Sərəncamı (12 yanvar 2004)



Yüklə 46,8 Kb.
tarix26.05.2018
ölçüsü46,8 Kb.
#51656

Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı

(12 yanvar 2004)
Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixli və «Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etmişdir. Latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın bütün sahələrində tam yerini tutmuşdur. Bununla yanaşı Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraqqalır.

Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara alıram:




  1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsərlərin siyahısı təsdiq olunsun (siyahı əlavə olunur).

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə Azərbaycan Respublikasının bütün kütləvi kitabxanalarına və orta tədris müəssisələrindəki kitabxanalara latın qrafikası ilə yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin.

  3. Azərbaycan Respublikası prezidentinin İcra Aparatına tapşırılsın ki,

    • Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2005-2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsərlərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

    • Azərbaycan Respublikasının Nazirlər Kabineti respublikanın maliyyə qurumları ilə birlikdə müvafiq plan-qrafik tərtib edib latın qrafikası ilə yenidən nəşr olunması nəzərdə tutulan kitabların çapını təmin etsin;

    • Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə birlikdə yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitələri ilə yayılmasını, latın qrafikasında Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılmasını təmin etsin.

  4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2004-cü il. № 56
***
Azərbaycan dilində latın qrafikası ilə ilk növbədə yenidən nəşri nəzərdə tutulan kitabların siyahısı
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli 56 nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur
Lüğət və ensiklopediyalar:

Azərbaycan dilinin izahlı lüğəti

Azərbaycan dilinin orfoqrafiya lüğəti

«Azərbaycan Xalq Cümhuriyyəti» ensiklopediyası

Azərbaycanca-ingiliscə lüğət

Azərbaycanca-rusca lüğət

«Ədəbiyyat və incəsənət» ensiklopediyası

İngiliscə-azərbaycanca lüğət

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Rusca-azərbaycanca lüğət


Azərbaycan xalq ədəbiyyatı:

Aşıq ədəbiyyatından seçmələr,

3 cilddə Atalar sözü və məsəllər

Azərbaycan dastanları, 5 cilddə

Azərbaycan folkloru (məktəblilər üçün seçmələr)

Azərbaycan xalq ədəbiyyatından seçmələr (qaravəllilər, xalq tamaşaları və oyunlar) Azərbaycan xalq mahnıları (not yazıları ilə), 3 cilddə

Azərbaycan nağılları, 5 cilddə Bayatılar

Bunu əzbərləməyə dəyər (folklor poeziyasından seçmələr)

«Əfsanə, əsatir və rəvayətlər»

«Kitabi-Dədə Qorqud», 3 cilddə

«Koroğlu» dastanı, 2 cilddə

«Qaçaq Nəbi»dastanı

Molla Nəsrəddin lətifələri

Tapmacalar


Klassik və müasir Azərbaycan ədəbiyyatı:

Abbas Səhhət. Əsərlər, 2 cilddə

Abdulla Şaiq. Əsərlər, 3 cilddə

Axundov Süleyman Sani. Seçilmiş əsərlər

Axundzadə Mirzə Fətəli. Əsərlər, 3 cilddə

Almas İldırım. Əsərlər

Anar. Seçilmiş əsərlər

Aşıq Ələsgər. Əsərlər, 2 cilddə

Azərbaycan şeri antologiyası (XIX əsr)

Azərbaycan şeri antologiyası (XX əsr)

Azərbaycan uşaq ədəbiyyatı antologiyası, 3 cilddə

Azərbaycanın qadın şairləri antologiyası

Azəroğlu Balaş. Əsərlər

Bakıxanov Abbasqulu ağa. Seçilmiş əsərlər

Cabbarzadə Zeynal. Əsərlər

Cabir Novruz. Əsərlər

Cəfər Cabbarlı. Əsərlər, 4 cilddə

Çəmənzəminli Yusif Vəzir. Əsərlər, 3 cilddə

«Dastani-Əhməd Hərami» Dilbazi Mirvarid. Əsərlər

Elçin. Seçilmiş əsərlər

Əfəndiyev İlyas. Əsərlər, 3 cilddə

Əhməd Cavad. Əsərlər

Əkrəm Əylisli. Seçilmiş əsərlər

Əlağa Vahid. Əsərlər

Əli Kərim. Əsərlər

Əlibəyli Ənvər. Əsərlər

Əvhədi Marağalı. «Cami-Cəm» Fədai. «Bəxtiyarnamə»

Fikrət Qoca. Əsərlər

Hacıbəyov Üzeyir. Əsərlər, 2 cilddə

Hadi Məhəmməd. Əsərlər, 2 cilddə

Haqverdiyev Əbdürrəhim bəy. Əsərlər, 2 cilddə

Həbib Sahir. Əsərlər

Həmid Nitqi. Əsərlər

Həsənzadə Nəriman. Seçilmiş əsərlər

Hökumə Billuri. Əsərlər

Hüseyn Arif. Əsərlər

Hüseyn Cavid. Əsərlər, 4 cilddə

Hüseyn Mehdi. Əsərlər, 3 cilddə

Hüseynov İsa. Seçilmiş əsərlər

Xaqani Şirvani. Əsərlər

Xəlil Rza. Əsərlər, 2 cilddə

Xətai Şah İsmayıl. Əsərlər, 2 cilddə

İbrahimov Hüseyn. Seçilmiş əsərlər

İbrahimov Mirzə. Əsərlər, 3 cilddə

İmadəddin Nəsimi. Əsərlər, 2 cilddə

Kəsəmənli Nüsrət. Əsərlər

Kişvəri. Əsərlər

Klassik Azərbaycan ədəbiyyatından seçmələr, 3 cilddə

Köçərli Firidun bəy. Əsərlər, 2 cilddə

Kürçaylı Əlağa. Əsərlər

Qabil. Əsərlər

Qasımzadə Qasım. Əsərlər

Qazi Bürhanəddin. «Divan»

Qövsi Təbrizi. Əsərlər

Qul Əli. «Qisseyi-Yusif»

Qutqaşınlı İsmayıl bəy. Əsərlər

Mədinə Gülgün. Əsərlər

Məhəmməd Əmani. Əsərlər

Məhəmməd Füzuli. Əsərlər, 6 cilddə

Məhsəti Gəncəvi. Əsərlər

Məlikzadə İsi. Əsərlər

Məmməd Araz. Əsərlər, 2 cilddə

Məmmədxanlı Ənvər. Seçilmiş əsərlər

Məmmədquluzadə Cəlil. Əsərlər, 4 cilddə

Məsihi. «Vərqa və Gülşa»

Mikayıl Müşfiq. Əsərlər

Mir Cəlal. Əsərlər

Mirzə Ələkbər Sabir. «Hophopnamə»

Natəvan Xurşidbanu. Əsərlər

Nəbati Seyid Əbülqasim. Əsərlər

Nəbi Xəzri. Əsərlər, 2 cilddə

Nərimanov Nəriman. Seçilmiş əsərlər

Nəsirəddin Tusi. «Əxlaqi-Nasiri»

Nizami Gəncəvi. Əsərlər, 7 cilddə

Ordubadi Məmməd Səid. Seçilmiş əsərlər, 2 cilddə

Osman Sarıvəlli. Əsərlər

Rəfibəyli Nigar. Əsərlər

Rəfiq Zəka. Əsərlər

Rəhimov Süleyman. Seçilmiş əsərlər.

Rəsul Rza. Əsərlər, 5 cilddə

Rüstəmxanlı Sabir. Seçilmiş əsərlər

Sabit Rəhman. Əsərlər, 2 cilddə

Saib Təbrizi. Əsərlər

Səfərli İslam. Əsərlər

Səməd Vurğun. Əsərlər, 5 cilddə

Səmədoğlu Vaqif. Seçilmiş əsərlər

Səmədoğlu Yusif. Əsərlər

Söhrab Tahir. Seçilmiş əsərlər

Süleyman Rüstəm. Əsərlər, 5 cilddə

Şəhriyar Məhəmmədhüseyn. Əsərlər, 2 cilddə

Şıxlı İsmayıl. Əsərlər, 2 cilddə

Şirvani Seyid Əzim. Seçilmiş əsərlər, 3 cilddə

Tofiq Bayram. Əsərlər

Vahabzadə Bəxtiyar. Əsərlər, 2 cilddə

Vaqif Molla Pənah. Əsərlər

Vazeh Mirzə Şəfi. Əsərlər

Vəliyev Əli. Seçilmiş əsərlər

Vəzirov Nəcəf bəy. Seçilmiş əsərlər

Vidadi Molla Vəli. Əsərlər

Zakir Qasım bəy. Əsərlər

Zeynal Xəlil. Əsərlər

Zərdabi Həsən bəy. «Əkinçi»


Dünya ədəbiyyatı:

Andersen Hans Kristian. «Nağıllar»

Aytmatov Çingiz. Əsərlər

Cami Əbdürrəhman. Seçilmiş əsərlər

Çexov Anton. Seçilmiş əsərlər

Dante Aligyeri. «İlahi komediya»

Defo Daniel. «Robinzon Kruzo»

Dostoyevski Fyodor. Seçilmiş əsərlər

Düma Aleksandr. Seçilmiş əsərlər

Dünya uşaq ədəbiyyatından seçmələr, 10 cilddə Ellada qəhrəmanları

Əlişir Nəvai. Seçilmiş əsərlər

Firdovsi Əbülqasım.«Şahnamə»

Hafiz Şirazi. Əsərlər

Homer. «İliada», «Odisseya»

Höte İohann Volfqanq. «Faust»

Hüqo Viktor. Seçilmiş əsərlər

Jül Vern. Seçilmiş əsərlər

«Kəlilə və Dimnə»

Lermontov Mixail. Seçilmiş əsərlər

London Cek. Seçilmiş əsərlər

Mark Tven. Seçilmiş əsərlər

Ömər Xəyyam. Rübailər

Puşkin Aleksandr. Seçilmiş əsərlər

Servantes Saavedra. «Don Kixot»

Sədi Şirazi. «Bustan», «Gülüstan»

Stivenson Robert. Seçilmiş əsərlər

Svift Conatan. «Qulliverin səyahəti»

Şekspir Uilyam. Seçilmiş əsərlər

Şiller Fridrix. Seçilmiş əsərlər

Tolstoy Lev. Seçilmiş əsərlər



Yunus İmrə. Əsərlər
Yüklə 46,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin