TəBİİ VƏ SÜNİ ƏKİn sahəLƏRİNDƏn göTÜRÜLMÜŞ Şabalidyarpaq palidin oduncaq halqa nümunəLƏRİNİn radial artim xüsusiYYƏTLƏRİ Seyfullayev F. S



Yüklə 212,41 Kb.
səhifə1/5
tarix10.01.2022
ölçüsü212,41 Kb.
#108637
  1   2   3   4   5

Azərbaycan Milli Elmlər Akademiyası

Mərkəzi Nəbatat Bağının əsərləri, 2014, XII cild
TƏBİİ VƏ SÜNİ ƏKİN SAHƏLƏRİNDƏN GÖTÜRÜLMÜŞ

ŞABALIDYARPAQ PALIDIN ODUNCAQ HALQA NÜMUNƏLƏRİNİN

RADİAL ARTIM XÜSUSİYYƏTLƏRİ
Seyfullayev F.S.

AMEA Mərkəzi Nəbatat Bağı, Badamdar yolu 40, Bakı AZ1004, Azərbaycan


Lənkəran və Xaçmazda şabalıdyarpaq palıdın oduncaq halqa nümunələrinin dendroxronoloji analizi aparılmış və seçilmiş tədqiq olunan ərazilərin əsas xronologiyası yaradılmışdır. İki nümunənin müqayisəsi zamanı onların artımları arasında aşağı səviyyədə korrelyasiyasının olması müəyyən edilmişdir. Aparılan tədqiqatlar iki müxtəlif zonada artıma müxtəlif şərtlərin təsir etməsini müəyyənləşdirməyə imkan verir. Lənkəranda iqlim şərtləri, Xaçmazda isə qrunt suları üstün təsirə malikdir.

Açar sözlər: İllik halqa, şabalıdyarpaq palıd, iqlim amilləri, radial artım, oduncaq, statistik metodlar, qrunt suları.


GİRİŞ
Ağacların radial artım xüsusiyyətlərini tədqiq etməklə onlara təsir göstərən müxtəlif mühit amilləri haqqında məlumat əldə etmək mümkündür. Azərbaycanda bəzi ağac növləri üçün bu tip tədqiqatlar aparılmışdır [1].

Şabalıdyarpaq palıd respublikamızda yayılmış qiymətli relikt ağac növlərindən biridir. Talış meşələrinin təqribən yarısını şabalıdyarpaq palıd ağacları təşkil edir. Ağacın hündürlüyü 35-40 metrə, bəzən 50 m, diametri isə bəzən 1-1,5 m kimi çatır. Şabalıdyarpaq palıd Talışda sarı torpaqlı aşağı qurşaqlarda və qonur dağ-meşə torpaqlarında yaxşı inkişaf edir. Bu növün yüksək keyfiyyətli oduncağa və torpaq qoruyucu xüsusiyyətlərə malik olması onun qiymətini daha da artırır. Bu səbəbdən meşəsalma işlərində bu palıddan geniş istifadə edilir.

Bu vaxta qədər respublikamızda palıdın bu növünün fenoloji xüsusiyyətləri, yarpaqlarının morfologiyası [5,6] öyrənilmişdir.

Biz bu tədqiqatda onun təbii yayıldığı və süni əkilərinin olduğu ərazilərdə radial artım xüsusiyyətlərini öyrənmişik.




Yüklə 212,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə