Gün geçdikcə, İranda yeşillər hərəkatı adlandırılan olayların mahiyəti qınından çıxaraq açıqlığa qovuşmaqdadır. Azərbaycan milli hərəkatının bir çox fəallarına, ilk günlərdən bəri olayları düzgün tərəzidə ölçülmüşdü. Onun üçündə, başlangıcdan bəri bizim hərəkatımızın bu hadisələrə qoşulmasının ziyanlı olduğunu vurqulayaraq, millətimizi uzaq durmağa çağırdılar. Ayıq millətimiz tarixdən ibrət dərsi aldığını göstərərək, körükləmələrə baxmıyaraq qoşulmamağı tərcih etdi. Ancaq bəzi soydaşlarımız ilk günlər duygusallaşaraq, milli hərəkatımızın yeşillərin yanında olma gərəkliliyini təbliq etsə də, xoşbaxtlıqdan yavaş- yavaş gərçəkləri anlıyaraq, baxış zaviyələrində deyişikliklər etdilər. Bu olaylarla bağlı olaraq bizim siyasi davranışımız haqqında yazılan yazılar və təhlillər milli hərəkatımıza çox şey qazandırdi. Illər boyu, milli hərəkatımızın ancaq milli mənafe uğrunda uğraşmasını müdafiə edərək “bizim düşmanımız irqçı farsçılıqdır” teorisi ilə hərkatımızın rejim deyişikliyinə sürütlənməməsini müdafiə edənlərin haqlı olduğu aşikar oldu.
Bu barədə haqlı olaraq bir sual ortaya çıxmaqdadır. Madam ki, bu formada rejim deyişməklə biz öz milli haqlarımızı qazanamıyacayıq, onda nə etməliyik. Bu sualın cavabı uzun olduğuna görə onu gələn yazıma buraxıb, indi yeşillərin mahiyətini, özəlliklə Türkiyə və Azərbaycan respublikasındakı soydaşlarımız üçün açıqlamaq niyətindəyəm. Ancaq bu baxış açısını sovunan dostların bu mübahisəyə qoşulması, milli hərəkatımızıa teorik və nəzəriyə baxımından yardımçı olacağı da inkar edilməzdir.
Yeşillərin mahiyətini idrak üçün öncə onun iştirakçılarını tanımqada fayda var. Daxildəki iştirakçılar və müdafiə edənlərlə xaricdəkilər arasında böyük ayrımlıqlar olmaqla birlikdə, xaricdəkiləri ancaq himayətçi sifəti ilə dəyərləndirsək, xəta etməmiş oluruk. Bu ikisini bir birindən ayırmadan aşağıdakı şəkildə sıralamq mümkündür. Bununla belə bu dəyərləndirmədə kəmiyət baxımından ölçək, sıraya görə ağırlıq daşımaqdadır. Bunuda artırmaq lazimdir ki, ilk günlərdə qoşulanlarla, sonradan ayılanlar vəya fürsətdən istifadə etmək istəyənlərin arasında böyük düşüncə fərqi olmuşdur.
Ümumi narazılıq :
Fikrimcə, İran islam inqilabi, dünyada bugünə qədər baş verən deyişiklik və inqilabların içində misli görülməmiş bir hadisə idi. Mahiyət, möhtəva, taktik və sürəc baxımından tayı görünmədiyi kimi arzular baxımından da başlangıcda heç bir ideolojiyə söykənməmişdi. O boyda şah diktarorluğunu sadə küçə təzahüratları ilə, təqribən qansız çevirmək gərçəkdən də dünya millətləri qarşısında yeni çalarlar və metodlar ortaya qoymuşdur. Xalqın %99-nun səs verdiyi bir nizamda, əlbətdəki bütün fikirlərin istək və arzuları yerləşdirilmişdi. Bu yazıda, bu arzuların yerinə
1
yetirilməməsinin səbəblərini araşdırmadan, geçən 30 il müddətində xalqöz hədəflərinə çatmıyaraq, bir çox sahədə də geriləmənin şahidi olmuşdur. Bu narazılıq, istər seçim mərhələsində istərsə də ondan sonrakı hadisərdə böyük rol oynamışdır. Onun üçün, bəhanəsindən asılı olmuyaraq bu narazi kütlənin yeşillər hərəkatında birinci yerdə durması inkar edilməzdir. Aydındır, bu axının qarşısını kəsən yaramaz kötüklərin qazılması ilk hədəf sayılmaqdadır.
Yuxarıdakı qeyidlərimə bir fikrimi artırmaq istərdim, bu inqlabdan törənən sistem demokratik bir model oluşdursaydı, bütün dərdləri dərman qabiliyətində olaraq, dünya millətlərinə bir dəyərli ülgü ola bilərdi.
Hakimiyət daxili çəkişmələr :
Bu ixtilafları üçə ayırmaq olar,
İslahat əbası altındakı zidiyətlər! Rejimin daxilində bəzi islahatlar apararaq, bir yandan onun nəcatını, ötə yandan da ölkənin çöküşünü önləmək üçün qollarını çırmalıyanları bu qrupa daxil etmək olar. Ara sıra “milli məzhəbi” ünvanı ilə də ortaya çıxan bu qrup geçmişdə hakimiyətin böyük iştirakçıları olan, Musəvi və Xatəmi simasında təzahür etsə də, çöküşdən sonra hesab verməli olacaqlarını göz önündə bulunduraraq, yumuşaqlığı tərcih etmişdir. Həmin məsələ yeşillərin rəhbərsiz bir ayaqlanma olmasına zəmin yaratmış. Bütün təbliqatlara baxmıyaraq, bu başı pozuqluğun müsbət nəticə vermiyəcəyi aydınlaşmışdır.
Şəxsi zidiyətlər və məqam düşgünlüyü! Yuxarıdakı qrupun içində yerləşən, ancaq daha ziyadə öz şəxsi probləmlərini hakimiyətdəkilərlə bir təhər həll edərək, ölkə idarəsini ələ geçirmək istəyənlər az deyildi. Bu bölümün başında Rəfsəncani dursa da isalahatçı adı altında illər öncə meydana girənlərin böyük bir paydasını ihtiva etməkdədir. tarixlərindən gələn bir adət üzərə bu avaturistlər, rahatlıqla başarı sağlıyamadıqları halda, peşmanlıq vərəqələrini imzalıyaraq, həmfikirlərini lova verərək, Tv müsahbələrində iştirak edərək azadlığa çıxarlar, yeşillərdə də belə oldu. Bu alçaqlıqla raslaşan farsçı qrupların “ Azərbaycan Milli Hərəkatının” yeşillərə qoşulması üçün bütün hilələrə baş vurmasını anlamaq mümkündür. Türk əsilli Nida xanım Ağasultanın ölümündən belə suistifadəyə qalxışanlar gözəlcə başa düşürdülərki, bizim, Əmanilərimiz, Leysanlılarımız, Yekanlılarımız, Mətinpurlarımız, Heydərilərimiz, Əlirzalarımız və yüzlərcə bəlkə minlərcə gənclərimiz bütün basqıların altında
2
əzilmədən üzü aq çıxdılar. Ancaq başa düşmürlər ki, bu insanların gücü, millət sevgisindən, Azərbaycan eşqindən, ədalət təfəkküründən və ən əsası türk millətinin arxa durmasından qaynaqlanmışdır.
Ilımlı rejim deyişmi məsələsi! Iranın və islamın gələcəyini həddindən artıq qaranlıq görən, kiçik reformlarla ölkədə yaşayan xalqlarınistəklərinin təminin imkansız olduğunu və bu gedişatla qanlı gələcəyi düzgün baxışla görənlər bu qrupa daxildir. Nisbi olaraq, Kərrubinin İmam Xumeyni xəttinə söykənməsi, millətlərin haqları barədə daha radikal tutum sərgiləməsi bunun bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Nifrət duyguları :
Iki qrupun mallalara və bəzəndə islam dininə şiddətli nifrətləri vardır. Birincisi, islam inqilabından sonra, müxtəlif səbəblər, özəlliklə ideolojik baxışlarına, vəhşicəsinə edam olnaların fikridaşları və ailələri. Ikincisi isə, uydurma fars tarixinə kökdən bağlı olub, Qadisiyə savaşını Ərəblərin Fars şahlığına qarşı bir yürüş hesab edərək, Şiubiyə və Firdovsidən bəri nifrət dağarcıqlarını dolduran rasistlər.
Fars şovinist təfəkkürü:
Geçən yüz ildə şiddətli ırqçı təbliqat nəticəsində dəlicəsinə rasist tefəkkür daşıyan, özlərini arya ırqına mənsub bilərək onu bütün insanlıqdan üstün görən farsçıların sayı az deyil. Bu irticai fikir daşıyıçıları, Tehranda verdikləri “aryaçılıq” şuarları ilə özlərini göstərərk, malla hakimiyətindən qurtulmağın yolunun Nazism körpüsündən geçəcəyini ortaya qoydular. Şübhə yoxdur ki, Musəvinin Kürdüstandaki aryaçılıq mahiyətindəki çıxışları, xanımının şiddətli nasyonalist olması ilə birlikdə, xatəminin də bu yöndəki davranışları bu kütləyə özünü göstərmək imkani yaratdı.
Farsçı demokratlar :
Özlərini demokrat adlandıran bu fikir sahiblərinin çoğunluqçu modern demokrasi təfəkküründən xəbərsiz olduqlarını demək mümkün deyil. Çünki, xaricdə bu fikirin nümayəndəliyini üstlənmiş Nurizadə, Məxməlbaf, Saziqarıyan və Əkbər gənci kimi insanların modern ictimai-siyasi teorilərlə tanış olamdığını söyləmək doğru sayılmaz. Bu insanların çıxışlarının yanına, Əkbər Gəncinin 10 il öncə zindanda olarkən yazdığı 30 səhifəlik “cumhuriyət manifestini” qoyarsan, ölçü dəyərini düzgün tapmaq mümkündür. O zaman, o manifesti analiz edərkən, çoxlarının düşüncəsində, onu Amerika və Avrupali sosiolog və palotogların yazıb ona təslim etdiyi söyləntisi yer alırdı. Onun islamsız demokratik
3
cumhuriyət tərifindəki demokrasi məfhumunda, azlıqda qalan bütün fikir, qrup, parti və başqalarının sayına görə haq sahibi olması vacibliyini söyləməsi bugünkü durumu ilə müqayisə edilməlidir. Başqa deyimlə, o sözlərin bir aldatmaca olması, ırqçı təfəkkürdə demokrasının yeri olmadığı, bu insanların söyləmində gizlənməkdədir. Bunlar ayaq üzəngiyə qoyan kimi ədalətə arxa çevirdikləri kimi yanları yəhərə qovuşduqda, bizləri qamçılamada yarış qoyacaqlar. Məsələyə bu çərçivədən yanaşanda, fars mərkəzli irançıların demokrasi təfəkkürü ilə Türk mərkəzli Azərbaycançıların demokrasi təfəkküründəki fasilə ortaya çıxmaqdadır. Şübhə yoxdur ki, demokrasi bir sürəcdir və hər toplum öz bilgi və ilgilərinə görə o dayrənin içinə girəbilər. Ancaq bu teorisyənlərin söz və əməldəki fərqlilikləri, əsasən bunların demokrat olmalarını sual altına aparmaqdadır.
Xaricdə bu qrupa yaxın çalışan, ancaq federal düşüncənidə arxalarında çəkmək istəyən cumhuriyəyçilərin federal təfəkküründəki aldatmaca da bənzəri hikayətdir. Bunu, onların federal tərifindən anlamaq çətin deyildir.
Gənçlik :
Modern dünya, modern teknoloji və ilətişim vasitələri, dünyanı öyləsinə kiçitmiş ki, baş verən mənfi vəya müsbət deyişikliklər, yaşayış tərzi və həyatın gözəlliklərindən istifadə metodları artıq bir ölkədə sıxışıb qalmır. Şübhə yoxdur ki, iranda yaşayan gənclərdə, dünya çapındakı tay-tuşlarının xoşbaxt həyatlarını görür və ona özləm göstərir. Bu gənclər haqlı olaraq yaşamaq üçün yaşam davasında iştirak edərək modern bir həyata qovuşmaq arzusundadır. Bunun yanında cəmiyətin oxumuş qatları, tələbə və yaradıcı bölməsi, eyni halda siyasi fikir meydanında söz sahibi olmaq niyətindədir. Geçən həftə Əhmədinəjadın müavini”Mehdi bəy Kəlhörün” qızı Nərgis xanım Almanyaya filim sergisinə gəldiyində o ölkədən sığınma tələbində bulunması bu görüşə daha da aydınlıq gətirir. Onun çeşitli TV- lərlə müsahbələrini görənlər macəranı daha dərindən hiss etmə imkanında olacaqlar.
Bütün bunlarla birlikdə, yeşillər hərəkatının rəhbərləri sayılanların, tutumu, açıqlamaları və siyasi donları bu gəncləri modern demokrasi istəkləri yerinə təhrif olunmuş bir daşqınlıq içərisində çaşqınlığa sürütləməkədir.
Qadınlar :
Ttanrının qadınlara bəxş etdiyi, həyatın dəvamı üçün boyluluq qabiliyəti idrak edilərək, modern dünyada qadın haqlarının bütün boyutları ilə
4
qorunması toplumların birinci məsələsinə çevrilmişdir. Iş o yerə çatmışdır ki, bəzi Avrupa ölkələrində artıq qadınlar hakim sayılır. Bu durumda yuxarıdakı bəndə işarə etdiyim məntiqi sürəc öz təsirini göstərmişdir. İran daxilində, hər nə qədər, Avrupa toplumlarındakı çatışmamazlıqlar təbliq edilsə də qadınların öz haq və hüquqlarını təmin üçün ayaqlanması inkar edilməzdir. Bunu siaysilərin hanki səmtə yönləndirəcəkləri özü-özlüyündə böyük mübahisə doğurmaqdadır.
Yuxarıda qısaca təhlilinə çalışdığım yeşillərin möhtəvasının mahiyətindəki rolu kimsəyə sır deyil. Ancaq, bu qrupların böyük əksəriyətinin farsçı, rasist və ırqçı olduğuna görə bu hərəkətdən demokrasi gözləmək doğru deyildir. İstər daxildəkilər, istərsə də xaricdəkilər açıqca göstərmişlərdir ki, demokrasi onlar üçün ancaq bir şuardır və bu pərdə altında gizlənən hədəf qorxunc bir ırqçılığa gətirib çıxara bilər. Bəziləri bu təhlili tək tərəfli görəbilər, qeyri səmimi olanlarının müxalifətinin səbəbləri aydın olsa da, səmimi dostlarımızın daha dərindən düşünmələri arzu ediləndir. Bəzi azərbaycanlılar kimi məndə inanmaq istərdim ki, bu hərəkat, o ölkədə həqiqi bir demokrası yaratsın və onun nəticəsində bütün insanlar, rəngindən, dilindən, dinindən və milləyətindən asılı olmuyarq öz insani və milli haqlarını birləşmiş millətlər təşkilatının insan haqları bəyannamələri əsasdında qazansınlar. Milli hərəkatımızın, özəlliklə daxildəki düşünürləri məhz bu yolun doğruluğunu anladıqları üçün, hətta islam cumhuriyəti ilədə təamül prənsiplərini sovunmuşlardı. Ancaq Əhmədi Nəjad fenomeni bu düşüncələrə böyük zərbə vuraraq, yeni modellərin istihsali qaçınılmaz olmuşdur. Aydındır ki, ölkədə həqiqi demokrasi qapısı açılırsa, bütün probləmlərin həllini qansız qadasız həll edən, düyünləri açan formuldur. İstər yeşillər hərəkati, istərsə də ondan daha böyük potansiyəle malik olan islam inqilabi, təəssüflə bu modeli ortaya çıxaramadığına görə bu sual ortaya çıxa bilər “ Onda biz nə etməliyik”? İslam cumhuriyətinin bugünə qədər apardığı yanlış, xətalı, ögeylik və asdı kəsdi siyasəti islah ola bilərmi? Özəlliklə bugünkü İran cəmiyətinin durumu “kül altındakı közə” bənzədiyinə görə “Azərbaycan Milli Hərəkatının” fəaliyət dayrəsində “Azərbaycan Mərkəzli Düşüncə Sistəminə” yerləşən fikir sahiblərinin bol nəzəriyə ürətmələri vacib sayılmaqdadır.
Yuxarıda da söz verdiyim kimi, bu barədə fikirlərimi gələn yazımda milli hərəkatımızın huzurlarına təqdim edəcəyəm.