“ ” 20 IL Fənn proqramı (sillabusu) Kafedra



Yüklə 42,99 Kb.
tarix16.11.2018
ölçüsü42,99 Kb.
#82625

AZƏRBAYCAN RESPUBLİKASITƏHSİLNAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Təsdiq edirəm:

Kafedra müdiri_____________

( )

“___”____________20___ il


Fənn proqramı (sillabusu)

Kafedra Dizayn

Fənnin adı Qrafik dizayn

1. Fənn haqqında məlumat:

Kodu ____________

Tədris ili 2014-2015 semestr 6

Fakültə Memarlıq

Qrup  162r

Tədris yükü: seminar (məşğələ) 45 saat,

laboratoriya - saat. Cəmi 45saat.

Kredit: 5

Auditoriya: № 1206 I k

Saat: 1340 1510



2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi assent. Əsəgərəlizadə Gülnarə Sabir

Kafedranın ünvanı: Baku, AZ 1073, A.Sultanova küç.5, III korpus, IV mərtəbə, 402 otaq

Məsləhət saatları: _______________________

E-mail ünvanı:

İş telefonu: 5391045(173)

3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Firma üslubu. Bəkirova T.Ş., Abdullayeva N.C. Bakı, 2004.

2. Dizaynın əsasları. Hacıyeva Y.Ə., Həsənov R.M., Bakı, 2005

3. Ольга Голубева, «Основы композиции».Moskva 2001.

4.Дэвид Эйри «Логотип и фирменный стиль. Руководство дизайнера».Neü Riders.2011

5. Хембри Райн “Графический дизайн”.Ast, 2008.



4. Fənnin təsviri və məqsədi:

(Fənn haqqında qısa məlumat, onunla əlaqəli fənlər, fənnin tədrisinin məqsədi yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.)

Proqram ali təhsil ocaqlarında “Dizayn” ixtisası və reklam sahəsi üzrə geniş profilli mütəxəssis hazırlığı üçün nəzərdə tutulur. Dizayn tarixi, Layihələndirmə, Poliqrafiya və Tipoqrafiya fənləri ilə qarşılıqlı əlaqələndirilməsi və inteqrasiyası təmin olunur, eyni zamanda tələblərin lazımı bilik, bədii obraz təfəkkürü metodunu mənimsəməyə və inkişaf etdirməyə kömək edir. Proqram düşüncənin simvolik ifadəsi, elementlərin müasir üslub üzrə layihələndirilməsi, reklam məhsullarının kompozisiya həlli, reklam elanlarının təşkili və tərtibatı, həmçinin sərgi kompozisiyalarınının layihələndirlməsi, şəhər reklam növlərinin inkişafı və vizual kommunikasiyaların digər obyektlərinin yerləşmə prinsiplərini nəzərdə tutur. Tələbələrə layihələndirmədə bədii vasitələrin geniş spektoru ilə və firma üslubu komplekslərindən tutmuş müxtəlif fərdi obyektlərin tərtibatına və həllərinə imkan verən layihə metodu ilə iş aparmağı öyrədir. Layihələndirmə prosesi layihəqabağı tədqiqatların ardıcıl həllindən yığılır, kulturoloji, sosioloji və psixoloji tətqiqini və təyinini əhatə edir və əlbəttə ki, obyektlərin həcmi bədii və konstruktiv həlli xüsusiyyətini açıqlayır.Bədii layihələndirmənin metodik biliyini mənimsəmək, öz layihə fəaliyyətində elmi-texniki nəaliyyətləri tətbiq etmək bacarığı, sosioloji, iqtisadi, estetik, funksional və konstruktiv-texnoloji məsələlərin düzgün həll edilməsini öyrədir.

5.2. Məşğələ (seminar) dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

2

3

4

1

Mövzu №1.

Fənnə giriş. Tapşırığın veriləsi;

Semestr boyu məşgələ prosesinin açılışı və izahı:verilmiş mövzuda eskizləşdirmə və ya klauzula, aralıq baxılmalar və icra olunmuş işlərin metodik təhlili, layihənin yekun icrası, işin baxılması və qiymətləndirilməsi, tələbələrlə icra olunmuş layihənin metodik təhlilin keçirilməsi yolları.


3

15.09

2

Mövzu №2.

Firma markası və mətni. Təsdiq olunmuş eskizlər müxtəlif qrafiki texnikada xətt və ton vasitələrindən istifadə etməklə yerinə yetirilməsi.



3

22.09

23.09


3

Mövzu №3.

Tapşırığa uyğun müəyyən formada olan cizgilərdə sadə həndəsi fiqurlardan yığılan kompozisiyalar tərtibatına aid məşğələlər;



3

29.09

4

Mövzu №4

İkonik formalardan işarə formalarınadək istifadə olunan obyektlərin təsviri transformasiyasını əhatə edən məşğələ;



3

07.10

5


Mövzu №5

Ənənəvi ornamentlərin logotip təşkilində əhəmiyyəti. Ornamentlər üzrə iş.



3

13.10

6

Mövzu №6

İkonik formalardan işarə formalarınadək istifadə olunan obyektlərin təsviri transformasiyasını əhatə edən məşğələ;



3

20.10

21.10


7

Mövzu №7

Müxtəlif təsviri vasitə və texniki üsulların istifadəsi hesabına bacarığın əldə edilməsi. Işarə təsvirlərinin kompozisiya prinsiplərinin quruluşları ilə tanışlıq;Əsas əmtəə qrupları və təminatları ifadə edən siqnaturalar (qrafiki simvollar)



3

27.10

8

Mövzu №8

Tapşırıq bir sıra məcazi təsvirlərin müstəvidə göstərilməsini nəzərdə tutur. Təsviri vasitə kimi –rəng qəbul edilir. Metodiki məsələlərə aiddir: təsvir vasitəsi kimi rənglə tanışlıq.Siqnatturlarda rəngin istifadə prinsipləri ilə tanışlıq.



3

03.11

04.11


9

Mövzu №9

Modul şəbəkəsində firma markasının, siqnaturun və şriftin yerləşdirilməsi.Tapşırıda nəzərdə tutulanlar: firma bloku tərkibində firma işarəsinin siqnaturun və şriftin tərtibatının yerinə yetirilməsi, həmçinin reklam nəşrlərində tətbiq variantlarının göstərilməsi.



3

10.11

10

Mövzu №10

Tapşırıqdan qabaq tələblər nəşr məhsullarının konstruksiyalaşdırılmasının modul şəbəkəsi üzərində tərtibat prinsipləri və modul hissələri ilə tanışlıq.(məsələn, mətnin yerləşmə nümunələri, illüstrasiya, başlıqlar və s.). Tapşırığın yerinə yetirilməsində formatın rolu (A3). Materiallar: akvarel, tuş, tempra, vinil, quaş.



3

17.11

18.11


11

Mövzu №11

Müəyyən formatda müstəvi üzərində kompozisiya quruluşu qanunauyğunluqları ilə tanışlıq və kompozisiyanın tamlığı məsələri.



3

24.11

12

Mövzu №12

Işguzar məktubun blankı; məlumatlandırıcı məktub;Firma zərfi;Vizit kartı;dəvətnamə; təşkilatın möhürü;ştamplar;texniki vəsiqə;Tərifnamə (üzlük və arxası); diplom (üzlüyü, super üzlüyü);təbrik kartı;



3

01.12

02.12


13

Mövzu №13

Tapşırıqla bağlı metodik məsələlərin həlli. Tərtibat üzrə məsləhətlər.



3

08.12

14

Mövzu №14

Texniki və işgüzar sənədlərin dizayn tərtibatı və təşkili, müxtəlif qrafiki texniki materialları istifadə etməklə tapşırığın kompleksli həllində nəzəri-obraz və konstruktiv düşüncənin inkişaf etdirilməsi.İstifadə edilən texnikada tuş, akvarel, quaş, tempera .



3

15.12

16.12


15

Mövzu №15

Tapşırığın təqdimatı və müzakirəsi.



3

22.12

5.5. Fənn üzrə sərbəst işlərin mövzuları

Sıra

№-si


Mövzunun adı

1.

Firma markası və mətni.

2.

Firma mətninin təşkili.

3.

Əsas əmtəə qrupları və təminatları ifadə edən siqnaturalar (qrafiki simvollar)

4.

Şriflər və istifadə qaydaları

5.

Modul şəbəkəsində firma markasının və loqotipinin hazırlanması prinsipləri

6.

Loqotipin yaradılma şətrləri

7.

Firma bloku tərkibində firma işarəsinin siqnaturun və şriftin tərtibatının yerinə yetirilməsi.

8.

Reklam nəşrlərində tətbiq variantlarının göstərilməsi.

9.

Modul toru üzərində tərtibat prinsipləri və modul hissələri ilə tanışlıq.

10.

Grafik dizaynda rəng

11.

Plakat

12.

İllüstrasiyaların quruluşunda kompozisiya qanunauyğunluqları

13.

Mətn başlıqlarında kompozisiya qanunauyğunluqları

14.

Kompozisiyanın tamlıq məsələri.

15.

Portfolionun təşkili və nümayişi.


6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) və laborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması və müdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Tələbənin semestr boyu dizayn tarixi kursunun qavraması yekun semestrdə imtahanla nəticənələnir. Tələbə dizayn tarixini və onu təşkil edənləri müstəqil yaradıcılıq növü kimi bilməli, dizaynın üslub prinsiplərinin digər incəsənət üslublarının yaranma prinsipləri ilə qarşılıqlı əlaqələrini başa düşmək, öz işində əldə olunmuş nailiyyətləri estetik, səmərəli və yaradıcı formada istifadə etmək, proffessional üsulları və faktları yaradıcılıq fəaliyyətində tətbiq etmək qabilliyyətinə malik olmalıdır.



10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Müəllim: Əsgərəlizadə G.S. ( )
_____”________________ 2014- cü il.
Yüklə 42,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin