1. Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı



Yüklə 2,79 Mb.
səhifə4/5
tarix02.12.2023
ölçüsü2,79 Mb.
#137048
1   2   3   4   5
ped 5

Reytinq - təlim prosesini təşkil edən və onun effektivliyini təmin edən sistemdir. Reytinq metodu bilik, bacarıq və vərdişlərin testləşdirilməsi metodundan ayrılmazdır. Nəzarətin ənənəvi metodlarından fərqli olaraq testləşdirmə bir sıra üstünlüklərə malikdir. Bunlar aşağıdakılardır:Nəzarətin daha dəqiq və obyektiv olması. Ənənəvi metodlarla nəzarətə müəllimin şəxsiyyəti, tələbənin şəxsiyyəti, onlar arasındakı qarşılıqlı münasibətlər və digər subyektiv amillər təsir göstərir. Test bütün subyektiv faktorların təsirini aradan qaldırmağa imkan verir. Test kifayət qədər düzgün və elmi şəkildə tərtib olunubsa, verilən qiymətin obyektivliyinə şübhə etməyə yer qalmır.Nəzarətin diferensiallığının təmin edilməsi. Dörd ballı («əla», «yaxşı», «kafi», «qeyri-kafı») qiymət şkalasına əsaslanan ənənəvi nəzarət metodlarından fərqli olaraq, testləşdirmə diferensial qiymətlərin daha çox qradasiva lanm (latınca qradiens - addımlayan; kəmiyyətin sürətli dəyişmə istiqaməti deməkdir) nəzərdə tutan diferensial şkalalardan istifadə etməyə şərait yaradır. Bu isə təlim müvəffəqiyyətinin daha dəqiq qiymətləndirilməsini təmin edir. Balların reytinqi nəzarətin aşağıdakı növləri ilə formalaşdırılır: giriş nəzarəti - fənnin tədrisinə başlayarkən tələbələrin müvafiq bilik və bacarıqlarının yoxlanması; cari nəzarət - tələbələrin bilik ıə bacarıqlarının müntəzəm və sistemli şəkildə mühazirələrdə, seminarlarda, labarator-praktik məşğələlərdə, situativ proseslərdə izlənməsi; yekun nəzarət - mövzunun, bölmənin öyrənilməsi başa çatdıqdan sonra tələbənin bilik və bacarıqlarının (yoxlama işi, qrafik işlər, test formasında tapşırıqlar və s.) hesaba alınması; ümumiləşdirici nəzarət - bilik, bacarıq və vərdişlərə, qiymətləndirilməsi mümkün olan şəxsi keyfiyyətlərə nəzarət (fənn üzrə zaçot (məqbul) və imtahan testləri); təxirə salınmış nəzarət - müəyyən zaman kəsiyindən sonra (üç aydan - 6 aya qədər və daha çox) fənnin, bölmənin, mövzunun mənimsənilməsinə nəzarət. Testləşdirmə tələbələrin akademik qabiliyyətlərinin üzə çıxarılmasının mühüm vasitəsi kimi-Test (ingiliscə test-sınaq, yoxlama deməkdir) psixologiya və pedaqogikanın tədqiqat metodlarından biridir. Test sınaqdan keçirilən şəxsin psixoloji və şəxsi keyfiyyətlərini, həmçinin bilik, bacarıq və vərdişlərin səviyyəsini müəyyən etməyə imkan verən tapşırıqlar sistemidir. Test- şəxsiyyətin nəzərdə tutulan keyfiyyət və xüsusiyyətlərinin ölçülməsinin elmi surətdə əsaslandırılmiş metodudur. Ölçmənin predmetindən asılı olaraq pedaqoji psixoloji sosioloji, sosial-psixoloji, kultroloji və digər testlər mövcuddur. Müasir dövrdə test ballarının interpretasiyasına iki yanaşma tərzi mövcuddur:
normativ - oriyentir («bələdləşmə») yanaşma; kriterial - oriyentir yanaşma.
Birinci yanaşma tərzi təhsil alanların təlim müvəffəqiyyətlərini bir-birilə müqayisə etməyə, ikincisi isə təlim materialının mənimsəmə səviyyəsini qiymətləndirməyə imkan verir.Pedaqoji nəzarət üçün ikinci yanaşma tərzi, yəni kriterial- yanaşma tərzi daha məqsədəuyğundur. Testləri işlərkən 3 mühüm məqam nəzərə alınmalıdır: -pedaqoji testin müəyyənləşdirilməsi; -məqsəd və vəzifələr sisteminin (bilik, bacarıq və vərdişi lərin) nəzərə alınması; -test tapşırıqlarının müxtəlif formalarının (test tapşırıqlarında tədris fənninin məzmunu tam əks olunmalıdır) mənimsənilməsi; Deməli, test tapşırıqları variativ xarakter daşımalıdır. Test tapşırıqlarının 3 variantını xüsusi qeyd etmək lazımdır: 1-Pedaqoji testin tətbiqi zamanı bir-birilə qarşılıqlı əlaqədə olan və tədricən mürəkkəbləşən tapşırıqların spesifik formaları sistemli şəkildə təqdim olunur və şəxsiyyətin müxtəlif parametrlərinin etibarlı şəkildə öyrənilməsi təmin edilir. 2-Test nəzarətinin məqsədlərini bir neçə növə bölmək.3-Praktikada test tapşırıqlarının əsasən dörd formasından geniş istifadə olunur. İkincisi, test tapşırıqlarının açıq forması.Test tapşırıqlırının bu forması tələbənin konkret elm sahəsinə malik olduğu əsas anlayışları, faktları, qanunları aşkarlamağa imkan verir. Test tapşırıqlarının açıq formasında hazır cavablar' təqdim edilmir, tələbəyə «kömək» göstərilmir. Tələbə cavabı özü sərbəst surətdə müəyyənləşdirir.Üçüncüsü, «uyğunluğu müəyyənləşdirmək»lə bağlı testi tapşırıqları. Bu test tapşırıqları zamanı tələbə ona təqdim edilən iki qrup elementlər çoxluğu içərisindəki uyğunluğu təyin etməlidir. 4-Texnoloji tələblər Test tapşırıqlarının keyfiyyətinin qiymətləndiriliməsinə |verilən bu tələblər aşağıdakılardır: -test tapşırıqları 7-9 sözlə ifadə olunmalıdır; -test tapşırıqları eksperimental surətdə yoxlanmalıdır; test tapşırıqları tədris fənninin elmi məzmununu əks etdirməlidir; - test tapşırıqları kvalifikasiya xarakteristikasının tələblərinə uyğun olaraq müəyyən tələbə kontingentinə ünvanlanmalıdır; -etibarlı olmalı, tələbələrin mənimsəmə səviyyəsi dəqiq müəyyənləşdirilməlidir; -diferensial olmalı, konkret biliklərin ölçülməsinə istiqamətlənməlidir; -konkret kontingent üçün diskriminant (fərqləndirici) olmalıdır, -kompüter texnologiyalarına uyğun olmalıdır.
Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin