Tərs matris və onun tapılması düsturunun çıxarılışı. Matrislərin bölünməsi əməli elmə daxil edilməmişdir. Bunu matrisin tərsinin tapılması əməli kimi daxil etmişlər. Bilirik ki, ədədlər üçün =ab⁻¹ -dir.
Tərif. Eyni tərtibli A kvadrat matrisi və E vahid matrisi üçün = = şərtini ödəyən B matrisinə A matrisinin tərsi deyilir və B= kimi işarə edilir. Beləliklə, AA⁻¹=A⁻¹A=E bərabərliyi alınır.
Tərif.Kvadrat matrisin determinantı sıfırdan fərqli olduqda ona cırlaşmayan (qeyri-məxsus), sıfıra bərabər olduqda isə cırlaşan (məxsusi) matris deyilir.
Tərif. A kvadrat matrisinin tərsinin varlığı üçün zəruri və kafi şərt onun determinantının sıfırdan fərqli olmasıdır (və ya cırlaşmayan olmasıdır).
Determinantı sıfırdan fərqli olan A matrisinin yeganə tərs matrisi var və A⁻¹= Aᶹ düsturu ilə tapılır. Burada, Aᶹ matrisi A matrisinin qoşma matrisi adlanır və A matrisinin elementlərinin cəbri tamamlayıcılarından düzəldilmiş matrisin transponirə edilmişinə bərabərdir.
Yəni, Aᶹ=
Deməli, matrisin tərsi onun determinantının tərsi ilə cəbri tamamlayıcılardan düzəldilmiş matrisin transponirə olunmuşunun hasilinə bərabərdir. Yəni,
A⁻¹=
Matrisin tərsini aşağıdakı ardıcıllıqla tapmaq əlverişlidir:
Matrisin determinantını hesablamaq: əgər =0-sa bu matrisin tərsi yoxdur,əgər 0 onda A cırlaşmayan matrisdir və onun tərs matrisi var. Bu tərs matrisi yazmaq üçün ;
Matrisin bütün cəbri tamamlayıcılarını hesablamaq;
- ni matrisin bütün elementlərinə vuraraq standart matris şəklinə salmaq lazımdır.Alınan matris verilən matrisin tərsi olacaqdır.Yaxşı olar ki, həllin düzgünlüyünü yoxlamaq üçün AA⁻¹=E olduğu yoxlanılsın.