Verilənlər bazasının yaradılması



Yüklə 22,57 Kb.
tarix21.11.2018
ölçüsü22,57 Kb.
#84322


VERILƏNLƏR BAZASININ YARADILMASI.
MS SQL Server 2000 Verilənlər Bazasının İdarəetmə Sistemində hər bir verilənlər bazası bir və ya bir neçə verilənlər bazası və tranzaksiya jurnalı fayllarına malikdir. Fayllar müxtəlif disklərdə yerləşə bilər. Belə olduqda böyük həcmli verilənlər bazası işləmə məhsuldarlığı bir neçə dəfə yüksək olur və bu və ya digər səbəbdən disklərdən biri sıradan çıxdıqda informasiyanın yalnız bir hissəsi itirilmiş olur. Verilənlər bazası faylı iki tip olur: Primary (əsas) və Secondary (sonrakı). Primary tip faylda bazanın yüklənməsi üçün informasiyalar, bazanın sistem cədvəlləri, obyektləri və verilənlər saxlanılır. O, *.mdf genişlənməsinə malik olur. Secondary tip faylda isə yalnız verilənlər saxlanılır. Primary tip fayla yerləşməyən verilənlər məhz Secondary tip faylda saxlanılır və o, *.ndf genişlənməsinə malik olurlar.

Hər bir verilənlər bazası ən azı bir tranzaksiya jurnalı faylına malik olur. Burada verilənlər bazasında yerinə yetirilən tranzaksiyalar haqqında informasiyalar saxlanılır. İnformasiya işlənməsini sürətləndirmək üçün ayrı-ayrı disklərdə yerləşən bir neçə tranzaksiya faylından istifadə etmək olar. Tranzaksiya faylı *.ldf genişlənməsinə malik olur.

Hər bir fayl məntiqi və real unikal ada malik olur. Məntiqi adla Transcat – SQL dilinin əmrləri vasitəsi ilə fayla istinad olunur. Real adla isə fayl bərk diskdə saxlanılır. Verilənlər bazası faylının həcmi avtomatik genişlənə bilər. Bu verilənlər bazası yaradılarkən, müvafiq rejimi müəyyən etdikdə baş verə bilər. İstifadəçi artım addımını faizlə yaxud meqabaytla müəyyən edə bilər. Əlavə olaraq istifadəçi bazanın həcmində məhdudiyyət də müəyyən edə bilər. Məhdudiyyət müəyyən edilmədikdə baza bərk diskin boş informasiya tutmu qədər arta bilər.

Çoxsaylı fayllar Primary və User-defined qrupunda birləşə bilər. Primary faylında əsas və digər qruplarda yerləşməyən fayllar saxlanılır. Verilənlər qrupun bütün fayllarında paralel olaraq saxlanılır. Verilənlərin miqdarı faylın miqdarına münasib olur. Məsələn verilən 27 sətirdən ibarətdirsə və qrupda 1 Mb, 2 Mb və 3 Mb həcmli 3 fayl yerləşibsə, onda birinci faylda 4 sətir, 2 ci faylda 8 sətir, üçüncü faylda isə 12 sətir saxlanılacaq. Bunun nəticəsində qrupun bütün faylları eyni zamanda dolacaq və bundan sonra faylların həcmləri ardıcıl və dövrü olaraq artacaq. Belə ki, ilk olaraq istifadəçi tərəfindən müəyyən olan miqdarda birinci faylın həcmi artacaq və bütün yeni verilənlər bu fayla yazılacaq. Birinci fayl dolduqda ikinci faylın həcmi artacaq və informasiya ora yazılacaq. O da dolduqda üçüncü faylın həcmi artacaq və s. Daha sonra yenidən birinci, sonrakı ikinci və üçüncü faylın həcmi artacaq və informasiya yazılacaq.

Verilənlər bazasının yaradılması prosesi faylın fiziki və məntiqi strukturunun yaradılmasını əhatə edir. Verilənlər bazası Transcat-SQL dilinin əmrləri vasitəsilə, usta rejimi və istifadəçi rejimi vasitəsilə yaradıla bilər. Usta rejimi bazanı Create Datebase Wizard ustasının müvafiq pəncərəsində əks olunan “məlumat” əsasında yaradılmasını təmin edir. Usta rejimində verilənlər bazasını yaratmaq üçün ilk öncə Enterprise Manager əlavəsini yükləmək, açlan proqram pəncərəsinin (şək.1) Console Root panelində bazanın yaradıldığı serveri seçmək və alətlər panelinin alətini sıxmaq və ya Tools menyusunun Wizards əmrini yerinə yetirmək lazımdır.


Şək. 1

Daha sonra açılan Select Wizard pəncərəsində siyahıdan Create Database Wizard sətrini seçməklə Verilənlər Bazası ustası rejiminı seçib OK düyməsini sıxmaq lazımdır (şək 2).





Şək. 2

Bu zaman ustanın ilk pəncərəsi açılır (şək. 3). Pəncərə informasiya xarakteri daşıyır.





Şək. 3

Buna görə də Next düyməsini sıxmaqla növbəti pəncərəni açmaq (şək. 4) və Database name mətn sahəsinə bazanın adını daxil etmək və ehtiyac olarsa düyməsini sıxmaqla verilənlər bazası və tranzaksiya jurnalı fayllarının yerləşəcəyi qovluğun sistem tərəfindən təklif olunan ünvanını dəyişmək lazımdır.



Şək. 4
Ustanın növbəti pəncərəsində (şək. 5) verilənlər bazası faylına ad vermək və Next düyməsini sıxmaq lazımdır.



Şək. 5

Usta rejimimnin açılan növbəti pəncərəsində (şək.6) isə verilənlər bazası faylının xassələrini müəyyən etmək lazımdır. Belə ki, pəncərədə əks olunan Automatically grow the datebase files verilənlər bazasının həcmini avtomatik artma rejimini müəyyən edir. Artımı istifadəçi faizlə yaxud meqabaytla müəyyən edə bilər. Bunun üçün müvafiq olaraq Grow the files by percent və ya Grow the files in megabytes (mb) parametrlərini seçmək və artım miqdarını göstərmək və Next düyməsini sıxmaq lazımdır.





Şək. 6
Sonrakı açılan iki pəncərə (şək. 7-8) vasitəsilə eyni qaydada tranzaksiya faylının adını və xassələrini müəyyən etmək lazımdır.


Şək. 7


Şək. 8
Bundan sonra açılan axırıncı pəncərədə (şək. 9) Finish düyməsini sıxmaqla baza yaradılmasını tamamlamaq lazımdır.



Şək. 9
Baza yaradıldıqda bu haqda məlumat pəncərəsi əks olunur. OK düyməsini sıxıb pəncərəni bağladıqdan sonra, system açılan dialoq pəncərəsi vasitəsilə “Bazaya xidmət qrafikinin yaradılmasına ehtiyacı varmı?” sualı ilə administratora müraciət edir. Bu zaman “No” düyməsini sıxmaq məsləhətdir. Belə olduqda yeni baza proqram pəncərəsinin (şək. 1) Console Root panelində Datebases qovluğunda əks olunur.

İstifadəçi rejimində verilənlər bazasını yaratmaq üçün Enterprise Manager əlavəsini yükləmək, açlan proqram pəncərəsinin (şək. 1) Console Root panelində bazanın yaradıldığı serveri seçmək və alətlər panelinin alətini sıxmaq və Action menyusunun New Database əmrini yerinə yetirmək lazımdır1. Bu zaman açılan Datebase Properties pəncərəsinin General bölməsinin Name mətn sahəsində bazaya ad vermək (şək. 10), pəncərənin Date Files bölməsində verilənlər bazası faylının adını və yerləşdiyi qovluğu, File properties sahəsində isə fayl üçün xassələr müəyyən etmək lazımdır (şək. 11). Sistem avtomatik olaraq bazanın adına uyğun olan fayla ad və SQL Serverin quraşdırıldığı qovluğu faylın yerləşəcəyi qovluq kimi təklif edir. Əgər verilənlər bazasını bir neçə diskdə yerləşdirmək tələb olunarsa, Secondary (sonrakı) verilənlər bazası faylını yaratmaq lazımdır. Bunun üşün Date Files bölməsinin File name sütununda faylın adını, Location sütununa isə faylın yerləşdiyi qovluğun ünvanını daxil etmk lazımdır.




Şək. 10


Şək. 11
Pəncərənin Transaction Log bölməsində eyni qayda ilə tranzaksiya jurnalı faylınin adı, yerləşəcəyi qovluq və fayl üçün xassələr müəyyən olunur (şək. 12).


Şək. 12
Bölmədəki informasiyalar müəyyən olunduqdan sonra OK düyməsini sıxmaq lazımdır. Bu zaman yeni yaradılan yeni baza proqram pəncərəsinin Console Root panelində Datebases qovluğunda əks olunur.
Qeyd: Verilənlər bazasının yaradılmasının istifadəçi rejimi daha usta rejiminə nisbətən daha mükəmməldir. Belə ki, usta rejimi vasitəsilə yalnız Primary (ilkin) verilənlər bazası və tranzaksiya jurnalı faylı yaratmaq olur.

Ehtiyac olarsa verilənlər bazasını qeyd edib kontekst menyunun Properties əmrini yerinə yetirməklə bazanın parametrlərini dəyişmək olar1. Lazımsız hesab edilən bazanı ləğv etmək üçün Database qovluğunda onun adını qeyd etmək və kontekst menyunun Delete əmrini yerinə yetirmək kifayətdir.



1 Bu əməliyyatı kursoru Databases qovluğunun üzərinə qoyub, kontekst menyunun New Database əmrini yerinə yetirməklə də yerinə yetirmək olar.

1



Yüklə 22,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin