Nəqliyyatda yükəmə-boşaltma işlərinin təşkili – 2” fənni ybm, onların təsnifatı. Ybm-nin məhsuldarlığı və ona təsir edən amillər


Yükləmə- boşaltma maşınlarının texniki istismar göstəriciləri



Yüklə 0,71 Mb.
səhifə2/19
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#107821
1   2   3   4   5   6   7   8   9   ...   19
Yükləmə- boşaltma maşınlarının texniki istismar göstəriciləri

Yükləmə-boşaltma maşınlarının keyfiyyəti aşağıdakı texniki-istismar göstəriciləri ilə müəyyən olunur: 1)məhsuldarlıq, 2)enerji tutumu, 3)material tutumu, 4)əmək tutumu, 5)istifadə sahəsi, 6)etibarlılıq, 7)standartlaşma səviyyəsi, 8)erqonomika göstəriciləri, 9) estetik göstəriciləri, 10)əməyin mühafizə səviyyəsi, 11)təbiəti mühafizə səviyyəsi, 12)texnikanın hazırlanmasına və istismarına sərf olunan xərcləri xarakterizə edən iqtisadi göstəricilər.

Müəyyən müddət ərzində maşınla daşınan, yüklənən və ya boşaldılan yükün miqdarına həmin maşının məhsuldarlığı deyilirvə ton, ədəd və ya m3 ölçülür. YBM-i üçün nəzəri, texniki və istismar məhsuldarlıqları fərqləndirilir. Maşının layihələndirildiyi şərait üçün onun nominal yüklənməsi şərti ilə 1 saat fasiləsiz işini nəzəri məhsuldarlıq xarakterizə edir. Texniki məhsuldarlıq maşının nəql etdiyi yükün faktiki kütləsini nəzərə almaqla, onun 1 saat ardıcıl işini xarakterizə edir. Texniki məhsuldarlıq müəyyən şəraitdə verilmiş yüklə faktiki yüklənmiş maşının istifadə olunmasını qiymətləndirməyə imkan verir. İstismar məhsuldarlığı verilmiş yüklə yüklənmiş halda maşının zaman ərzində istifadə olunmasını xarakterizə edir. İstismar məhsuldarlığı yükləmə-boşaltma və anbar əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılması layihələrinin tərtib olunması üçün əsas kimi götürülür.

Maşınların iş prosesi zamanı onların məhsuldarlığına təsir edən amillərin funksional asılılığını aşağıdakı şəkildə yazmaq olar:

1) fasiləsiz işləyən maşınlar üçün:

2) fasiləli işləyən maşınlar üçün:



burada, – maşından zamana vı yükqaldırma qabiliyyətinə görə istifadə əmsallarıdır;



– bir paqon metrə düşən ağırlıqdır;

– maşının nominal yükqaldırma qabiliyyətidir;

V – fasiləsiz işləyən maşının işçi orqanının hərəkət sürətidir;



– fasiləli işləyən maşının, yükqaldırma, hərəkət və konstrukisyalarının vəziyyətini dəyişmə sürətlədiri;

– maşının iş vaxtıdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin