Sevilməyi düşünmə, sevməyi öyrən



Yüklə 0,59 Mb.
səhifə1/58
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#32437
  1   2   3   4   5   6   7   8   9   ...   58

Esmira Fuad (Şükürova)

Filologiya üzrə Fəlsəfə doktoru AMEA Nizami ad. Ədəbiyyat İnstitutu Cənubi

Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı işçisi
Güney Azərbaycanda ədəbi proses (2011-12-ci illər)

Diqqətlə baxan bir insanın hünəri görünməz olanı göstərə bilməkdir.

Kierkeqaard.

Uzun illərdir ki, Güney xalqının ədəbiyyat adamları-şair və yazıçıları üzləşdikləri mürəkkəb duruma, müxtəlif yönlərdən göstərilən basqılara, Azərbaycan türkcəsinə qoyulan qadağalara, ana dilində təhsil üzərindəki yasaqlara rəğmən var gücü ilə qələmə sarılır, bir-birindən dəyərli əsərlər yaradırlar... Böyük Vətənimizin Güney parçasında qələm sahiblə-rinin güclü həyat eşqilə yaratdığı əsərlərlə, dərc olunan kitab (“Çalhaçal”, ”Ağ aşıq”, “Günəş”, “Talanmış günəş”, “Bir səbət qızıl yumurta”, Hadi Qaraçay. “Tamudan gələn səs-lər”, Əli Daşqın.“Zaminim sevgidir (Şeirlər toplusu)”, Məmməd Rza Təbrizli.“Qartal balası” və s., “Dayaq” və AYB-nin xəttilə nəşr olunmuş Ramin Cahangirzadə.“Daşlar”, Elvar Qullivənd.“Zibil dolunda ziyafət”, Rəsul Yunan.“Mən Çin məhəlləsində itmişəm” və “Duel”, İsmayıl Ülkər.“Sevda yoldaymış”, M.Əzizpur. “Su pıçıltısı” və “Mənə bir küçə bağışla”, Sayman Aruz.“Paltarlarım adamsızdır”, Səkinə Purhəsən.“Ayrılıq durağı”, Kiyan Xiyav.“Sarı saatlar dənizində”) və dərgilərdə (“Varlıq”, “Xudafərin”, “Yaşmaq”, “Güneyin səsi” və s.), “Dayaq.orq”, “Düşərgə”, “Sözün sözü”, “Öyrənci”, “Günaz.TV”, “Azadlıq.orq” kimi internet səhifələrində, Hadi Qaraçay, Hümmət Şahbazi və Əziz Səlaminin, eləcə də M.Məhəmmədinin özəl saytlarında yer almış yazılarla, şeir və nəsr nümunələrilə tanışlıq bir daha təsdiqləyir ki, Güney Azərbaycanda ədəbi proses dinamik sürətlə davam edir.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin