|
##num= 5// level= 1// sumtest=15 // name= Müasir məktəbin müəllimi //
|
səhifə | 4/25 | tarix | 09.02.2020 | ölçüsü | 1,16 Mb. | | #102051 |
| ##num= 5// level= 1// sumtest=15 // name= Müasir məktəbin müəllimi //
1. Tədris materialını aydın, ifadəli, inandırıcı və ardıcıl nəql etmək müəllimin hansı qabiliyyətlərinə aiddir?
A) Təşkilatçılıq
B) Perseptiv
C) Tədqiqatçılıq
D) Didaktik
E) Elmi - idraki
2. Müəllimin təşkilatçılıq qabiliyyət özünü nədə göstərir?
A) Şagirdlərə emosional - iradi təsir göstərməsində
B) şagirdlərin daxili aləmini görmək, onların emosional vəziyyətini obyektiv qiymətləndirmək bacarığında
C) şagirdləri birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında
D) Seçdiyi sahə üzrə elmi bilikləri mənimsəməsində
E) Pedaqoji situasiyaları və prosesləri dərk etməkvə obyektiv qiymətləndirmək bacarığında
3. Müəllimin kommunikativ bacarığının mahiyyəti nədən ibarətdir?
A) təlim texnologiyalarını düzgün seçməkdən
B) tədris prosesində şagirdlərin idrak fəallığını təmin etməkdən
C) şagird nailiyyətlərini obyektiv qiymətləndirməkdən
D) gələcək fəaliyyətin modelini qurmaqdan
E) şagirdlər, onların valideynləri və müəllim həmkarları ilə səmimi qarşılıqlıı münasibətlər yaratmaqdan
4. Şagirdin daxili aləmini görmək, onun emosional vəziyyətini düzgün qiymətləndirmək müəllimin hansı qabiliyyətinə aiddir?
A) Elmi - idraki
B) Didaktik
C) Suqqestiv
D) Perseptiv
E) Təşkilatçılıq
5. Müəllimin işinin xüsusiyyətləri:
1 - şərəfli və nəcib peşədir
2 - ziddiyyətli peşədir
3 - məsuliyyətli peşədir
4 - asan peşədir
5 - mürəkkəb və yaradıcı peşədir
A) 1, 4, 5
B) 1, 2, 4
C) 2, 3, 4
D) 1, 3, 5
E) 2, 4, 5
6. Müəllimin didaktik qabiliyyətinin mahiyyəti
1 - tədris materialını, əyani vəsaitləri və avadanlığı seçmək
2 - şagirdlərlə səmimi münasibətlər yaratmaq
3 - tədris materialını aydın, ifadəli və inandırıcı şəkildə nəql etmək
4 - şagirdlərin idrak fəallığını yüksəltmək
5 - şagird kollektivini təşkil etmək
A) 3, 4, 5
B) 1, 2, 5
C) 2, 3, 5
D) 1, 3, 4
E) 2, 4, 5
7. Müəllimin aparıcı pedaqoji qabiliyyətlərinə aiddir
1 - Didaktik
2 - Kommunikativ
3 - Təşkilatçılıq
4 - Perseptiv
5 - Suqqestiv
A) 4, 5
B) 1, 2
C) 2, 4
D) 1, 3
E) 3, 5
8. Müəllimin funksiyaları arasındakı məntiqi ardıcıllığı müəyyən edin
1 - Təlim prosesini idarə edir
2 - Şagirdlərin biliyini qiymətləndirir
3 - Şagirdlərin hazırlıq səviyyəsini müəyyən edir
4 - Şagirdlərə informasiya verir
A) 4, 3, 2, 1
B) 1, 3, 4, 2
C) 3, 2, 1, 4
D) 4, 3, 1, 2
E) 2, 1, 3, 4
9. Müəllimin qabiliyyətlərinə daxil olanları ardıcıllıqla seçin
1 - didaktik qabiliyyətləri
2 - təşkilatçılıq qabiliyyətləri
3 - perseptiv qabiliyyəti
4 - suqqestiv qabiliyyətlər
5 - elmi - idraki qabiliyyət
6 - tədqiqatçılıq qabiliyyəti
7 - kommunikativ qabiliyyət
A) 3, 5, 2, 1, 4, 6, 7
B) 1, 5, 6, 4, 3, 2, 7
C) 2, 1, 3, 7, 4, 6, 5
D) 1, 2, 3, 4, 5, 6, 7
E) 7, 3, 2, 5, 6, 1, 4
10. Müəllimin şagirdlərlə qeyri - verbal ünsiyyətinə daxildir:
1 - mimika
2 - əl - qol hərəkəti
3 - nitq
4 - baxış
5 - nəqletmə
A) 2, 3, 4
B) 2, 3, 5
C) 1, 2, 3
D) 1, 2, 4
E) 3, 4, 5
11. Sinif rəhbərinin tərbiyəvi iş planının bölmələrinin ardıcıllığını tapın
1 - ümumi məsələlər
2 - tərbiyəvi işlər
3 - Şagird özünüidarə orqanları ilə iş
4 - valideynlərlə, ictimaiyyətlə və əmək kpllektivləri ilə əlbir iş
5 - təlim əməyinin təşkili
A) 5, 2, 1, 3, 4
B) 3, 2, 1, 4, 5
C) 2, 4, 3, 5, 1
D) 1, 5, 2, 3, 4
E) 5, 1, 4, 2, 3
12. Müəllimlik peşəsinə verilən tələblər və onların mahiyyəti arasında uyğunluğu müəyyən edin
1 - Ümumi tələblər
2 - Xüsusi tələblər
3 - Spesifik tələblər
a - Müəllimin bilik və bacarığına verilən tələblər
b - Müəllimin ixtisas və metodik hazırlığına veriən tələblər
c - Müəllimin şəxsiyyətinə verilən tələblər
A) 1 - b; 2 - c; 3 - a
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - b; 2 - a; 3 - c
D) 1 - a; 2 - c; 3 - b
E) 1 - c; 2 - a; 3 - b
13. Müəllimin pedaqoji qabiliyyətləri arasındakı uyğunluğu tapın
1 - Didaktik
2 - Kommunikativ
3 - Təşkilatçılıq
a - Şagirdlər, onların valideynləri və müəllim həmkarları ilə düzgün qarşılıqlı münasibətlər yarada bilmək
b - Tədris materialını aydın, ifadəli, inandırıcı və ardıcıl şəkildə şərh etmək
c - Şagirdləri işə cəlb etmək, onlar arasında düzgün vəzifə bölgüsü aparmaq
A) 1 - a; 2 - c; 3 - a
B) 1 - a; 2 - b; 3 - c
C) 1 - c; 2 - a; 3 - b
D) 1 - b; 2 - a; 3 - c
E) 1 - c; 2 - b; 3 - a
14. Müəllimin vəzifələri arasındakı uyğunluğu müəyyən edin
1 - Layihələndirici vəzifə
2 - İnformasiya vermə vəzifəsi
3 - Qiymətləndirmə vəzifəsi
a - gələcək fəaliyyətin modelini qurmaq
b - öz fənnini, onun metodikasını bilmək, şagirdlər üçün başlıca informasiya mənbəyi olmaq
c - şagirdlərin nailiyyətlərini qiymətləndirmək, uğursuzluqlarının səbəblərini aşkar etmək
A) 1 - b; 2 - c; 3 - a
B) 1 - c; 2 - b; 3 - a
C) 1 - a; 2 - b; 3 - c
D) 1 - a; 2 - c; 3 - b
E) 1 - c; 2 - a; 3 - b
15. Müəllimin dərsə hazırlığının formaları arasındakı uyğunluğu müəyyən edin
1 - Ümumi hazırlıq
2 - Metodiki hazırlıq
3 - Cari hazırlıq
a - Müəllimin müntəzəm olaraq öz elmi - nəzəri, pedaqoji biliyini artırması
b - Müəllimin mövzu üzrə gündəlik dərsə hazırlaşması
c - Müəllimin metodiki ədəbiyyatlarla və qabaqcıl müəllimlərin iş təcrübəsi ilə tanış olması
A) 1 - b; 2 - c; 3 - a
B) 1 - b; 2 - a; 3 - c
C) 1 - c; 2 - b; 3 - a
D) 1 - a; 2 - c; 3 - b
E) 1 - a; 2 - b; 3 - c
Dostları ilə paylaş: |
|
|