289. Sözlərdən yalnız biri iltisaqilik prinsipinə uyğundur?
A) dənizçi
B) dünyəvi
C) kimyəvi
D) bivəfa
E) xəlqi
290. Aşağıdakı türk dillərindən biri oğuz qrupuna daxil deyil.
A) Qazax dili
B) Azərbaycan dili
C) Türkmən dili
D) Qaqauz dili
E) Türk dili
291. Oğuz qrupuna daxil olan türk dillərini göstərin.
A) türk, qaqauz, tərkmən və Azərbaycan dilləri
B) Azərbaycan, türk, özbək və qaqauz dilləri
C) Azərbaycan, qazax, türkmən və salur dilləri
D) türkmən, başqırd, tatar və Azərbaycan dilləri
E) qaqauz, Azərbaycan, özbək və qazax dilləri
292. «Yazıçı Anar çox həzin bir adamdır» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik norma
B) qrammatik norma
C) fonetik norma
D) orfoqrafik norma
E) həm fonetik, həm də qrammatik
293. «Camaat futbol oyununa baxmağa tələsirdilər» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) leksik
C) fonetik
D) orfoepik
E) orfoqrafik və leksik
294. «Xəstənin qızdırması böyükdür» cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik
B) qrammatik
C) orfoepik
D) orfoqrafik
E) fonetik
Dostları ilə paylaş: |