Vika, uşaqlara zəng etməyəkmi? hər dəqiqə Vako Vikadan soruşurdu



Yüklə 24,6 Kb.
tarix10.01.2022
ölçüsü24,6 Kb.
#110474

Vika və Vako üç gün ərzində həqiqətən də bütün Vaşinqtonu gəzdilər. Vika mağazaları gəzib pal-paltar və suvenirlər də ala bildi. Vika və Vako öz səyahətlərindən çox razı idilər və emosiyalarını hamı ilə bölüşmək istəyirdilər.

- Vika, uşaqlara zəng etməyəkmi? – hər dəqiqə Vako Vikadan soruşurdu.

- Bir saat əvvəl danışmadıqmı, yenə də zəng edək?

- Hə, hə, mütləq zəng edək, Ağ Evlə əlaqədar maraqlı əhvalatları danışmamışıq, Tako və Toko üçün çox maraqlı olacaqdır, bunun üçün də zəng edək və onlara danışaq! – Vako dayanmır. O, öz körpələri üçün çox darıxmışdır.

- Yaxşı, zəng et, Ağ Evin uşaqları, qəribə heyvanları və ruhlar haqqında əhvalatları onlara danış…

- Hə, mütləq, zəng edirəm! – Vako uşaq kimi sevinir.

- Toko, necəsiniz? Atadır danışan, nə edirsiniz, Tako haradadır?

- Yaxşıyıq, ata, Tako da buradadır, ikinci dəstəyi götürəcək və o da danışacaqdır… Siz nə edirsiniz, Vaşinqtonda nələr baş verir? Tezmi gələcəksiniz?

- Hə, Toko, sabah artıq uçacağıq. Bizi hava limanında qarşılayın, təyyarə 12 saat uçur, birigün artıq Gürcüstanda olacağıq!

- Çox sevinirəm, artıq çox tezliklə görüşəcəyik. Yəqin bizim üçün yeni xəbərləriniz var, bizim də Tako ilə sərgüzəştlərimiz vardır!

- Ata, mən də xətdəyəm! – Tako da söhbətə qatılır.

- Hə, əzizim, sizin üçün çoxlu maraqlı xəbərlərim var, dünən də Ağ Evdə olduq. Ağ Ev haqqında çoxlu maraqlı və qəribə əhvalatlar eşitdik. Sizə dediyimiz kimi Ağ Evdə prezidentlərin ailələri yaşayırlar. Müxtəlif dövrlərdə Amerikanın müxtəlif prezidentlərinin övladları burada yaşayırdılar, onlar başqa-başqa maraqlı xasiyyət və ya davranışları ilə seçilirdilər. Belə ki Ağ Evdə çoxlu uşaqlar yaşamışdır.

Emi Karter Ağ Evdə yaşayırdı, onun atası Cimi president idi. Onun taxtadan düzəldilmiş oyuncaq evi var idi və həmin evdə oturub oynayırmış….

Çelsi Klintonun atası Bil də prezident idi. Çelsi atası ilə birlikdə tez-tez futbola baxırdı.

Con Kennedi kiçik də Ağ Evdə yaşayırdı, onun atası Coni də prezident idi. Kiçik Coni bacısı ilə futbolu izləməyi sevirdi.

Ted Linkoln da Ağ Evdə yaşayırdı, onun atası Abraham da prezident idi. Tedi tez-tez əsgər formasını geyinirdi.

İndi Ağ Evdə Saşa və Mariya Obamalar yaşayırlar. Onlar Barak Obamanın övladlarıdırlar. Onlar çox maraqlı oyunlar oynayır və Ağ Evdə onların çoxlu oyuncaqları var.

Bir sözlə, Ağ Evdə yaşayan uşaqlar bütün uşaqlar kimi əylənir və oynayırlar. Adi qaydada məktəbə gedir, müxtəlif idman növlərinə, məşğələlərə gedirlər. Heç başa düşməzsən ki onlar Amerika prezidentinin övladlarıdır…

- Necə də maraqlıdır! - Tako yenə də söhbətə qoşulur, - Ağ Ev haqqında daha nələr öyrəndiniz?

- Başqa onu öyrəndik ki, Ağ Evdə uşaqlardan başqa heyvanlar da yaşayırlar, həm də təkcə ev heyvanları yox. Ağ Evin heyvanları haqqında çoxlu maraqlı əhvalatları Ağ Evdə qonaq olduğumuzda oranın bələdçisi danışdı. Prezidentlərin bir çoxunun heyvanları var idi. Onların itləri, pişikləri, quşları və atları var idi. Amma maraqlı olanı odur ki, məsələn, president Vudro Vilsonun vaxtında Ağ Evdə qoyunlar da yaşayırlarmış və Ağ Evin həyətində “ot darayırdılar”.

Prezident Kelvin Kulijin yenotu da var idi və hər gün onu Ağ Evin həyətində gəzdirirdi.

Prezident Teodor Ruzveltin qızının evdə sevimli ilanı var idi və hər gün böyük məmuniyyətlə ona qulluq edirdi.

Ağ Evdə dələ də yaşayırdı. Prezident Teodor Ruzvelt ona icazə verirdi ki, üstündə o yan bu yana atılsın.

Təəccüblənəcəksiniz, amma sən demə Ağ Evdə ayılar da yaşayırdılar. Prezident Tomas Ceferson onları bağda gəzdirirlərmiş.

Prezident Con Adamsın vaxtında, Ağ Evdə timsah da var imiş. Onu vanna otağında saxlayırlarmış.

- Vay, necə də maraqlıdır, heç təsəvvürümə gətirə bilməzdim ki bu heyvanlar Amerika prezidentinin sarayında, Ağ Evdə yaşayırlarmış, - Toko söhbətə qoşuldu.

- Hə yaşayırdılar, hərçənd Amerika prezidentlərinin bir çoxunun elə bir heyvanları var imiş, hansıları Ağ Evdə saxlaya bilmirlərmiş və zooparka köçürmüşlər. Məsələn, prezidentlərə fillər, pələnglər, şir və hipopotam hədiyyə edilmişdir. Bu heyvanları Ağ Evdə saxlaya bilməzlərmiş, bunun üçün onlar zooparkda yaşamalı idilər, amma prezidentlər bilirdilər ki, onların hədiyyələri idi.

- Çox maraqlıdır.. Bəs anam nə edir? Bizlə danışmayacaqdır?



- Ananız hazırlaşır, qonaq gedirik, həmkarımın ailəsinə dəvət olunmuşuq. Qonaqlıqdan qayıtdıqdan sonra ananız sizə zəng edəcək və Ağ Evdə olan ruhlar haqqında maraqlı əhvalatlar danışacaqdır. Yaxşı, uşaqlar, indi getməliyəm, sağ olun, tezliklə zəng edəcəyik.

- Yaxşı, ata, hələlik, gəlişinizi səbirsizliklə gözləyirik, tez gəlin…
Yüklə 24,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin