Təsdiq edirəm: Kafedra müdiri B. S. Sərdarov “ ” 2016-cı IL Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 82,34 Kb.
tarix14.06.2018
ölçüsü82,34 Kb.
#53680

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

B.S.Sərdarov

“____”____________2016-cı il


Fənn proqramı (sillabusu)

Kafedra – Yapışdırıcı materiallar və betonlar texnologiyası

Fənnin adı – Yapışdırıcı materialların texnologiyası

1. Fənn haqqında məlumat:

Kodu: 050638

Tədris ili -2016-2017 I semestr - payız

Fakültə - İnşaat-texnologiya

Qrup – 654a1a2

Tədris yükü: mühazirə 30 saat, seminar (məşğələ) 30 saat, laboratoriya 15 saat.

Cəmi 75 saat.

Kredit: 5

Auditoriya: № ________

Saat: ________



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi- Quvalov Abbas Abdurəhman oğlu, t.e.d., dos.

Kafedranın ünvanı: Ayna Sultanova 11

E-mail ünvanı:

İş telefonu: 539-10-25

3. Tələb olunan dərslik və dərs vəsaitləri:


  1. B.S.Sərdarov, A.A.Quvalov, S.İ.Ağayeva Yapışdırıcı materialların kimyəvi texnologiyası, Bakı-2000, 306 səh.

  2. Волженский А.В., Буров Ю.С., Колоколников В.С. Минеральные вяжущие вещества.-М., 1979.- 476 с.

  3. Балдин В.П. Производство гипсовых вяжущих , М., 1983.- 135 с.

  4. B.S.Sərdarov, A.A.Quvalov, S.İ.Ağayeva, S.İ.Abbasova Yapışdırıcı maddələr fənnindən kurs layihələrinin yerinə yetirilməsinə dair metodiki göstəriş. Bakı-2005, 38 səh.

4. Fənnin təsviri və məqsədi:

“Yapışdırıcı materialların texnologiyası” fənninin məqsədi tələbələrin tikintidə istifadə olunan qeyri-üzvi yapışdırıcı materialların tərkibi, əsas fiziki-mexaniki xassələri, onların alınması üçün istifadə olunan xammal mateialları, onların istehsal üsulları və istehsal texnologiyaları ilə bağlı biliklərinin artırılmasıdır. Bu fənnin tədrisi nəticəsində əldə edilmiş biliklər tələbələrə Universiteti bitirdikdən sonra istənilən inşaat materiallarını istehsal edən zavodda mühəndis kimi işləməyə imkan verir.



5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmalları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu№1

Yapışdırıcı maddələrin istehsalının inkişaf tarixi. Mineral yapışdırıcı maddələr və onların istehsalı üçün xammallar.



2

21.09.2016

2

Mövzu№2

Gips yapışdırıcılarının növləri və istehsal üsulları.

Gips yapışdırıcılarının istehsalında istifadə olunan xammallar. Gips yapışdırıcılarının əsas fiziki- mexaniki xassələri .


2

28.09.2016

3

Mövzu№3

Havada bərkiyən əhəngin istehsal texnologiyası. Hava əhənginin istehsalı üçün xammallar. Əhəng yandırma sobalarının növləri və iş prinsipləri.



2

05.10.2016

4

Mövzu№4

Maqnezit yapışdırıcı maddələrin istehsal texnologiyası. Maqnezit yapışdırıcı maddələrin növləri, xassələri və tətbiqi



2

12.10.2016

5


Mövzu№5

Hidravlik əhəngin və Romansement istehsal texnologiyası, xassələri və tətbiqi. Onların istehsalı üçün xammallara olan tələblər.



2

19.10.2016

6

Mövzu№6

Portlandsementin istehsalında istifadə olunan xammallar və onun istehsal üsulları. Klinkerin tərkibi və modulları. Xammalın xırdalanması. Xırdalanma prosesinə xammalın xassələrinin təsiri. Xırdalayıcı avadanlıqların növləri və iş prinsipləri.



2

26.10.2016

7

Mövzu№7

Xammal qarışığının hazırlanma üsulları. Xammal qarışığının yaş üsulla hazırlanması. Xammalın xırdalanma və üyüdülmə prosesi. Xammal qarışığının quru üsulla hazırlanması. Quruducu barabanların iş prinsipi. “Aerofol” dəyirmanının iş prinsipləri.



2

02.11.2016

8

Mövzu№8

Yaş və quru üsulda tətbiq olunan sobaların növləri. Yaş üsulda sobalarda istifadə olunan istilikdəyişdirici qurğular.

Siklonlu istilikdəyişdiricili və karbonsuzlaşma qurğulu sobaların iş prinsipi.


2

09.11.2016

9

Mövzu№9

Klinkerin və əlavələrin üyüdülmə prosesi. Açıq və qapalı dövrdə işləyən dəyirmanların iş prinsipi.



2

16.11.2016

10

Mövzu№10

Portlandsementin fiziki-mexaniki xassələri. Sementin normal qatılığı, tutma müddəti, həcmini müntəzəm dəyişməsi, sıxılmada və əyilmədə möhkəmlik həddi.



2

23.11.2016

11

Mövzu№11

Portlandsementin xüsusi növləri. Tezbərkiyən və yüksək möhkəmlikli portlandsementin istehsalı. Səthi-aktiv maddəli və sulfatadavamlı portlandsementin istehsalı.



2

30.11.2016

12

Mövzu№12

Pussolanlı portlandsementin istehsalı. Pussolanlı portlandsementin fiziki- mexaniki xassələri və tətbiqi.



2

07.12.2016

13

Mövzu№13

Posalı portlandsement. Posalı portlandsementin istehsal prosesi. Posalı portlandsementin fiziki- mexaniki xassələri.



2

14.12.2016

14

Mövzu№14

Alüminat sementinin istehsal üsulları. Alüminat sementinin istehsalında istifadə olunan xammallar.



2

21.12.2016

15

Mövzu№15

Qarışıq yapışdırıcıların istehsalı. Sukeçirməyən genişlənən sement, Gips-alüminatli genişlənən sement, Genişlənən və gərginləşdirici sementlər, onların tərkibi və xassələri.



2

28.12.2016



5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmalları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1;2

Mövzu№1

Gips daşının xüsusi sərfinin hesabatı



4

21.09.2016

28.09.2016



3;4

Mövzu№2

Gips istehsal edən müəssisələrdə avadanlıqların seçilməsi



4

05.10.2016

12.10.2016



5;6

Mövzu№3

Əhəng daşının xüsusi sərfinin hesabatı



4

19.10.2016

26.10.2016



7;8

Mövzu№4

Əhəng istehsal edən müəssisələrdə avadanlıqların seçilməsi



4

02.11.2016

09.11.2016



9;10;11

Mövzu№5

Portlandsement xammal qarışığının tərkibinin hesabatı



6

16.11.2016

23.11.2016

30.11.2016


12;13

Mövzu№6

Portlandsement istehsal edən müəssisələrdə avadanlıqların seçilməsi



4

07.12.2016

14.12.2016



14;15

Mövzu№7

Xammal qarışığının korrektivləşdirilməsi üsulları



4

21.12.2016

28.12.2016



5.3. Laboratoriya dərslərinin mövzuları və qısa icmalları 654a1

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4



Mövzu№1

Gipsin narınlığının və orta sıxlığının təyini



4

22.09.2016

06.10.2016





Gips xəmirinin normal qatılığının və tutma müddətinin təyini

4

20.10.2016

03.11.2016





Mövzu№3

Gipsin möhkəmlik həddinin təyini



4

17.11.2016

01.12.2016





Mövzu№4

Əhəngin sönmə temperaturunun və müddətinin təyini



4

15.12.16

29.12.2016



5.3. Laboratoriya dərslərinin mövzuları və qısa icmalları 654a2

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4



Mövzu№1

Gipsin narınlığının və orta sıxlığının təyini



4

15.09.2016

29.09.2016





Gips xəmirinin normal qatılığının və tutma müddətinin təyini

4

13.10.2016

27.10.2016





Mövzu№3

Gipsin möhkəmlik həddinin təyini



4

10.11.2016

24.11.2016





Mövzu№4

Əhəngin sönmə temperaturunun və müddətinin təyini



4

08.12.2016

22.12.2016



5.5. Fənn üzrə sərəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Havada bərkiyən əhəngin istehsal texnologiyası

2

Gipsin istehsal üsulları

3

Hidravlik əhəngin istehsal texnologiyası və xassələri

4

Maqnezit yapışdırıcı maddələrin istehsalı

5

Portlandsementin fiziki-mexaniki xassələri

6

Portlandsementin istehsalı üsulları

7.

Posalı portlandsementin istehsalı, fiziki- mexaniki xassələri.

8

Portlandsementin xüsusi növləri

9

Alüminat sementinin istehsal üsulları

10

Pussolanlı portlandsementin istehsalı, fiziki- mexaniki xassələri

11

“Hidrofol” dəyirmanında xammalın üyüdülmə prosesi

12

“Aerofol” dəyirmanında xammalın üyüdülmə prosesi

13

Tezbərkiyən və yüksək möhkəmlikli portlandsementin istehsalı

14

Genişlənən və gərginləşdirici sementlər, onların tərkibi və xassələri.


6. Davamiyyətə verilən tələblər

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə. Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal; sərbəst işə görə ─ 10 bal; məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal. Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğələ (seminar) və laborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A

8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar

________________________________________________________________________________________________________________________________________________________________10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi

________________________________________________________________________________________________________________________________________________________________


Mühazirə və məşğələ rəhbəri : ______________ dos. Quvalov A.A.

Laboratoriya işlərinin rəhbəri : ____________ ass. Əzimi M.Z. 654a1a2
Laboratoriya işlərinin rəhbəri : ____________ lab.müd. Ağazadə M.E. 654a1
12” 09. 2016-cı il
Yüklə 82,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin