Təsdiq edirəm:
“Əczaçılıq texnologiyası və idarəçiliyi”
kafedrasının müdiri, ə.m., prof. M.N. Vəliyeva
İmza_____________________________________
15.09.2016
Azərbaycan Tibb Universiteti
“Əczaçılıq və nanotexnologiya” fənni üzrə magistrlar üçün
İşçi tədris proqramı
(Sillabus)
FƏNNİN KODU:
FƏNNİN NÖVÜ: Məcburi
FƏNNİN TƏDRİS SEMESTRİ: P-2
FƏNNİN KREDİTİ: 2
FƏNNİN TƏDRİS FORMASI: Əyani
FƏNNİN TƏDRİS DİLİ: Azərbaycan
FƏNNİ TƏDRİS EDƏN MÜƏLLİM: dos.S.C.Mehralıyeva
KAFEDRANIN ƏLAQƏ NÖMRƏLƏRİ: +994(12)597-12-08
E-mail ünvanı: sevil66@mail.ru
PREREKVİZİTLƏR: Fənnin tədrisi üçün öncədən “Biotexnologiya” və “Müalicəvi-kosmetik vasitələrin texnologiyası” fənləri tədris olunmalıdır.
KOREKVİZİTLƏR: Bu fənnin tədrisi ilə eyni vaxtda “Kliniki farmakologiya” fənninin tədrisi zəruridir.
FƏNNİN İZAHATI: “Əczaçılıq və nanotexnologiya” fənninin əsasən öyrənilmə hədəfi karbon nanoborucuğu, fülleren, nanozərrəcik, nanoporoşok, nanoməsamə, biouyuşan material, nanostruktur mayelər (kolloid, gel, polimer kompozitlər, nanokompozitlər), nanoklasterdir. Bu fənn qeyd edilən mənbələrdən yeni nano preparatlar və nanokosmetik vasitələrin yaradılması istiqamətlərini öyrənir. Hazırlanmış yeni nanovasitələrin keyfiyyət normalarının öyrənilməsi də bu fənnin əsas məsələlərindəndir.
FƏNNİN MƏQSƏDİ: Əczaçılıq sənayesində nanopreparatların və nanokosmetik vasitələrin GMP tələbləri səviyyəsində istehsal mərhələlərini həyata keçirmək üçün ixtisaslaşdırılmış, savadlı və yüksəkdərəcəli mütəxəssislərin hazırlanması.
FƏNNİN NƏTİCƏLƏRİ: Fənnin mənimsənilməsi nəticəsində tələbə-magistr validasiya prinsipləri və istehsalat reqlamenti əsasında nanopreparatların və nanokosmetik vasitələrin sənayedə istehsalat texnologiyasını bilməlidir.
FƏNNİN MÖVZULARI:
Mühazirələr
№
|
Mövzunun adı
|
saat
|
tarix
|
1.
|
Nanotexnologiyaya giriş. Nanotexnologiya fəninin mahiyyəti, əsas anlayış və terminlər. Nanotexnologiyanın inkişaf tarixi. Nanotexnologiyanın mühüm istiqamətləri.
|
2
|
19.09.2016
|
2.
|
Tibb və əczaçılıqda nanotexnologiya. Dərman maddələrinin çatdırılma sistemləri. Dünyanın aparıcı ölkələrində istehsal edilən nano preparatların tibbdə istifadə perspektivləri. Xərçəng hüceyrələrinin diaqnostika və müalicəsində nanotexnologiya. Nanotexnologiya və gen mühəndisliyi.
|
2
|
26.09.2016
|
Seminar dərslərinin mövzuları
№
|
Mövzunun adı
|
saat
|
tarix
|
1.
|
Nanozərrəciklər. Nanozərrəciklərin biosubstratlar və
biotoxumalarda öyrənilməsi və süni nanozərrəciklərin təbii
nanoölçülü obyektlərlə (zülal, nuklein turşuları və s.) qarşılıqlı
rolu. Nanomateriallar. Nanoölçülü materialların alınma üsulları
və fiziki-kimyəvi xüsusiyyətləri.Nanozərrəciklər əsasında işlənib
hazırlanmış materiallar, onların xarakteristikası
|
2
|
3.10.16
|
2.
|
Nanostrukturlaşmış funksional keramik və kompozisiyalı
materiallar. Nativ montmorillonitin makro- və
nanosəviyyədə komplekslərinin yaradılma texnologiyası.
|
4
|
10.10.16.
17.10.16.
|
3.
|
Dərman maddələrinin seçici istiqamətdə daşınması üçün nanostrukturlar. Lipasomlar.Qeyri-üzvi nanohissəciklər.Polimer nanostrukturlar. Qeyr-liposom nanostrukturlu fosfolipidlər. Klinikada istifadəsinə icazə verilən liposomal preparatlar və təsir mexanizmləri
|
4
|
24.10.16.
31.10.16.
|
4.
|
Nanotəbabət. Müasir tibbdə istifadə olunan unikal
xüsusiyyətli nanomaterial və nanoobyektlərin
quraşdırılması, insanın bioloji sistemində nanomolekulyar
səviyyədə dəyişilməsi. Nano tibbi qurğular.
|
2
|
7.11.16
|
5.
|
Nanokosmetik vasitələrin hazırlanmasının əsas xüsusiyyətləri
|
2
|
14.11.16.
|
6.
|
Nanotexnologiyada etik prinsiplər
|
2
|
21.11.16.
|
Laboratoriya dərslərinin mövzuları
№
|
Mövzunun adı
|
saat
|
Tarix
|
1.
|
Bioloji fəal maddələr əsasında selektiv təsirə malik dərman formalarının (nanokapsul, nanosfer, nanosom və s.) hazırlanması
|
4
|
10.10.16.
17.10.16.
|
2.
|
Montmorillonit əsasında nanokosmetik vasitələrin hazırlanma texnologiyası
|
4
|
24.10.16.
31.10.16.
|
3.
|
Nanosuspenziya, nanoemulsiya, nanodispersiyaların hazırlanması
|
2
|
7.11.16
|
Davamiyyətə verilən tələblər: Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə-magistr imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.
Qiymətləndirmə:
Tələbə-magistrin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə-magistr semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal; sərbəst işə görə ─ 10 bal; məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal. Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.
Tələbə-magistrin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır. Semestr ərzində 3 dəfə kollokvium keçiriləcəkdir. Kollokviumda iştirak etməyən tələbələrə jurnalda bal qeyd olunmayacaq. Sərbəst iş və kurs işlərinin qiymətləri dərs jurnalında qeyd edilir. Semestr ərzində tələbələrə 5 dəfə tipik test tapşırıqları veriləcəkdir.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı – “qeyri-kafi” – F
51 - 60 bal – “qənaətbəxş – E
61 - 70 bal – “kafi” – D
71 - 80 bal – “yaxşı – C
81 - 90 – “çox yaxşı – B
91 - 100 – “əla” – A
SƏRBƏST İŞ:
Semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir.
Sərbəst iş yazılı şəkildə və ya kompüterdə yığılmış şəkildə , həcmi 2 vərəqdən az olmamalıdır. Sərbəst işlər dərsdənkənar günlərdə təhvil verilməlidir. Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yolverilməzdir.
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ
Sıra
№-si
|
Mövzunun adı
|
Son tarix
|
1.
|
Nanodaşıyıcıların yeni dərman formalarının yaradılmasında rolu
|
15
dekabr
|
2.
|
Nanokosmetik vasitələr
|
15 dekabr
|
3.
|
Nanobiotexnologiya
|
15 dekabr
|
4.
|
Müasir tibbi diaqnostik sistemlərin yaradılmasında nanotexnologiya
|
15 dekabr
|
5.
|
Nanokapsulların texnologiyası
|
15 dekabr
|
6.
|
Nanosferlərin texnologiyası
|
15 dekabr
|
7.
|
Nanosuspenziyaların texnologiyası
|
15 dekabr
|
8.
|
Füllerenlərin müasir tibbdə rolu
|
15 dekabr
|
9.
|
Liposomal dərman preparatlarının texnologiyası
|
15 dekabr
|
10.
|
Biosensorların tibbdə rolu
|
15 dekabr
|
11.
|
Nanotexnologiya və gen mühəndisliyi
|
15 dekabr
|
12.
|
Xərçəng hüceyrələrinin diaqnostika və müalicəsində nanotexnologiya
|
15 dekabr
|
13
|
Nanomateriallar, əsas xüsusiyyətləri və təhlükəsizliyi
|
15 dekabr
|
14.
|
Liposomal antibakterial dərman vasitələri
|
15 dekabr
|
15.
|
Nanozərrəciklərin alınma üsulları
|
15 dekabr
|
16.
|
Nanorobotlarla dərmanların hədəf hüceyrələrə daşınması mexanizmi
|
15 dekabr
|
17.
|
Nanoölçülü sistemlər
|
15 dekabr
|
18.
|
Nanoqurğuların tibbi praktikaya tətbiqi
|
15 dekabr
|
19.
|
Liposomal əczaçılıq preparatlarının tibbdə istifadəsi
|
15 dekabr
|
20.
|
Biopolimerlər əsasında hazırlanan nanoqurğular
|
15 dekabr
|
21.
|
Nanotexnoloji sensorlar və analizatorlar
|
15 dekabr
|
22.
|
Nanodaşıyıcıların alınma texnologiyası
|
15 dekabr
|
23.
|
Təbii nanomaterial-montmorillonitin əsas xüsusiyyətləri və ondan hazırlanan kosmetik vasitələr
|
15 dekabr
|
24.
|
Polimer nanokompozitlərin əsas xüsusiyyətləri
|
15 dekabr
|
25.
|
Azərbaycanda nanotexnologiyanın inkişaf perspektivləri
|
15 dekabr
|
26.
|
Nanoqurğular və nanomanipulyatorlar
|
15 dekabr
|
27.
|
Nanotexnologiyanın müasir əczaçılıq texnologiyasının inkişafında rolu
|
15 dekabr
|
Son tarixdən sonra təqdim olunmuş sərbəst işlər, səbəbindən asılı olmayaraq nəzərə alınmayacaqdır.
Sərbəst işlərin nəticələri jurnalda qeyd edilir.
Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.
ƏDƏBİYYAT və MATERİALLAR:
1. Vəliyeva M.N., Mehralıyeva S.C. Dərmanların sənaye texnologiyası. Dərslik I hissə, Bakı 2012, 376s.
2. Vəliyeva M.N., Mehralıyeva S.C. Əczaçılıq və nanotexnologiya. Dərslik, Bakı 2015, 164s.
Hazırladı: ə.ü.f.d., dosent Mehralıyeva S.C.
Dostları ilə paylaş: |