Sait Rustamov street 3/6, apt. 30a., Baku, Az- 1001, Azerbaijan
Email: apra@aznet.org
Web site: www.azerweb.com/apra
|
Azərbaycan İctimiayyətlə Əlaqələr Assosiasiyası (APRA)
Azerbaijan Public Relations Association (APRA)
|
Səit Rüstəmov кцчəs 3.6, mən 30a, Бакы, Az- 1001, Азярбайжан
E-poct: apra@aznet.org
Veb sayt: www.azerweb.com/apra
|
22 İyun, 2004
Press Reliz
APRA və xaricdə təhsil alan və çalışan gənc Azərbaycanlılar Bibi-Heybət neft mədənlərinin yaxınlığında yerləşən məcburi köçkün məktəbinə kömək etmişlır
2004-cü il İyunun 19-da Azərbaycan İctimaiyyətlə Əlaqələr Asosiasiyası (APRA) və xaricdə təhsil alan və çalışan həmvətənlərimiz, böyük əksəriyyəti məcburi köçkün olan 77 Azəri övladının təhsilinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bibi-Heybətd neft mədənlərinin yaxınlığında yerləşən məcburi köçkün məktəbinin şagird və müəllim heyətinə yeni kompüter, maqnitafon, müxtəlif kitablar və tədris materialları hədiyyə etdilər.
Zəngilan rayonu 4 saylı məcburi köçkün məktəbinin əsası 1995-ci ildə qoyulmuşdur. 6 sinif otağından ibarət bu məktəb Milli Coğrafiya Jurnalının (the National Geographical Magazine) fotoqrafı xaricdə yaşayan Azərbaycanlı Rıza Diqqətinin ve Beynəlxalq Ümid (Hope İnternational) beynəlxalq QHT-nın maliyyə dəstəyi ilə tikilmişdir. Məktəb milli təhsil sisteminin bir strukturuna çevrilərək 6-dan 15 yaşadək uşağa məktəbəgədər və orta təhsil həyata keçirir. Valideyn və müəllim heyətinin çətin həyat yolu keçməsinə baxmayaraq bu məktəbdəki davamiyyət və şagirdlərin nümayiş etdirdikləri təhsil uğurları ərazidəki bir çox təhsil ocağını üstələyir və çoxlarını heyran edir.
APRA üzvlərinin məktəbə bir neçə səfəri nəticəsində məlum oldu ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün məktəbdə müasir avadanlığa, kitablara və tədris materiallarına ciddi ehtiyac duyulur. Mövcud şəraiti qiymətlətləndirən APRA üzvləri təşkilatın icraçı direktoru Ramil Məhərrəmovun təşəbbüsü və xaricdə təhsil alan həmyerlilərin cəlb olunması ilə qlobal şəbəkəyə qoşulmaq iqtidarına malik kompüter, kitablar, audio maqnitafon, xəritə və digər tədris vasitələrinin alınması üçün maliyyə toplandı və məktəbə hədiyyə olundu. Səfərbər edilmiş qalıq maliyyə “Kitab Oxu” müsabiqəsinin qaliblərinə hədiyyələrin alınması üçün sərf ediləcək. Müsabiqənin qalibləri 2004-cü ilin sentyabr ayında juri tərəfindən keçiriləcək müsabiqə əsasında elan olunacaq.
Açılışda məktəbin direktoru Xanməmməd Xanməmmədov çıxış edərək ianə edilmiş tədris vasitələri və kompüterin uşaqların təhsil səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağını xüsusi olaraq vurğuladı. “Kompüter bizə dünyada baş verən elmi inkişaf, müxtəlif ölkələrdə tədris prosesinin nəaliyyətləri ilə tanış olmaq və inkişaf proseslərinin fəal iştirakçılarına çevrilmək imkanı verəcək. Bundan başqa hədiyyə olunan bu tədris vasitələri uşaqlarda təhsilə olan marağın artmasına əhəmiyyətli təsir göstərəcəkdir. Mən bu təşəbbüsə görə Azərbaycanın fəxr edəcəyi bu gənclərə öz dərin minnətdarlığımı bildirirəm” deyə Xanməmməd müəllim qeyd etdi.
Ramil Məhərrəmov: “Bu təşəbbüs məhz məhdud resurslarla xeyirxah məqsədlər naminə insların və təşkilatların birgə əməkdaşlığının bariz nümunəsidir. Biz APRA olaraq Azərbaycanda nəinki PR-ın inkişafına, eləcə də real iş və təşəbbüslərə əsaslanan PR metodlardan istifadəni nümayiş etdirmək niyyətindəyik”.
APRA 2003-cü ilin aprel ayında müxtəlif təşkilatlarda PR sahəsində fəaliyyət göstərən mütəxəssislər tərəfindən Azərbaycanda PR sahəsində olan inkişaf tendeniyalarını tədqiq etmək, uğurlu təcrübələrin mübadiləsinə və Ictimai idarəetmədə və biznes sektorunda tədbiqinə nail olmaq məqsədi ilə yaradılmışdır.
Daha ətraflı məlumat üçün Ramil Məhərrəmovla apra@aznet.org e-poçt vasitəsilə əlaqə saxlamağınız xahiş olunur. APRA haqqında əlavə məlumatı www.azerweb.com/apra ünvanında əldə etmək mümkündür.
Dostları ilə paylaş: |