1. Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı



Yüklə 2,79 Mb.
səhifə3/5
tarix02.12.2023
ölçüsü2,79 Mb.
#137048
1   2   3   4   5
ped 5

5.Qiymətləndirmə metodları-Müasir dövrdə pedaqoji-psixoloji tədqiqatlarda kəmiyyət metodlarının tətbiqi aşağıdakı istiqamətlərdir:-təsviri statistika (toplanmış materialın qruplaşdırılması, kəmiyyət təsviri, qrafik əksi); -statistik nəticə (əvvəlcədən müəyyən edilmiş komponentlərin yoxlanması); -eksperimentin planlaşdırılınası (komponentlər arasında səbəb əlaqələrini müəyyənləşdirmək və yoxlamaq). Müasir dövrdə kəmiyyət metodları pedaqoji-psixoloji elmlərin bir çox sahələrinə sürətlə nüfuz edir, riyazi metodların pedaqogika və psixologiya elmlərinə tətbiqi yolları daha dərindən öyrənilir. Pedaqogikada kəmiyyət metodlarından əsasən 2 istiqamətdə istifadə olunur: -müşahidə və eksperimentlərin nəticələrini izləmək məqsədilə: -təhsil-tərbiyə prosesini diaqnostlaşdırmaq, proqnozlaşdırmaq, müasirləşdirmək, kompüterləşdirmək məqsədilə. Pedaqoji tədqiqatda istifadəsi faydalı olan riyazi metodlar çoxdur: Lakin pedaqoji problemlərin öyrənilməsində ən çox bi stifadə edilən kəmiyyət metodları aşağıdakılardır: -Qeydə alma metodu. -Ranqlaşdırma metodu. -Reytinq metodu.
Qeydəalma metodunun mahiyyəti ondan ibarətdir ki, pedaqoji prosesin qiymətləndirilməsi üçün tələb olunan komponentlər əvvəlcədən müəyyən olunur və kəmiyyət göstəricilərinə görə hesaba almır. Alınmış məlumatlar təhlil edilir və konkret təkliflər verilir.Ranqlaşdırma (nizamlama) metodunun mahiyyəti tədqiqatlar nəticəsində alınmış nəticələri sıraya düzmək, ardıcıllıqla göstərməkdən ibarətdir. Ranqlaşdırma toplanmış faktların müəyyən kriteriyalar, parametrlər əsasında ardıcıl göstərilməsi prosesidir. Bu, öyrənilən və qiymətləndirilən prosesdə əsas komponentlərin vacibliyinə görə artması, yaxud azalmasını aşkarlamağa və əyani şəkildə göstərməyə imkan verir.Reytinq (qiymətləndirmə) metodunun mahiyyəti pedaqoji prosesin ayrı-ayrı əlamətlərinin rəqəm göstəriciləri ilə əvəz edilməsindən ibarətdir. Öyrənilən əlamətlər rəqəm göstəriciləri ilə ifadə olunduqda müəyyən qanunauyğunluqlar aydın surətdə nəzərə çarpır. Tələbələrin təlim materialını mənimsəmə keyfiyyətinin reytinq sistemi ilə qiymətləndirilməsi- Mütəxəssis hazırlığının əsas istiqamətlərindən biri fəaliyyətin xarakateri və səciyyəvi xüsusiyyətləri ilə bağlı məntiqi təfəkkürün inkişaf etdirilməsidir.Bunu təmin etmək məqsədilə tələbələrin mənimsəmə keyfiyyətinin hazırda mövcud olan nəzarət sistemini daha da təkmilləşdirmək tələb olunur. Nəzarətin proqresiv və perspektiv metodlarından biri, yuxarıda qeyd edildiyi kimi, bilik, bacarıq və vərdişlərin reytinq sistemi ilə qiymətləndirilməsidir.
Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin