Təsdiq edilmişdir Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə



Yüklə 188,97 Kb.
tarix02.07.2018
ölçüsü188,97 Kb.
#55577

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2004-cü il 12 iyul

tarixli 93 nömrəli qərarı ilə

sdiq edilmişdir


Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə

əməliyyatların əlaqələndirilməsinə dair
DBİRLƏR PLANI



Sıra

-si



Tədbirlərin məzmunu

İcraçılar

Əhatə olunan dövr

İcra müddəti




I. Dövlət Sosial Müdafiə Fondu büdcəsinin tərtibi

1.

Dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondu büdcəsinin tərtibinin əlaqələndirilməsi aşağıdakı kimi həyata keçirilir:










1.1

Dövlət Sosial Müdafiə Fondu büdcəsinin proqnozlaşdırılması üçün tələb olunan əsas iqtisadi göstəricilərin proqnozları (ÜDM, onun illik artım tempi dövlət və qeyri-dövlət sektorları üzrə, neft və qeyri-neft sektorları üzrə, istehsal üzrə strukturu, adambaşına düşən ÜDM-nin həcmi, dövlət və qeyri-dövlət sektorlarında məşğul olanların sayı, pərakəndə əmtəə dövriyyəsi, əhalinin pul gəlirləri və xərcləri, onun tərkibi, orta aylıq əmək haqqı, əhaliyə göstərilən pullu xidmətlərin həcmi və istehlak qiymətlərinin orta illik indeksi (inflyasiya)) Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir

İqtisadi İnkişaf Nazirliyi

son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün

hər il mart

ayının 1-dək






pensiya, müavinətlər, əlillərin, işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı proqram layihələri Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir

Əmək və Əha-linin Sosial Mü-dafiəsi Nazirliyi

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart

ayının 1-dək






büdcə təşkilatlarının büdcələrində, o cümlədən büdcədənkənar əməliyyatlar üzrə əmək haqqı və sosial sığorta ayırmaları üçün nəzərdə tutulmuş məbləğlər barədə məlumatlar Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir

Maliyyə Nazirliyi

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart

ayının 1-dək



1.2


"Tədbirlər Planı"nın 1.1-ci bəndində göstərilən məlumatlar, həmçinin özünün mövcud məlumat bazası və qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondu büdcəsinin ilkin layihəsini (müvafiq hesablamalar və əsaslandırıcı məlumatlarla birgə) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim edilir

Dövlət Sosial Müdafiə Fondu


növbəti büdcə ili və sonrakı 3 il üçün


hər il mart

ayının 15-dək


1

2

3

4

5

1.3

Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim olunan Dövlət Sosial Müdafiə Fondu büdcəsinin layihəsinə aşağıdakılar daxil edilir:










a)


Dövlət Sosial Müdafiə Fondunun büdcə təsnifatına uyğun gözlənilən gəlirləri, daxilolma mənbələri (dövlət və qeyri-dövlət, neft və qeyri-neft sektorları, büdcə və qeyri-büdcə təşkilatları, sahibkarlıq fəaliyyəti üzrə, habelə dövlət büdcəsinin vəsaiti hesabına) üzrə gəlirlər barədə məlumatlar

Dövlət Sosial Müdafiə Fondu


Keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən

hər il mart

ayının 15-dək



b)



Dövlət Sosial Müdafiə Fondunun büdcə təsnifatına uyğun hesablanmış gəlirləri, daxilolma mənbələri (dövlət və qeyri-dövlət, neft və qeyri-neft sektorları, büdcə və qeyri-büdcə təşkilatları, sahibkarlıq fəaliyyəti üzrə, habelə dövlət büdcəsinin vəsaiti hesabına ) üzrə gəlirlər barədə məlumatlar


Dövlət Sosial Müdafiə Fondu


Keçən ilin sonuna hesablanmış və cari ilin sonuna hesablanması gözlənilən

hər il mart

ayının 15-dək



c)


məcburi dövlət sosial sığorta ayırmaları üzrə hüquqi və fiziki şəxslərin borcları (dövlət və qeyri-dövlət, büdcə və qeyri-büdcə təşkilatları, sahibkarlıq fəaliyyəti üzrə) barədə məlumatlar

Dövlət Sosial Müdafiə Fondu


keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən

hər il mart

ayının 15-dək



ç)

sosial siyasət üzrə nəzərdə tutulan tədbirlərin (dərəcələrin dəyişdirilməsi) qiymətləndirilməsinə dair məlumatlar

Dövlət Sosial Müdafiə Fondu

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart

ayının 15-dək



d)

Dövlət Sosial Müdafiə Fondunun büdcə təsnifatına uyğun gəlirləri, daxilolma mənbələri (dövlət və qeyri-dövlət, neft və qeyri-neft sektorları, büdcə və qeyri-büdcə təşkilatları, sahibkarlıq fəaliyyəti üzrə), habelə dövlət büdcəsinin vəsaiti hesabına nəzərdə tutulan daxilolmaları barədə məlumatlar


Dövlət Sosial Müdafiə Fondu

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart

ayının 15-dək



e)

Dövlət Sosial Müdafiə Fondunun büdcə təsnifatına uyğun (xərclərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə tərkibi göstərilməklə) xərcləri, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan müavinət xərcləri barədə hesablamalar

Dövlət Sosial Müdafiə Fondu

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart

ayının 15-dək



ə)

Dövlət Sosial Müdafiə Fondu xərclərinin gözlənilən icrası, habelə növbəti il üzrə gəlirlərinin və xərclərinin ötən ilin faktiki, cari ilin isə proqnoz və gözlənilən nəticələri ilə büdcə təsnifatına uyğun müqayisəsi



Dövlət Sosial Müdafiə Fondu

cari ildə



hər il mart

ayının 15-dək



1

2

3

4

5

f)

zərurət yarandıqda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tələb etdiyi digər materiallar

Dövlət Sosial Müdafiə Fondu

tələb olunan dövr üçün

mütəmadi

1.4

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin hazırlayıb təqdim etdiyi ölkənin iqtisadi və sosial inkişafının müvafiq göstəricilərinin proqnozlarının və aidiyyəti dövlət orqanları tərəfindən hazırlanıb təqdim edilmiş sosial proqram layihələrinin dəqiqləşdirilmiş variantı nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondunun dəqiqləşdirilmiş büdcəsinin tərtibinə dair təlimat məktubu həmin Fonda təqdim edilir


Maliyyə Nazirliyi

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il may

ayının 1-dək



1.5

Dövlət Sosial Müdafiə Fondunun dəqiqləşdirilmiş büdcə layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim edilir


Dövlət Sosial Müdafiə Fondu

növbəti büdcə ili və sonrakı

3 il üçün



hər il iyul

ayının 1-dək









II. Dövlət Neft Fondu büdcəsinin tərtibi


2.

Dövlət büdcəsi ilə Dövlət Neft Fondu büdcəsinin tərtibinin əlaqələndirilməsi aşağıdakı kimi həyata keçirilir:











2.1.

aşağıdakı məlumatları Dövlət Neft Fonduna təqdim etmək:












a)

ÜDM, onun illik artım tempi, dövlət və qeyri-dövlət sektorları üzrə, neft və qeyri-neft sektorları üzrə, istehsal üzrə strukturu, adambaşına düşən ÜDM-nin həcmi, dövlət və qeyri-dövlət sektorlarında məşğul olanların sayı, pərakəndə əmtəə dövriyyəsi, əhalinin pul gəlirləri və xərcləri, onun tərkibi, orta aylıq əmək haqqı, əhaliyə göstərilən pullu xidmətlərin həcmi və istehlak qiymətlərinin orta illik indeksi (inflyasiya) barədə proqnozları


İqtisadi İnkişaf Nazirliyi

son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün


hər il mart

ayının 1-dək



b)

Dövlət İnvestisiya Proqramına daxil olan layihələrin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan ayrılması təklif olunan vəsaitin həcmi barədə məlumat


İqtisadi İnkişaf Nazirliyi

növbəti büdcə ili və sonrakı 3 il üçün


hər il mart

ayının 1-dək



1

2

3

4

5

2.2

Dövlət Neft Fondu alınmış məlumatları, habelə digər mülahizələri, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən alınan məlumatları, beynəlxalq maliyyə bazarında vəziyyətin təhlilini, ötən il ərzində maliyyələşdirilməsi hər hansı səbəbdən başa çatdırılmamış layihələrı və s. nəzərə alaraq ilkin büdcə proqnozlarını hazırlayıb, Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim edir

Dövlət Neft Fondu

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart

ayının 15-dək



2.3

Dövlət Neft Fondu tərəfindən Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim olunan Dövlət Neft Fondunun büdcə layihəsinə aşağıdakılar daxil edilir:

Dövlət Neft Fondu

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart

ayının 15-dək



a)

Dövlət Neft Fondunun büdcə təsnifatına uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin proqnozları (xərclərin funksional, iqtisadi və təşkilati təsnifatları üzrə)

Dövlət Neft Fondu

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart

ayının 15-dək



b)

Dövlət Neft Fondu gəlirlərinin və xərclərinin büdcə təsnifatına uyğun cari ildə gözlənilən icrası barədə məlumatı, habelə büdcə ili və sonrakı 3 il üzrə gəlirlərinin və xərclərinin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə büdcə təsnifatı üzrə müqayisəsi

Dövlət Neft Fondu

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il mart

ayının 15-dək



c)

zərurət yarandıqda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tələb etdiyi digər materiallar

Dövlət Neft Fondu

tələb olunan dövr üçün

mütəmadi

2.4

Ölkənin iqtisadi və sosial inkişafının müvafiq göstəricilərinin proq-nozlarının və sosial proqram layihələrinin dəqiqləşdirilmiş variantını nəzərə almaqla Dövlət Neft Fondunun dəqiqləşdirilmiş büdcəsinin tərtibinə dair təlimat məktubu Dövlət Neft Fonduna təqdim edilir

Maliyyə Nazirliyi

növbəti büdcə ili və sonrakı 3 il üçün

hər il may

ayının 1-dək



2.5

Dövlət Neft Fondu dəqiqləşdirilmiş büdcəsini Maliyyə Nazirliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim edir

Dövlət Neft Fondu

növbəti il və sonrakı 3 il üçün

hər il iyul

ayının1-dək




III. Büdcənin tərtibi prosesi üzrə müzakirələrin yekunlaşdırılması


3.1.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi icmal dövlət büdcəsinin, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcə layihələrini, o cümlədən mədaxil mənbələri üzrə gəlirlərin məbləği, xərclərin məbləği və istiqamətləri, daxili və xarici borclanmanın yuxarı həddi, dövlət büdcəsinin kəsiri və ya artığı, icmal büdcənin kəsirinin maliyyələşdirilməsinin mənbələri, dövlət büdcəsinin artığı (profisiti) olduqda isə, gözlənilən profisitin istifadə istiqamətləri barədə göstəriciləri büdcədənkənar dövlət fondlarına göndərir


Maliyyə Nazirliyi




hər il avqust

ayının 15-dək



1

2

3

4

5

3.2.

Maliyyə Nazirliyi ilə büdcədənkənar dövlət fondları arasında büdcə layihələri üzrə müzakirələr aparılır. Müzakirələrin nəticələri protokolla rəsmiləşdirilir, mübahisəli məsələlər Azərbaycan

Respublikası Nazirlər Kabinetinin müzakirəsinə çıxarılır



Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi




hər il avqust ayının 30-dək




lY. Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsi

4.1.

Büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası, büdcədənkənar dövlət fondları və onların tabeli qurumları vasitəsilə aşağıdakı kimi həyata keçirir:

büdcədənkənar dövlət fondları




müəyyən edilmiş müddətlərdə

a)

Dövlət Sosial Müdafiə Fondu və onun tabeli qurumları üzrə mədaxil və məxaric əməliyyatları tam şəkildə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Əldə edilən bütün gəlirlər tam həcmdə və vaxtında vahid xəzinə hesabına (Fondun gəlirlərinin ayrıca uçotunun aparılması məqsədilə həmin ödənişlərə xüsusi bank kodu verilir) köçürülür. İlin sonuna xəzinə hesablarının qalıqları xüsusi kodlu vahid xəzinə hesabına köçürülür və həmin vəsait Dövlət Sosial Müdafiə Fondunun növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə yönəldilir

Dövlət Sosial Müdafiə Fondu




mütəmadi

b)

Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər istisna olmaqla Fondun bütün digər xərcləri dövlət xəzinədarlığı vasitəsilə icra edilir


Dövlət Neft Fondu




mütəmadi

4.2.

Dövlət xəzinədarlığı dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin kassa icrası üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır


Maliyyə Nazirliyi




mütəmadi

4.3.



Yerli xəzinədarlıqlar tərəfindən Dövlət Sosial Müdafiə Fondunun və onun tabeli qurumlarının xüsusi kodlu hesablarına daxil olmuş vəsaitlər barədə məlumatı daxilolmaların mənbələri göstərilməklə, rəsmi şəkildə Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim edilir


Maliyyə Nazirliyi,

Dövlət Sosial Müdafiə Fondu




gündəlik olaraq




Dövlət Xəzinədarlığı və Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələri fondun xəzinədarlıq vasitəsilə icra edilmiş gəlirləri və xərcləri barədə məlumatların üzləşdirilməsini həyata keçirirlər

Maliyyə Nazirliyi,

Dövlət Sosial Müdafiə Fondu





ayda bir dəfə



1

2

3

4

5

4.4

Dövlət Xəzinədarlığının müvafiq struktur bölmələri və Dövlət Neft Fondu xəzinədarlıq vasitəsilə icra edilmiş bütün digər xərclər barədə məlumatların ayda bir dəfə üzləşdirilməsini həyata keçirirlər


Maliyyə Nazirliyi, Dövlət Neft Fondu

tələb olunan dövr üçün

ayda bir dəfə


4.5.


Büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası zamanı, onlara qanunvericiliyə uyğun olaraq dəyişikliklərin edilməsi zərurəti yarandıqda, təklif olunan dəyişikliklərin icmal dövlət büdcəsi ilə əlaqələndirilməsini həyata keçirmək (dəyişikliklərin inflyasiya səviyyəsinə, manatın mübadilə məzənnəsinə, icmal büdcəsinin kəsirinin (profisitinin) ÜDM-ə nisbətinə və s. göstəricilərə təsirini müəyyən etmək) məqsədilə dəyişikliklər layihəsi Maliyyə Nazirliyinə təqdim edilir və Maliyyə Nazirliyi tərəfindən ən geci 30 gün ərzində dəyişikliklər layihəsinə dair rəy verilir. Dəyişikliklər Maliyyə Nazirliyi tərəfindən məqbul hesab edildikdə və sonra müvafiq orqan tərəfindən təsdiq olunduqda Maliyyə Nazirliyi dəyişiklikləri icmal dövlət büdcəsinə daxil edir

Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi



30 gün ərzində



4.6.


İcmal büdcənin icrası barədə hesabat büdcədənkənar dövlət fondları tərəfindən aylıq, rüblük və ilin əvvəlindən artan yekunla təqdim etdikləri gəlir və xərclərin icrasına dair hesabatlar əsasında hazırlanır və rüblük və illik hesabatlar mətbuatda dərc etdirilir

Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi

rüblük


hesabat dövründən sonrakı ayın 25-dək,

illik


hesabat dövründən sonrakı ayın 30-dək

Yüklə 188,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin