Nəqliyyatda yükəmə-boşaltma işlərinin təşkili – 2” fənni ybm, onların təsnifatı. Ybm-nin məhsuldarlığı və ona təsir edən amillər



Yüklə 0,71 Mb.
səhifə1/19
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#107821
  1   2   3   4   5   6   7   8   9   ...   19

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Texniki Universitetinin nəzdində

Bakı Dövşət Rabitə və Nəqliyyat Kolleci

Nəqliyyatda yükəmə-boşaltma işlərinin təşkili – 2”



fənni

YBM, onların təsnifatı. YBM-nin məhsuldarlığı və ona təsir edən amillər

Yüklərin nəqliyyat vasitələrinə (vaqonlara, avtomobillərə, gəmilərə və s.) yüklənməsi, boşaldılması və anbarlaşdırılması əməliyyatlarını yerinə yetirmək üçün nəzərdə tutulmuş maşın və mexanizmlərə yükləmə-boşaltma maşınları (YBM) deyilir. YBM 2 böyük qrupa bölünür:

1) fasiləsiz işləyən – işçi orqanları yükləri fasiləsiz axınla nəql edir;

2) fasiləli işləyən – işçi orqanları yükləri ayrı-ayrı porsiyalarda nəql edir və hər dəfə geri boş şəkildə qayıdır. Fasiləsiz işləyən maşınlara konveyerlər və elevatorlar, fasiləli işləyən mexanizmlərə isə kranlar və yükləyicilər aiddir. İşçi orqanların hərəkət xarakterinə görə fərqləndirilməsi hər qrup maşınlar üçün məhsuldarlığın sistemləşdirməyə imkan verir, sonra gücün texniki-istismar hesablamalarını sistemləşdirməyə imkan verir.

Yüklərin nəql olunması trayektoriyasından asılı olaraq, YBM, 3 qrupa bölünür:

1) yükləri üfüqi və ya üfüqə müəyyən bucaq altında nəql edən YBM;

2) yükləri şaquli və ya ona yaxın üfüqə bucaq altında nəql edən YBM;

3) yükləri istənilən istiqamətdə nəql edən YBM.

Yükləri şaquli istiqamətdə nəql edən maşınlar yükqaldırıcı mexanzimlər adlanır.

YBM stasionar və hərəkət edən maşınlara bölünür. Təyinatından asılı olaraqq YBM-ı universal və xüsusi təyinatlı olur. Maşın və avadanlıqların belə qruplaşdırılması, onlardan istifadə olunmasına və yükün növündən asılı olaraq seçilməsini asanlaşdırılmasına və parametrlərin hesablanmasına imkan verir.

YBM-nin keyfiyyəti bu texniki-istismar göstəriciləri ilə müəyyən olunur:

1.məhsuldarlıq, 2.enerji tutumu, 3.material tutumu, 4.əmək tutumu, 5.istifadə sahəsi, 6.etibarlılıq, 7.standartlaşma səviyyəsi, 8.erqonomika göstəriciləri, 9.estetik göstəricilər, 10.əməyin mühafizə səviyyəsi, 11.təbiəti mühafizə səviyyəsi, 12.texnikanın hazırlanmasına və istismarına sərf olunan xərcləri xarakterizə edən iqtisadi göstəricilər.



Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Pedaqogikanın ümumi əsasları Plan
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə