##num= 8// level= 1// sumtest=20 // name= Köməkçi nitq hissələri //
1. Verilənlərdən hansı məhdudlaşdırıcı ədatdır?
A) daha
B) elə
C) belə
D) məhz
E) bir
2. Verilənlərdən hansı nəticə bildirən modal sözdür?
A) demək
B) demə
C) düzdür
D) olsun ki
E) sanki
3. Verilmiş cümlədə neçə ədat işlənmişdir?
Axı elə bu Əkbərovun özü də az aşın duzu deyil, bəs rəvadırmı ki, indi bu vəzifəyə məhz onu qoyurlar?
A) 2
B) 4
C) 3
D) 5
E) 6
4. «Səlim bilirdi ki, tikintisinə yenicə başladıqları körpü bu selin gücünə axıracan tab gətirməyəcək» cümləsində neçə əsas nitq hissəsi işlənmişdir?
A) 10
B) 8
C) 12
D) 9
E) 11
5. «Səlim bilirdi ki, tikintisinə yeni başladıqları körpü bu selin gücünə axıracan tab gətirməyəcək» cümləsində neçə köməkçi nitq hissəsi işlənmişdir?
A) yoxdur
B) 2
C) 3
D) 4
E) 1
6. Modal sözlər cümlədə hansı durğu işarələri ilə ayrılır?
1 - vergül 2 - tire 3 - iki nöqtə
4 - üç nöqtə 5 - nida işarəsi 6 - mötərizə
A) 1
B) 2, 6
C) 1, 5
D) 3, 4
E) 2
7. “Nurəddin meşədə iki saata qədər yol getdikdən sonra bir çaya rast gəldi və çayın qırağındakı ağaca çıxıb səhərəcən orada yatdı” cümləsində hansı köməkçi nitq hissələri işlənmişdir?
1 – qoşma 2 – bağlayıcı
3 – ədat 4 – modal söz
5 – nida
A) 1, 2
B) 1, 2, 4
C) 2, 3
D) 1, 2, 3
E) 1, 3, 5
8. “Nurəddin meşədə iki saata qədər yol getdikdən sonra bir çaya rast gəldi və çayın qırağındakı ağaca çıxıb səhərəcən orada yatdı” cümləsində hansı əsas nitq hissələri işlənmişdir?
1 – isim 2 – sifət 3 – say
4 – əvəzlik 5 – feil 6 – zərf
A) 1, 2, 4, 5, 6
B) 1, 2, 3, 4, 5, 6
C) 1, 3, 4, 5, 6
D) 1, 2, 3, 4, 6
E) 1, 2, 3, 5, 6
9. Verilmiş cümlədə hansı əsas nitq hissələri işlənmişdir?
Səlim elə yenicə gəlmişdi ki, birdən - birə göy guruldadı, göyün hər nöqtəsindən sanki şəlalə tökülməyə başladı.
1 – isim 2 – sifət
3 – say 4 – əvəzlik
5 – feil 6 – zərf
A) 1, 4, 5, 6
B) 1, 2, 3, 5, 6
C) 1, 3, 4, 5, 6
D) 1, 2, 3, 4, 5, 6
E) 1, 2, 4, 5, 6
10. Verilmiş cümlədə hansı köməkçi nitq hissələri işlənmişdir?
Səlim elə yenicə gəlmişdi ki, birdən - birə göy guruldadı, göyün hər nöqtəsindən sanki şəlalə tökülməyə başladı.
1 – qoşma 2 – bağlayıcı 3 – ədat
4 – modal söz 5 – nida
A) 1, 3, 5
B) 1, 2, 4
C) 2, 3
D) 1, 2, 3
E) 2, 4
11. Hansı cümlələrdə qoşma işlənmişdir?
1 - Səadətə doğru yolla çatmaq olar.
2 - Sabah Dilşadla mən kəndə gedirik.
3 - Səadətin ardınca qaçmaq gərəkdir.
4 - Səndən əvvəl vaxtlar hamı razılıq edirdi.
5 - Dünən sahəyə sədrlə mən getmişdik.
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
12. Hansı cümlələrdə «ancaq» sözü həm bağlayıcı, həm də ədat kimi düşünülə bilər:
1 - Mənim dərdim böyükdür, ancaq vətənimin azadlığı bu dərdə məlhəm ola bilər.
2 - Ayaqlar altında yer oldu tapdaq, Sirrini, məğzini bilmədik ancaq.
3 - Mənim fikrim başqadır, ancaq sən mənə kömək edə bilərsən.
4 - Hərçənd su çox gurdur, ancaq istifadə üçün yararsızdır.
5 - Onu çoxdan tanıyırdım, ancaq şəxsi tanışlığımız yox idi.
6 - Bu kitab mənim deyildi, ancaq onun ola bilərdi.
A) 2, 4, 5, 6
B) 1, 3, 6
C) 2, 4, 6
D) 1, 3, 5
E) 2, 3, 5, 6
13. Qoşmaya aid olmayan xüsusiyyətləri ardıcıllıqla göstərin.
1 - Adlıq, yiyəlik, yönlük, yerlik və çıxışlıq halda olan sözlərə qoşulur.
2 - Aid olduğu sözlə birlikdə cümlə üzvü olur.
3 - Aid olduğu sözlə birlikdə leksik mənaya malikdir.
4 - Xəbərlik şəkilçisi qəbul edə bilir.
5 - Aid olduğu sözlə birlikdə morfoloji suala cavab verir.
A) 2, 4, 5
B) 2, 4
C) 1, 3, 5
D) 1, 3
E) 2, 3, 5
14. Səhv fikirləri ardıcıllıqla göstərin.
1 - Aydınlaşdırma bağlayıcıları tabelilik bağlayıcılarıdır. 2 - Qoşmalar qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. 3 - Bəzi qoşmalar hal və xəbərlik şəkilçisi qəbul edə bilir. 4 - İlə sözü həm birgəlik qoşması kimi, həm də birləşdirmə bağlayıcısı kimi işlənir. 5 - Əmr ədatlarının çox hissəsi feildən törəmədir.
A) 1, 3
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 2, 3, 5
15. Səhv fikirləri ardıcıllıqla göstərin.
1 - Hərçənd, hərçənd ki, madam, madam ki tabelilik güzəşt bağlayıcılarıdır.
2 - İlə bağlayıcısı həmcins xəbərlər arasında işlənə bilmir.
3 - Üçün, ötrü, kimi və görə sözləri yalnız qoşma kimi işlənir.
4 - Ancaq, ki, yəni sözləri həm bağlayıcı, həm də ədat kimi işlənir.
5 - Yaxşı sözü sifət, zərf və modal söz kimi işlənir.
A) 2, 3, 5
B) 2, 4, 5
C) 2, 4
D) 1, 3, 5
E) 1, 3
16. Modal sözlərə aid xüsusiyyətləri ardıcıllıqla göstərin.
1 - Modal sözlər cümlədə emosional fikri qüvvətləndirir.
2 - Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir.
3 - Modal sözlər ya bütövlükdə cümlənin, ya da cümlənin bir hissəsinin mənasını qüvvətləndirir.
4 - Modal sözlərin müəyyən bir qismi söz - cümlə kimi işlənə bilir.
5 - Modal sözlər sintaksisdə ara sözlər kimi götürülür.
A) 2, 4
B) 1, 3
C) 2, 4, 5
D) 1, 3, 5
E) 2, 3, 5
17. Uyğunluğu tapın. Hansı cümlədə:
A - modal söz işlənmişdir B - modal söz işlənməmişdir
1 - Elə bil başımdan dumanlar qalxır…
2 - Bunların hamısını mənə danışmalısan, əzizim.
3 - Sanki bir pəridir, pəri yox, bir ay.
4 - Bu barədə heç kimə heç nə demə.
5 - Yenə hər guşədə bir tazə cəmaət görünür.
A) A – 1, 3; B – 2, 4, 5
B) A – 2, 4, 5; B – 1, 3
C) A – 2, 4; B – 1, 3, 5
D) A – 1, 3, 5; B – 2, 4
E) A – 2, 3, 5; B – 1, 4
18. Uyğunluğu tapın.
Hansı cümlədə:
A - modal söz işlənmişdir
B - modal söz işlənməmişdir
1 - Demə, demə, onun əlindən mən də yanıqlıyam.
2 - Bu işin belə olacağını guya bilmirdin?
3 - Deməliyəm ki, hər şey öz qaydasındadır.
4 - Müxtəsər, hər cür geriliyə son qoyulmalıdır.
5 - Görünür, uşaqlar çox çətin vəziyyətdədirlər.
A) A – 2, 3, 5; B – 1, 4
B) A – 1, 3; B – 2, 4, 5
C) A –2, 4; B – 1, 3, 5
D) A – 1, 3, 5; B – 2, 4
E) A – 2, 4, 5; B – 1, 3
19. Uyğunluğu tapın. Fikirlərdən hansılar:
A - səhvdir
B - düzdür
1 - Nidalar və təqlidi sözlər yeni söz yaradıcılığında iştirak edir.
2 - «Ha» ədatı yerinə görə həm qüvvətləndirici ədat kimi, həm də əmr ədatı kimi işlənə bilir.
3 - «Sonra» sözü həm qoşma, həm də isim və zərf kimi işlənə bilir.
4 - İdi, imiş köməkçi sözləri elmi qrammatikada zaman ədatları kimi də qeyd olunur.
5 - İsə köməkçi sözü müəyyən məqamlarda qarşılaşdırma bağlayıcısı kimi işlənir.
A) A – 1, 3; B – 2, 4, 5
B) A – 2, 4, 5; B – 1, 3
C) A – 1, 3, 5; B – 2, 4
D) A – 2, 3; B – 1, 4, 5
E) A – 2, 3, 5; B – 1, 4
20. Uyğunluğu tapın. Verilmiş şeir parçasının hansı misralarında:
A - qoşma işlənmişdir
B - qoşma işlənməmişdir
1 - O yazdı zindanda bir ildən bəri,
2 - Xalq və millət üçün dərindən - dərin.
3 - Axşamdan sübhədək ayaq səsləri
4 - Vəzni, ahəngidir onun şeirinin
A) A – 4; B – 1, 2, 3
B) A – 1, 2, 3; B – 4
C) A – 1, 3; B – 2, 4
D) A – 2, 3; B – 1, 4
E) A – 2, 3, 4; B – 1
Dostları ilə paylaş: |