Socar dalgidj llc



Yüklə 46,39 Kb.
tarix06.06.2018
ölçüsü46,39 Kb.
#52811



SOCAR-DALĞIC MMC
socar-dalgidj logo




SOCAR – DALGIDJ LLC
socar-dalgidj logo

VƏZİFƏ TƏLİMATI

ROLES AND RESPONSIBILITIES

BÖLMƏ 1: VƏZİFƏNİN TƏSVİRİ

SECTION 1: POSITION DESCRIPTION


Vəzifənin adı: Mühəndis-layihəçi

Təşkilati struktura istinad: SOCAR – DALĞIC MMC-nin Təşkilati Strukturu – Mühəndislik departamenti.



Position Title: Structural Engineer

Org. Chart Reference: SOCAR-DALGIDJ LLC Organization Chart – Engineering Dept.


BÖLMƏ 2: ƏSAS VƏZİFƏ


SECTION 2: KEY ROLE

  • Layihə rəhbəliyi tərəfindən təyin edildiyi kimi struktur mühəndisliyi üzrə iş həcmi ilə bağlı məsul şəxs olaraq fəaliyyət göstərir.

  • SƏTƏM, keyfiyyət, müəyyən olunmuş cədvəl və strukturun texniki bütövlüyü ilə bağlı layihə məqsədlərinin həyata keçirilməsini təmin edir.

  • Act as Delivery Manager for Structural Engineering Scopes of Work as assigned by the Project Management.

  • Ensure that the Project Goals are being implemented in respect of HS&E, QA, Schedule, and Structural Design Technical Integrity.

BÖLMƏ 3: TABE OLDUĞU ŞƏXSLƏR

SECTION 3: POSITION REPORTS TO

Xətti rəhbər: Baş Mühəndis;

Funksional rəhbər: Layihə üzrə Baş Menecer.



Line Manager: Engineering Manager;

Functional lead: Senior Project Manager.


BÖLMƏ 4: VƏZİFƏLƏR VƏ ÖHDƏLİKLƏR




SECTION 4: RESPONSIBILITIES & OBJECTIVES


  • Bütün layihə üzrə təftiş, təmir və texniki xidmət, sualtı müdaxilə və sürətli cavablandırma proqramını əhatə edən sualtı əməliyyatlar üzrə strategiyanın, planların və iş həcmlərinin hazırlanmasında köməklik edir;

  • IMR (təftiş, texniki xidmət və təmirlə) iş həcmi ilə bağlı layihələndirmə, satınalma, mühəndislik, planlaşdırma və quraşdırma aspektlərinə nəzarət edir və yoxlayır;

  • Layihə üzrə Baş Menecerlərə təqdim etmək üçün struktur mühəndisliyi ilə əlaqəli xərcləri, sərf olunmuş vaxt və resursları əks edən cədvəli hazırlayır;

  • Layihə üzrə iş həcmində tələb olunduğu kimi və ya işin icrası üçün zəruri hesab olunduğu kimi daimi və müvəqqəti komponentlər üzrə strukturların layihələrini və təsdiqləyici hesablamaları hazırlayır;

  • Quraşdırma vasitələrinin, onları dəstəkləyən prosedurların hazırlanması, həmçinin bu vasitələrin istehsalı, sınaqdan keçirilməsi və qəbulu ilə bağlı məsuliyyət daşıyır;

  • Layihənin icrası üzrə planları oxuyur və izah edir və quraşdırılacaq sualtı aktivlərin struktur bütövlüyünün təkmilləşdirilməsi üzrə inkişaf/dəyişikliklərlə bağlı zəruri tədbirləri tövsiyə edir;

  • Sualtı IMR (təftiş, texniki xidmət, təmir), layihələndirmə və quraşdırma prosedurlarının nəzərdən keçirilməsində iştirak edir;

  • Sifarişçiyə təqdim olunacaq bütün quraşdırma mühəndisliyi üzrə təkliflərin texniki məzmununu qiymətləndirir və tələb olunduğu kimi struktur bütövlüyü aspektləri üzrə tövsiyyələri təqdim edir;

  • Müəyyən olunmuş mühüm struktur mühəndislik interfeysi məsələlərinə aid qətnamələrin yerinə yetirilməsinə nəzarət edir və tələb olunduğu kimi təsirin azaldılması üzrə planları təklif edir;

  • Layihənin gedişatı ilə bağlı hesabatın hazırlanmasında köməklik edir;

  • Sualtı əməliyyatlarla bağlı riskin qiymətləndirilməsi prosedurunda və dəyişikliyin idarə olunması proseslərinin icra olunmasında iştirak edir;

  • Quraşdırılacaq sualtı strukturların layihələndirilməsi və istehsalında əldə edilmiş təcrübənin nəzərə alınmasını təmin edir;

  • Layihə ilə bağlı SƏTƏM məsələlərinə, müəyyən olunmuş cədvələ və büdcəyə müsbət təsir edə biləcək sualtı sənayedə baş vermiş hər hansı bir texniki inkişaf haqqında layihə rəhbərliyini məlumatlandırır;

  • Sualtı texnologiyanın son nailiyyətləri haqqında xəbərdar olmalıdır və IMR (təftiş, texniki xidmət, təmir) layihəsini dəstəkləmək üçün istifadə olunan bütün qurğular, alətlər və avadanlıqlar haqqında xəbərdar olmalıdır;

  • KSƏTƏM mədəniyyətini dəstəkləyir və bunu öz fəaliyyətində nümayiş etdirir.

  • Assist with the development of the strategy, plans and work scope packages for underwater operations, covering inspection, repair and maintenance, subsea intervention and rapid response program for the entire project scope;

  • Monitor and review all design, procurement, engineering, planning and installation aspects pertaining to the IMR work scope;




  • Prepare structural engineering related CTRs for the Senior Project Managers attention;




  • Develop structural designs and supporting calculations for permanent and temporary components as required in the project scope of work or as deemed necessary for the execution there-off;

  • Responsible for the development of installation aids, their supporting procedures, as well as their fabrication, testing and acceptance;

  • Read and interpret project execution plans and recommend any developments / modifications that may be needed with regard to structural integrity improvements of subsea assets to be installed;

  • Participate in Subsea IMR, Design and Installation Procedures reviews;




  • Evaluate the technical content of all installation engineering proposals to be submitted to the Client and make recommendations on structural integrity aspects as required;

  • Monitor close-out of resolutions pertaining to identified critical structural engineering interface issues and propose mitigation plans, as required;




  • Provide input to project progress reporting;




  • Participate in Subsea Operations related Risk Assessments and execution of MoC processes;




  • Ensure that Lessons Learned are appropriately considered in the design and fabrication of to be installed subsea structures;

  • Advise the project management of any technical developments in the subsea industry which may positively impact Project HSE, Schedule and Budget;




  • Keep informed on the latest developments in subsea technology, and be familiar with all plant, tools and equipment, utilized in support of the IMR Project scope;




  • Promote a QHSE Culture and lead by example.

Təhsil / Təcrübə ilə bağlı tələblər:

Təcrübə:



  • Dənizdə dəstək sənayesində struktur mühəndisliyi (layihələndirməsi) üzrə minimum 10 illik iş təcrübəsinə malik olmalıdır, 5 il müddətində dalğıc və HSA müdaxilə üsullarını əhatə edən iri sualtı tikinti layihələrində mühəndis-layihəçi vəzifəsində çalışmış olmalıdır və bu da rəsmi şəkildə təsdiq olunmalıdır;

  • Struktur mühəndisliyi (layihələndirməsi), quraşdırma üzrə mükəmməl biliklərə malik olmalıdır və strukturlar üzrə hesablamalar, beynəlxalq qaydalar və standartlar, eləcə də sertifikatlaşdırma / sınaq tələbləri haqqında tam xəbərdar olmalıdır.

Elmi dərəcə:

  • Mexaniki/struktur mühəndislik üzrə orta ixtisas təhsili haqqında diploma malik olmalıdır.

Academic / Experience Requirements:

Experience:



  • Minimum 10 years of experience in the offshore support industry in a structural engineering (design) position, with a 5 years confirmed record of success in a structural engineer role on major subsea construction projects, involving diving and ROV intervention methods;




  • Excellent knowledge of structural engineering (design), fabrication and fully conversant with structural calculations, international codes & standards, as well as certification / testing requirements.

Academic Degree:



  • High school diploma in mechanical / structural engineering.




Bacarıq /Şəxsi Keyfiyyətlər:

  • ISO, keyfiyyət üzrə sənaye standartları və şirkətin keyfiyyət üzrə tələbləri / prosesləri haqqında xəbərdar olmalıdır;

  • SOCAR-Dalğıc MMC-nin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə prosedurları ilə tam olaraq tanış olmalıdır;

  • Özünü motivasiya etmək bacarığına malik olmalıdır;

  • İşçi qrupa rəhbərlik etmək bacarığına malik olmalıdır;

  • Kompyuter biliklərinə malik olmalıdır;

  • İngilis dilini həm yazılı həm də şifahi tam olaraq bilməlidir.

  • Ünsiyyətçil olmalıdır;

  • Nəzakətli olmalıdır.

Skill Requirements /Personal Attributes:

  • Familiar with ISO, QA industry standards and company QA requirements / processes;




  • Fully conversant with the SOCAR-DALGIDJ LLC Anti -Corruption and Bribery Procedure;




  • Self-motivated;




  • Team Builder;




Bilavasitə tabeliyində olan şəxs:

  • Sahə/Layihə Mühəndisi;

  • Çertyojçu.

Direct Reports:

  • Field / Project Engineer;

  • Draftsmen.

Daxili əlaqələr:

  • Tikinti üzrə Menecer (dənizdə);

  • Dalğıc/HSA Əməliyyatları üzrə Supervayzerlər;

  • Layihə üzrə Baş Mühəndis;

  • Təchizat üzrə Supervayzer;

  • Logistika üzrə koordinator.

Internal Interfaces:

  • Construction Manager (Offshore);

  • Diving / ROV Supervisors;




  • Senior Project Engineer;

  • Procurement Supervisor;

  • Logistics Coordinator.

Xarici əlaqələr:

  • Sifarişçinin strukturlar/quraşdırma üzrə mühəndisləri;

  • OII-nin mühəndislərdən ibarət dəstək qrupu (Xyuston/Aberdin);

  • İstehsal üzrə yerli subpodratçılar/təchizatçılar;

  • Klassifikasiya/sertifikatlaşdırma cəmiyyətlərinin nümayəndələri.

External Interfaces:

  • Client Structural / Installation Engineers;




  • OII Engineering Support Team (Houston / Aberdeen);

  • Local Fabrication Subcontractors / Vendors;




  • Class / Certification Representatives.

Vəzifəni tutan şəxsin adı:

Təsdiq olunacaq



İmza: ____________ Tarix

Position Occupant Name:

TBC


Signature: ____________ Date


Xətti menecerin adı:



Line Manager Name:










İmza: ____________ Tarix




Signature: ____________ Date


Yüklə 46,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin