Yer kürəsinin daxili quruluşu haqqında ümumi məlumat


Yer qabığı və onun quruluşu



Yüklə 34,88 Kb.
səhifə5/6
tarix10.01.2022
ölçüsü34,88 Kb.
#108271
1   2   3   4   5   6
4.Yer qabığı və onun quruluşu

Relyefin planetar formalarına Yer səthinin ən böyük əyriliklərini və geomorfoloji səviyyələrini əmələ gətirən materiklər və okean çökəklikləri daxildir. Bu iki əsas planetar relyef formalarının yaranması və mövcudluğu yer qabığının quruluşundan asılıdır, onun yaranması və inkişafı ilə bağlıdır.

Materiklər və okean çökəklikləri bir-birindən yer qabığının qalınlığına, quruluşuna və tərkibinə görə də kəskin fərqlənirlər.Yer qabığı iki əsas tipə ayrılır: 1. Materik tipli yer qabığı. 2 Okean tipli yer qabığı. Materik yer qabığı üç təbəqədən ibarətdir. Yuxarı, yaxud üst təbəqə çökmə süxur qatlarını əhatə edir. Bu təbəqənin qalınlığı müxtəlif olur. Platformalardakı kristallik əsasən çıxışlarında ( qalxanlarda – anteklizlərdə) bu təbəqə ya heç rast gəlmir, yaxud cəmi bir neçə yüz metr qalınlıqda olur. Platforma çökəkliklərində ( sipeklizlərdə) isə çökmə süxur qatlarının qalınlığı 3-5 km-dən 10-15 km qədər artır. Xəzəryanı sipeklizdə ( Şimalı Xəzəryanı ovalıqda) isə 20 km-ə çatır.

Orogen qurşaqlarda da çökmə süxur qatı xeyli böyük qalınlığa malikdir ( 10-15 bəzən isə 20 km-ə çatır ). Bu təbəqəni təşkil edən süxur qatlarının mənşəyi və tərkibi müxtəlifdir. Bu təbəqədə dəniz və kontinental mənşəli ( terrigen, orqanogen və s. ) süxur qatları, metamorfik və maqmatik süxurlar geniş yayılmışdır. Bu təbəqə altında qranit təbəqə yerləşir. Tərkibinə görə qranitəı çox yaxın olan, əsasən turş süxurlardan ibarətdir. Qranit təbəqənin qalınlığı platforma düzənlikləri altında 10 km, dağlıq sahələrdə isə 20-30 km-ə qədər artır, ən uca dağ silsilələri zonasında isə 50 km-ə çatır.

Qranit təbəqə altında bazalt təbəqəsi yerləşir. Bu təbəqənin tərkibi materiklərdə hələ də məlum deyil. Dağlıq ölkələr daxilində bazalt qatın qalınlığı 15 km-ə qədər, materik düzənlikləri sahəsində isə 25-30 km-ə qədərdir.

Materik tipli qabığın ümumi qalınlığı çoxdur 35-90 km arasında dəyişir. Adətən platformalarda yer qabığının orta qalınlığı 30-40 km çatır.

Okean tipli yer qabığı həm tərkibinə, həm də qalınlığına gğrə kəskin fərqlənir. Okeanlarda Yer qabığı əsasən iki təbəqədən ibarətdir. Birinci yumşaq çöküntülərdən təşkil olmuş üst təbəqədir ki, bütün qalınlığı bir neçə yüz metrlə bir neçə km arasında dəyişir. İkinci- bazalt təbəqəsidir, qalınlığı 4-7 km-ə çatır. Bu iki təbəqə arasında o qədər də qalın olmayan keçid təbəqə yerləşir. Belə güman edirlər ki, bu təbəqə xeyli kipləşmiş ( bərkimiş ) çökmə süxurlardan ibarətdir.

Okeanlarda yer qabığının qalınlığı, materiklərdə olduğundan xeyli azdır, geniş sahələrdə 5-10 km-ə, böyük okean çökəkliklərində cəmi 5-6 km-ə, okean dibi yaylalarda və Orta okean silsilələri qurşaqlarında 8-10 km-ə çatır.

Materik və okean tipli Yer qabığından əlavə keçid qurşaq, yaxud müasir geosinklinalların Yer qabığı xüsusi bir tip kimi ayrılır. Bu Sakit okeanda Asiya materiki arasında və həmin okeanın qərb və cənub-qərbində enli bir qurşaq əmələ gətirir. Materiklərin quru sahəsi 148,0 mln kv.km, sualtı kənarı və keçid zonalarının materik tipli yer qabığı sahələri ilə birlikdə isə 230 mln. kv.km.

Materiklərin geoloji və tektonik quruluşu, geoloji inkişaf tarixi mürəkkəbdir. Burada arxey və proterozoyda yaranmış, əsasən qədim ( yaşı əksər halda milyard ildən artıq) platforma özəkləri, paleozoy qırışıqları əsasında inkişaf etmiş cavan platformalar, mezozoy və kaynozoy qırışıqları nəticəsində əmələ gəlmiş qırışıqlıq zonaları əsas struktur – morfoloji vahidlərdir.

Materiklər geoloji quruluşu, tektonik fəallığı və geomorfoloji xüsusiyyətlərinə görə platformalara və geosinklinal – orogen sahələrə bölünür. Platformalar qədim geoloji dövrlərdə fəal tektonik həyat keçirmiş və sonrakı geoloji dövrlərdə fəal tektonik həyat keçirmiş və sonrakı geoloji dövrlərdə zəif rəqsi hərəkətlərə məruz qaldığına görə onun sahəsi düzənliklərdən və yüksəkliklərdən ibarət olmuşdur.

Platformalar materiklərin tektonik cəhətdən daha sakit ( stabil) hissələridir. Geoloji inkişafına və yaşına görə platformalar iki yerə - qədim və cavan platformalara ayrılır. Qədim platformalar arxey və proterozoy geosinklinalları yerində yaranmış və əsasən kristallik, metamorfik süxurlardan təşkil olan platformalardır. Bunlara Şərqi Avropa, Sibir, Çin, Şimalı Amerika, Afrika, Ərəbistan və s. platformaları aid edirlər.

Cavan platformalar paleozoy qırışıqlıq zonalarında, palnozoyun axırı və mezozoyda əmələ gəlmişdir. Bunların əksəriyyəti qədim platformaların ətraflarında yaranmışdır. Avropada və Asiyada kaledon və hersin qırışıqlığı üzərində yaranan Skif, Turan, Qərbi Sibir və s. cavan platformaları buna misal göstərmək olar.

İstər qədim, istərsə də cavan platformalar sahəsində relyefin ən geniş yayılmış elementləri düzənliklərdir. Bununla yanaşı tektonik fəallaşma zonalarında arasıra dağlıq relyef də yaranmışdır. Platforma düzənlikləri mənşəyinə görə morfogenetik növlərə ayırırlar:1. Akkumulyativ düzənliklər, bunlar əsasən platformaların ( istər qədim və istərsə cavan platformaların ) əyilmə sahələrində - geniş sineklizlərdə yerləşir. Akkumulyativ düzənliklərin, səthi yumşaq, cavan = neogen – dördüncü dövr yaşlı çöküntülərdən təşkil olmuşdur. Akkumulyativ çöküntülərin yaranması geoloji vaxt etibarı ilə çox müxtəlifdir. Məs. Amazonka düzənliyi hələ proterozoyda başlayaraq Amozon sineklizinin əyilməsi ilə əlaqədar yaranması başlamış və o vaxtdan etibarən həmin sahədə dəniz və kontinental çöküntü qatlarının toplanması nəticəsində əmələ gəlmişdir.

Platformaların akkumulyativ düzənlikləri səthundə ən geniş yayılan çöküntülər dördüncü dövrün allüvial çöküntüləri, dəniz kənarı sahələrdə isə dəniz və allüviaı çöküntülərdir.

Ümumi morfoloji xüsusiyyətlərinə görə akkumulyativ düzənliklər batıq planda formalarına görə uzunsov ( Amozon, Almaniya, Polşa və s.) ya dairəvi (Xəzəryanı ovalıq, Konqo çökəkliyi və s.) olur. Səthin morfologiyasına görə isə hamar, dalğalı, dalğalı-təpəli düzənliklərə ayrılır.

Akkumulyativ düzənliklərin müxtəlif hissələri, onların səthini təşkil edən cavan çökmə süxur qatlarının mənşəyinə uyğun olaraq allüvial, dəniz, qlyasial (buzlaq ), flüvio-qlyasional eol və s. növlərə bölünür.

2.Denudasion düzənliklər platformalarda relyefin geniş yayılmış elementlərindən biridir. Akkumulyativ düzənliklərdən fərqli olaraq, denudasion düzənliklər platformaların tektonik qalxma təmayülü üstün olan sahələrində, bir çox geoloji dövrlər ərzində denudasiya proseslərinin üstün olduğu şəraitdə yaranır. Buna görə də denudasion düzənliklərdə yumşaq akkumulyativ çöküntülər yayılmışdır.

3. Abrazion və abrazion-akkumulyativ düzənliklər əsasən platformaların kənarlarında, okean və dəniz sahili zonalarda yerləşir. Abrazion düzənliklərin əmələ gəlməsində okean və dənizlərin abraziya və abraziya-akkumulyasiya işi əsas amildir. Abrazion düzənliklərin səthi əsasən hamar olur.

4. Struktur düzənliklər və yaylalar platformaların üfüqi, yaxud səthi az maili olan monoklinal yatımlı çökmə süxur qatlarından təşkil olmuş vilayətlər üçün səciyyəvidir. Belə düzənliklər xüsusilə Afrikada geniş yayılmışdır.

Çox yerdə struktur düzənlik səthindən bir neçə km dərinlikdə laylar çox qüvvətli qırışmış olur. Struktur düzənliklər, onları təşkil edən layların normal yatım şəraitindən və nə dərəcədə dəyişməsindən asılı olaraq “ ideal düzənliklərə”, maili, əyilmiş, yaxud batıq və qabarıq səthli düzənliklərə bölünür.

Yaylalar ( platolar) platformaların tektonik hərəkətlər nəticəsində dəniz səviyyəsindən müxtəlif yüksəkliyə qalxmış hissələrdir. Platformaların kristallik əsası üzərində yaranmış qədim peneplenlər tektonik qırılmalar üzrə yüksəyə qalxdıqda, səthi hamar, yaxud dalğalı-təpəli yayla yaranır. Bu növ yaylalar Şərqi Afrikada, Konqo çökəkliyi ətrafında, Avstraliyada və s. geniş yayılmışdır.

Dağlıq yaylalar. Platformalarda şaquli qalxma zəif olsa da, uzun geoloji dövrlər boyu arası kəsilmədən davam etdikdə, dəniz səviyyəsindən müxtəlif hündürlüyə qalxmış yaylalar əmələ gətirir. Bəzi yaylalar kümbəzvari qalxmalar nəticəsində yaranır və dairəvi formada olur. Platformanın ilkin, yəni alçaq vəziyyətdə olan relyefi öz əsas xüsusiyyətlərini itirmədən, dəniz səviyyəsindən 500-1000 m və daha artıq yüksəkliyə qalxır. Platforma qalxdıqca, onun səthi ilə axan çaylar öz yataqlarını dərinləşdirərək kanyonvarı və astanalı dərələr əmələ gətirir.Erozion kəsilmə daha şiddətli getdikdə platformanın ilkin düzənlik relyefi parçalanır, onun yerində dağlıq yayla yaranır.

Yüksəkliklər. Platformalarda yüksəkliklər ətraf sahələrindən 200-300 m, tək-tək hallarda isə 500 m və daha çox hündürlükdə yerləşir. Yüksəkliklər sahəcə böyük olaraq antiklizlərə uyğun gəlir. Antiklizlərdə tektonik qatlarla parçalanmış kristallik süxurlar üzə çıxır.

Çökəklər. Platformaların səthində yüksəklik amplitudu kiçik, sahəsi çox böyük olan çökəklər ( sineklizlər) geniş yayılmışdır. Sineklizlər relyefdə geniş batıq düzənliklər təşkil edərək, struktur çökəklər əmələ gətirir. Platformaların tektonik relyef formaları olan antekliz yüksəkliklər və sinekliz çökəklər tez-tez növbələşərək, bəzi materiklərin relyefin başlıca geomorfoloji xüsusiyyətlərini təşkil edir. Buna bütövlükdə Afrikanı misal göstərmək olar. Afrikada relyefin əsas xüsusiyyətini böyük sahə tutan platforma yüksəkliklərinin və çökəkliklərinin növbələşməsi təşkil edir.

Dağlar. Qədim platformalarda düzənlik və yaylarla yanaşı dağlıq sahələrdə də rast gəlmək olar.

Lakin orogen sahələrdən fərqli olaraq qədim platformaların dağları o qədər də yüksək deyil Bunların hündürlüyü əksərən 1500-2000 m-ə qədər, nadir hallarda isə 2000 m-dən artıq olur. Qədim platformalarda dağlar əsasən daha yüksəyə qalxmış kümbəzvari strukturlarının ( anteklizlərin) erozion parçalanması, yaxud rift tektonik qırılmalar zonalarda qırılmalar üzrə kristallik qalxanların ayrı-ayrı qaymalarının xətti qalxması nəticəsində yaranır. Bu yolla əmələ gələn dağlara: Skandinaviya dağlarını, Labrador yaylasını, Qərbi Avstraliyada Makdonell və Masqeyrv dağlarını, Cənubi Avstraliyada Flinders dağlarını və s. misal göstərmək olar.

Nəticə


Yüklə 34,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin