254. Verilmiş sözlərdən hansı nöqtələrin yerinə daha uyğundur?
………… ilxını gözdən qoymurdu.
A) çoban
B) cütcü
C) mehtər
D) naxırça
E) sürücü
255. «Ağır» və «iti» sözləri hansı cərgədə həqiqi mənada işlənmişdir?
A) ağır daş, iti ülgüc
B) ağır söz, iti söz
C) ağır gün, iti baxış
D) ağır cəza, iti yaddaş
E) ağır xasiyyət, iti baxış
256. Kargüzarlıq terminləri hansı cərgədədir?
A) ərizə, arayış, protokol
B) vergi, maliyyə, kredit
C) ictimai, siyasi, hüquqi
D) məktəb, pedaqoq, müəllim
E) müharibə, inqilab, qiyam
257. Hansı cərgədəki sözlər sinonimdir?
A) dünya, aləm, cahan
B) böyük, balaca, qara
C) əmi, dayı, xala
D) daş, baş, qələm
E) uca, yuxarı, aşağı
258. «Təvazökar» sözünün antonimi hansıdır?
A) lovğa
B) səmimi
C) mülayim
D) yumşaq
E) nadinc
259. Biz gündəlik nitqimizdə, əsasən hansı sözlərdən istifadə edirik?
A) ümumişlək sözlərdən
B) yeni sözlərdən
C) terminlərdən
D) köhnəlmiş sözlərdən
E) alınma sözlərdən
260. Monoloji nitqin bu növü yaranmış vəziyyət haqqında yüksək vəzifə sahibinin qarşısında hesabat vermək məqsədi daşıyır.
A) məruzə
B) çıxış
C) mühazirə
D) söhbət
E) dialoq
Dostları ilə paylaş: |