üçün gəlirləri barədə bəyannamədə il ərzində əldə etdiyi gəlirin məbləğini dividendin məbləği qədər azaldır və ya dividendi gəlirlərinin tərkibinə daxil etmir.
Rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından fiziki şəxslərə ödənilən faizlərdən, gəlir əgər Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur və faiz gəliri alan fiziki şəxslərin həmin gəlirdən bar daha vergi tutulmur.
Azərbaycan Respublikasında 01.01.2013-ci il tarixədək banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividendlərdən və faizlərdən gəlir vergisi tutulmur.
Həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alman gəlirdən ödəniş mənbəyindən 10 faiz dərəcəsi ilə vergi tutulur.
Misal 25. Fiziki şəxs həyatın yığım sığortası müqaviləsinə əsasən 6 il ərzində ayda 50000 manat olmaqla sığorta şirkətinə 3600000 manat ödəmiş və müqavilə müddəti başa çatdıqdan sonra 4000000 manat sığorta haqqı almalıdır. Bu halda 400000 manat məbləğndə fərq onun gəliri hesab olunur. Sığorta şirkəti bu məbləği sığorta olunana ödəyərkən 10 faiz, yəni 40000 vergi tutumalı və fiziki şəxsə 3960000 manat ödəməlidir. Həmin fiziki şəxs illik gəlirləri barədə bəyannaməyə 400000 manatlıq fərqi daxil etməli, vergi öhdəliyini isə ödəmə mənbəyində tutulmuş verginin məbləği qədər, yəni 40000 manat azaltmalıdır.
Fiziki şəxslərə daşman və daşınmaz əmlak üçün ödənilən icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən, gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən vergini özü ödəyir və vergi uçotuna alınıb bəyannamə verir.
İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur.
Misal 26. Fiziki şəxs özünə məxsus olan evi ayda 1000000 manata hüquqi şəxsə icarəyə vermişdir. Hüquqi şəxs ijarə haqqından 14 faiz, yəni 140000 manat ödəniş mənbəyində vergi tutur və fiziki şəxsə ayda 860000 manat ödəyir. Fiziki şəxsin bu gəliri bir daha vergiyə cəlb olunmur.
Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və onun Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:
-dividendlərdən - 10 faiz;
-faizlərdən - 10 faiz;
-sahibkarın lizinq, o çümlədən maliyyə lizinqi əməliyyatı üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyqun olaraq sığorta ödəmələri - 4 faiz;
-Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün sahibkarın ödəmələri - 6 faiz;
-sahibkarın aşağıdakı ödəmələrindən:
-muzdlu işlə əlaqədar alman gəlirlər istisna olmaqla, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər - 10 faiz;
-sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir - aylıq gəlirlər üçün nəzərdə tutulmuş dərəcələrlə;
-icarə haqları və royalti - 14 faiz;
Rezident fiziki şəxsin Azərbayjan Respublikasının hüduddarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləği Azərbaycanda vergi ödənilərkən nəzərə almır.
Bu zaman nəzərə alman məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.
Aşağıdakı şəxslər ödəmə mənbəyində gəlir vergisini tutmağa borcludurlar:
-muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və sahibkarlar;
-dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və sahibkarlar;
-hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər;
-hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və sahibkarlar;
-daşınan və daşınmaz əmlak üçün fiziki şəxslərə icarə haqqı ödəyən hüquqi şəxslər, royalti və qeyri-rezidentə gəlir ödəyən hüquqi şəxslər və sahibkarlar;
-vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar.
Ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar gəliri ödəyərkən vergini büdcəyə köçürməyə və rüb başa çatdıqdan sonra 20 gün müddətində Vergilər Nazirliyinin müəyyən etdiyi formada bəyannaməni vergi orqanına verməyə borcludurlar.
Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan və ya tutulması mümkün olmayan gəlirləri olan fiziki şəxslər yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gej olmayaraq vergi orqanlarına bəyannamə verməlidirlər.
3.Azərbaycan Respublikasının Vergi Məcəlləsində gəlir vergisindən bir sıra azadolmalar və güzəştlər nəzərdə tutulmuşdur. Bunların bəziləri ilə tanış olaq.Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:
-Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı, Azərbayjan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir.
-Azərbaycan Respublikasının rezidenti şəxsin iş yerindən gəlir - əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilərsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə ;
-təqvim ili ərzində alman hədiyyə, maddi yardım və miraslar:
a)hədiyyələrin, təhsil və ya müalijə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;
c)hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri;
-əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları və dövlət təqaüdləri;
-alimentlər;
- fiziki şəxsin əsas iş yerində aylıq gəliri 200 manatadək olduqda minimum əmək haqqının 1 misli, illik gəliri 2400 manatadək olduqda minimum əmək haqqının 12 misli məbləğində olan hissəsi
-qiymətli daş və metallar, onlardan düzəldilmiş məmulatlardan, inçəsənət əsərləri və əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşman maddi əmlakın təqdim edilməsindən gəlir;
-sığorta hadisəsi baş verdikdə sığortalının həyatına, onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;
-vergi ödəyijisinin 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakın təqdim edilməsindən gəlir;
-dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri;
-bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlir;
-sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyunjaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri;
-müvafiq qaydada dövlət qeydiyyatından keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri;
-fiziki şəxslərə kompensasiya xarakterli qanunvericilikdə nəzərdə tutulan ödəmələr;
yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, rayon yarışlarında və müsabiqələrində isə - 200 manatadək;
-dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq.
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri şərti maliyyə vahitdinin 400 misli miqdarında azaldılır:
-Azərbayjan Respublikasının Milli Qəhrəmanlarının, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
-Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin;
-I və II qrup müharibə əlillərinin;
-həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);
-1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin;
-qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
-Çernobıl AES-də qəza, mülki və ya hərbi tə'yinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nətijəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.
I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır:
-həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri);
-1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, nabelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və təkrar nigah bağlamamış arvadları (ərləri);
-Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
-daimi qulluq tələb edən uşaqlıqdan və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (onların istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;
-məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər.
Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğöində azaldılır.
Fiziki şəxsin bir neçə güzəşti olduqda ona bu güzəştlərdən biri, məbləğjə ən böyük olanı verilir.

ƏDƏBİYYAT

  1. https://www.taxes.gov.az/files/2/Vergilere_aid_nesrler/4/4.18.pdf

  2. https://tedris-maliyye.az/images/books//Vergilər%20Və%20Vergitutma.pdf

  3. https://tedris-maliyye.az/images/books//Vergilər%20Və%20Vergitutma.pdf

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin