Təsdiq edirəm: Kafedra müdiri ( pr. H. O. Ocaqov )



Yüklə 154,54 Kb.
tarix17.01.2017
ölçüsü154,54 Kb.
#405
AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

( pr.H.O.Ocaqov )

“___”____________2015-ci il


Fənn proqramı (sillabusu)

Kafedra FÖVQƏLADƏ HALLAR VƏ HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLYİ

Fənnin adı Qəza-xilasetmə işlərinin aparılması taktikası

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili _2014-2015ci il. semestr -8

Fakültə İnşaat- texnologiya

Qrup ­­­­_641 a

Tədris yükü: mühazirə 60 saat, seminar (məşğələ) 30 saat,

Cəmi - 90-saat.

Kredit:


Auditoriya: № 1007-2-ci korpus.

Saat: _______



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi Dosent Danyalov Şəfi Danyal oğlu

Kafedranın ünvanı: Bakı,şəh. A.Sultanova küçəsi,5. AzMİU, II korpus,10-cu mərtəbə

Məsləhə tsaatları:,II, IV günlər,Saat 10.00-13.00

E-mail ünvanı: danyalov53@mail.ru

İş telefonu: _539-07-75



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

  1. H.O.Ocaqov A.İ.Hacıyev “Sabitliyi pozan amillər və onların xarakteristikası” B-2003

  2. H.O.Ocaqov “Fövqəladə halların nəticələrinin aradan qaldırılması B-2009”

  3. H.O.Ocaqov “Həyat fəaliyyətinin təhlükəsizliyi” B-2010


4. Fənnin təsviri və məqsədi:

Giriş

Təbii və texnogen fəlakətlər qəflətən baş verdiyi üçün olduqca təhlükəlidir. Lakin qabaqcadan tədbirlər görülərsə, bunların zərərli nəticələrinin qarşısını almaq və yaxud onun təsirini xeyli azaltmaq mümkündür.

Təbii və texnogen fəlakətlər zamanı Fövqəladə Hallar Nazirliyinin əsas vəzifələrindən biri zədələnmə ocağında əhalini və maddi sərvətləri mühafizə etməkdir. Bu vəzifələrin yerinə yetirilmə ardıcıllığı fəlakət və qəzaların növündən, nəticələrin xarakterindən və miqyasından, mülki müdafiə qüvvələrin hazırlıq dərəcəsindən, hava şəraitindən, yerin relyefindən və s. amillərdən asılıdır.

Buna görə də fövqəladə hal baş vermiş ərazidə əhalinin və maddi sərvətlərin mühafizəsinin səmərəliliyi qəza xilasetmə və digər təxirəsalınmaz işlərinin təşkili və icrasının xüsusiyyətlərini, onların aparılmasının taktiki üsulları və ardıcıllığı, zədələnmə ocaqlarında radiasiya, kimya və mühəndis kəşfiyyatlarının təşkili, aparılma üsulları, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən qüvvə və vasitələrinin təyin edilməsindən çox asılıdır.



4. Ümumi qaydalar

4.1. Fənnin tədrisinin məqsədi.

“Qəza xilasetmə işlərinin aparılması taktikası” fənninin tədris olunmasında məqsəd zədələnmə ocaqların, dağıntıların, çirklənmələrin, zəhərlənmələrin, yanğınların vəziyyətini təyin etmək üçün kəşfiyyatların aparılması üsullarının, xilasetmə və digər təxirəsalınmaz işlərinin məzmunu, aparılmasının faktiki üsullarını və ardıcıllığını, fövqəladə hallarının nəticələrinin aradan qaldırılması üçün cəlb olunan qüvvə və vasitələrinin təyini, fövqəladə halların nəticələrinin yumşaldılması tədbirləri haqqında məsələləri öyrənməkdir.




4.2. Fənnin tədrisinin əsas vəzifəsi.

Fənnin əsas vəzifəsi fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri ilə nəzəri bilikləri tələbələrə çatdırmaq. Təbii, texnogen, fövqəladə hallar baş vermiş ərazilərdə, radiasiya, kimyəvi, mühəndis kəşfiyyatlarının aparılma üsulları və metodların, qəza xilasetmə və digər təxirəsalınmaz işlərinin yerinə yetirilmə ardıcıllıqlarını, üsullarını, fövqəladə hallarının nəticələrinin aradan qaldırılması üçün tələb olunan qüvvə və vasitələrinin hesablanması qaydalarını və üsullarını öyrənməkdir.


4.3. Fənn üzrə bilik və bacarıqlara olan tələblər.

  • Fənnin öyrənilməsində bakalavrant aşağıdakıları bilməlidir:

  • Fövqəladə hallar baş vermiş ərazilərdə mühəndis, kimyəvi və radiasiya kəşfiyyatlarının aparılma üsul və metodlarını;

  • Fövqəladə hallar baş vermiş ərazilərdə xilasetmə işlərinin aparılması ardıcıllığı üsullarını;

  • Dağıntıların, uçqunların altında qalan adamların axtarılması, çıxarılması üsul və vasitələrini;

  • Fövqəladə hallar baş vermiş ərazilərdə digər təxirəsalınmaz işlərinin mərhələlərini, aparılma ardıcıllığını, üsul və metodlarını;

  • Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün tələb olunan qüvvə və vasitələrinin hesablanması üsul və metodlarını, onların qruplaşdırılması qaydaları və prinsiplərini;

  • Fövqəladə hallar baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarını.

Bakalavr bacarmalıdır:



  • Fövqəladə hallar baş vermiş ərazilərdə mühəndis, radiasiya, kimyəvi kəşfiyyatının təşkili;

  • Fövqəladə hallar baş vermiş ərazilərdə qəza- xilasetmə və digər təxirəsalınmaz işləri zamanı qərarların qəbul edilməsini;

  • Fövqəladə hallar baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və rəhbərlik etməyi;

  • Fövqəladə hallar baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üçün cəlb edilən qüvvə və vasitələrinin qruplaşdırılmasını;

  • Qəza- xilasetmə dəstələrinin hazır vəziyyətinə gətirilməsini;

  • Qəza- xilasetmə işlərində cihaz və vasitələrindən istifadə etməyi;

  • Qəza- xilasetmə və digər təxirəsalınmaz işlərinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını.

5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftə

lər

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu Giriş. Zədələnmə ocaqların, dağıntıların dərəcələrinin və xarakterinin təsnifatı. Obyektlərin zədələnmə ocaqları (sadə və mürəkkəb). Zədələnmə ocaqlarının formaları. Dağılma dərəcələri. Dağıntıların xarakteri.


2

27.01

1

Mövzu: Sülh və hərbi dövrlərdəki fövqəladə hadisələri nəticələrinin aradan qaldırılması (FHNAQ) işlərinin məzmunu. Zədələnmiş adamların axtarılması, qəza-xilasetməişləri;onların növləri; qəza-xilasetmə və əhalinin həyat fəaliyyətini təmin etmək üçün yerinə yetirilən digər təxirəsalınmaz işlərin növləri; Müharibə dövründə düşmənin fəaliyyəti zamanı MM qüvvələri tərəfindən yerinə yetirilən işlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının təyinatı və vəzifələri. Hərbi münaqişələr, subasma zonalarında, radiasiya və kimyəvi təhlükəli zonalarda MM qoşunlarının vəzifələri.



2

28.01

1

2

3

4

1;2

Mövzu: FHNAQ işlərin təşkili mərhələləri. FH nəticələrinin aradan qaldırmaq üzrə işlərin təşkili.Hər bir konkret halda görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi, növləri və ardıcıllığı. FH nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərin mərhələləri. Xilasetmə işlərinin ardıcıllığı. Digər təxirəsalınmaz işlərin ardıcıllığı.


4

29.01

3.02

2

Mövzu: Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərinin (QX və DTİ) məqdəsi, tərkibi və icrasının xüsusiyyətləri. FH-da xilasetmə və digər təxirəsalınmaz işlərin məqsədi. Təbii fəlakət rayonlarında və istehsalat qəzaları ocaqlarında aparılan xilasetmə işlərinin xüsusiyyətləri. Mühəndis-xilasetmə işləri. Təbii fəlakətlər və qəzaların nəticələrini aradan qaldırarkən yerinə yetirən digər təxirəsalınmaz işlərin tərkibi. Fəlakət zonasında zərər dəymiş obyektlərdəki zədələnmiş qurğuların dağılma təhlükəsini aradan qaldırılması. FH zamanı zərər çəkmiş adamların xilas edilməsi üçün cəlb olunan xilasedicilər.

2

4.02

2



Mövzu: FHNAQ cəlb edilən qüvvə və vasitələr. Qəzaların nəticələrini aradan qaldırmaq- müvafiq sənaye sahələrinin və ya ərazi təşkilatlarının tabeliyindəki obyektlərdə olan xüsusi xidmətlərinin vəzifəsidir. Kiçik qəzalar və yanğınlar zamanı nəticələrinin aradan qaldırılmasının təşkili və qüvvələrin yaradılması. Mədən işlərində xilasetmə dəstələrinin yaradılması. Güclü fəlakətlərə qarşı işlərə rəhbərlik. Əhali və ətraf mühit üçün təhlükə törədən güclü istehsalat və nəqliyyat qəzaları və ya təbii fəlakətlərdə onların nəticələrinin aradan qaldırarkən qüvvələrin yaradılması.



2

5.02

3

Mövzu: FH təhdidləri olan və ya baş vermiş rayonlarda vəziyyətin kəşfiyyatı. Fövqəladə hallarda kəşfiyyatın aparılmasının məqsədi, kəşfiyyatın vəzifələri, kəşfiyyatın növləri, hava kəşfiyyatı və yerüstü kəşfiyyatın vəzifələri.

2

10.02

3

Mövzu: Mühəndis kəşfiyyatın məqsədi, vəzifələri, obyekti, üsulları və təşkili. Xüsusi və ümumi kəşfiyyatları. Mühəndis kəşfiyyatına olan tələblər. Mühəndis kəşfiyyatının vəzifələri. Mühəndis kəşfiyyatının obyektləri. Mühəndis kəşfiyyatının tərkibi və təchizi. Mühəndis kəşfiyyatının əsas üsulları. FH zonası haqqında mühəndis kəşfiyyatının məlumatları. Mühəndis kəşfiyyatının təşkili və əsas tətbirləri. 10 saat müddətində mühəndis kəşfiyyatının iş imkanları.


2

11.02

3

Mövzu: FHNAQ qüvvələrin hərəkər marşrutlarında mühəndis kəşfiyyatı. Hərəkət marşrutlarını kəşfiyyat aparmaq üçün ilkin materiallar. Hərəkət marşrutlarında kəşfiyyat zamanı əldə olunan məlumatlar. Hərəkət marşrutlarında kəşfiyyatların vəzifələri. Hərəkət marşrutlarında kəşfiyyat dəstələrinin təchiz olunma variantı. Hərəkət marşrutlarında mühəndis kəşfiyyatının vasitələrinin və cihazların.


2

12.02

1

2

3

4

4

Mövzu: Zədələnmə ocaqlarında və dağıntılar zonalarında mühəndis kəşfiyyatı. Zədələnmə ocaqlarında və dağılma zonalarında mühəndis kəşfiyyatının vəzifələrinin və bu vəzifələri yerinə yetirmək üçün əsas ilkin verilənlər. Mühəndis kəşfiyyat qruplarının və manqaların təmini. Binaların, qurğuların və kollektiv mühafizə vasitələrinin dağılma xarakterini, dərəcəsini və miqyasının təyini. Bina və qurğuların detallı müayinəsi. Dağıntıların müayinəsi. Dağıntıların ölçülərinin və xarakterinin müəyyən edilməsi. Dağılmış bina və qurğularında mühəndis kəşfiyyatının imkanları.


2

17.02

4

Mövzu: Radiasiya və kimyəvi kəşfiyyatın aparılması üçün qüvvə və vaxtın təyin etmək metodikası.

Radiasiya və kimya kəşfiyyatın aparılması, radiasiya və kimyəvi şəraitlərinin qiymətləndirilməsi üzrə məsələlər. Radiasiya və kimyəvi şəraitlərinin aşkar edilməsi və qiymətləndirilməsi məsələləri. Radiasiya və kimyəvi kəşfiyyatın əsas vəzifələri. Radiasiya və kimyəvi kəşfiyyatına aparılmasına cəlb edilən qüvvələr. Radiasiya və kimyəvi kəşfiyyatın təşkili tədbirləri. Radiasiya və kimyəvi müşahidə postları, onların vəzifələri və müşahidələrin aparılması.




2

18.02

4

Mövzu: Qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə vəzifələrin xüsusiyyətləri. Istehsalat qəzaları və təbii fəlakət nəticələrinin aradan qaldırılmasının cəmi. Güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin aradan qaldırılması üzrə vəzifələr, qruplar və tədbirlər. Istehsalat qəzaları zamanı mühəndis-xilasetmə və qəza işlərinin ardıcıllığı. Binaların deformasiyaya uğramasına və uçulmasına səbəb olmuş istehsalat qəzalarının nəticələrini aradan qaldırarkən görülən işlər.


2

19.02

5

Mövzu: QX və DTİ aparılmasının taktiki üsulları və ardıcıllığı. Xilasetmə və digər təxirəsalınmaz işlərin ocaqlarında kəşfiyyatın aparılması. Xilasedici dəstələrin hazır vəziyyətə gətirilməsi. Təbii fəlakət rayonlarında tapşırıqların yerinə yetirilməsi. Xilasetmə zamanı maşın və mexanizmlərdən istifadə edilməsi. Uçqunlarda keçidlərin düzəldilməsi və giriş yollarında maniyələrin aradan qaldırılması. Xilasetmə və digər təxirəsalınmaz işlərini icrasının taktiki üsulları və ardıcıllığı. Müxanizasiya manqalarının və yanğınsöndürən manqaların vəzifələri xilasetmə və digər təxirəsalınmaz işlərin gedişində xilasedicilərin tapşırığı yerinə yetirilməsinə və qarşılıqlı


2

24.02

5

Mövzu: Dağıntıların xarakteristikası, dağıntı altında qalan adamların axtarılması üsullarəı və vasitələri. l. Dağıntı altında adamların olmasının ehtimallığı və onların axtarışı. Adamların axtarışına cəlb olunan xilasedici dəstələr. Xilasedicilərin axtarış zamanı vəzifələri. Adamların axtarışının üsulları. Xilasetmə işləriaparılan ərazilərdə vizual müayinə. Xüsusi cihazlarla zərərçəkənlərin axtarışı. Dağıntıların təmizləmə üsulları. Dağıntıların təmizlənməsinin təşkili və yerinə yetirilməsi. Dağıntıların təmizlənməsində texnika vasitələrindən istifadə edilməsi. Dağıntı altında qalan adamları xilas etmək məqsədilə bina və qurğulara yolun açılması və bu işlərə cəlb olunan mexanizmlər.

2

25.02

5


Mövzu: Uçqunlarda keçidlərin salınması, dağılma ilə nəticələnə bilən zədələnmiş binaların elementlərin müvəqqəti bərkidilməsi üsulları və vasitələri.

Zədələnmə ocaqlarına yolların çəkilməsi ilə keçidlənən qurulması-vacib işlərdən biri kimi. Magistral və ikinci dərəcəli yolların çəkilməsi. Yolların çəkilməsi üsulları. Yollara olan tələblər. Yolların təmizlənməsinə cəlb olunan maşınlar. Yolların təmizlənməsinin mərhələləri. Cəlb olunan maşınlar kompleksinin tərkibi. Yolun təmizlənməsi əməliyyatının qaydaları. Dağıntıların üstündən yolun salınmasında texnoloji prosesin təşkili və əsas əməliyyatları. Təşkilati əməliyyatın tərkibi. Əsas əməliyyatın tərkibi. Dağılma ehtimalı olan bina və qurğuların elementlərinin dağılması və ya bərkidilməsi. Dağılmaya məruz olan elementlərin seçilməsi. Elementlərin bərkidilməsi əməliyyatı və onun mərhələləri




2

26.02

6;6

Mövzu: Dağılmış binaların (qurğuların) xarici divarlarında boşluqların açılması. Dağılmış sığınacaqların və daldalanacaqların açılması üsulları. Sığınacağın dağılması zamanı qazma işlərinin variantları. Buldozerlə qazma işlərinin təlimi. Ekskavatorla qazma işinin təşkili. Mühafizə qurğularının açılmasından qabaq əl işlərinin yerinə yetirilməsi. Mühafizə qurğularının xarici divarlarında boşluqların açılması üsulları və texnika vasitələri. Mühafizə qurğularına havanın verilməsi. Mühafizə qurğularının xarici divarlarında boşluqların açılmasının mərhələləri, bu mərhələlərdə işlərin təşkili və yerinə yetirilməsi.


4

3.03

4.03

6

Mövzu: Ərazilərin, yolların, bina və qurğuların zərərsizləşdirilməsi üsulları, zərərsizləşdirmə işlərinin təşkili və yerinə yetirilməsi.

Ərazinin, binaların, qurğuların və yolların radioaktiv çirklənmədən təmizlənməsinin məqsədi. Lokal (obyekt) zəhərlənmə zonaları. Kütləvi (miqyaslı) zəhərlənmə zonaları. Qəzadan yeddi saat sonra radiasiya səviyyəsinin təyin edilməsi. Ərazinin radioaktiv zəhərlənməsinin zəifləmə üsulları. Qruntun üst qatının götürülməsi. Zəhərlənmiş səthə təmiz qruntun verilməsi. Zəhərlənmiş üst hissəsinin izolə edilməsi. Bərk örtüklü səthlərdə radioakriv maddələrin kənar edilməsi.




2

5.03

7


Mövzu: Tam və xüsusi sanitariya təmizlənməsinin təşkili və aparılması. Tam və xüsusi təmizləmə tədbirlərinin aparılma səbəbləri. Xüsusi təmizləmə məntəqəsi təşkili və vəzifələri. Xüsusi təmizləmə məntəqəsinin əsas elementləri. Texnikanın təmizləmə stansiyası, onun təyinatı və vəzifəsi.


2

10.03

7

Mövzu: Ta m və xüsusi sanitariya təmizlənməsi üçün qüvvə, vasitə və vaxtının təyini və məsələlərin həlli. Texnikanın xüsusi təmizlənməsi üçün tələb olunan qüvvə və vasitələrin hesablanması üsulu. Bu üsulda əsas dəqiqləşdirmə və məhdudlaşdırmalar və məsələlərin həlli.



2

11.03

7

Mövzu: Ehtimal olunan kimyəvi təhlükəli qəzaların xarakteri. Kimyəvi təhlükəli obyektlərin işinin təhlükəsizliyinin amilləri. Güclü təsirli zəhərli maddələrin (GTZM) istehsal edən və ya işlədilən müəssisələrin strukturu, texnoloji xətləri və orada dövr edən zəhəri kimyəvi maddələr. Kimyəvi təhlükəli obyektlərin anbarında baş verə biləcək qəzaların nəticələri. Müəssisələrdə kimyəvi maddələrin ehtiyatı. GTZM nəql zamanı baş verə biləcək qəzaların nəticələri. Buxarlanma prosesinin şərti dövrləri. Yüksək temperatur şəraitində dayanan mayelər və onların hesabatı.

2


12.03


8


Mövzu: Kimyəvi təhlükəli qəzalar xəbərdarlığın və qəzanın nəticələrinin aradan qaldırılmasının təşkili. Əhalinin xəbərdar edilməsində məqsəd. Xəbərdar etmə vasitələri. Xəbərdar edilməsində məsuliyyət daşıyan orqanlar. Xəbərdarlıq sistemi, onun strukturu və xidmət edən heyət. Xəbərdar etmə prosesi və mexanizmi.

Qəzaların miqyasında və nəticəsindən asılı olaraq qəzaların nəticələrini aradan qaldırmaq üzrə işlərin təşkili. Qəzaların miqyasının təsnifatı. Yerli qəza, ümumi qəza, lokal qəza və onların xarakteristikası. Operativ qruqlar və onların fəaliyyəti. Kimyəvi təhlükəli qəza nəticələrinin aradan qaldırılması üzrə tədbirlər kompleksi. Qəzaların nəticələrinin aşkar edilməsi. Xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili. Kimyəvi təhlükəli qəza nəticələrinin aradan qaldırılması işlərinə rəhbərlik. Qabaqcadan müəyyən edilmiş məsələlər. Nəticələri aradan qaldırılması üçün qüvvələrin qarşısında qoyulan vəzifələr.




2

17.03

8

Mövzu: Uçqunların hesablanma sxemləri və qırıntıların kənara atılma məsafələrin hesablanması.

Uçqunları xarakterizə edən göstəricilər. Uçqunların hesablanması sxemləri. Partlayış zamanı qırıntıların kənara atılması məsafəsi. Zəlzələ zamanı qırıntıların kənara atılması. Uçqunların hündürlüyünün hesablanması hesablanması, partlayış zamanı uçqunların hündürlüyü.




2

18.03

8

Mövzu: Uçqun altında qalmış zədələrin xilas edilməsi üçün qüvvə və vasitələrin təyini. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının səmərəliliyi. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün qüvvə və vasitələr. Mexanizasiya qrupunun heyəti və vasitələr. Mexanizasiya qrupunun kompleksləşdirmək üçün şəxsi heyətin sayının təyini. Sığınacaq və daldalanacaqların açılması üçün qüvvə və vasitələrin təyini.


2

19.03

9

Mövzu: Bərpa işlərinin növləri. Bərpa işlərinin növlərinin seçilməsi üçün lazımi amillər. Müvəqqəti bərpa işləri, qısa müddətli bərpa işləri, daimi bərpa işləri və əsaslı bərpa işləri və onların xarakteristikası.


2

24.03

9

Mövzu: FHNAQ zamanı idarəetmə və rabitə. FH nəticələrinin aradan qaldırılması nöqteyi nəzərindən idarəetmə sisteminə, onun strukturuna, texniki təchizatına və fəaliyyət üsullarına bir sıra tələblər. İdarəetmənin çevikliyi, dayanıqlığı və fasiləsizliyinə görə tələblər. İdarəetmənin prinsipləri, Azərbaycanın Mülki Müdafiə idarəetmə sistemi. Mülki müdafiə rabitə sistemi və onun vəzifələri. Azərbaycan Respublikası MM Rabitə stasionar və səyyar qovşaqları.


2

25.03

9

Mövzu: Meşə yanğınları ilə mübarizənin təşkili. Meşə yanğınlarının qısa xarakteristikası. Meşə yanğınlarının növləri. Meşə yanğınları ilə mübarizə və ixtisaslaşmş şöbələrin yaradılması. Yanğın kimya stansiyaları. Meşə yanğınlarından qorunmaq üçün operativ mübarizə tədbirləri. Xüsusi meşə yanğını dəstələri və onların vəzifələri.


2

26.03

10;10

Mövzu: Meşə yanğınlarının söndürülməsinin üsulları. Yanğınların söndürülməsi mərhələləri və üsulları, yanğının kənarının döyəclənməsi üsulu, yanğının kənarına torpaq atılması üsulu, yanğınların su ilə söndürülməsi. Yanğınların kimyəvi maddə və məhlullar ilə söndürülməsi. Meşə yanğınlarının söndürülməsində tətbiq edilən faktiki üsullar. İri yanğınların söndürülməsinin taktikasının xüsusiyyətləri.

4

30.03

1.04

10

Mövzu QX vəDTİ aparılan zamanı təhlükəsizlik qaydaları.

Radioaktiv və zəhərləyici maddələrlə zəhərlənmiş ərazidə təhlükəsizlik qaydaları. Dağılma təhlükəli bina və qurğuların yaxınlığında, tüstü və qaz dolmuş otaqlarda olarkən təhlükəsizlik qaydaları. Su, qaz, elektrik, istilik təchizatı və kanalizasiya xətləri və qurğularını təhlükəsizlik qaydaları. Kütləvi yanğınlar ocaqlarında təhlükəsizlik qaydaları. Kimyəvi təhlükəli obyektlərdə qəza zamanı təhlükəsizlik qaydası.




2

2.04




Cəmi :

60






5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu Sülh və hərbi dövrlərdəki fövqəladə hadisələri nəticələrinin aradan qaldırılması (FHNAQ) işlərinin məzmunu.

Zədələnmiş adamların axtarılması, qəza-xilasetmə işləri; onların növləri; qəza-xilasetmə və əhalinin həyat fəaliyyətini təmin etmək üçün yerinə yetirilən digər təxirəsalınmaz işlərin növləri; Müharibə dövründə düşmənin fəaliyyəti zamanı MM qüvvələri tərəfindən yerinə yetirilən işlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının təyinatı və vəzifələri. Hərbi münaqişələr, subasma zonalarında, radiasiya və kimyəvi təhlükəli zonalarda MM qoşunlarının vəzifələri.





2

28.01

2

Mövzu Mühəndis kəşfiyyatın məqsədi, vəzifələri, obyekti, üsulları və təşkili.

Xüsusi və ümumi kəşfiyyatları. Mühəndis kəşfiyyatına olan tələblər. Mühəndis kəşfiyyatının vəzifələri. Mühəndis kəşfiyyatının obyektləri. Mühəndis kəşfiyyatının tərkibi və təchizi. Mühəndis kəşfiyyatının əsas üsulları. FH zonası haqqında mühəndis kəşfiyyatının məlumatları. Mühəndis kəşfiyyatının təşkili və əsas tətbirləri. 10 saat müddətində mühəndis kəşfiyyatının iş imkanları.




2

4.02

2

Mövzu: Zədələnmə ocaqlarında və dağıntılar zonalarında mühəndis kəşfiyyatı. Zədələnmə ocaqlarında və dağılma zonalarında mühəndis kəşfiyyatının vəzifələrinin və bu vəzifələri yerinə yetirmək üçün əsas ilkin verilənlər. Mühəndis kəşfiyyat qruplarının və manqaların təmini. Binaların, qurğuların və kollektiv mühafizə vasitələrinin dağılma xarakterini, dərəcəsini və miqyasının təyini. Bina və qurğuların detallı müayinəsi. Dağıntıların müayinəsi. Dağıntıların ölçülərinin və xarakterinin müəyyən edilməsi. Dağılmış bina və qurğularında mühəndis kəşfiyyatının imkanları.


2

5.02

3

Mövzu: Radiasiya və kimyəvi kəşfiyyatın aparılması üçün qüvvə və vaxtın təyin etmək metodikası.

Radiasiya və kimya kəşfiyyatın aparılması, radiasiya və kimyəvi şəraitlərinin qiymətləndirilməsi üzrə məsələlər. Radiasiya və kimyəvi şəraitlərinin aşkar edilməsi və qiymətləndirilməsi məsələləri. Radiasiya və kimyəvi kəşfiyyatın əsas vəzifələri. Radiasiya və kimyəvi kəşfiyyatına aparılmasına cəlb edilən qüvvələr. Radiasiya və kimyəvi kəşfiyyatın təşkili tədbirləri. Radiasiya və kimyəvi müşahidə postları, onların vəzifələri və müşahidələrin aparılması.




2

11.02

4


Mövzu: Radiasiya və kimyəvi kəşfiyyatın aparılması üçün qüvvə və vasitələrin təyini üzrə məsələlərin həlli.

2

18.02

4

Mövzu: Dağıntıların xarakteristikası, dağıntı altında qalan adamların axtarılması üsullarəı və vasitələri. l. Dağıntı altında adamların olmasının ehtimallığı və onların axtarışı. Adamların axtarışına cəlb olunan xilasedici dəstələr. Xilasedicilərin axtarış zamanı vəzifələri. Adamların axtarışının üsulları. Xilasetmə işləriaparılan ərazilərdə vizual müayinə. Xüsusi cihazlarla zərərçəkənlərin axtarışı. Dağıntıların təmizləmə üsulları. Dağıntıların təmizlənməsinin təşkili və yerinə yetirilməsi. Dağıntıların təmizlənməsində texnika vasitələrindən istifadə edilməsi. Dağıntı altında qalan adamları xilas etmək məqsədilə bina və qurğulara yolun açılması və bu işlərə cəlb olunan mexanizmlər.

2

19.02

5

Mövzu: Uçqunlarda keçidlərin salınması, dağılma ilə nəticələnə bilən zədələnmiş binaların elementlərin müvəqqəti bərkidilməsi üsulları və vasitələri. Zədələnmə ocaqlarına yolların çəkilməsi ilə keçidlənən qurulması-vacib işlərdən biri kimi. Magistral və ikinci dərəcəli yolların çəkilməsi. Yolların çəkilməsi üsulları. Yollara olan tələblər. Yolların təmizlənməsinə cəlb olunan maşınlar. Yolların təmizlənməsinin mərhələləri. Cəlb olunan maşınlar kompleksinin tərkibi. Yolun təmizlənməsi əməliyyatının qaydaları. Dağıntıların üstündən yolun salınmasında texnoloji prosesin təşkili və əsas əməliyyatları. Təşkilati əməliyyatın tərkibi. Əsas əməliyyatın tərkibi. Dağılma ehtimalı olan bina və qurğuların elementlərinin dağılması və ya bərkidilməsi. Dağılmaya məruz olan elementlərin seçilməsi. Elementlərin bərkidilməsi əməliyyatı və onun mərhələləri


2

25.02

6

Mövzu: Hündür mülki və sənaye obyektlərdə qəza-xilasetmə işlərinin aparılmasının xüsusiyyətləri. Hündür mülki və sənaye obyektlərində olan tələblər. Bu obyektlərdə qəza zamanı xilasetmə işlərinin təşkili. Obyektlərin əsas qrupları. Obyektlərdə yarana biləcək təhlükələrin növləri. Binalarda qəzaları aradan qaldırmaq üçün cəlb olunan maşın və mexanizmlər. Xilasedicilərin vəzifələri. Bərkidilmə nöqtələri və sığortası.



4

4.03

5.03

7

Mövzu: Tam və xüsusi sanitariya təmizlənməsinin təşkili və aparılması.Tam və xüsusi təmizləmə tədbirlərinin aparılma səbəbləri. Xüsusi təmizləmə məntəqəsi təşkili və vəzifələri. Xüsusi təmizləmə məntəqəsinin əsas elementləri. Texnikanın təmizləmə stansiyası, onun təyinatı və vəzifəsi.


2

11.03

8

Mövzu: Ta m və xüsusi sanitariya təmizlənməsi üçün qüvvə, vasitə və vaxtının təyini və məsələlərin həlli. Texnikanın xüsusi təmizlənməsi üçün tələb olunan qüvvə və vasitələrin hesablanması üsulu. Bu üsulda əsas dəqiqləşdirmə və məhdudlaşdırmalar və məsələlərin həlli.


4

18.03

19.03

9

Mövzu: Uçqunların hesablanma sxemləri və qırıntıların kənara atılma məsafələrin hesablanması. Uçqunları xarakterizə edən göstəricilər. Uçqunların hesablanması sxemləri. Partlayış zamanı qırıntıların kənara atılması məsafəsi. Zəlzələ zamanı qırıntıların kənara atılması. Uçqunların hündürlüyünün hesablanması hesablanması, partlayış zamanı uçqunların hündürlüyü.


2

24.03

10

Mövzu: Uçqunların strukturu və həcmi kütlələrin hesablanması. Uçqunların xüsusi həcmi, uçqunların həcm çəkisi, uçqunların boşluq dərəcəsinin göstəricisi. Qırıntıların göstəriciləri.



2

31.03

10

Mövzu: Uçqun altında qalmış zədələrin xilas edilməsi üçün qüvvə və vasitələrin təyini. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının səmərəliliyi. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün qüvvə və vasitələr. Mexanizasiya qrupunun heyəti və vasitələr. Mexanizasiya qrupunun kompleksləşdirmək üçün şəxsi heyətin sayının təyini. Sığınacaq və daldalanacaqların açılması üçün qüvvə və vasitələrin təyini.



2

1.04




CƏMİ:

30





5.5. Fənn üzrə sərəst işlərin mövzuları



Təhvil verilmə tarixi

Mövzunun adı və ədəbiyyatın şifri

TSİ saat

1

2

3

4

1

15.02

İstehsalat qəzaları və təbii fəlakət zamanı bina və qurğuların dağılma dərəcələri və onların təsnifatı [1,3]

1

2

15.02

Fövqəladə hallar zamanı obyektlərdə dağıntıların xarakteri [1,3]

1

3

15.02

Zədələnmə ocaqlarında aparılan xilasetmə işləri və onların xarakteristikası [1,3]

1

4

15.02

Zədələnmə ocaqlarında yerinə yetirilən digər təxirəsalınmaz işlər və onların xarakteristikası [1,3]

1

5

15.02

Fövqəladə halların nəticələrinin aradan qaldırılmasının təşkili mərhələləri [1,3]

1

6

15.02

Əhalinin fövqəladə hadisələrdən etibarlı mühafizəsinin təminatı üsulları və tədbirləri [1]

1

7

15.02

Fövqəladə hadisə baş verərkən əhalinin mühafizəsi işlərinin mərhələləri [1]

1

8

15.02

Fövqəladə hallar təhlükəsi olan və baş vermiş rayonlarda vəziyyətin kəşfiyyatı [1,3]

1

9

15.03

Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən qüvvə və vasitələr [1,3]

1

10

15.03

Mühəndis kəşfiyyatının məqsədi və xüsusiyyətləri [1,3]

1

11

15.03

Fövqəladə halları aradan qaldırarkən qüvvələrin hərəkət marşrutlarının mühəndis kəşfiyyatı [1]

1

12

15.03

Zədələnmə ocaqlarında və dağılma zonalarında mühəndis kəşfiyyatı [1]

1

13

15.03

Radiasiya və kimyəvi kəşfiyyatın əsas vəzifələri [1]

1

14

15.03


Zədələnmə ocaqlarında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının taktiki üsulları və ardıcıllığı [1,3]

1

15

3.04


Radiasiya və kimyəvi kəşfiyyatın aparılması üçün qüvvə və vasitələrin təyini [1]

1

16

3.04


Zədələnmə ocaqlarında su təchizatı məntəqələrinin düzəldilməsi [1]

1

17

3.04

Radiasiya və kimyəvi şəraitin aşkar edilməsi və qiymətləndirilməsi [1,3]

1

18

3.04

Dağıntı altında qalan adamların axtarılmasında xüsusi axtarış cihazlarından istifadə edilməsi [1]

1

19

3.04

Zədələnmə ocaqlarında bina və qurğularının, tikililərin və davamsız konstruksiyalarının uçurulması və bərkidilməsi [1]

1

20

3.04

Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında bərpa işləri [1]

1

Cəmi 20

6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: (dos. Ş.D.Danyalov)
_____”________________ 2015-ci il.
Yüklə 154,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin