1. Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı



Yüklə 2,79 Mb.
səhifə2/5
tarix02.12.2023
ölçüsü2,79 Mb.
#137048
1   2   3   4   5
ped 5

Təhsilin məzmunu tədris planlarını, fənn proqramlarını, dərslikləri, tədris vəsaitlərini və digər dövlət standartlarını özündə ehtiva edir (nəyi öyrətmək və hansı həcmdə öyrətmək).Təlim metodları dedikdə, pedaqoji prosesin təşkili və təlim texnologiyaları başa düşülür (necə öyrətmək). Öyrədici mühit dedikdə, təlim prosesinin təşkili və bü­tövlükdə pedaqoji prosesə təsir göstərən amillər nəzərdə tutulur (pedaqojiprosesin cərəyan etdiyi şərait).Monitorinq (latınca monitor xatırladan, izləyən, müşahidə aparan deməkdir. Təhsildə monitorinq-didaktik proseslərin arzu olunan nəticələrə, yaxud ilkin mülahizələrə uyğun olub-olmamasının aşkarlanması məqsədilə aparılan müntəzəm nəzarətdir) və qiymətləndirmə (dəyərləndirmə) - pedaqoji prosesin və onun bütün komponentlərinin işi barədə məlumatları əldə etmək və səmərəliliyini müəyyənləşdirmək deməkdir (təlim prose­sinin durumu, nəticələrin göstəriciləri və proqnoz). Pedaqoji prosesin qiymətləndirilməsi mexanizmini sxematik olaraq aşağıdakı kimi göstərmək və şərh etmək olar:

Monitorinq və qiymətləndirmə proseslərinin mahiyyətini açmaq, inkişafın keyfiyyət göstəricilərini ədədlərlə ölçməyin mümkünlüyünü əsaslandırmaq məqsədilə «ölçü» və «ölçmə şkalası» anlayışlarından istifadə olunur. Ölçmə - obyektin (prosesin, hadisənin) müşahidə olunan vəziyyətlərinin uyğun işarələrlə (ədəd və ya simvol) ifadə etmək üçün müvafiq alqoritmik əməliyyatın reallaşdırılmasıdır.Müəyyən olunmuş və ya adlandırılmış (nominal) şkala.Öyrənilən prosesin fərqlənən xassələrinin sayı sonludursa, bu halda, ölçmə, prosesin müəyyən xassəsinin bu və ya digər vəziyyətə aid olmasım qeyd etməkdən ibarət olur. Belə ölçmə- adlandırılmış (və ya müəyyən olunmuş) şkala adlanır. Adlandırılmış şkaladan diskret (latınca discretus-fasiləsiz deməkdir, müəyyən fasilələrlə (sıçrayışlarla) baş verən dəyişmələr) proseslərdə istifadə olunması daha məqsədəuyğundur. Ranqlaşdırılmış (dərəcəli) şkala
Ranqlaşdırılmış (fransızca ranq-yer, rütbə, fərqlənmə dərəcəsi, kateqoriya deməkdir) şkala nominal şkalaya nisbətən daha güclüdür və nizamlama şərtlərini ödəyir, ölçülən prosesin tərkib hissələri arasında olan münasibətləri aydınlaşdırmağa imkan verir.İntervallar şkalası.Əgər öyrənilən obyektlərdə nizamlama dəqiqdirsə və onun istənilən iki vəziyyəti arasındakı məsafə eynidirsə, onda belə obyektlərdə ranqlaşdırılmış şkaladan daha güclü intervallar (latınca intervalum-ara, məsafə deməkdir) şkalasından istifadə olunur. Bu şkalada bütün vəziyyətlər istənilən qaydada, eyni azunluq vahidləri ilə ifadə olunur. Bu o, deməkdir ki, intervallar şkalanın hansı hissəsində yerləşməsindən asılı olmayaraq, eyni uzunluqdadır. Bu şkalada ancaq intervalların ədədlər kimi mənası var və onların üzərində hesablama əməliyyatları aparmaq mümkündür.Nisbətlər şkalası.Nisbətlər şkalası intervallar şkalasından daha güclüdür. Belə şkalada aparılan ölçmənin üzərində istənilən hesablama əməliyyatları (toplama, çıxma, vunna və bölmə) yerinə yetirmək mümkündür. Nisbətlər şkalasmda ölçülə bilən kəmiyyətlərə misal olaraq uzunluğu və kütləni göstərmək olar.Mütləq şkala.Bu, elə şkaladır ki, onun mütləq sıfrı və mütləq vahidi vardır.Məhz belə xassəni ədədi ox ödəyir. Mütləq şkalanm yuxarıda qeyd edilən bütün ölçmə şkalaları ilə müqayisədə üstünlüyü vahidinin miitləqliyində və qeyri-məhdud olmasındadır. Bu xüsusiyyət mütləq şkalada bütün əməliyyatları yerinə yetirməyə imkan verir. Təlim nəticələrinin keyfiyyətcə qiymətləndirilməsi- Pedaqoji prosesdə diaqnostika -ənənəvi təlim prosesində nəzarət mənasını verir. Bu, didaktik prosesin bütün amillərinin və son nəticələrin aşkar edilməsi deməkdir. Diaqnostika - təhsil alanların bilik və bacarıqlarının ənə­nəvi yoxlanması və qiymətləndirilməsi anlayışından daha geniş və daha dəyərlidir. Biliklərin sadəcə yoxlanması və qiymətlən­dirilməsi təlim prosesinin gedişini aşkarlamağa imkan vermir. Diaqnostlaşdırma isə özündə nəzarət, yoxlama, qiymətlən­dirmə, statistik məlumatların toplanması, onların təhlili dinamikasını və istiqamətlərinin müəyyənləşdirilməsi, sonrakı inki­şafının proqnozlaşdırılması kimi elementləri özündə birləşdirən mürəkkəb sistemdir. Nəzarət-təhsil alanların bilik, bacarıq və vərdişlərini üzə çıxanmaq, ölçmək və qiymətləndinnək deməkdir.Yoxlama-nəzarətin tərkib komponenti olub, bilikləri üzə çıxarmaq və ımüəyyənləşdirmək deməkdir. Nəzarətin yekunu təhsil alanın qiymətləndirilməsi (proses kimi) və qiymət verilməsi (nəticə kimi) üçün əsasdır.Qiymət-müəllimin öyrənənin şəxsiyyətinə təsir göstərmək, onu təlimə istiqamətləndirmək və motivləşdirmək məqsədilə istifadə etdiyi çox qüvvətli vasitədir. Diaqnostlaşdırmanm obyektivliyini təmin etmək üçün aşağıdakı prinsiplərə əməl olunmalıdır.Obyektivlik prinsipi. Bu prinsip diaqnostik testlərin (sualların və tapşırıqlaofi), diaqnostik əməliyyatların elmi surətdə əsaslandırılmasını, qiymətin dəqiq və adekvat olmasını tələb edir. Sistemlilik prinsipi. Bu prinsip bir tərəfdən diaqnostik nəzarətin-didaktik prosesin biliklərin mənimsənilməsi mərhələsindən başlamış praktik tətbiqinə qədər bütün mərhələlərini əhatə etməsini, digər tərəfdən, öyrənənlərin təhsil müddəti ərzində müntəzəm surətdə diaqnostlaşdırılmasmı tələb edir. Əyanilik prinsipi (aşkarlıq).Bu prinsip təhsil alanların eyni kriteriyalarla, həm də açıq sınaqdan keçirilməsini tələb edir. Tələbənin tədris materialını mənimsəməsinin keyfiyyəti onun təlim fəaliyyətinin səviyyələri (mənimsəmənin səviyyələri) ilə xarakterizə olunur.Mənimsəmənin birinci səviyyəsi - tanışlıq"(təsəvvürlər) mərhələsidir.Mənimsəmənin ikinci səviyyəsi - öyrənənin bərpaedici fəaliyyəti ilə bağlıdır. Öyrənən tədris edilən informasiyanı, əməliyyatları bərpa edir (təkrar edir), tipik tapşırıqları yerinə yetirə bilir.Mənimsəmənin üçüncü səviyyəsində - öyrənən tədris edilmiş metodika və ardıcıllıq (alqoritm) əsasında yem məzmunlu tapşırıqları icra edir və qazandığı biliyi tətbiq etməyi bacarır. Mənimsəmənin dördüncü səviyyəsi - yaradıcılıqdır. Bu mərhələdə öyrənən produktiv fəaliyyət göstərir. Aydındır ki, mənimsəmənin bu və ya digər səviyyəsinə nail olmaq üçün tələbə təlim fəaliyyəti (TF) ilə məşğul olmalıdır. Bu fəaliyyət üç komponentdən: fəaliyyətin oriyentir əsası (FOƏ); icraedici fəaliyyət (İF) və nəzarət fəaliyyətindən (NF) ibarətdir. Müəllimin rəhbərliyi ilə həyata keçirilən təlim fəaliyyətini belə formula etmək olar:TF=FOƏ+İF+NF Fəaliyyətin oriyentir əsası (FOƏ) dedikdə, tələbənin qarşıda duran təlim məqsədlərini dərk etməsi və bunun üçün zəruri olan informasiyaları alması, müəllimin təlimatı və verdiyi istiqamət, tələbənin məqsədə çatmaq üçün seçdiyi vasitələr, metodlar və fəaliyyət proqramını işləməsi nəzərdə tutulur. İcraedici fəaliyyət (İF) dedikdə, verilmiş informasiya materialları üzərində aparılan təfəkkür əməliyyatları, bilikləri möhkəmləndirmək, bacarıq və vərdişlərə yiyələnmək məqsədilə tapşırqların icrası, FOƏ mərhələsində hazırladığı proqram əsasında fəaliyyəti başa düşülür.Nəzarət fəaliyyəti (NF) dedikdə, FOƏ və İF-nin düzgünlüyü və keyfiyyəti başa düşülür. Təlim prosesində ölçmə təlim prosesini nizamlamaq, idarə etmək və nəticələri obyektiv surətdə qiymətləndirmək, təlim prosesinin dinamikasını üzə çıxarmaq imkanı yaradır. Pedaqoji qiymətləndirmə - müəllimin məqsəd qoyması, kontrol tapşırıqlar (suallar) hazırlaması, təlim fəaliyyətinin nəticələrini yoxlaması və təhlil etməsi, yoxlama və nəhayət, tələbəyə qiymət yazması kimi bir-birilə vəhdətdə olan əməliyyatları realaşdırmaq deməkdir. Qiymətləndirmə- pedaqoji prosesin məqsədəuyğunluğunu, obyektivliyini, effektivliyini, həyatiliyini və sistemliliyni aşkarlamağa, nəticələri yoxlamağa imkan verən mürəkkəb bir sistemdir.Qiymət - tələbənin təlim fəaliyyətinin nəticələrinin (müvəffəqiyyətinin) son göstəricisidir. Qiymət - tələbənin təlim fəaliyyətinin həm keyfiyyətcə, (ölçü, norma, etalon, diskret), həm də kəmiyyətcə (mühüm xarakteristikalar və onların təhlili) ölçüsüdür. Kəmiyyət ölçüsü keyfiyyət ölçüsündən törəyir. Pedaqoji qiymətləndirmə - keyfiyyət və kəmiyyət göstəricilərinin müqayisəsi, ümumiləşdirilməsi və mücərrədləşdirilməsi nəticəsidir və bu əməliyyatlar bir-birilə vəhdətdədir. Tələbənin qabiliyyətlərinin inkişaf səviyyəsi də qiymətləndirmə zamanı nəzərə alınan dolayı kriteriyalardan biridir.Oxumağa qabillik (öyrənmə, mənimsəmə) - tələbənin son dərəcə mühüm xüsusiyyətidir və konkret təlim materialı üstündə işləyərkən təzahür edir. Bu nəzəri və praktik sorğuların həlli bacarığında və mobilliyində özünü göstərir. Tələbənin konkret təlim materialı üzərində işləyərkən qazandığı bilik və bacarıqlardan istifadə edə bilməsi və təlim fəaliyyətinin istənilən tezliyinə nail ola bilməsi də oxuma cahilliyinin (bacarığının) təzahürüdür.Tərbiyəlilik səviyyəsı-tələbənin ətraf aləmə, obyekt və hadisələrə, insanlara bəslədiyi müxtəlif, çoxçalarlı, mürəkkəb münasibətlər sistemidir və əqli, praktik, sosial, ictimai fəaliyyətdə təzahür edir. Tərbiyəlilik səviyyəsinin göstəricisi davranışın cəmiyyətin sosial nonna və tələblərinə uyğun olmasında ifadə olunur. Pedaqoji qiymətləndinnənin kriteriyaları qruplaşdırılır.I qrup kriteriyalar sosial və ictimai kriteriyalardır: cari tədris ilində tələbəyə fərdi tərbiyəvi təsirin vasitə və metodlarının effektivliynin qiymətləndirilməsi; -təlim prosesində tərbiyəvi təsirin təşkili sistemi və metodikalarının qiymətləndirilməsi; -təlimin başa çatdığı mərhələdə (cari tədris ilinin sonunda) tələbələrin tərbiyə edilməsi prosesinin nəticələrinin qiymətləndirilməsi. II qrup kriteriyalar didaktik kriteriyalardır: -tədris materialının, dərslik və tədris vəsaitlərinin qiymətləndirilməsi; -tədris proqramının tələbələr tərəfindən mənimsənilməsi, bilik, bacarıq və vərdişlərin formalaşması, qabiliyyətlərin inkişafının qiymətləndirilməsi; -təlimin son nəticələrinin qiymətləndirilməsi; təlim prosesinin optimallaşdırılması imkanlarının (amillərin) qiymətləndirilməsi; -müəllimin fəaliyyətinin qiymətləndirilməsi. Qiymətləndirilən pedoqoji proseslərin təsnifatı- Qiymətləndirmə - öz məqsədindən, prosesdə iştirak edən tərəflərin (təhsil alanların, öyrədənlərin, valideynlərin, yuxarı təhsil qurumlarının və b.) işinin xüsusiyyətlərindən, qiymətlən­dirilən sahələrdən və onların işinin xarakterindən asılı olaraq mürəkkəb, müxtəlifcəhətli, çoxparametrli prosesdir.Təlim prosesinin qiymətləndirilməsi. Bu, təlim prosesinin keyfiyyətinin müəyyən göstəricilər əsasında öyrənilməsi, təhlili və müqayisə edilməsi kimi başa düşülməlidir. Təlim posesinin qiymətləndirilməsi öz növbəsində aşağıdakı sahələri əhatə edir: təlimin məzmununun qiymətləndirilməsi zamanı təhsilin məzmununun dövlət təhsil standartlarına, didaktik tələblərə, sanitariya-gigiyena qaydalarına müvafıqliyi müəyyən edilir; təlim metodlarının qiymətləndirilməsi zamanı istifadə edilən pedaqoji texnologiyaların mövzuların planlaşdırılmasma, metodik vəsaitlərə, təlimin formalarına və metodlarına uğunluğu müəyyənləşdirilir; təlim prosesinin səmərəliliyinin qiymətləndirilməsi zamanı təlim prosesinin təşkilatı göstəriciləri olan tədris müddətinin (təlim vaxtının) planlaşdırılmasının, təhsilalanların fəaliyyətinin, sərbəst işinin və özünənəzarətin təşkilinin optimal öyrədici mühitin yaradılmasının aşkarlanması və təhlil həyata keçirilir.təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi Bu, təhsil alanın biliklərinin, mənimsəmə səviyyələrinin, bacarıq və vərdişlərinin müəyyənləşdirilməsi məqsədilə faktların toplanması deməkdir. Faktların toplanması prosesi təlimin müxtəlif mərhələlərində müxtəlif metodlarla aparılır və təlimin müvəffəqiyyətinə inamı artırır. təhsil verənlərin pedaqoji fəaliyyətinin qiymətləndirilməsi. Bu, təhsil verənin peşəkarlıq səviyyəsinin müəyyənləşdiril­məsi və qiymətləndirilməsi prosesidir. Təlim prosesinin ayrı-ayrı sahələrində işin qiymətləndirilməsi. Bu zaman təhsil müəssisəsinin iştirakçılarının, yəni öyrənənlər və öyrədənlər kontingentinin, tədris müəssisə sinin rəhbər işçilərinin işinin müəyyən göstəricilərə görə öyrənilməsi, müqayisəsi, təhlili və qiymətləndirilməsi nəzərdə tutulur. Təhsil sistemini inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə aşağıdakı əsas sahələrin monitorinqi və qiymətləndirilməsi vacibdir:Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi sosial-mədəni şərait.Bu zaman təhsil müəssisəsinin mikrososiolojı mühitinin və sosial-psixoloji amillərinin təhsil alanın şəxsiyyət kimi inkişafına təsiri tədqiq edilir, təhlil olunur və qiymətləndirilir. Bıı məqsədlə təhsil alanlara və təhsil verənlərə ünvanlanan sorğu anketləri hazırlanır, cavablar pedaqoq və sosioloqlar tərəfindən birlikdə təhlil edilir və müvafiq tədbirlər görülür.Təhsilin məzmunu. Monitorinqin ən mühüm istiqamətlərindən biri təhsilin məzmununun cəmiyyətin ehtiyaclarına, dövlət təhsil standart­larına uyğunluğunun müəyyənləşdirilməsidir. Bu məqsədlə qüvvədə olan tədris planları və proqramları təhlil edilməli, zəruri minimuma, başqa sözlə, dövlət standartlarına uyğunluğu, tədris proqramlarının müxtəlif modifikasiyalarmın keyfiyyəti müəy­yənləşdirilməli və qiymətləndirilməlidir. Təhsilin keyfiyyəti.Təhsil sisteminin səviyyəsi və faydalılığı təhsilin keyfiyyəti ilə ölçülür. Təhsil alanların psixoloji xüsusiyyətləri. Şəxsiyyətin psixoloji xüsusiyyətlərinin müəyyənləşdirməsi psixodiaqnostika adlanır. Psixodiaqnostikada məqsəd fərdin inkişaf xüsusiyyətlərini- təyin etmək, şəxsiyyətin inkişafına təsir göstərən konkret amilləri müəyyənləşdirmək və psixi xüsusiyyətlərinin təzahür formalarını öyrənməkdir. Təhsil müəssisəsində psixodiaqnostika təhsil alanların təlimə psixoloj hazırlıq səviyyəsini, psixi istiqamətini, təlim-idrak maraqlarını motivlərini və tələbatlarını, idrak proseslərinin fərdi xüsusiyyətlərini öyrənmək məqsədinə xidmət edir. Bu zaman təhsilalanın, yaxud təhsilalanlar qrupunun psixoloji portretini yaratmağa imkan verir.Təhsil alanların peşəyönümünün, ixtisas hazırlığının müəyyənləşdirilməsi. Müasir sivilizasiya müxtəlif iş sahələrində peşələrə olan təlabatın əsaslı şəkildə dəyişməsi ilə xarakterizə olunur. Bu isə gənclərin müxtəlif peşə və ixtisaslara bazar iqtisadiyyatının tələblərinə uyğun surətdə hazırlığını irəli sürür. Bu, həm ümumtəhsil məktəblərinin yuxarı siniflərində, həm də ali təhsil müəssisələrində peşəyönümü, peşə və ixtisas hazırlığı ilə bağlı məsələlərin öyrənilməsini tələb edir. Bu məqsədlə, təhsilalanlara ünvanlanmış anket suallarına verilən cavablar öyrənilir və təhlil edilir. Tərbiyə sisteminin səmərəliliyi. Respublikamızda müstəqilliyin və demokratiyanın dinamik inkişaf etdiyi indiki şəraitdə təhsil müəssisələrində tərbiyə sisteminin keyfiyyətinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi önəmli vəzifələrdəndir. İnkişaf etməkdə olan bazar iqtisadiyyatı cəmiyyət üzvlərindən əməksevərlik, işgüzarlıq, peşəkarlıq, dəyişən şəraitə uyğunlaşa bilmək bacarığı, istedad və qabiliyyət tələb edir. Bununla əlaqədar olaraq, müasir dövrdə tərbiyə işi gənclərin əqli, əxlaqi, mənəvi, hüquqi, estetik, fiziki, ekoloji, vətəndaşlıq tərbiyəsinə yönəldilməli, humanizm və demokratizm ideyalarına əsaslanan təhsil sistemi bəşəri və milli-mənəvi dəyərlərə malik insanların ahəngdar inkişafına istiqamətləndirilməlidir.Müəllimin pedaqoji fəaliyyəti və peşəkarlıq səviyyəsi.Müasir təhsil müəllimdən çevik pedaqoji təfəkkür, yaradıcılıq potensialı, geniş erudisiya, yüksək mədəniyyət, humanizm, ən başlıcası isə yetirmələrinə yüksək məhəbbət, onların tərbiyəsi işinə məsuliyyətli münasibət tələb edir. Bu gün cəmiyyətin təhsilə, tərbiyəyə verdiyi yüksək tələblərə cavab vermək üçün müəllim özünütəhsillə, özünütəkmilləşdirmə ilə müntəzəm surətdə məşğul olmalı, həm özünə, həm də yetirmələrinə qarşı tələbkarlıq göstərməlidir. Təhsil müəssisəsinin innovasiya fəaliyyəti.Pedaqogikada innovasion fəaliyyət dedikdə, təlim, təhsil- tərbiyə prosesinin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə bütövlükdə təhsil sistemində və pedaqoji prosesdə həyata keçirilən yeniliklər, müsbət nəticə verən dəyişikliklər, Yeni pedaqoji münasibətlərin formalaşdırılması, qabaqcıl təcrübənin ümumiləşdirilməsi və yayılması başa düşülür. Təhsil müəssisəsi fəaliyyətinin valeoloji (intellektual, psixoloji, fiziki sağlamlıq) aspektləri.Təhsil müəssisəsində pedaqoji prosesin iştirakçılarının valeoloji (latınca vale-sağlam ol deməkdir. Sağlamlıq, sağlam həyat tərzi və sağlam davranış formasına təlabat ) durumu davamlı olaraq öyrənilməli, təhlil edilməli, qiymətləndirilməli və hesaba alınmalıdır.Təhsil müəssisəsi fəaliyyətinin kompleks təhlili. Kompleks təhlil-təhsil sisteminin öyrənilən sahəsinin bütün tərkib hissələrinin və elementlərinin hərtərəfli araşdırılması və təhlil edilməsi deməkdir. Təhsil müəssisəsinin fəaliyyətinin kompleks diaqnostikası onun müxtəlif fəaliyyət istiqamətlərinin keyfiyyətini müəyyənləşdirməyə imkan verir. Qiymətləndirməni təhsil alanlar və təhsil verənlər, habelə ictimaiyyətin nümayəndələri aparır.

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin