Yer kürəsinin daxili quruluşu haqqında ümumi məlumat



Yüklə 34,88 Kb.
səhifə1/6
tarix10.01.2022
ölçüsü34,88 Kb.
#108271
  1   2   3   4   5   6

Mündəricat

Giriş................................................................................................3



  1. Yer kürəsinin daxili quruluşu haqqında ümumi məlumat..........5

  2. Nüvə və onun quruluşu, Mantiya və onun hissələri...................10

  3. Yer kürəsinin daxili quruluşunun öyrənilməsi............................12

  4. Yer qabığı və onun quruluşu......................................................13

Nəticə............................................................................................18

Giriş

Yer kürəsi lap qədim amanlardan insanların maraq dairəsini əhatə etmiş və onu tədqiq etmək istəmişlər. Həmçinin də Atmosferi, Hidrosferi, Müxəlif coğrafi obyektləri eləcə də Yer kürəsinin daxili quruluşunu tədqiq emək insanların əsas maraq dairələri olmuşdur. Kurs işini yazacağım mövzu haqında ilkin məlumatlar çox primitivdir və inanmıramki bu məlumatları hər hansı bir insan bilməsin. Yer kürəsinin daxili quruluşu haqqında məlumat almaq üçün ilk öncə Yer qabığı haqqında təsəvvürümüz olmalıdı.

Yer qabığı - Yerin bərk cisminin səth təbəqələri kompleksidir. "Qabıq" ifadəsi XIX əsrdən qalmışdır. O zaman Pyer Simon Laplasın kosmoqonik və Eduard Züssün geoloji fərziyyələrinə əsasən belə hesab olunurdu ki,Yer qızmar maddədən əmələ gəlmişdir. O, soyuyan zaman səthində bərk qabıq yaranmışdır.Materiklərin və okeanların altında yerləşən Yer qabığı həm quruluşuna, həm də qalınlığına görə fərqlənirlər: Ona görə də materik və okean tipli Yer qabığını fərqləndirmək qəbul olunmuşdur.Müasir elm hesab edir ki, Yer qabığı mantiyadan ayrılmışdır. Eyni zamanda mantiyanın differensasiyası prosesində su ayrılmışdır, müasir vulkan lavalarında olduğu kimi bazalt maqmasının həcminin 7-8 %- ni təşkil etmişdir.

Yerdə ilk mərhələdə soyuyan planetin səthində nazik bazalt qabığı əmələ gəlmişdir. Onu ay qabığı adlandırırdılar. Bazalt qabığın səthində temperatur 100° C- dən yüksək idi. Su ancaq buxar halında havada vardı, eroziya da yox idi. Fiziki aşınma intensiv gedirdi.İlk materik qabığının yeri məlum deyildi. Yerin bir tərəfində ağır metallar enmiş və Böyük okean meydana gəlmişdir, əks tərəfdə isə silikat suxurlar qalxmış və materiki əmələ gətirmişdir. Bazalt qabıq artıq geoloji dövürdə materik qabığına və okean qabığına differensiasiya olunmağa başlamışdır. Yerin səthi soyuyaraq temperatur 100°C-dən aşağı düşdükdən və su maye fazaya keçdikdən sonra planetin geoloji tarixi başlanmışdır. Su fiziki və kimyəvi aşınmaları gücləndirmiş, qırıntı məhsullarının aparılmasını xeyli intensivləşdirmişdir. Əvvəlki vulkanik proseslərlə yaranmış çökəkliklərdə çökmə süxurlar toplanmışdır. Şökmə süxur qabığı qalınlaşdıqca bazalt qabığı aşağıya basılmış və çökmə qat yüksək temperatur hakim olan dərinliyə çatmışdır. Yüksək temperatur və təziq şəraitində yumşaq maddələr metamorfizləşib, massiv kristallik kütləyə, əsasən qranit və qranit-qneys tipli kütləyə çevrilmişdir.

Qranitlərin mənşəyi məsələsi mübahisəlidir: bəziləri onları intruziv suxur,başqaları isə metamorfik suxur hesab edirlər. Qranit qat materiklərdə mövcuddur. Okeanların dibində qranit yoxdur (və ya müəyyən olunmamışdır). Bu, onun əmələgəlməsində ekzogen, deməli, həm də biogen proseslərin iştirak etməsinə sübutdur.



Yüklə 34,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə