##num= 13// level= 1// sumtest=20 // name= Nitqin ifadəliliyi //
1. Köməkçi nitq hissələrinin biri elmi üslub üçün səciyyəvi deyil:
A) bağlayıcı
B) ədat
C) qoşma
D) modal sözlər
E) nida
2. Nitqdə mübtəda cansız əşya bildirib cəmdə olarkən xəbər təkdə olanda hansı norma pozulur?
A) leksik
B) qrammatik
C) Burada norma pozulması yoxdur
D) leksik - qrammatik
E) leksik - fonetik
3. Nitqdə mübtəda insan anlayışı bildirib cəmdə olarkən xəbər təkdə olanda hansı norma pozulur?
A) qrammanik
B) leksik
C) fonetik
D) leksik - qrammatik
E) leksik - fonetik
4. Nitqdə mübtəda heyvan anlayışı bildirib cəmdə olarkən xəbər təkdə olanda hansı norma pozulur?
A) Burada norma pozulması yoxdur
B) qrammatik
C) leksik
D) leksik - qrammatik
E) leksik - fonetik
5. «Dünya dilləri iki prinsip üzrə təsnif olunur. Geneoloji prinsip dillərin qohumluq əlaqələrinə əsaslanır. Dillərin qohumluq prinsiplərindən başqa, bir də tipoloji bölgüsü var. Bu bölgüdə dildəki sözlərin morfoloji quruluşu əsas götürülür».
Mətn nitqin hansı üslubundadır?
A) rəsmi - işgüzar
B) elmi
C) bədii
D) məişət
E) publisistik
6. Hansı köməkçi nitq hissələri quruluşca növlərə bölünmür?
1 – qoşma
2 – bağlayıcı
3 – ədat
4 – modal sözlər
5 – nida
A) 1, 4
B) 4, 5
C) 3, 5
D) 2, 4
E) 1, 3
7. Köməkçi nitq hissələrindən hansılar cümlədə digər sözlərdən vergüllə ayrılır?
1 – qoşma 2 – bağlayıcı 3 – ədat 4 – modal sözlər 5 – nida
A) 4, 5
B) 1, 3
C) 3, 5
D) 2, 4
E) 1, 4
8. Hansıların tələffüzü düz deyil?
1 - [dostdan] 6 - [sərbəst]
2 - [qızdar] 7 - [nefçi]
3 - [oğlannar] 8 - [almaya]
4 - [açarrar] 9 - [mə:yyən]
5 - [daşdıyın]
A) 1, 6, 8
B) 2, 4, 6, 8
C) 1, 3, 5
D) 1, 4, 6, 8
E) 3, 5, 7
9. Hansı cümlədə vergül düzgün işlənməmişdir?
1 - Əhməd gələndə, Vaqif getdi.
2 - Yağış yağdı, yer islandı.
3 - Əhməd, Vaqif və Nəsir, bizə gəldilər.
4 - Qış gəldi, havalar soyudu.
5 - Əhməd gəldi və, Vaqif getdi.
A) 3, 4, 5
B) 1, 3
C) 1, 3, 5
D) 2, 4
E) 1, 4, 5
10. Hansı qoşmalar qoşulduğu sözə bitişik yazılır?
1 - can
2 - qədər
3 - cən
4 - cavayı
5 - tək
A)1, 3
B) 1, 3, 5
C) 3, 4, 5
D) 2, 4
E) 1, 4, 5
11. Dialoqlardan hansı nitqdə istifadə olunmur?
1 - məişət
2 - bədii
3 - elmi
4 - publisistik
5 - rəsmi
A) 3, 5
B) 1, 3, 5
C) 2, 4
D) 3, 4
E) 2, 3, 4
12. Hansılar elmi nitq üslubunun əlamətləri deyil?
1 - termin sıxlığı 2 - kütləvilik
3 - dəqiqlik 4 - ekspressivlik
5 - konkretlik 6 - çoxmənalılıq
7 - emosionallıq
A) 1, 3, 5
B) 2, 4, 6, 7
C) 1, 2, 3, 5
D) 2, 4, 6
E) 1, 3, 5, 7
13. Səhv fikirləri ardıcıllıqla göstərin.
1 - Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkündür.
2 - Nitq fərdidir, ayrı - ayrı adamların nitq aktlarıdır.
3 - Dil tarixi səciyyə daşıyır.
4 - Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.
5 - Dil fərdi, psixi hadisədir.
6 - Dildə səhv ola bilməz, nitqdə isə ola bilər.
7 - Dil daha çox sintaksislə bağlıdır, onun sinonimii kimi işlənir.
A) 1, 2, 5, 7
B) 2, 4, 6
C) 1, 2, 4, 5, 7
D) 1, 3, 5, 7
E) 1, 3, 4, 5
14. Doğru fikirləri ardıcıllıqla göstərin.
1 - Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkündür.
2 - Nitq fərdidir, ayrı - ayrı adamların nitq aktlarıdır.
3 - Dil tarixi səciyyə daşıyır.
4 - Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.
5 - Dil fərdi, psixi hadisədir.
6 - Dildə səhv ola bilməz, nitqdə isə ola bilər.
7 - Dil daha çox sintaksislə bağlıdır, onun sinonimii kimi işlənir.
8 - Dil tarazlaşmış, nizamlanmış normalar sisteminə və lüğət tərkibinə malikdir.
A )1, 3, 5, 7
B) 2, 4, 6, 8
C) 1, 2, 4, 5, 7
D) 1, 2, 4, 5, 7, 8
E) 1, 3, 4, 5, 8
15. Publisistik üsluba aid olan əlamətləri ardıcıllıqla göstərin.
1 - aydınlıq
2 - emosionallıq
3 - anlaşıqlıq
4 - şablon ifadələrdən istifadə
5 - təsirlilik
6 - terminlərdən istifadə
7 - xalq dilinə yaxınlıq
8 - fikrin müəyyən standart formalarda ifadəsi
A) 2, 4, 6, 8
B) 1, 3, 5, 7
C) 1, 2, 5, 7
D) 1, 2, 3, 5, 7
E) 2, 3, 4, 7, 8
16. Elmi nitq üslubunun əlamətlərini ardıcıllıqla göstərin.
1 - termin sıxlığı
2 - kütləvilik
3 - dəqiqlik
4 - ekspressivlik
5 - konkretlik
6 - çoxmənalılıq
7 - emosionallıq
8 - şablon ifadə
A) 1, 2, 3, 5, 8
B) 2, 4, 6, 7
C) 13, 5
D) 2, 4, 6, 8
E) 1, 3, 5, 7
17. Uyğunluğu müəyyən edin.
I - dil II - nitq
1 - Ünsiyyət vasitəsidir. 2 - İctimai hadisədir.
3 - Tarixi səciyyə daşıyır. 4 - Ünsiyyət prosesidir.
5 - Fərdidir. 6 - Dəyişməzdir.
7 - Törəmədir.
A) I - 1, 2, 6 II - 3, 4, 5, 7
B) I - 1, 3, 5, 6; II - 4, 5, 7
C) I - 1, 3, 6; II - 2, 4, 5, 7
D) I - 1, 3, 4, 6; II - 2, 5, 7
E) I - 1, 2, 4; II - 3, 5, 6, 7
18. Uyğunluğu müəyyən edin.
A – doğru fikirlər B – səhv fikirlər
1 - Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkündür.
2 - Nitq fərdidir, ayrı - ayrı adamların nitq aktlarıdır.
3 - Dil tarixi səciyyə daşıyır.
4 - Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir.
5 - Dil fərdi, psixi hadisədir.
6 - Dildə səhv ola bilməz, nitqdə isə ola bilər.
7 - Dil daha çox sintaksislə bağlıdır, onun sinonimii kimi işlənir.
8 - Dil tarazlaşmış, nizamlanmış normalar sisteminə və lüğət tərkibinə malikdir.
A) A - 2, 4, 6, 8; B - 1, 3, 5, 7
B) A - 1, 3, 5, 7; B - 2, 4, 6, 8
C) A - 1, 2, 4, 5, 7; B - 3, 6, 8
D) A - 1, 2, 4, 5; B - 3, 6, 7, 8
E) A - 1, 3, 4, 5; B - 2, 6, 7, 8
19. Normalara riayət olunmamış cümlələr üzrə uyğunluğu tapın.
I - fonetik norma
II - leksik norma
III - qrammatik norma
1 - Axşam işıxlar söndü
2 - Uşaqların hamısı gəldilər
3 - Çox adamın bundan əhvalatı yoxdur
4 - Mağazadan beş dəftər aldım
A) I - 1, 4; II - 3; III - 2
B) I - 4; II - 3; III - 2
C) I - 1; II - 3; III - 2
D) I - 2; II - 3; III - 1
E) I - 1; II - 3; III - 2, 4
20. Normalara riayət olunmuş cümlələr üzrə uyğunluğu tapın.
I - fonetik norma
II - leksik norma
III - qrammatik norma
1 - Bütün mağazalar baqlanmışdı
2 - Adamların çoxu silahsız idilər
3 - Bir sıra məsələ həll olunmamış qaldı
4 - Mən sənnən ötrü bura görmüşəm
A) I - 2, 3; II - 2, 3; III - 1, 2, 4
B) I - 2, 3; II - 1, 2, 3; III - 1, 4
C) I - 1, 2, 3; II - 1, 3; III - 1, 4
D) I - 2, 3; II - 1, 2, 3; III - 1, 3, 4
E) I - 2, 3; II - 1, 2, 3; III - 2, 4
Dostları ilə paylaş: |