P R E S S – R E L I Z
Baş Zəyzid Bələdiyyəsində bələdiyyə xidmətləri
mövzusunda dəyirmi masa keçirilmişdir
30 avqust 2007 Şəki, Azərbaycan
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Şəffaf bələdiyyə: vətəndaş iştirakı və demokratik cəmiyyət” adlı layihə çərçivəsində 29 avqust tarixində Baş Zəyzid Bələdiyyəsində növbəti dəyirmi masa keçirmişdir. Bələdiyyənin göstərdiyi xidmətlərin müzakirəsinə həsr olunmuş bu dəyirmi masada bələdiyyə ərazisində yaşayan vətəndaşlar iştirak etmişdir.
Tədbiri açan “Yaddaş” MGİB-nin koordinatoru Tofiq Məmmədov layihənin məqsədi, layihədə nəzərdə tutulan tədbirlər haqqında məlumat verərək dəyirmi masanın mövzusunu iştirakçıların diqqətinə çatdırdı.
Bələdiyyə sədri İsrail müəllim bələdiyyənin fəaliyyəti haqqında məlumat verdi. Bələdiyyənin göstərdiyi xidmətlər haqqında əhalinin daim məlumatlandırılması onların maraq dairəsində olduğunu və belə tədbirlərin müsbət nəticə vrəcəyinə ümid etdiyini bildirdi.
İştirakçılar bələdiyyə tərəfindən göstərilən xidmətlərin artırılması təklifi ilə çıxış etdilər. Dəyirmi masanın gedişində futbol meydançasının təmiri, içməli su probleminin həlli və digər məsələlər öz əksini tapmışdır.
Qaldırılan problemlərin həlli ilə bağlı layihə yazmaq və beynəlxalq donorlara müraciət etmək qərara alındı.
Qeyd edək ki, Layihə Counterpart İnternational tərəfindən, Vətəndaş cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir. Vətəndaş Cəmiyyəti Layihəsi Urban İnstitutu və Qeyri-Kommersiya Hüququ üzrə Baynəlxalq Mərkəzlə tərəfdaşlıq şəraitində Counterpart İnternational təşkilatı tərəfindən icra olunan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 5 il ərzində davam edəcək vətəndaş cəmiyyətinin inkişafı layihəsidir.
“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi
Şəki V.İbrahimov 4 AZ5500
Tel: +994 177 4 20 46 055 6237851, 055 6725348
E-mail: vuqarsheki@rambler.ru , memori@rambler.ru , ii_edelveys@rambler.ru,
Dostları ilə paylaş: |