Təhsil Proqramı ginekologiya II kafedrasının (Sİlabus) müdiri prof. H. F. Bağırova



Yüklə 34,12 Kb.
səhifə1/2
tarix02.02.2022
ölçüsü34,12 Kb.
#113994
növüTəhsil proqramı
  1   2

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ “Təsdiq edirəm”
MAMALIQ fənni üzrə ATU-nun mamalıq və
İşçi Təhsil Proqramı ginekologiya II kafedrasının
(SİLABUS) müdiri prof. H.F.Bağırova

Imza : ____________




Fənnin kodu

Fənnin növü məcburi

Fənnin Tədris semestri VIII

Fənnin Krediti 3

Fənnin Tədris Forması əyani

Fənnin Tədris dili azərbaycan, rus, ingilis

Fənni Tədris edən müəllimlər: Kafedra müəllimləri

Tədris yükü: Mühazirə 10 saat

kurasiya 35 saat



Kafedranın əlaqə nömrələri 012 449 -82-90

E-mail akusherstvoginekologiya2@mail.ru

Müəllim haqqinda məlumat:

A.A.S. və elmi dərəcə:

Korekvizitlər

Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədrisi olunması zərurəti yoxdur



KURSUN TƏSVİRİ

Tədris olunan mamalıq fənni ATU-nun II mualicə -profilaktikasınin tələbələrinə müasir mamalıqla yanaşı insan anatomiyası, patoloji fiziologiya, patoloji anatomiya, cərrahiyyə elminin əsaslarını tədris edir. Mamalıq fizioloji və patoloji mamalıqdan ibarətdir. Doğuşun baş vermə səbəbləri, doğuşun dövrləri, idarə olunması, partoqramma, hamiləlik zamanı qadın orqanizmində baş verən fizioloji və patoloji proseslərdən bəhs edir. Dölün bətndaxili vəziyyətinin qiymətləndirilməsi də xüsusi yer tutur. Tədris zamanı hamilə qadının orqanizmində baş verən dəyişikliklər, doğuşun gedişi və fizioloji zahılıq dövrü haqda tələbələrə məlumat verilir. Bətndaxilində inkişaf edən dölün vəziyyətinin qiymətləndirilməsi hamiləliyin trimestrlərindən asılı olaraq aparılır.

Hamiləliyin I trimestrində irsi xəstəliklərin və inkişaf qüsurlarının təyininin xüsusi biokimyəvi skrininqlərin və USM –nin köməyi ilə aparılırması tələbələrə tədris olunur. Hamiləliyin II trimestində dölün distresinin qiymətləndirilməsi əsasən doplerometriya və kardiotokoqrafiyanın aparılması tədris olunur. Hamiləliyin başa çatmaması, preeklampsiya və eklampsiya, hamiləlik və doğuş zamanı baş verən qanaxmaların etiologiya və patogenezi tələbələrin diqqətinə çatdırılır.

Tədris olunana mamalıq fənninin proqramında yuxarıda göstərilən patologiyalarla yanaşı doğuşun III dövründə, erkən və gec zahılıq dövründə baş verən qanaxmalara da xüsusi yer verilir. Anadangəlmə və qazanılma trombofiliyalar, RH (-) mənsubiyyətli qadınlarda hamiləliyin gedişi və başa çatdırılması tədris olunan fəndə xüsusi əhəmiyyət kəsb edir. Kiçik mamalıq əməliyyatları – mamalıq maşaları, vakuum ekstrasiya, dölparçalayıcı əməliyyatlar,dölün qasıq büküşündən ixracı, çanaq gəlişlərində Sovyanov əl yardımı, perineotomiya, epiziotomiya, amniotomiyanın icra olunma texnikası, bu əməliyyatlara göstəriş və əks gəstərişlər tədris olunur. Mamalıq situasiyasından asılı olaraq aparılan kesar kəsiyinə göstərişlər, əməliyyatın texnikası, əməliyyatdan sonrakı dövrdə baş verə biləcək fəsadlar və onların qarşısının alınma üsullarına xüsusi diqqət yetirilir. Tədrisdə doğuşdan sonrakı dövrün irinli septiki xəstəliklərin inkişafı, diaqnostikası, müalicəsi və profilaktikasının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.



KURSUN MƏQSƏDİ

Mamalıq fənninin əsas məqsədi müalicə -profilaktika fakultəsinin tələləbələrində bu fənn haqqında tam təsəvvur yaratmaqdan ibarətdir. Qadin çanağının anatomiyası, genital orqanların qan təchizatı, innervasiyası, hamiləliyin fizioloji və patoloji gedişatı, dölün bətndaxili vəziyyətinin qiymətləndirilməsi, kiçik mamalıq əməliyyatlarının tətbiqi, hamiləlik zamanı, son dövr, erkən və gec zahılıq dövründə baş verən qanaxmaların öyrənilməsindən ibarətdir.





Yüklə 34,12 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə