Uğurlu iş görüşməsinin 50 sirri



Yüklə 32,96 Kb.
tarix21.10.2017
ölçüsü32,96 Kb.
#7186

Uğurlu iş görüşməsinin 50 sirri
1.Keçmişdən çox uzun danışmayın
- Keçmiş iş yerinizdən ayrılmaq səbəbinizi soruşsalar, çox geniş cavab verməyin. Haqqınızın yeyilməsi, qovulmaq haqqında mövzulardan isə ümümiyyətlə uzaq durun.
2. Çox ciddi olmayın
- İşinizi və özünüzü ciddiyə almağınız təbii bir haldır. Amma çox ciddi olmanız qarşı tərəfə mənfi təsir edə bilər. Çalışın ki, üzünüzdə hər zaman balaca bir gülümsəmə olsun.
3. Enerjisiz olmayın
- İş görüşməsinə nə çox tox gedin, nədə çox ac.Yuxsuzda olmayın.
4.Telefonla danışmayın
- Görüşə girməzdən öncə telefonunuzu səssizə alın. Bu sizin diqqətinizin başqa bir mövzuya yayınmamasınada yardımçı olacaqdır.
5. Özəl mövzulardan söhbət açmayın
- Daha isti münasibət qurmaq üçün stolun üzərindəki bir şəkildən və ya qarşı tərəfin geyindiyi bir geyimdən söhbət açaraq ortaq yönlərinizi üzə çıxartmağa çalışmayın. İlk gündən bu qədər yaxınlıq lazım deyil.
6.Lazımsız suallar soruşmayın
- İşinizlə əlaqəli olmayan heç bir sual verməyin
7.Sualları cavabsız qoymayın
- Sizdən soruşulan hər biz suala konkret cavab verməyə çalışın. Cavabsız buraxdığınız suallar qarşı tərfədə sizə qarşı hər hansı bir şübhə doğura bilər.
8.Özünüz haqqında çox uzun danışmayın
- Sizin haqqınızda soruşmadıqca əlavə məlumat verməyə çalışmayın. Səmimi görsənmək üçün güclü və zəif tərəflərinizi sadalamayın.
9. Məşq etmədən getməyin
- Danışmalı olduqalarınızı öncədən evdə məşq edin. Bu işdən gözləntilərinizi 3 – 5 cümlə ilə izah etməyə çalışın. Və ən əsası özünüzə güvənərək danışın.
10.Əvvəlki müdirniz haqqında pis danışmayın
- Nə qədər haqlı olsanızda, əsla əvvəlki müdirinizi pisləməyin.
11. Tərəddüd edərək danışmayın
- İş həyatınızdan nə istədiyinizə əmin olun. Özünü tanımayan və nə istədiyini bilməyən namizd heç vaxt rəğbət qazana bilməyəckdir.
12. Şirkət haqqında öncədən məlumat toplayın
- Getdiyiniz şirkət haqqında mütləq öncədən məlumat toplayın. Bir internet saytı yoxdursa, mütləq bir yerdən məlumat toplamağa çalışın.
13. Həddən çox tərif yağdırmayın
- Şirkət, müdür ya da sizinlə iş görüşməsi keçirən insan haqqında həddindən çox tərif deməyin. Bunun da bir həddi olmalıdır.
14. Düzgün olmayan suallar souşmayın
- Şirkətin yada sizin gələcək vəzifənizin mənfi cəhətlərini üzə çıxara biləcək suallar soruşmayın. Bu sizin işi istəməməyiniz, ya da hər zaman mənfilər axtaracağınız haqqında düşüncələrə səbəb olacaqdır.
15.Çox açıq geyinməyin
- Öncəliklə rahat olacağınız bir geyim seçməyə çalışın. Əgər qısa yada açıq bir geyim seçmiş olsanız o zaman baxışlardan narhat olmayıb rahat olacağınıza əmin olun.
16. Saqqızdan uzaq olun
- Əsla ağzınızda saqqızla danışmayın. Bu sizin ciddi görünmənizə əngəl olacaq səbəblərdən biridir.
17. Qeydiyyat və ya anket formasını səliqəsiz doldurmayın
- Əgər hər hansısa bir formanı doldurmağınız lazım gələrsə, onu çox səliqəli bir şəkildə doldurmağa çalışın. Yazınız mütləq oxunmalı, məlumat əksik olmamalıdır.
18. Qulaq asarkən diqqətsiz olmayın
- Qarşı tərəfi dinləyərkən çox diqqətli olmağa çalışın, eyni məlumatı bir neçə dəfə təkrar etməyin.
19. Özünüznü müvəqqəti işçi kimi aparmayın
- Bu işdə müvəqqəti müddətdə işləməyi düşünsəniz belə bunu biruzə verməməyə çalışın. Heç kəs iki ay sonra yeni bir iş axtaracaq insanı işə götümək istəməz.
20. Çox sevincli olmayın
- Müsbət bir insan rolunu yaratmaq üçün həddən artıq sevincli olmayın. Davamlı olaraq qəh – qəhə çəkmək, ya da zarafat etmək lazım deyil. Bu zaman siz qarşı tərəf üçün yorucu ola bilərsiz.
21. Xarici dildə səhv danışmayın
- Əgər müsahibə xarici dildə olacaqsa, mütləq əvvəlcədən məşq edin. Dili nə qədər yaxşı bilsənizdə o anda həyacanlanıb səhv danışma ehtimalınız ola bilər.
22. Bacarıqlarınız haqqında yalan danışmayın
- Bacarıqlarınız haqqında yalan danışmayın. Əgər yaxşı Fransız dilini bildiyinizi desəniz o zaman müsahibəyə fransızca davam edə bilərlər və onda üzünüz qızara bilər.
23. Əllərinizi gizlətməyin
- Yaxın bir dostunuzla danışırmış kimi əlinizi rahat hərəkət etdirin.Əlinizi cibinizə salmaq yada həddən artıq əl - qol hərəkətləri etmək... Hər ikisidə mənfi qarşılanacaqdır.
24. Sullara təəccüblənməyin
- Bir iş görüşməsində verilə biləcək bütün sualları araşdırın. Hamısının cavabı haqqında az da olsa məlumatınız olsun.
25. “Nə iş olsa görərəm” deməyin
- Hansı vəzifə üçün görüşdüyüzə əmin olub və həmin vəzifəni öncədən araşdırın. “Nə iş olsa görərəm” düşüncəsi sizi işə götürməmələrinə səbəb ola bilər.
26.Uğur hekayənizi unutmayın
- Hərkəsin böyük, kiçik bir uğur hekayəsi vardır. Sizin hekayənizin nə olduğunu kəşf edin və əgər soruşsalar, bunu cavablandırmağa hazır olun.
27. Ayağınızı ayağınızın üzərinə qoymayın
- Özüzdən əmin görünmək vacibdir, lakin çox güvənli olmaq da əks tərəfi itələyir. Ayağınızı ayağınızın üstünə qoya bilərsiniz, amma oturduğunuz kreslodan və ya geyiminizdən asılı olaraq bu bəzən hörmətsizlik kimi görsənə bilər.
28. Özünüzlə heç kimi aparmayın
- Yanınızda ailədən biri, ya da yaxın dostunuz olmasın. Bu zəif və ya profesionallıqdan uzaq görsənə bilər.
29. İş yerinizi öyrənin
- Ofisiniz, görüşün aparıldığı yerdə olmaya bilər. İş yerinizin hara olduğuna əminisiniz? Bunu araşdıraraq gedin.
30. Rol oynamayın
- İşi nə qədər çox istəsənizdə görüşmədə olduğunuzdən fərqli görsənməyə çalışmayın. Unutmayın ki, qarşınızdaki insan iş görüşmələrində daha təcrübəlidir və sizin rol oynadığınızı anlaya bilər.
31. Çox susqun olmayın
- İş görüşməsində çox susqun olub, ancaq başınızı yellətməyin. Özünzü yaxşı ifadə etnək üçün cəsarətli olun!
32.Tələsik danışmayın
- Sualları cavablandırarkən və ya hər hansısa bir məlumat verərkən tələsik danışmayın. Bu hərəkətiniz qarşı tərəfi narahat edə bilər.
33. Ayaqqabılarınza fikir verin
- Evdən çıxarkən ayqqabınız təmiz ola bilər, lakin görüşməyə çatana qədər tozlana və ya palçığa bata bilər. Görüşməyə girməzdən əvvəl ayaqqabılarınızın təmizləiyindən son dəfə əmin olun.
34. “Hədiyyələri” qəbul etməyin
- Hər növ “hədiyyələr”dən uzaq olun. Siqaret və ya şəkər təklif etsələr qəbul etməməyə çalışın. Ən yaxşı halda su və ya çay qəbul edə bilərsiniz.
35. Saata baxmayın
- Görüşmə sırasında saata baxsanız və ya saata baxmağınız gözə çarparsa vay halınıza. O andan etibarən heç bir şansınız yoxdur.
36. Suallarınızı hazırlamadan getməyin
- Onlar sizin bu iş üçün uyğun olub – olmadığınızı anlamağa çalışarkən sizdə şirkət haqqında məlumat toplamağa çalışın. Şirkətin siyasətinə, sağlamlıq haqqında sığortaya aid suallar soruşa bilərsiniz.
37. Qozbel durmayın
- Dik durmağınız və güvəni yüksən vicud dilinə sahib olmağınız vacibdir!
38. Mövzunu dəyişdirməyin
- Mövzunu qarşı tərəf dəyişdirsin. Siz, mövzu dəyişdirən, suallar verən tərəf olmayın.
39. Gözlərinizi qaçırtmayın
- Göz təmasınızı pozmayın. Gözlərinizlə qarşı tərəfi dinlədiyinizi əmin edin.
40. Ünvandan əmin olun
- İş görüşməsinə gedəcəyiniz ünvana “onsuzda tapa biləcəm” kimi bir düşüncəylə getməyin. Bir gün öncədən araşdıraraq, ünvandan əmin olun.
41. İlk dəqiqələrə diqqət yetirin
- İş görüşməsində ilk dəqiqələr çox vacibdir. İş görüşməsi keçirən insan ard – arda bir neçə insanla görüşdüyünə görə ilk 3 – 5 dəqiqədə sizinlə əlaqəli ağlında bir fikir olacaqdır.
42. Kəskin cümlələrdən qaçın
- Görüş istəmədiyiniz kimi başlaya bilər bu zaman sərt cümlələr işlədib aqresiv olmaq lazım deyil. Sonra vəziyyət dəyişə bilər.
43. CVsiz getməyin
- “ CV mi öncədən mailə yollamışam” deyə düşünməyin. CV nizi mütləq özünüzlə aparın.
44. Çantanız tədbirli olsun
- Çantanızda qeyd yazmaq üçün mütləq kağız, qələm, salfet, keçmiş işinizlə bağlı dokumentlər olsun.
45. Tərpənməyin
- Görüşmə sırasında dayanmadan tərpənməniz qarşı tərəfi narahat edə bilər.
46. “Bəli” və ya “Xeyr” deməyin
- Suallara “bəli” və ya “xeyr” deyə cavab verməyinizin sizin üçün mənfi təsiri ola bilər.
47. Narazı bir şəkildə ayrılmayın
- Görüşünüz necə keçirsə keçsin, vidalaşarkən dostcasına vidalaşıb çıxın. İşə qəbul olmayacağınızı düşünsəniz belə narazılığınızı bildirməyin.
48. Görşmədən dərhal sonra telefonla danışmayın
- Görüşmə bitəndən sonra olanları danışmaq üçün həmin an telefonla danışmayın
49. İzləyici olun
- Görüşmədən sonra tanış olduğunuz üçün məmnun olduğunuzu bildirən mail yazmağınız ağıllarında qalamağınıza kömək ola bilər.
50. Qarşı tərəfi gözünüzdə böyütməyin
- Mövzu eyni olmasa belə qaşı tərəfi gözünüzdə böyütməyin. O da sizin kimi işini görür və doğru insanı seçməyə çalışır. Qarşısında əzilib - büzlməyin.
Yüklə 32,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin