Nəqliyyatda yükəmə-boşaltma işlərinin təşkili – 2” fənni ybm, onların təsnifatı. Ybm-nin məhsuldarlığı və ona təsir edən amillər


Yükləmə-boşaltma işlərinin yerinə yetirilmə üsulları



Yüklə 0,71 Mb.
səhifə19/19
tarix10.01.2022
ölçüsü0,71 Mb.
#107821
1   ...   11   12   13   14   15   16   17   18   19
Yükləmə-boşaltma işlərinin yerinə yetirilmə üsulları

Yükləmə-boşaltma işlərinin yerinə yetirilməsi dörd üsulla yerinə yetirilir: qeyri-mexanikləşdirilmiş üsulla; mexanikləşdirilmiş üsulla; koınpleks-mexanikləşdirilmiş üsulla; avtomatlaşdırılmış üsulla. Qeyri-mexanikləşdirilmiş üsulda hər bir əməliyyat əllə görülür və baha başa gəlir, vaxt itgisi qiymətcə çoxalır.



Mexanikləşdirilimiş yükləmə-boşaltma prosesində əsas əməüyyatlar maşın və ya qurğularla, köməkçi işlər isə əlb görülür.

Kompleks-mexanilkəşdirilmiş üsülda həm əsas, həm də köməkçi işlər əl əməyi olmadarr maşın və qurğularlayerinə yetirilir. İnsan əməyi ancaq maşmları idarə etməyə sərf olunur.

Avtomatalaşdırılmış üsulda isə həm yükləmə-boşaltma, həm də maşınların idarə olunması müəyyən proqram üzrə həyata keçirilir.

Avtonəqliyyatda yükləmə-boşaltma işlərinin təşkilinin müxtəlif formaları vardır. Bunlardan ən çox yayılanı yükü yola salan və yükü qəbul edən təşkilatların vasitələrindən istifadə etməkləişlərin görülməsinin həyata keçirilməsidir. Burada yükləmə-boşaltma postları və məntəqələrində işləyən maşın və işçilərin hamısı həmin təşkilatlar tərəfındən təhkim olunur. Bu ancaq o zaman səmərəlidir ki, yüklərin göndərilib qəbul olunması uzunmüddətli və daha böyük həcmli olsun. Əgər yük dövriyyəsi kiçik (5-7 ton) olarsa, onda yükləmə-boşaltma işləri az hallarda avtonəqliyyat müəssisəsi maşın və avadanlıqları ilə həyata keçirilir.

Belə formaları əsasən ticarət, kommunal təsərrüfatlarda, iri qabaritli, ağır çəkili yüklər, oksigen balonlan və s. daşınmasında iqtisadi effekt vera bilər. Bu halda yükqaldırıcı və yükləyici maşınlar bir növbə ərzində bir neçə məntəqədə yükləmə-boşaltma işlərini yerinə yetirilə bilir və daha məhsuldar işləyir.

Avtomobil daşımalarınırn yerinə yetirilməsi yükü yola salan və qəbul edən məntəqələrdə yükləmə-boşaltma məntəqələrinin işlərinin təşkilindən müəyyən qədər asılı olur. Bu məntəqələrlə avtonəqliyyat müəssisəsinin qarşılıqlı işi düzgün təşkil oiunarsa yük daşınmasının effektivliyi də artar. Deməli, avtomobillərin iş rejimi yükləmə-boşaltma məntəqəsinin iş rejimi ilə uyğunlaşdınlımalıdır.

Yükləmə-boşaltma məntəqələrinin iş rejimi dedikdə, məntəqənini işə başlama və işi qurtarma vaxtları da nəzərə alınmaqla, iş müddətinin davam etməsi başa düşülür. Avtomobillərin məhsuldarlığını artırmaq və yük daşınmasının maya dəyərini azaltmaq məqsədi ilə avtonəqliyyat müəssisəsi avtomobillərin 2 və hətta, 3 növbədə işlənməsini təşkil edir. Avtomobillərin belə işi ancaq 2 və 3 növbəli işləyən məntəqəbrin iş şəraitində mümkündür. Ona görə də avtomobillərin iş rejimi məntəqə ilə razılaşdırılır.



Yüklərin yerdəyişmə istiqamətindən asılı olaraq maşın və qurğular 4 qrupa bölünür: yüklərin horizontal yerdəyişməsi üçün maşın və ya qurğular(mexaniki lopatkalar); şaquli yerdəyişmə üçün (bunkerlər)

maili istiqamətdəyüklərin yerdəyişməsi üçün (taxıl yükləyici, çoxçalovlu yükləyicilər); kombinə olunmuş (şaquli və həmçinin üfüqi) istiqamətdə yerdəyişmə üçün (kranlar, elektrik yükləyiciləri). Stasionar və hərəkətli maşın və qurğular da məlumdur. Stasionara obyektdə hərəkət etmək üçün qurğusu olmayan maşınlar(bunkerlər) aiddir. Bunlar obyektdə həmişəlik və möhkəm özül üzərində qurulur. Hərəkətli maşınların hərəkət etdirilməsi üçün DYM-dən və ya elektrik mühərriklərindən istifadə olunur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin