Vəzifə: Kadr planlama və işə qəbul şöbəsinin müdiri



Yüklə 17,39 Kb.
tarix29.11.2018
ölçüsü17,39 Kb.

Vəzifə: Kadr planlama və işə qəbul şöbəsinin müdiri

Əsas öhdəliklər:

  • İşə qəbul prosesinin həyata keçirilməsi;

  • Şöbələrin idarəedilməsi prosesinin həyata keçirilməsi;

  • İşçilərin əmək fəaliyyətinin qiymətləndirilməsinin təşkili və tətbiqinə nəzarət;

  • İşçilərin şəxsi fayllarının yaradılması və idarə olunması, iş vaxtının uçotuna nəzarət, işə qəbul və isdən azad edilmə ilə əlaqədar sənədləşmələrin təşkili;

  • İnsan resursları üzrə siyasət və qaydalara əməl olunmasına nəzarət etmək;

  • Digər şirkətdaxili Siyasət və Qaydalarla əməkdasların təlimatlandırılmasını təşkil etmək, onların düzgün mənimsənilməsinə əmin olmaq ücün vaxtaşırı testlər kecirmək;

  • Şirkət üzrə vəzifə təlimatlarının davamlı olaraq təkmilləşdirilməsini təşkil etmək və ekspertizasını təmin etmək;

  • Struktur bölmələr üzrə test bankının formalaşdırılmasını təşkil etmək;

  • Şirkət daxili karyera planlamasının təşkil edilməsi məqsədi ilə aparıcı və rəhbər vəzifələrin ehtiyat kadr bankını təşkil etmək.

  • Dayanıqlı kadr təminatı ilə bağlı uğurlu namizədlərin ehtiyat kadr bankını təşkil etmək;

  • Vakansiyalara uyğun namizədlərin axtarışını və namizədlərin cəlb olunmasını təşkil etmək;

  • Vakant yerlər üçün dəvət edilən namizədlərlə müsahibələri təşkil etmək;

  • Namizədlərin dəyərləndirilməsi və seçilməsi prosesini həyata keçirmək;

  • Karyera tələblərini analiz edərək müvafiq təkliflər hazırlamaq;

  • Şirkətdə kadrların fəaliyyəti ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirmək;

  • Şirkətdə kadr axınının analizini aparmaq, obyektiv və subyektiv səbəblər haqqında təkliflər hazırlamaq;

  • Sınaq müddətində işçinin iş planının formasına nəzarət etmək;

  • İnsan Resursları Departamenti tərəfindən keçirilən müsahibə-dəyərləndirmədən müsbət rəylə çıxan namizədlərlə bölmə rəhbərlərinin görüşünü təşkil etmək;

  • Yekun müsahibədən müsbət rəy alan namizədlərin Şirkətin rəhbəri ilə görüşdürülməsini təmin etmək;

  • Şirkət rəhbərinin “işə qəbul” qərarından sonra namizədləri sənədləşdirmək üçün Kadrlar şöbəsinə təqdim etmək;

  • Şirkət üzrə kadrların professionallığının artırılması və bu prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak etmək və öz təkliflərini rəhbərliyə bildirmək;

  • İnsan Resursları Departamentinin iş fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təşkil olunan treninqlərdə iştirak etmək;

  • İnsan Resursları Departamenti direktorunun göstəriş və tapşırıqlarını yerinə yetirmək;

  • Gördüyü işlərlə bağlı rəhbərinə hesabat vermək.

  • Treninq ehtiyaclarının öyrənilmək və inkisaf planlarını hazırlamaq.

Tələblər

  • Ali təhsil;

  • Azərbaycan və rus dillərini bilən;

  • İR sistemində 1-3 il iş təcrübəsi;

  • kollektivdə işləməyi bacaran;

  • problem həll etmə və çətin vəziyyəti idarə etmə bacarığı;

  • təmkinlilik, etibarlılıq, özünə inam;

  • müəssisədə uyğunlaşmaya və işinə hakim olma;

  • səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı;

  • yaş həddi 25-35-adək;

  • liderlik xüsusiyyətlərinə sahib olmalı, inkişaf etmiş, kommunikativ bacarığı, məsuliyyətlilik, ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti olan;

  • MS Office və 1C proqramlarını bilən.

Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Kadr planlama və işə qəbul şöbəsinin müdiri " sözünü qeyd etməklə hr@matanata.com elektron poçtuna göndərsinlər.

Tərcümeyi-hallar 30.01.2014-cü il tarixədək qəbul ediləcəkdir.


  • Əmək haqqı razılaşma ilə müəyyən ediləcəkdir.

  • Nahar + servis Şirkət hesabına təmin edilir.

“Mətanət A” Şirkəti

Bakı-Sumqayıt şossesi 13,5 km

Azərbayan, Bakı AZ0123

Tel.:   (+994 12) 342 93 88

           (+994 50) 208 66 95



Faks:  (+994 12) 342 93 93

Yüklə 17,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə