Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri şantaj siyasətinə keçib



Yüklə 7,39 Kb.
tarix24.10.2017
ölçüsü7,39 Kb.
#12136

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri şantaj siyasətinə keçib

Vəkillər Kollegiyasına üzv olmaq ümün bütün mərhələləri, o cümlədən test imtahanı, şifahi müsahibə və icbari kursları müfəffəqiyyətlə keçməyimə baxmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qeyri legitim sədri Azər Tağıyev məni qanunda nəzərdə tutulan andiçmə mərəasimnə buraxmamış və vəkil vəsiqəmi verməmişdir. Bu qanunsuz hərəkətini Azər Tağıyev heç bir arqumentlə əsaslandırmamışdır. Qanunun tələblərinə gğrə Vəkillər Kollegiyasına qəbul haqda qərarı İxtisas Komissiyası qəbul edir və mən də daxil olmaqla 130 nəfər şəxs haqqinda İxtisas Komissiyasının qərarı var. Lakin 129 nəfər hazırda vəkil kimi fəaliyyət göstərsə də mən bu hüquqdan qanunsuz olaraq məhrum edilmişəm.

VK-nın qanunsuz hərəkətindən məhkəməyə müraciət etsm də artıq 5 aydır ki, şikayətimə mahiyyət üzrə bnaxıla bilmir. Bakı şəhər 1 saylı İnzibati-iqtisadi məhkəməsi VK Rəyasət Heyətinin tələbi ilə şikayətə ümumi məhkəmələrdə baxımağa dair qərardad çıxarmışdır. Halbuki bundan əvvəl Nəsimi rayon məhkəməsi Vəkillər Kollegiyasına qarşı şikayaətlərə inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılmasına dair qərərdadlar qəbl etmişdir.

Bunu bilməsinə baxmayaraq 1 saylı inzibati-iqtisadi məhkəmə qərərdad çıxararaq mə\nim şikayətimə baxmaqdan imtina etmişdir.

Mənim apellyasıya Şikayətim Əsasında Bakı Apellyasiya Məhkəməsi 1 saylı inzibati-iqtisadı məhkəməsinin qərərdadını ləğv etmişdir. Lakin VK Rəyasət heyətinə qanunsuz rəhbərlik edən (səlahiyyət müddəti 2009-cu ildə başa çatıb və qanuna görə təkrar seçilmək hüququ yoxdur) Azər Tağıyev Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verib.

Kassasiya şikayəti əslində hakimləri şantaj etməyə yşnələn və hüquq normalarına uyğun olmayan sənəddər. Azər Tağıyev Bakı Apellyasiya məhkəməsinin hakimlərini intizam icraatina cəlb etməyə dair tələb irəli sürür və Kassaiya instansiyasını bununla dolayısı ilə şantaj edir.

Digər məsələ isə mənim məhkəməyə çıxış hüququmun məhdudlaşdırılması ilə bağlıdır.

Belə ki, Mülki Prosessual Məcəllənin 67.1 maddəsinə görə “Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər”. Azər Tağıyevin təqibindən çəkinən vəkillər mənimlə müqavilə bağlamaqdan imtina edirlər. Mən bu vəkillərə qarşı real təqibin olacaəna əminəm və bu baxımdan vəkillərə müdafiəm üçün irar edə bilmirəm.



Təssüf doğuarn hal odur ki, Azər Tağıyevin şantaj taktikasında əsas üsul yüksək vəzifəli şəxslərin adından sui-istifadə etməkdir. Lakin hakimiyyət orqanları bu özbaşınalığa tolerant münasibət göstərməkdə davam edirlər.

Sahib Məmmədov
Yüklə 7,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin